Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-700/2021 20.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı (“xxxx” ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı (“xxxx” ASC-yi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar 28 sentyabr 2020-ci il tarixdə və 12 oktyabr 2020-ci il tarixdə keçirilmiş hərracların nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Xətai rayon Məhkəməsinin 2(011 )-327/2017 saylı qətnaməsinin icrası ilə əlaqədar Xətai rayon İcra və Probasiya şöbəsinin 17/74-19/20 saylı, 10 yanvar 2020-ci il tarixli icra sənədi üzrə ipotekaya qoyulan ünvan 2 ünvanında yerləşən mənzilin satlması ilə əlaqədar birinci hərrac 17 fevral 2020-ci il tarixdə keçirilmiş, hərrac baş tutmamış və ikinci hərracın keçirilməsi 16 mart 2020-ci il tarixə təyin edilmişdir. İkinci hərracın keçirilməsindən 6 ay sonra tərəfindən İpoteka haqqında Qanunun 43.8-ci maddəsinin tələbi nəzərə alınaraq Səbail rayon məhkəməsində ipotekaya xitam verilməsi tələbinə dair iddia qaldırılmışdır. Məhkəmə prosesi zamanı bankın nümayəndəsi tərəfindən bildirilmişdir ki, ünvan 3 ünvanında yerləşən mənzilin satlması ilə əlaqədar birinci hərrac 28 sentyabr 2020-ci il tarixdə keçiriləcəkdir. Həmin tarixədək əvvəllər təyin edilmiş (17 fevral 2020-ci il tarixdə və 16 mart 2020-ci il tarixdə) hərraclar pandemiya ilə əlaqədar olaraq keçirilməmişdir. Halbuki, həmin dövrdə pandemiya mövcud olmamışdır. Nəticədə yenidən hərrac keçirilmiş ilk hərrac 28 sentyabr 2020-ci il tarixə və ikinci hərrac isə 12 oktyabr 2020-ci il tarixə təyin edilmiş və keçirilmişdir. Beləliklə də qanunvericilikdə əmlakın satılmasına dair iki hərracın keçirilməsi nəzərdə tutulmasına baxmayaraq, cavabdeh təşkilat qanunvericilkdə nəzərdə tutulmayan 3-cü və 4-cii dəfə hərrac keçirilmişdir. Hesab edir ki, hazırda mübahisələndirdiyi hərracın keçirilməsində məqsəd bank tərəfindən 16 mart 2020-ci il tarixdə keçirilmiş hərracdan sonra qanunvericilikdə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün nəzərdə tutulmuş 30 günlük müddətin ötürülməsinin qarşısını almaqdır. Belə ki, hadisələrin məntiqi ardıcıllığından görünür ki, hazırda mübahisələndirdiyim hərraclar tərəfimdən Səbail rayon Məhkəməsində ipotekaya xitam verilməsinə dair iddia qaldırdıqdan sonra təşkil edilmişdir. Qeyd edilməsi zəruridir ki, tərəfımdoıı 2020-ci ilin iyun ayında hərrac təşkilatına müraciət edilmiş və hərracla bağlı məlumat verilməsi xahiş olunmuşdur. Cavabdeh hərrac təşkilatının 12 iyun 2020-ci il tarixli məktubla bildirilmişdir ki, “ünvan 2 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar 17.02.2020-ci il tarixində və 16.03.2020-ci il tarixə hərraclar təyin edilmişdir. Əgər sözügedən hərraclar keçirilməmişdirsə o zaman həmin hərracların keçirilməməsi qeyd olunmuş olardı. Həmçinin hazırkı iddia ərizəsinə əlavə edilmiş SMS bildirişin surətindən də görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar 17.02.2020-ci il tarixdə və 16.03.2020-ci il tarixdə hərrac keçirilmişdir. Bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli qərarında qeyd olunur ki, “İpoteka haqqında Qanunun” 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, İpoteka haqqında Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbi qəbul etməyərək, iddianın əsassız olduğunu bildirdi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavabdehin nümayədəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan məhkəmə baxışı zamanı tədqiq edilmiş: “xxxx” MMC tərəfindən İddiaçı, X1, X2, Xətai Rayon İcra və Probasiya şöbəsinə və “xxxx” ASC-yə ünvanlanmış 17.01.2020-ci il tarixli, 01, 01/2 nömrəli bildirişlərin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə Xətai Rayon İcra və Probasiya Şöbəsinin 17/74-19/20 saylı, 10.01.2020-ci il tarixli sifariş məktubu və Xətai Rayon Məhkəməsinin 2(011)-327/2017 saylı, 04.07.2017-ci il tarixli icra sənədi üzrə ipoteka qoyulan Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, yerləşən 2 saylı evin 177 saylı mənzilinə yönəldilməsi, hərracda 95000 manat ilkin manat satış qiyməti ilə satılması hərracın 17.02.2020-ci il tarixdə keçiriləcəyi bildirilmişdir. “xxxx” MMC tərəfindən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna alınmış 01.09.2020-ci il tarixli cavab məktubunun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, yerləşən 2 saylı evin 177 saylı mənzilinin hərracda satılması ölkədə təyin olunan karantin rejimi ilə əlaqədar təyin olunmuş hərraclar keçirilməmişdir. Hazırda ilkin hərracın keçirilməsi 28.09.2020-ci il tarixə təyin edilmişdir. “xxxx” MMC tərəfindən İddiaçı ünvanlanmış 12.06.2020-ci il tarixli 436 saylı məktubun surətindən görünür ki, Xətai Rayon İcra və Probasiya Şöbəsinin 17/74-19/20 saylı, 10.01.2020-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, yerləşən 2 saylı evin 177 saylı mənzilinin icra sənədi icraata daxil olmuşdur. Qeyd olunan mənzil ilə bağlı 17.02.2020-ci il tarixində və 16.03.2020-ci il tarixində hərraclar təyin olunmuşdur. “xxxx” MMC tərəfindən İddiaçı, X1, X2, Xətai Rayon İcra və Probasiya şöbəsinə və “xxxx” ASC-yə ünvanlanmış 31.08.2020-ci il, 06.10.2020-ci il tarixli, 01, 02 nömrəli, bildirişlərin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə Xətai Rayon İcra və Probasiya Şöbəsinin 17/74-19/20 saylı, 10.01.2020-ci il tarixli sifariş məktubu və Xətai Rayon Məhkəməsinin 2(011)-327/2017 saylı, 04.07.2017-ci il tarixli icra sənədi üzrə ipoteka qoyulan Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, yerləşən 2 saylı evin 177 saylı mənzilinə yönəldilməsi, hərracda 95000 manat ilkin, təkrar hərracda 80750 manat satış qiyməti ilə satılması və müvafiq olaraq hərracın 28.09.2020-ci il tarixə və 12.10.2020-ci il tarixdə keçiriləcəyi bildirilmişdir. “Birja Yenilikləri” qəzetlərinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Hoccət oğluna məxsus olan Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, yerləşən 2 saylı evin 177 saylı mənzil ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. 15.10.2020-ci il tarixli İpoteka predmetinin əldə olunmasına dair təklifin surətindən görünür ki, Xətai Rayon İcra və Probasiya Şöbəsinin 17/74-13/20 saylı, 10.01.2020-ci il tarixli məktubuna əsasən ipoteka yüklü Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən 2 saylı evin 177 saylı mənzilin təkrar hərracın baş tutması barədə Birja yenilikləri qazetinin 15.10.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 60562.5 (altmış min beş yüz altmış iki manat 50 qəp) manat olmaqla ipoteka saxlayana təklif olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2020-ci ildə olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun qüvvədə olan müvafiq müddəaları tətbiq olunmalıdır. “İpoteka haqqında” Qanunun: 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cı maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.3-cü maddəsinə əsasən Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28.10.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. "İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. “İpoteka haqqında” Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Sözügedən qərarın 2-ci bəndinə əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. Həmin Qərarın 3-cü bəndinə əsasən “İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.” Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, “xxxx” MMC-nin 17.01.2020-ci il tarixli, 01, 01/2 nömrəli bildirişlərinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, yerləşən 2 saylı evin 177 saylı mənzilə dair hərracın 17.02.2020-ci il tarixdə keçiriləcəyi bildirilmişdir. “xxxx” MMC tərəfindən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna alınmış 01.09.2020-ci il tarixli cavab məktubunun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, yerləşən 2 saylı evin 177 saylı mənzilinin hərracda satılması ölkədə təyin olunan karantin rejimi ilə əlaqədar təyin olunmuş hərraclar keçirilməmişdir. Hazırda ilkin hərracın keçirilməsi 28.09.2020-ci il tarixə təyin edilmişdir. Cavabdeh MMC-nin 12.06.2020-ci il tarixli 436 saylı məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, yerləşən 2 saylı evin 177 saylı mənzilinin satışı ilə bağlı 17.02.2020-ci il tarixində və 16.03.2020-ci il tarixində hərraclar təyin olunmuşdur. 31.08.2020-ci il, 06.10.2020-ci il tarixli, 01, 02 nömrəli, bildirişlərin surətində əsasən, sözügedən ipoteka əmlakı ilə bağlı müvafiq olaraq hərracın 28.09.2020-ci il tarixdə və 12.10.2020-ci il tarixdə keçiriləcəyi bildirilmişdir. “Birja Yenilikləri” qəzetlərinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Hoccət oğluna məxsus olan Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, yerləşən 2 saylı evin 177 saylı mənzil ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. 15.10.2020-ci il tarixli İpoteka predmetinin əldə olunmasına dair təklifin surətindən görünür ki, Xətai Rayon İcra və Probasiya Şöbəsinin 17/74-13/20 saylı, 10.01.2020-ci il tarixli məktubuna əsasən ipoteka yüklü Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən 2 saylı evin 177 saylı mənzilin təkrar hərracın baş tutması barədə Birja yenilikləri qazetinin 15.10.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 60562.5 (altmış min beş yüz altmış iki manat 50 qəp) manat olmaqla ipoteka saxlayana təklif olunur. Hazırda iddiaçı iddia edir ki, mübahisəli əmlaka dair hərrac təşkilatı tərəfindən ilkin hərrac 17.02.2020-ci il tarixə, təkrar hərrac 16.03.2020-ci il tarixə təyin edilsə də, sonradan bir daha 28.09.2020-ci il tarixə və 12.10.2020-ci il tarixə təkrar hərraclar təyin edilmiş və Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən 2 saylı evin 177 saylı mənzilin həmin hərracda satılması baş tutmadığından 15.10.2020-ci il tarixdə “xxxx” ASC-yə təklif edilmişdir. Göründüyü kimi, hərrac təşkilatı tərəfindən mübahisəli mənzillə bağlı dörd dəfə hərrac keçirilmişdir. Halbuki, qanunvericilikdə ilkin və təkrar hərrac olmaqla ümumilikdə iki dəfə hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Bununla belə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh MMC məhkəmə tərəfindən verilmiş 17.02.2020-ci və 16.03.2020ci il tarixli hərraclarla bağlı sorğuya cavab verməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (maddə 317.1.). Satış həmin Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir (maddə 317.2.). Mülki Məcəllənin 319.5-ci maddəsinə görə, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.( 416.2-ci maddəsi). Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.( 337.1-ci maddəsi) Qeyd olunan maddi hüquq normalarının tələblərindən, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan mövqeyindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, iddiaçı, 28 sentyabr 2020-ci il tarixli və 12 oktyabr 2020-ci il tarixli hərracların nəticələrinin etibarsız hesab edilməsini tələb etməkdə haqlıdır. Çünki yuxarıda qeyd edildiyi kimi, cavabdeh “xxxx” MMC tərəfindən iki dəfədən çox hərrac keçirməklə qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, ipoteka predmeti olan mənzillərin 17.02.2020-ci il və 16.03.2020-ci il tarixlərdə satılmasına dair təyin edilmiş hərraclar keçirilməmiş, həmin hərracların keçirilməməsi isə pandemiya ilə əlaqələndirilmişdir. Lakin məhkəmə cavabdeh cəmiyyətin həmin faktla bağlı mövqeyini qəbul etmir, belə ki, karantin rejiminin tətbiqi ilə bağlı AR Nazirlər Kabinetinin qərarları həmin tarixlərdə mövcud olmamışdır. Müstəqil tələb irəli sürməyən Bankın iddiaya etirazı ilə bağlı mövqeyi isə ondan ibarətdir ki, iddiaçının hazırda mübahisələndirdiyi məsələlərə digər məhkəmə aktları ilə artıq hüquqi qiymət verilmişdir. Bu səbəbdən də mülki iş üzrə icraata xitam verilməlidir. Lakin iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 28.01.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 1706/2020 saylı 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi və «xxxx» MMC işə cəlb edilməklə cavabdeh “xxxx” ASC qarşı ipoteka predmeti olan ünvan 5 ünvanında yerləşən mənzilin ipotekasına xitam verilməsi və həmin mənzilin dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi tələbinə dair iddiаsı təmin edilməmişdir. İşin hallarını nəzərə alaraq və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, bu mövqe səhvdir. Əvvəla mülki iş üzrə icraata xitam verilməsi əsasları konkret olaraq MPM-də sadalanmışdır. Göründüyü kimi, hazırki mülki iş üzrə tərəflər və iddianın əsası fərqlidir. Digər tərəfdən yuxarıda qeyd edilən AR Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarında bildirildiyi kimi də, "İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilir.. Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarı). Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən 2 saylı evin 177 saylı mənzilin açıq hərracdan satılmasına dair 28 sentyabr 2020ci il tarixdə və 12 oktyabr 2020-ci il tarixdə keçirilmiş hərracların nəticələri etibarsız hesab edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən 2 saylı evin 177 saylı mənzilin açıq hərracdan satılmasına dair 28 sentyabr 2020-ci il tarixdə və 12 oktyabr 2020-ci il tarixdə keçirilmiş hərracların nəticələri etibarsız hesab edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-700/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-700/2021
20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver