Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-693/2022 03.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi Əmrahova (Abbasova) Taciyyə Arif qızının iştirakı ilə, Ərizəçi Əmrahova (Abbasova) Taciyyə Arif qızının maraqlı şəxs DƏDRX-nin 8 saylı Ərazi İdarəsinə qarşı “hüquqi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Əmrahova (Abbasova) Taciyyə Arif qızı maraqlı şəxs DƏDRX-nin 8 saylı Ərazi İdarəsinə qarşı “hüquqi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyət hüququna dair JN 504F, KOD ********* saylı dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Masallı rayon Aqrarslahat Komissiyasmin qərarı ilə ailə üzvlərim kimi mənə də kənd təsərrüfatı məhsulları istehsal etmək üçün torpağın mülkiyyət hüququna dair JN 504F saylı dövlət aktı ilə Masallı rayonun Qızılağac kəndində torpaq sahəsi verilmişdir. X15 - Atası - vafat edib. X13 - Ərizəçi. Lakin həmin dövlət aktında onun adı səhvən Aynurə kimi yazılmışdır. Belə ki, atası 04.11.2006-cı ildə vəfat etmişdir. Onun şəxsiyyət vəsiqəsində də və nikah haqqında şəhadətnaməmdə adı Taciyyə kimi qeyd edilmişdir. Mərhum atasından Masallı rayonun Qulağac kəndində pay torpaq sahəsi miras qalmış, həmin mirası qəbul etmək üçün Asan xidmətin notariat kontoruna müraciət etmiş, həmin dövlət aktı yeni çıxarışla əvəz edilməli idi lakin dövlət aktında onun adında səhf olduğundan notariat kontoru mirası qəbulundan imtina etmiş və DƏDRX-in 8 saylı ərazi idarasi həmin dövlat aktının əvəzinə yeni çıxarış verməmişdi. Belə olan halda onun adında səhf olduğundan yeni çıxarış ala bilmir, çıxarış olmadığından atasından qalmış miras əmlakı qəbul edə bilmir. Bu barədə notariat kontoru və DƏDRX-in 8 saylı ərazi idarəsi məktub vermişlər. Onun adında uyğunsuzluq olduğundan miras əmlak hüquqlarımdan məhrum olur. Məhkəmə iclasında ərizəçi Əmrahova (Abbasova) Taciyyə Arif qızı ərizəyə dəqiqləşmə təqdim edərək JN 504F, KOD ********* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən X14 ilə Əmrahova (Abbasova) Taciyyə Arif qızının eyni şəxs olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs DƏDRX-nin 8 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxti və yeri barəsində lazımi qaydada məlumat verilsədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə DƏDRX-nin 8 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Masallı RİHB-nın Qızılagac kənd inzibati ərazi dairəsi tərəfindəb verilən 891 saylı, 30.09.2020-ci il tarixli arayışdan görünür ki, Masallı rayon Qızılağac kəndində xx.xx.1977-ci ildə doğulmuş hal hazırda ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi ondan ötəri ki, onun mərhum atası X8 məxsus Azərbaycan Respublikası Torpağın Mülkiyyətə Verilməsinə Dair JN - 504 F KOD 80500038 - saylı ŞƏHADƏTƏTNAMƏYƏ əsasən 0,05 ha həyət yanı torpaq sahəsi var. Masallı RİHB-nın Qızılagac kənd inzibati ərazi dairəsi tərəfindəb verilən 420 saylı, 28.05.2020-ci il tarixli arayışdan görünür ki, Qızılağac kənd sakini X5 ondan ötəri ki,o həqiqətən ərazidə qeydiyyatdadır. Qeyd: Mərhum əri X6 adına verilmiş Azərbaycan Respublikası Torpağın Mülkiyyətinə Verilməsinə Dair JN - 504F: KOD - ********* - saylı ŞƏHADƏTNAMƏDƏ X7 adı əslində X1 yazılmalı və oxunmalıdır. JN 504F, KOD ********* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Masallı rayonu Qızılagac kənd sakini X15, X11, X14 və X16 ona görə ki, Maallı rayonu Aqrar İslahat Komissiyasının 30.11.1998-ci il tarixli 68 saylı qərarı ilə 0.05 ha torpaq sahəsi fərdi yaşayış evi, həyətyanı sahə və bağçılıq təsərrüfatı ilə bağlı mülkiyyətə verilib. İşdə olan 5 saylı Bakı ASAN xodmət çərkəzinin qeydiyyat şöbəsi tərəfindən Əmrahova (Abbasova) Taciyyə Arif qızına verilmiş məktubda şəxsə dair yoxlama 11.01.2022-ci il tarixədək aparılmış və aşağıdakılar aşkar edilmişdir. Ata: X15-15.08.1941 təvəllüdlü ölüb. Ana:X3-02.12.1948 təvəllüdlü Qardaş: X19-01.02.1981 təvəllüdlü ər: X4-25.02.1969 təvəllüdlü Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ərizəçi və onun ailə üzvlərinə JN 504F, KOD ********* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Masallı rayonu Qızılagac kənd sakini X15, X11, X14 və X16 ona görə ki, Maallı rayonu Aqrar İslahat Komissiyasının 30.11.1998-ci il tarixli 68 saylı qərarı ilə 0.05 ha torpaq sahəsi fərdi yaşayış evi, həyətyanı sahə və bağçılıq təsərrüfatı ilə bağlı mülkiyyətə verilib.Qeyd olunan şəhadətnamədə ərizəçinin adı səhvən Aynurə kimi qeyd olunmuşdur. Atası 04.11.2006-cı ildə vəfat etmişdir. Onun şəxsiyyət vəsiqəsində də və nikah haqqında şəhadətnaməmdə adı Taciyyə kimi qeyd edilmişdir. Mərhum atasından Masallı rayonun Qulağac kəndində pay torpaq sahəsi miras qalmış, həmin mirası qəbul etmək üçün Asan xidmətin notariat kontoruna müraciət etmiş, həmin dövlət aktı yeni çıxarışla əvəz edilməli idi lakin dövlət aktında onun adında səhf olduğundan notariat kontoru mirası qəbulundan imtina etmiş və DƏDRX-in 8 saylı ərazi idarasi həmin dövlət aktının əvəzinə yeni çıxarış verməmişdi. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, JN 504F, KOD ********* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən X14 ilə Əmrahova (Abbasova) Taciyyə Arif qızının eyni şəxs olması faktının müəyyən olunması faktı müəyyən edilməlidir. Belə ki, qeyd edilən xüsusatlar məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla təsdiq olunduğundan, ərizəçinin həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN 504F, KOD ********* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən X14 ilə Əmrahova (Abbasova) Taciyyə Arif qızının eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-693/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-693/2022
03.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver