Məhkəmə qərarları › İş №2(005)-716/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-716/2022

16.05.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-716/2022 16.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Daimi Komissiyası cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, 10.09.1990-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bacısı - 10.09.1990-cı il təvəllüdlü X5 anadan gəlmə daun (kəskin ifadə olunmuş imbessilik dərəcəsində oliqofreniya) xəstəsidir, 1-ci qrup əlildir, indiyə kimi dəfələrlə müalicə almasına baxmayaraq xəstəliyi müalicə olunmazdır və ərazi üzrə Bakı şəhəri 8 saylı Poliklinikada qeydiyyatdadır. X2 03.11.2021-ci ildə vəfat etmiş, anası X6 1-ci qrup əlildir, buna görə X5 onunla və ailəsi ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Qərib küçəsi, ev 8-də qalır və bacısına o baxır. X5 psixi qüsuru nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir, bundan əlavə onun gözləri də görmür, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair arayışda göstərilir ki, onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. X1 qəyyumu olmaq niyyətindədir, lakin Bakı şəhər Maraqlı şəxsndən bildirmişlər ki, bacısı üzərində qəyyum və himayəçi kimi yalnız məhkəmə qətnaməsinə əsasən təyin oluna bilər, buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəmə iclasında ərizəsinə uyğun izahat verərək, ərizəni təmin edən qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat veriməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ekspert rəyini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 ünvan 1 ünvanında qeydiyyatdadır. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan ki, X5 1-ci dərəcəli əlilldir, diaqnoz “kəskin ifadə olunan imbessilik dərəcəsində oliqofreniya” qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 02.04.2022-ci il tarixli, 1015 saylı rəyində qeyd olunur ki, yoxlanılan şəxs X4 “daun sindromu nəticəsində yaranan ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində)” (F72) aşkar olunur. Bunu anamnestik məlumatlar (erkən yaşlarından psixofıziki inkişafda xeyli geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron Tibbi-Sosial Ekspert Komissiyasının arayışında "Kəskin ifadə olunmuş imbesillik dərəcəsində oliqofreniya" diaqnozu ilə 1-ci qrup əlil olduğunun qeyd olunması) həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər (zahirən passiv olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualların əksənyyətinı anlamaması, anlaşılmaz sözlər deməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. Yoxlanılan şəxs X4 daun sindromu nəticəsində yaranan ağır dərəcəli əqli gerilik aşkar olunur. Yoxlanılan şəxs X5 öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də, X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edılməlisinə əsaslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutları, məhkəmə ekspertiza rəyini nəzərə almaqla məhkəmə qeyd edir ki, X3 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətində olmadığı müəyyən edilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək nəticəyə gəlir ki, ərizə təmin edilməli, 10.09.1990-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 10.09.1990-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar