Məhkəmə qərarları › İş №2(005)-711/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-711/2023

05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-711/2023 05.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X8 Mehdi qızının katibliyi, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Məhdud Məsuliyyətinə Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlk İddiaçı Cavabdeh Məhdud Məsuliyyətinə Cəmiyyətinə qarşı “lizinq obyektinin cavabdehdən alınıb verilməsi” tələbinə dair ilk; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Məhdud Məsuliyyətinə Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “lizinq müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətinə Cəmiyyətinə qarşı “lizinq müqaviləsinin ləğvi, pulun geri ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X2 ilə cavabdeh “X10“ MMC arasında olan 23 dekabr 2021-ci il tarixli, 322 nömrəli X4nin ləğv edilməsi və müqavilə üzrə ödənilmiş 15000 (on beş min) manatın Cavabdeh MMCdən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 23 dekabr 2021-ci il tarixli 322 nömrəli X4 bağlanmışdır. Müqavilənin şərtlərinə görə lizinq verən BMW 528i-minik markalı, 2012-ci il buraxılışlı, WBAX115C56CDW06716 ban nömrəli avtomobili lizinq alana təhvil verir. Lizinq alanın öhdəliyi 25500 (iyirmi beş min beş yüz) manat müəyyən edilir. Müqavilənin 6-cı bəndində müqavilənin ləğv edilməsi əsasları göstərilmişdir. 6.1.4-cü bəndə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə müqavilə ləğv edilə bilər. Müqavilənin 7-ci bəndində qeyd edilmişdir ki, tərəflər arasında əmələ gələn bütün mübahisələr ilk növbədə danışıqlar yolu ilə həll ediləcəkdir. Danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda mübahisə Azərbaycan Respublikasının müvafiq məhkəməsi vasitəsilə həll ediləcəkdir. İddiaçı lizinq müqaviləsi üzrə ən son xx.xx.2022-ci il tarixində ödəniş etmişdir. Lakin buna baxmayaraq xx.xx.2022-ci il tarixində lizinq verən tərəfindən avtomobil aparılmışdır. Lizinq alanın ümumiyyətlə bu hadisədən xəbəri olmamışdır. Hansı ki, müqavilə şərtlərinə görə lizinq verən əvvəlcə xəbərdarlıq etməli sonra da məhkəməyə müraciət etməli idi. Yuxarıda yazılanlardan göründüyü kimi iddiaçı haqlı olaraq lizinq müqaviləsinin ləğv edilməsini və ödədiyi pulları geri almaq niyyətindədir. Bunun üçün cavabdehə ilkin olaraq pretenziya məktubu göndərilmişdir. Cavabdeh iddiaçıya pretenziyanın aldığı xx.xx.2022-ci il tarixli bildiriş göndərərək müqavilənin təktərəfli ləğv edildiyini bildirmişdir. Hansı ki, bu bildiriş avtomobilin götürülməsindən əvvəl olmalı idi. Məhkəmənin hazırlıq iclasında Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyəti xx.xx.2023cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin təmin edilməməsinə, qarşılıqlı iddia tələbinin isə təmin edilərək ilkin iddia üzrə iddiaçı, qarşılqılı iddia üzrə isə cavabdeh İddiaçı 22.933,95 (iyirmi iki min doqquz yüz otuz üç manat doxsan beş qəpik) manat əsas borc, 3.296,77 (üç min iki yüz doxsan altı manat yetmiş yeddi qəpik) manat faiz borcu, gecikmə günləri 117 gün ona hesablanan cərimə 409,10 (dörd yüz doqquz manat on qəpik) manat cəmi 26.639,82 (iyirmi altı min altı yüz otuz doqquz manat səksən iki qəpik) manat məbləğində pulun və ödənilmiş 170 (bir yüz yetmiş) manat dövlət rüsumu məbləğinin Cavabdeh MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin icraata götürülərək, ilkin iddia ərizəsi ilə birlikdə baxılması qərara alınmışdır. Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyəti qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “lizinq mübahisəsi üzrə mübahisə tələbinə dair” iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin surəti rəsmi qaydada onlara çatdırılmadığından konkret olaraq iddianın predmetinin nədən ibarət olması barədə məlumatları yoxdur. Lakin, iddianın tərəflər arasında bağlanmış X4 ilə hansısa pul öhdəliyi ilə bağlı olmasını ehtimal edirlər. Hazırki işin əsl halı ondan ibarətdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 23 dekabr 2021-ci il tarixli, 322 saylı X4nə əsasən “Lizinq verən” Cavabdeh MMC “Lizinq alan” İddiaçı “BMW 528i” minik markalı (Tipi: sedan, Rəngi: tünd göy metalik, Banı: WBAXH5C56CDW06716, Buraxılış ili: 2012) avtomobili “lizinq obyektini” 36 ay müddətinə illik 25% olmaqla aylıq annuitenti 1,013,88 manat olmaqla isitafədəyə vermişdir. Müqavilənin şərtlərinə görə “Lizinq alan”ın ilkin öhdəliyi 25.500 (iyirmi beş min beş yüz) manat təşkil etmişdir. Qeyd edilən X4 üzrə “Lizinq alan" tərəfindən bu günədək əsas məbləğdən 2.566.05 (iki min beş yüz altmış altı manat beş qəpik) manat, faiz məbləğindən 1.571,73 (bir min beş yüz yetmiş bir manat yetmiş üç qəpik) manat, cərimə məbləğindən 22,22 (iyirmi iki min manat iyirmi iki qəpik) manat cəmi 4.160 (dörd min bir yüz altmış) manat məbləğində ödəniş edilmişdir. “Lizinq alan” İddiaçı həmin müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 22.933,95 (iyirmi iki min doqquz yüz otuz üç manat doxsan beş qəpik) manat əsas borcu, 3.296,77 (üç min iki yüz doxsan altı manat yetmiş yeddi qəpik) manat faiz borcu, gecikmə günləri 117 gün ona hesablanan cərimə 409,10 (dörd yüz doqquz manat on qəpik) manat cəmi 26.639,82 (iyirmi altı min altı yüz otuz doqquz manat səksən iki qəpik) manat borcu mövcuddur. İlkin iddia üzrə iddiaçının isə hansı əsasla iddia qaldırması başa düşülən deyildir. Belə ki, Əfran Xanlaroviç Cavabdeh MMC-dən 15000 (on beş min) manat pul vəsaitinin hansı əsaslarla tələb etməsi heç bir halda qəbul edilməz deyil, çünki yuxarıda qeyd edilən maliyyə arayışından da görünür ki, Əfran Xanlaroviç tərəfindən bu müddət ərzində ümumilikdə cəmi 4.160 (dörd min bir yüz altmış) manat məbləğində ödəniş edilmişdir ki, bu da cəmiyyətin qanunla qorunan hüquqlarını kobud şəkildə pozmaqla ona ciddi maliyyə sıxıntılarına səbəb olmuşdur. Burada xüsusilə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış 23 dekabr 2021-ci il tarixli müqavilənin 4.3.4-cü bəndində ehtiva olunduğu kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.12ci maddəsində müəyyən edilmiş hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək “Lizinq verən”nin müstəsna hüquqlarından biri kimi çıxış edir. Eyni zamanda, xüsusilə qeyd edilməlidir ki, Əfran Xanlaroviç xx.xx.2022-ci il tarixdə “X10" MMC-yə ərizə ilə müraciət edərək cədvəl üzrə ödənişləri edə bilmədiyinə görə istifadəsində olan avtomobil vasitəsini geri qaytarmış və müqavilənin ləğv edilməsinə etiraz etmədiyi bildirməklə bununla bağlı hər hansı iddia ilə məhkəməyə müraciət etməyəcəyini bəyan etmişdir. Belə olan halda isə Əfran Xanlaroviçin Cavabdeh MMC-yə qarşı iddiası ümumiyyətlə başa düşülən deyil, xüsusən də guya ödənilmiş pul vəsaiti hissəsində də tam qanunsuzdur. Daha sonra ilk İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 23 dekabr 2021-ci il tarixli 322 nömrəli X4nin 1.1-ci maddəsinə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməli olan BMW 528i-minik markalı, 2012-ci il buraxılışlı, WBAXH5C56CDW06716 ban nömrəli avtomobilin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 23 dekabr 2021-ci il tarixli 322 nömrəli X4nin 7.1-ci maddəsində qeyd edilir ki, bu müqavilənin icrası ilə bağlı tərəflər arasında əmələ gələn bütün mübahisələr ilk növbədə danışıqlar yolu ilə həll ediləcəkdir. Danışıqlar yolu ilə razılığa gəlmək mümkün olmadıqda mübahisə Azərbaycan Respublikasının müvafiq məhkəməsi vasitəsilə həll ediləcəkdir. Göründüyü kimi müqavilənin ləğvi ilə bağlı ilkin növbədə cavabdeh tərəfindən bildiriş göndərilməli sonra isə müqavilənin ləğvi məhkəmə qaydasında tələb edilməli idi, lakin məhkəmə araşdırması zamanı da müəyyən olunmuşdur ki, Cavabdeh MMC BMW 528i-minik markalı, 2012-ci il buraxılışlı, WBAXH5C56CDW06716 ban nömrəli avtomobili götürərkən nə bu barədə xəbardarlıq etmiş, nə bildiriş vermiş, nə də məhkəməyə müraciət etmişdir. Ona görə də müqavilə hələ də qüvvədədir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Məhdud Məsuliyyətinə Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbini qəbul etməyərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qаydаdа xəbərdar edilməsinə bахmаyаrаq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumаt vеrməmişdir. Lakin əvvəlki məhkəmə iclasında yazılı məhkəmə çıxışı təqdim edərək, bildirmişdir ki, tərəflər arasında bağlanmış 23 dekabr 2021-ci il tarixli 322 nömrəli X4nin 7.1-ci maddəsində qeyd edilir ki, Bu müqavilənin icrası, ilə bağlı tərəflər arasında əmələ gələn bütün mübahisələr ilk növbədə danışıqlar yolu ilə həll ediləcəkdir. Danışıqlar yolu ilə razılığa gəlmək mümkün olmadıqda mübahisə Azərbaycan Respublikasının müvafiq məhkəməsi vasitəsilə həll ediləcəkdir. Göründüyü kimi, müqavilənin ləğvi ilə bağlı ilkin növbədə cavabdeh tərəfindən bildiriş göndərilməli sonra isə müqavilənin ləğvi məhkəmə qaydasında tələb edilməli idi, lakin Məhkəmə araşdırması zamanı da müəyyən olunmuşdur ki, Cavabdeh MMC BMW 528i-minik markalı, 2012-ci il buraxılışlı, WBAXH5C56CDW06716 ban nömrəli avtomobili götürərkən nə bu barədə xəbardarlıq etmiş, nə bildiriş vermiş nə də məhkəməyə müraciət etmişdir. İddiaçı Xanİaroviçin Cavabdeh MMC-yə qarşı məhkəməyə müraciət etmədən öncə Pretenziya məktubu göndərmişdir. İddiaçının Pretenziya xx.xx.2022-ci il tarixində cavabdeh tərəfindən qəbul edilmişdir. Yalnız Pretenziyanın qəbulundan sonra cavabdeh “X10" MMC tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli müqavilənin ləğv edilməsinə dair Bildiriş göndərilib. Hansı ki, məhkəmə iclası zamanı araşdırma nəticəsində və təqdim edilmiş sübut nəticəsində eyni zamanda cavabdeh tərəfindən də nəqliyyat vasitəsinin 2022-ci ilin iyul ayında götürülməsi qeyd edilmişdir. Hansı ki bu bildiriş avtomobilin götürülməsindən əvvəl olmalı idi. İddiaçı lizinq müqaviləsi üzrə ən son xx.xx.2022-ci il tarixində ödəniş etmişdir. Lakin buna baxmayaraq xx.xx.2022-ci il tarixində cavabdeh tərəfindən avtomobil aparılmışdır. İddiaçının ümumiyyətlə bu hadisədən xəbəri olmamışdır. Hansı ki, müqavilə şərtlərinə görə lizinq verən əvvəlcə xəbərdarlıq etməli sonra da məhkəməyə müraciət etməli idi. Cavabdehin müqavilənin ləğvi üçün əsaslandığı Müqavilənin 6.1.4-cü bəndində göstərilən “Lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə müqavilə ləğv edilə bilər” müddəaları öz təsdiqini tapmamışdır. Belə ki, ən son xx.xx.2022-ci il tarixində ödəniş etmişdir. Lakin buna baxmayaraq xx.xx.2022-ci il tarixində cavabdeh tərətındən avtomobil aparılmışdır. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 322 nömrəli X4ndən və həmin müqaviləyə 1 №-li Əlavədən görünür ki, lizinq verən Cavabdeh MMC 2012-ci il buraxılışlı, BMW 528i-minik markalı, WBAX115C56CDW06716 ban nömrəli avtomobili illik 25% olmaqla 36 ay müddətinə lizinq alan İddiaçı müvəqqəti sahiblik və istifadəsinə vermiş, sonuncu isə müqavilənin ayrılmaz hissəsi olan 1 №-li Əlavəyə müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan X4ndən və həmin müqaviləyə 1 №-li Əlavədən görünür ki, lizinq müqaviləsinin ümumi məbləği 25,500 manat təşkil edir, lizinq alan İddiaçı aldığı lizinq obyektinə görə lizinq verənin hesabına ödəniş qrafikinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq 36 ay müddətində, hər ay 1,013 manat (sonuncu ay 1,013 manat) ödəməlidir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, lizinq müqaviləsi üzrə “Lizinq alan" yəni İddiaçı tərəfindən bu günədək əsas məbləğdən 2.566.05 (iki min beş yüz altmış altı manat beş qəpik) manat, faiz məbləğindən 1.571,73 (bir min beş yüz yetmiş bir manat yetmiş üç qəpik) manat, cərimə məbləğindən 22,22 (iyirmi iki min manat iyirmi iki qəpik) manat cəmi 4.160 (dörd min bir yüz altmış) manat məbləğində ödəniş edilmişdir İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 163/PL №-li maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli, 322 saylı X4 üzrə xx.xx.2022-ci il tarixinə əsas borc 22.933,95 manat, 3.296,77 (üç min iki yüz doxsan altı manat yetmiş yeddi qəpik) manat faiz borcu, gecikmə günləri 117 gün ona hesablanan cərimə 409,10 (dörd yüz doqquz manat on qəpik) manat cəmi 26.639,82 (iyirmi altı min altı yüz otuz doqquz manat səksən iki qəpik) manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil təslim aktına əsasən 2012-ci il buraxılışlı, BMW 528i-minik markalı, WBAX115C56CDW06716 ban nömrəli avtomobilin təhvil təslimi aparılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 322 saylı X4nə 3 nömrəli Əlavədən görünür ki, lizinq obyekti müqavilə üzrə göstərilən tərkibdə xx.xx.2021-ci il tarixdə tam saz və istismara yararlı vəziyyətdə, heç bir texniki nöqsan müəyyən edilmədən lizinq verən istifadəyə təhvil verib, lizinq alan qəbul edib. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün cəmiyyətə borcu yaranmışdır. Öhdəlikləri yerinə yetirmədiyinə görə müqavilənin 12.4-cü bəndinə müvafiq tərəflər arasında bağlanmış müqavilənin vaxtından əvvəl ləğv edilməsi barədə məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı Cavabdeh MMC-yə ünvanlandığı ərizənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli 322 saylı X4 əsasında BMW 528iminik markalı, WBAX115C56CDW06716 ban nömrəli avtomobili lizinq yolu ilə əldə etmiş, hal-hazırda maddi vəziyyətində çətinlik yarandığına görə həmin avtomobili cəmiyyətin əməkdaşlarına geri qaytararaq ilkin ödəniş pulunu geri almış və həmin müqavilənin birtərəfli xitamına etirazı yoxdur. İş materiallarında olan Cavabdeh MMC-nin Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin Rəisinə ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 322 nömrəli X4nə əsasən İddiaçı istifadəsində olan BMW 528i-minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. İddiaçı götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün Cavabdeh MMC-yə məxsus BMW 528i-minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edirdi. Cavabdeh MMC-yə məxsus olan BMW 528i-minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin götürərək X6 vasitəsilə lizinq şirkətinə gətirilməsi göstəriş verilmişdir. İş materiallarında olan hesabdan çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə 2130 manat, xx.xx.2022-ci il tarixdə 1020 manat, xx.xx.2022-ci il tarixdə 1010 manat olmaqla, cəmi 5210 manat ödəniş etmişdir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, xx.xx.2017-ci il tarixli "xxxx" ASC-nin idarə heyətinin sədri X1 ilə sifarişçi X3 arasında kolbasa satışının təşkili ilə bağlı 01 saylı müqavilə bağlanmışdır. İlkin iddia üzrə iddiaçı sözügedən müqavilə üzrə cavabdehlərin 21850 manat borcunun olduğunu, müqavilə üzrə öhdəliyin lazımınca icra edilmədiyini bildirir, qarşılıqlı iddia üzrə iddiaçı isə onun müqavilə üzrə borcunun olmadığını, ilkin iddia üzrə iddiaçıya artıq olaraq ödənilmiş 8060.77 manat məbləğində pulun geri qaytarılmasını mübahisələndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 747.1-ci maddəsinə görə, Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.3-cü maddəsinə əsasən, lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. 748-1.5-ci maddəsinə əsasən, Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-7.1-ci maddəsinə görə, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məhkəmə hesab edir ki, hazırki ilk və qarşılıqlı iddia tələbləri üzrə tərəflərin əsaslandıqları hal müqavilə öhdəliklərinin yerinə yetirilməməsindən ibarətdir, bu səbəbdən də ilkin və qarşılıqlı iddia üzrə iddia tələblərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və cavabdehin borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, qarşılıqlı iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 322 saylı lizinq müqaviləsindən irəli gəlir. Məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixli 322 saylı X4 üzrə ilk İddiaçı tərəfindən müqavilə öhdəlikləri lazımınca yerinə yetirilməmiş, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə ödənişlər lazımi qaydada icra edilməmişdir. Məhkəmə qeyd olunan xüsusatlara əsasən hesab edir ki, qarşılıqlı iddiaçı müqavilənin predmeti olan əşyanı cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, cavabdeh isə müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə onun şərtlərini pozmuşdur. Məhkəmə bildirir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Qarşılıqlı iddiaçının nümayəndəsi və vəkilinin izahatına və işin araşdırılan hallarına əsasən cavabdehə iddiaçı tərəfindən müqavilə üzrə yaranmış borcları barədə xəbərdarlıq olunmuş, lakin cavabdeh, ona edilmiş xəbərdarlıqlara baxmayaraq, borcun qaytarılması üçün tədbir görməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 748-1.12-ci maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-2.3-cü maddəsinə əsasən lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Məhkəmə araşdırmaları zamanı qarşılıqlı iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə ödənilməmiş cəmi 26.639,82 manat əsas borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi lizinq müqaviləsi üzrə borcun tutulmasına münasibətdə əsaslıdır. Belə ki, Cavabdeh MMC tərəfindən təqdim olunmuş maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli 322 saylı X4 üzrə əsas borc 22.933,95 manat, 3.296,77 (üç min iki yüz doxsan altı manat yetmiş yeddi qəpik) manat faiz borcu, gecikmə günləri 117 gün ona hesablanan cərimə 409,10 (dörd yüz doqquz manat on qəpik) manat cəmi 26.639,82 (iyirmi altı min altı yüz otuz doqquz manat səksən iki qəpik) manat təşkil edir. Belə olan halda İddiaçı də məhz həmin məbləğ tutulmalıdır. Belə ki, ilk iddiaçının gətirdiyi iddia dəlillərinə münasibətdə məhkəmə bildirir ki, ilkin iddia üzrə iddiaçı xx.xx.2022-ci il tarixində Cavabdeh MMC tərəfindən avtomobilin geri alındığını (aparıldığını) bildirsə də, Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı geri götürülməsi və şirkətə təhvil verilməsinə göstəriş verilməsi xahiş edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı həmin tarixdə avtomobilin ondan geri alınmasını qeyd etsə də, həmin halı təsdiq edən mötəbər sübutu təqdim etməmişdir. Belə ki, ilk iddiaçı məktubun göndərilməsi tarixinə istinad edərək, avtomobilin məhz həmin tarixdə ondan geri alındığını qeyd etməkdə haqlı olmamışdır. Bundan əlavə ilk iddiaçının “Cavabdeh MMC avtomobili götürərkən bu barədə iddiaçını lazımi qaydada məlumatlandırmaması” ilə bağlı iddia tələbinin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, mülki işin faktiki hallarından və tərəflər arasındakı münasibətlərdən (həmin avtomobillə yol-nəqliyyat hadisəsinin törədilməsi və avtomobilə ziyan vurulması və s.) ilk iddiaçının həmin qeyd olunan hallarla bağlı o cümlədən, avtomobilin ondan geri alınmasında məhz sonuncunun təqsirli hərəkətlərinin səbəb olduğu barədə məlumatlı olması açıq-aşkar müəyyən olunur. Nəticə etibarilə ilk iddiaçıya müqavilə münasibətlərinin davam etdirilə bilməməsi halı məlum idi. Belə təqdirdə isə ilk iddiaçının iddia dəlili kimi ona müvafiq qaydada bildiriş, xəbərdarlıq göndərilməməsinə istinad etməsini məhkəmə, sonuncunun iddia tələbinin təmin olunmasına yönəlmiş qeyrisəmimi, formal izahat kimi qiymətləndirməklə, lizinq müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərdən yayınma məqsədi daşıdığını hesab edir. Göründüyü kimi, hazırda ilk iddiaçı avtomobilin cavabdehdən alınaraq iddiaçıya verilməsi tələbini sürmüşdür. Yuxarıda sadalanan mülki işin faktiki halları ilə ilk iddianın dəlillərinin əsassız olduğu müəyyən edilmişdir. Bununla yanaşı məhkəmə aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. ....kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Göründüyü kimi, xx.xx.2021-ci il tarixli 322 saylı “Daxili Lizinq“ müqaviləsinin 1.1-ci bəndində göstərilən 1 saylı əlavədə və müqavilənin 1.2-ci bəndində göstərilən 2 saylı əlavədə lizinq obyektinin nədən ibarət olması qeyd olunmuşdur. “Daxili Lizinq" müqaviləsinin 1.2 və 1.3-cü bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 3.4-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №1) müəyyən edilir. " Yuxarıda sadalanan qanunvericilik müddəalarından əsasən, məhkəmə hesab edir ki, ilkin iddianın əsassız olması və formal mülahizələrə əsaslanması iş materialları ilə sübuta yetirilir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarına və sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, ilk İddiaçı Cavabdeh Məhdud Məsuliyyətinə Cəmiyyətinə qarşı “lizinq obyektinin cavabdehdən alınıb verilməsi” tələbinə dair iddiası təmin edilməməli, qarşılıqlı iddiaçı Cavabdeh Məhdud Məsuliyyətinin xeyrinə İddiaçı 22.933,95 manat əsas borc, 3.296,77 (üç min iki yüz doxsan altı manat yetmiş yeddi qəpik) manat faiz borcu, cərimə 409,10 (dörd yüz doqquz manat on qəpik) manat olmaqla, cəmi 26.639,82 (iyirmi altı min altı yüz otuz doqquz manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 170 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, qarşılıqlı iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 170 manat məbləğində dövlət rüsumu ödəmişdir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, İddiaçı 170 manat alınaraq Cavabdeh MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk İddiaçı Cavabdeh Məhdud Məsuliyyətinə Cəmiyyətinə qarşı “lizinq obyektinin cavabdehdən alınıb verilməsi” tələbinə dair iddiası təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Məhdud Məsuliyyətinin xeyrinə cavabdeh İddiaçı 22.933,95 manat əsas borc, 3.296,77 (üç min iki yüz doxsan altı manat yetmiş yeddi qəpik) manat faiz borcu və 409,10 (dörd yüz doqquz manat on qəpik) manat cərimə olmaqla, cəmi 26.639,82 (iyirmi altı min altı yüz otuz doqquz manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 170 manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar