Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-717/2021 07.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “NV-509/15 saylı 23 sentybar 2015-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinin geri qaytarılmasına və müqavilə üzrə əsas borcun, mükafatın və dəbbə pulunun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı “NV-509/15 saylı 23 sentyabr 2015-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinin geri qaytarılmasına və müqavilə üzrə əsas borcun, mükafatın və dəbbə pulunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.09.2015-ci il tarixdə bağlanmış NV-509/15 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh lizinq obyektinin geri qaytarılması və müqavilə üzrə ödənilməmiş 138927.45 (yüz otuz səkkiz min doqquz yüz iyirmi yeddi) AZN əsas borc və 18412.08 (on səkkiz min dörd yüz on iki) AZN vaxtı keçmiş faiz, cəmi 157340.35 (yüz əlli yeddi min üç yüz qırx) AZN pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh Finanslizinq ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh,Bakı şəhəri Nərimanov rayonu Ə.Vahid küçəsi ev 13 mənzil 25-də yaşayan Cavabdeh ilə iddiaçı Finanslizinq ASC arasında 23.09.2015-ci il tarixdə NV-509/15 saylı Daxili Lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Finanslizinq ASC-nin mülkiyəlində olan və lizinq obyekti sayılan (bundan sonra Lizinq obyekti adlanacaq) Bakı şəhəri Binəqədi rayon M.Ə.Rəsulzadə qəsəbəsi Ənvər Əlixanov küçəsi ev 70A-a yerləşən fərdi yaşayış evinin alınması üçün 135 (yüz otuz beş) min ABŞ dolları aylıq ödəniş 3576 (üç min beş yuz yetmiş altı) ABŞ dolları olmaqla 60 ay müddətinə illik 20 %-la Cavabdeh Finanslizinq ASC tərəfindən pul vəsaiti ayrılaraq verilmişdir. NV-509/15 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq ödənişlərini lizinq ödənişləri cədvəlində (İ saylı əlavə) göstərilmiş müddətdə qaydada icra etməyi Cavabdeh öhdəsinə götürmüş olsada, müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Cavabdeh hazırkı vaxtda 138 927.45 (yüz otuz səkkiz min doqquz yuz iyirmi yeddi) AZN əsas borcu və 18412.09 (on səkkiz min dörd yuz on iki)AZN - cəmi 157 340.35 yüz əlli yeddi min üç yüz qırx) AZN gecikdirilmiş borc yaranmışdır. Onuda qeyd edək ki, Cavabdeh dəfələrlə xəbərdar olunmasına baxmayaraq sonuncu dəfə 21.05.2018-ci il tarixdə 49970.59 (qırx doqquz min doqquz yüz yetmiş) ABŞ dolları və 22.05.2018-ci il tarixdə 3997.65 (üç min doqquz yüz doxsa yeddi) ABŞ dolları ödənişi olmuş və həmin lizinq ödənişlərinin 33675.69 ( otuz üç min altı yüz yetmiş beş) ABŞ dolları əsas məbləğdən, 20 292.55 (iyirmi min iki yüz doxsan iki) ABŞ dolları faiz məbləğindən silinmişdir. Eyni zamanda iddiaçı "xxxx" ASC-nin 01.03.2021-ci il tarixli 1057 nömrəli iddianın dəqiqləşdirlməsi barədə ərizədən görünür ki, 23 sentyabr 2015-ci il tarixli NV-509/15 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh 135.000 ABŞ (yüz otuz beş min) dolları məbləğində lizinq verilmişdir. Cavabdeh həmin məbləğdən 100345.35 ABŞ (yüz min üç yüz qırx beş min dollar, otuz beş sent) dollarını ödəmiş, lakin hazırakı vaxtadək tərəfindən 121809.17 ABŞ (yüz iyirmi bir min səkkiz yüz doqquz dollar on yeddi sent ödənilməmişdir). Ödənilməyən məbləğin 29256.02 ABŞ (iyirmi doqquz min iki yüz əlli altı) dollar cərimə (dəbbə) pulu təşkil edir. İddiaçı ASC tərəfindən məhkəməyə verilmiş iddiada cərimə (dəbbə) pulu nəzərdə tutulmamışdır. Bununla da məhkəmədən xahiş olunur ki, 138927.45 (yüz otuz səkkiz min doqquz yüz iyirmi yeddi manat qırx beş qəpik) AZN- 81722.029 ABŞ dolları əsas borc, 18412.08 (on səkkiz min dörd yüz on iki) AZN-10830.63 ABŞ dolları vaxtı keçmiş faiz, cəmi 157340.35 (yüz əlli yeddi min üç yüz qırx) AZN-92555 ABŞ dolları Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 18.11.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 23.09.2015-ci il tarixli NV- №509/15 saylı daxili lizinq müqaviləsinin 3.1-ci bəndinə əsasən əgər lizinq obyekti bu müqavilə imzalanarkən lizinq şirkətinin mülkiyyətində deyildirsə, lizinq obyekti alqı-satqı müqaviləsi imzalandıqdan sonra qəbul aktına əsasən bu müqavilənin şərtlərinə və həmin əmlakın təyinatına uyğun vəziyyətdə lizinq alana təhvil verilir, lizinq alan isə qəbul edir. Bu müqavilənin 5.2-ci bəndinə əsasən avans ödənişi lizinq alan tərəfindən müqavilənin 1 saylı əlavəsində göstərilən həcmdə və müddətdə lizinq şirkətinə manatla ödənilməlidir. 23 sentyabr 2015-ci il tarixli DA-№509/15 saylı “daxili lizinq müqaviləsi” nə 1 nömrəli əlavədən görünür ki, lizinq obyektinin ünvanı ünvan 1 obyektinin satınalma qiyməti 135.000 ABŞ dolları (AMB-nin 23.09.2015-ci il tarixinə məzənnəsinə uyğun 141547 manat 50 qəpik, 1 ABŞ dolları=1.0485) müəyyən edilmişdir. Lizinq ödənişləri cədvəlindən görünür ki, iddiaçı aylıq ödəniş üzrə 3576.67 ABŞ dolları məbləğində ödəniş etməyi üzərinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən № ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 İddiaçı ASC-nin mülkiyyətindədir. Əmlakın qəbulu və lizinqə verilməsi barədə 509 nömrəli aktın surətindən görünür ki, 23.09.2015-ci il tarixli NV-№509/15 saylı daşınmaz əmlakın daxili lizinq müqaviləsinə müvafiq olaraq ümumi qiymətin həcmi 135.000 (bir yüz otuz beş min) ABŞ dolları təşkil etmişdir. Əmlakın mülkiyyət hüququ bu aktın imzalandığı andan “Lizinqverən”ə (alıcıya) keçir. Əmlakın ziyan və zərəri ilə bağlı bütün risklər (o cümlədən təsadüfi olanlar) bu aktın imzalandığı andan “Lizinqalan”ın üzərinə keçir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin 23.09.2015-ci il tarixli 30 nömrəli təklifindən görünür ki, sifarişçi Cavabdeh Bakı şəhər, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ənvər Əlixanov küç., ev 70a də yerləşən fərdi yaşayış evinin alınması üçün 135.000 ABŞ dolları sifariş etmişdir. Daşınmaz əmlakın qiymətləndirmə aktından görünür ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın bazar dəyəri 200.000 (iki yüz min) ABŞ dolları və likvid dəyəri 198.000 ABŞ dolları müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçisi X5r. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda tərtib olunmuş və Quliyeva Ayna tərəfindən imzalanmış ərizənin surətindən görünür ki, əri X6 məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına, ipotekaya qoyulmasına heç bir etirazının olmadığı qeyd edilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Rəsulzadə qəsəbə üzrə nümayəndəliyinin 23.09.2015-ci il tarixli 01-10/282 nömrəli arayışın surətindən görünür ki, X8 ondan ötrü ki, ünvan 4 ünvanında qeydiyyatda olubdur. ünvan 5də tərtib edilmiş ərizənin surətindən görünür ki, X6 məxsus olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına, ipotekaya qoyulmasına heç bir etirazı yoxdur. AZ-İ № 629875 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X7 arasında 26.11.2010-cu il tarixdə nikahları bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3060 nömrə ilə qeyd edilmişdir. AN–İ № ******* nömrəli 23.09.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 1-ci bəndindən görünür ki, satıcı ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 115.4 kv/m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) “alıcının” mülkiyyətinə verir. Bu müqavilənin 4-cü bəndinə əsasən satıcı (lar) daşınmaz əmlakı 141547 manat 50 qəpik (bir yüz qırx bir min beş yüz qırx yeddi manat əlli qəpik) qiymətinə satdı (lar), alıcı(lar) isə həmin qiymətə aldı (lar). İddiaçı ASC-nin 23 sentyabr 2015-ci il tarixli №509L/2015 nömrəli əmrin surətindən görünür ki, 23 sentyabr 2015-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən X4 alınmış Bakı şəhər, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ənvər Əlixanov küç.,ev 70 a-da yerləşən fərdi yaşayış evini lizinq əməliyyatının icrası üçün İddiaçı ASC-nin balansına mədaxil edilmişdir. Nərimanov RPİ tərəfindən verilmiş 10.05.2013-cü il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, Cavabdeh xx.xx.1988-ci ildə Şəmkir şəhərində anadan olmuş və Nərimanov rayonu, Ə.Vahid küç, ev. 13, m. 25 ünvanında qeydiyyatdadır. Şəmkir RPŞ tərəfindən verilmiş 08.06.2011-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 08120400 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, X8 27.05.1986-cı ildə Şəmkir şəhərində anadan olmuş və Nərimanov rayonu, Ə.Vahid küç, ev. 13, m. 25 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2021-ci il tarixli 9/1790 saylı ekspert rəyindən də görünür ki, cavabdehin 23.09.2015-ci il tarixli NV-№509/15 saylı daşınmaz əmlakın daxili lizinq müqaviləsi və həmin müqaviləyə 1 saylı Əlavənin şərtləri nəzərə alınmaqla əsas borc məbləği 81722,03 ABŞ dolları, faiz borcu 10830, 63 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-5.1-ci maddəsinə əsasən lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Qeyd edilən Məcəllənin 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə görə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən Lizinq verənin Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 750-ci maddəsinə əsasən Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23 sentyabr 2015-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən sonuncuya 20% illik olmaqla 60 ay müddətinə, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ənvər Əlixanov küçəsi ev 70A-da yerləşən fərdi yaşayış evinin alınması üçün illik 20%-lə 135 (yüz otuz beş) min ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. Cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə ödənişləri tam həcmdə yerinə yetirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ekspert rəyi də nəzərə alınmaqla iddia tələbi lizinq müqaviləsi üzrə əsas borcun tutulması hissəsində və faiz borcunun tutulması hissəsində əsaslıdır. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizədən görünür ki, tərəflər arasında bağlanmış 23 sentyabr 2015-ci il tarixli müqavilə üzrə hazırda İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas borcu 81722,029 ABŞ dolları məbləğində, vaxtı keçmiş faiz borcu 10830,63 ABŞ dolları məbləğində müəyyən olumuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunanalara əsasən cavabdehdən əsas borca görə 81722,029 ABŞ dolları, faiz borcuna görə 10830,63 ABŞ dolları faiz borcu tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 81722,029 (səksən bir min yeddi yüz iyirmi iki ABŞ dolları iyirmi doqquz sent) ABŞ dolları məbləğində əsas borc, 10830,63 (on min səkkiz yüz otuz ABŞ dolları altmış üç sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 92.552,92 (doxsan iki min beş yüz əlli iki ABŞ dolları doxsan iki sent) ABŞ dolları (ödəniş günü manata məzənnə ilə) və 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC -nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 81722,029 (səksən bir min yeddi yüz iyirmi iki ABŞ dolları iyirmi doqquz sent) ABŞ dolları məbləğində əsas borc, 10830,63 (on min səkkiz yüz otuz ABŞ dolları altmış üç sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 92.552,92 (doxsan iki min beş yüz əlli iki ABŞ dolları doxsan iki sent) ABŞ dolları məbləğində pul (ödəniş günü manata məzənnə ilə) və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC -nin xeyrinə tutulsun. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri Cavabdeh tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-717/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-717/2021
07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver