Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-726/2024 14.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı1 nümayəndəsi X7, İddiaçılar İddiaçı2, İddiaçı3 və onların, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Bakı şəhəri 42 saylı Notariat Ofisi, Bakı şəhəri 18 saylı Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Əmlak İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddialarçı İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış və ünvan 7sdiq edilmiş xx.xx.2010-cu il tarixli 4Ə-05-461 reyestr nömrəli evin bağışlanma müqaviləsinin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 266.0 kvadrat/metr olan qeyri-yaşayış sahəsinə aid olan hissəyə münasibətdə və Cavabdeh5 ilə Cavabdeh6 arasında bağlanmış və Bakı şəhəri 18 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-559 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, onların hüquqi nəticələrinin ləğv edilməsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Əmlak İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində Cavabdeh6 mülkiyyət hüququnun qeydə alınması barədə çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 məxsus olan və ünvan 3 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ tam payla xx.xx.2016-cı il tarixində ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 2178 nömrə ilə reyestr kitabının 201788 nömrəli vərəqində qeydiyyata alınaraq çıxarış (Seriya RX 0971300) verilmiş, digər İddiaçı2 məxsus olan və ünvan 4 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ tam payla xx.xx.2015-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 2181 nömrə ilə reyestr kitabının 202097 nömrəli vərəqində qeydiyyata alınaraq çıxarış (Seriya RX 0758214) verilmiş, digər İddiaçı3 məxsus olan və ünvan 5 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ tam payla xx.xx.2014-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 2177 nömrə ilə reyestr kitabının 201709 nömrəli vərəqində qeydiyyata alınaraq çıxarış (Seriya RX 0447537) verilmiş, yuxarıda qeyd olunan mənzillərin yerləşdiyi 7 mərtəbəli, 17 mənzildən ibarət olan çoxmənzilli binanın elektrik enerjisi ilə təmin edən transformator və içməli su ilə təmin edən üzərində mühərriki olan su çəninin binanın texniki zirzəmisində yerləşən qeyri-yaşayış sahəsində quraşdırılmışdır. İddaçı əlavə olaraq qeyd etmişdir ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi ünvan 7sdiq edilmiş Cavabdeh4 ilə Cavabdeh5 adına qeydiyyatdan keçmiş, həmin fərdi yaşayış evinin müxtəlif hissələri ayrı-ayrı şəxslərin adlarına özgəninkiləşdirilmiş, həmin yaşayış evinin Cavabdeh5 məxsus hissəsindən 266 kvadrat metr hissəsi xx.xx.2018-ci il tarixdə RX seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli çıxarışı əsasında ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsi kimi sonuncunun adına rəsmiləşdirilmiş, çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi əmlakı olan zirzəminin müxtəlif sahibkarlara istifadəyə verilmiş, nəticədə kommunikasiya qovşaqları əlçatmaz olur. Cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Mənzil Məcəlləsinin 35.3 və 35.4 normaları kobud şəkildə pozulmuşdur. Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil2 iddiaya yazılı etirazla məhkəməyə müraciət edərək etirazında bildirmişdir ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixlı bağışlama müqaviləsinə əsasən, Cavabdeh6 mübahisə predmeti olan əmlakı Cavabdeh5 bağışlama əsasında əldə etmişdir. Həmin müqavilənin etibarsızlığı üçün AR Mülki Məcəlləsində müəyyən edilmiş əsaslar mövcud deyildir. İddiaçıların AR Mülki Məcəlləsinin 337, 340-cı maddələrinə istinad etməsi də tamamilə əsassızdır. Cavabdeh6 ilə Cavabdeh5 bağladıqları bağışlama müqaviləsi heç bir halda yalan və ya əhəmiyyətsiz müqavilə hesab edilə bilməz. Qeyd olunanlara əsasən, iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı3 və onların nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək yaşayış binasının çoxsaylı mənzillərdən ibarət olması səbəbindən onun zirzəmisinin mülkiyyətçilərin razılığı ormadan bağışlanması barədə müqavilələr etibarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışlar ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi X12 və iddiaçılar İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin əsassız olduğunu, həmçinin hər iki bağışlama müqaviləsinin etibarsızlığı üçün kəsici müddətin ötürüldüyünü bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən iclasın digər cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: • Mülki işin materialları 20 may 2004-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən aydın olur ki, satıcı Qasımov Vəkil Şükür oğlu Bakı şəhəri, C.Hacıbəyli küçəsi, 56/58 saylı evin 21 saylı mənzilini alıcı Cavabdeh4 ********* manata satmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş OM seriyalı, 193715 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, C.Hacıbəyli küçəsi, 56/58 saylı evin 21 saylı mənzilinin Cavabdeh4 tam payda xüsusi mülkiyyətində olmasına dair xx.xx.2004-cü il tarixdə qeydiyyat aparılmışdır. Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 788 nömrəli sərəncamına əsasən Cavabdeh4, ona məxsus olan Bakı şəhəri, C.Hacıbəyli küçəsi, 56/58 saylı evin 21 saylı mənzilin sökülüb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəyə uyğun yenidən tikilməsinə icazə verilmişdir. 06 avqust 2010-cu il tarixdə ünvan 7sdiq edilmiş Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 56/58-də yerləşən 6 mərtəbəli 39 otaqdan ibarət olan, ümumi sahəsi 2407,3 kv.m, yaşayış sahəsi 1208,4 kv.m olan 21 saylı fərdi yaşayış evi Cavabdeh4 tərəfindən Cavabdeh5 bağışlanmışdır. Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 56/58 saylı evin 21 saylı fərdi yaşayış evinin Cavabdeh5 tam payda xüsusi mülkiyyətində olmasına dair xx.xx.2010-cu il tarixdə ********* nömrəli qeyd aparılmışdır. xx.xx.2013-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh5 Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 56/58 saylı evin 21 saylı fərdi yaşayış evinin 4-cü mərtəbəsində ümumi sahəsi 45.5 kv.m olan 2 saylı sahəsinin 22,75 kv.m, sahəsi 17.7 kv.m olan 9 saylı, sahəsi 5.0 kv.m olan 10 saylı, sahəsi 24.6 kv.m olan 11 saylı sahəsinin 7.3 kv.m olan 12 saylı, sahəsi 24.1 kv.m olan 13 saylı, sahəsi 17.9 kv.m olan 14 saylı və sahəsi 5.0 kv.m olan 15 saylı sahələrini X4. Azərbaycan respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 56/58 saylı evin 21 saylı fərdi yaşayış evinin 4 otaq y/s 84,3 kv.m, k/s 30.05 kv.m və 10.0 kv.m açıq eyvanın X8 mülkiyyətində olmasına dair xx.xx.2014-cü il tarixdə qeydiyyat aparılmışdır. xx.xx.2013-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh5 Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 56/58 saylı evin 21 saylı fərdi yaşayış evinin 4-cü mərtəbəsində ümumi sahəsi 45.5 kv.m olan 2 saylı sahəsinin 24,22 kv.m, sahəsi 40.5 kv.m olan 3 saylı, sahəsi 5.0 kv.m olan 4 saylı, sahəsi 9.7 kv.m olan 5 saylı, sahəsi 29.0 kv.m olan 6 saylı, sahəsi 55.2 kv.m olan 7 saylı və sahəsi 5.0 kv.m olan 8 saylı sahələrini X2. xx.xx.2013-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh5 Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 56/58 saylı evin 21 saylı fərdi yaşayış evinin 6-cı mərtəbəsində ümumi sahəsi 45.5 kv.m olan 2 saylı sahəsinin 24,22 kv.m, sahəsi 40.5 kv.m olan 3 saylı, sahəsi 5.0 kv.m olan 4 saylı, sahəsi 9.7 kv.m olan 5 saylı, sahəsi 29.0 kv.m olan 6 saylı, sahəsi 55.2 kv.m olan 7 saylı və sahəsi 5.0 kv.m olan 8 saylı sahələrini İddiaçı3 satmışdır. xx.xx.2013-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh5 Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 56/58 saylı evin 21 saylı fərdi yaşayış evinin 6-cı mərtəbəsində ümumi sahəsi 45.5 kv.m olan 2 saylı sahəsinin 21.28 kv.m, sahəsi 17.7 kv.m olan 9 saylı, sahəsi 5.0 kv.m olan 10 saylı, sahəsi 24.6 kv.m olan 11 saylı, sahəsi 7.3 kv.m olan 12 saylı, sahəsi 24.1 kv.m olan 13 saylı, sahəsi 17.9 kv.m olan 14 saylı və sahəsi 5.0 kv.m olan 15 saylı sahələrini X3. xx.xx.2014-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh5 Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 56/58 saylı evin 21 saylı fərdi yaşayış evinin 2-ci mərtəbəsində ümumi sahəsi 45.5 kv.m olan 2 saylı sahəsinin 22.75 kv.m, sahəsi 37.5 kv.m olan 7 saylı, sahəsi 17.7 kv.m olan 9 saylı, sahəsi 5.0 kv.m olan 10 saylı, sahəsi 24.6 kv.m olan 11 saylı, sahəsi 7.3 kv.m olan 12 saylı, sahəsi 24.1 kv.m olan 13 saylı, sahəsi 17.9 kv.m olan 14 saylı və sahəsi 5.0 kv.m olan 15 saylı sahələrini X1. ünvan 3 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ tam payla İddiaçı1 məxsusdur. (xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli, , Daşınmaz əmlakın dövlət reyestrində 2178 nömrə ilə reyestr kitabının 201788 nömrəli vərəqində qeydiyyata alınmış Seriya RX ******* nömrəli çıxarış) ünvan 4 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ tam payla İddiaçı2 məxsusdur. (xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli, Daşınmaz əmlakın dövlət reyestrində 2181 nömrə ilə reyestr kitabının 202097 nömrəli vərəqində qeydiyyata alınmış Seriya RX ******* nömrəli çıxarış) ünvan 5 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ tam payla İddiaçı3 məxsusdur. (xx.xx.2014-cü il tarixində ********** qeydiyyat nömrəli, Daşınmaz əmlakın dövlət reyestrində 2177 nömrə ilə reyestr kitabının 201709 nömrəli vərəqində qeydiyyata alınmış Seriya RX ******* nömrəli çıxarış) Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 56/58-də yerləşən 6 mərtəbəli 39 otaqdan ibarət olan, yaşayış sahəsi 1208.4 kv.m, qeyri-yaşayış sahəsi 1198,9 kv.m olan 21 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 3462 nömrəli vərəqində qeydiyyata alınmışdır. 28 avqust 2018-ci il tarixdə ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 266 kv.m olan qeyriyaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində 216 nömrəli reyestr kitabının 20368 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 23 noyabr 2021-ci il tarixdə Bakı şəhəri 18 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 266 kv.m olan, 216 nömrəli reyestr kitabının 20368 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış qeyri-yaşayış sahəsi Cavabdeh5 tərəfindən Cavabdeh6 bağışlanmışdır. Azərbaycan respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 11 ünvanında yerləşən 266 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh6 mülkiyyətində olmasına dair xx.xx.2021-ci il tarixdə qeydiyyat aparılmışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh4 20 may 2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında almışdır. Onun bu evə olan mülkiyyət hüququ xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmışdır. Sonradan Cavabdeh4 06 avqust 2010-cu il tarixli bağışlama müqaviləsi ilə həmin fərdi yaşayış evini Cavabdeh5 bağışlanmışdır. Cavabdeh5 evə mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. Sözügedən fərdi yaşayış evinin müxtəlif hissələri ayrı-ayrı şəxslərin adlarına özgəninkiləşdirilmişdir. Fərdi yaşayış evinin Cavabdeh5 məxsus hissəsindən 266 kv.m hissə xx.xx.2018-ci il tarixdə ünvan 14 ünavında yerləşən qeyri-yaşauış sahəsi kimi Cavabdeh5 adına qeydiyyatdan keçmişdir. Buna dair Cavabdeh5 xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. Daha sonra bu sahə xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh6 adına özgəninkiləşdirilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Mülki Məcəlləsinin (bundan sonra, MM): 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. MM-nin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. İş materiallarından müəyyən olunur ki, ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh4 20 may 2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında almışdır. Onun bu evə olan mülkiyyət hüququ xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmışdır. Yəni sözügedən əmlak Cavabdeh4 tam payda xüsusi mülkiyyətində olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin : 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Cavabdeh4 əmlakın tam payda mülkiyyətçisi olduğundan mülkiyyət hüququnun tərkib hissələri olan sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst iradəsi əsasında, kənar şəxslərin razılığı olmadan həyata keçirmişdir. Belə ki, Cavabdeh4 06 avqust 2010-cu il tarixli bağışlama müqaviləsi ilə həmin fərdi yaşayış evini Cavabdeh5 bağışlanmışdır. Cavabdeh5 evə mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh 06 avqust 2010-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbini binanın çoxmənzilli yaşayış sahəsi olması və Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən binanın bütün mülkiyyətçilərinə məxsus sahəsinin bir şəxsin iradəsi ilə özgəninkiləşdirilməsinin yolverilməz olması ilə əsaslandırmışdır. Həmin maddəyə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Halbuki yuxarıda qeyd edildiyi kimi fərdi yaşayış evi 06 avqust 2010-cu il tarixli bağışlama müqaviləsi ilə özgəninkiləşdirilən zaman tam payda Cavabdeh4 xüsusi mülkiyyətində olmuşdur. Bu səbəbdən də o ev və ya onun bir hissəsini başqa şəxslərlə razılaşdırmadan öz mülahizəsinə görə sərəncam vermək hüququna malik olmuşdur. Bu baxımdan, sözügedən bağışlama müqaviləsinin etibarsızlığı üçün heç bir hal müəyyən edilmir. Məhkəmə xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı qeyd edir ki, sözügedən fərdi yaşayış evinin müxtəlif hissələri ayrı-ayrı şəxslərin adlarına özgəninkiləşdirilmişdir. Fərdi yaşayış evinin Cavabdeh5 məxsus hissəsindən 266 kv.m hissə xx.xx.2018-ci il tarixdə ünvan 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi kimi Cavabdeh5 adına qeydiyyatdan keçmişdir. Buna dair Cavabdeh5 xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. Daha sonra bu sahə xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh6 adına özgəninkiləşdirilmişdir. Göründüyü kimi yaşayış evi tam payda Cavabdeh5 xüsusi mülkiyyətində olmuş, sonradan ayrı-ayrı hissələrlə müxtəlif şəxslərin adına rəsmiləşdirilmişdir. Lakin əmlak bütünlüklə özgəninkiləşdirilməmiş, evdən Cavabdeh5 adında qalan hissə 266 kv.m hissə xx.xx.2018-ci il tarixdə ünvan 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi kimi Cavabdeh5 adına qeydiyyatdan keçmişdir. Yəni bu evin qeyd edilən hissəsi bu ev digər şəxslərin adına özgəninkiləşdirilməmişdən əvvəl də Cavabdeh5 adında olmuş, sonradan ev hissələrə bölündükdə Cavabdeh5 bu hissəyə dair ayrıca çıxarış almışdır. Bu hissənin Cavabdeh5 adına dövlət qeydiyyatına alınması qanunsuz olmamışdır. Cavabdeh5 sonradan özünə məxsus hissəni sərəncam hüququnu realizə etməklə xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsini bağlamış, əmlak Cavabdeh6 adına qeydə alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyi obyektiv həqiqət prinsipini deyil, formal həqiqət prinsipini əsas götürməkdədir; bu prinsipə əsasən, bir tərəfdən hakim yalnız tərəflərin məhkəməyə bildirdiyi və təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır; başqa yandan isə hakim faktlarla və hallarla bağlı tərəflərin dəlillərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirməsin. Formal həqiqət prinsipi belə əsaslandırılır ki, kökündə mülki (özəl) hüquqi münasibətlər duran faktların (halların) xidməti vəzifəyə əsasən (qulluq mövqeyinə görə) müəyyənləşdirilməsində hər hansı bir ictimai (publik) maraq yoxdur. Beləliklə də bu, iradə azadlığının prosessual təcəssümüdür və nəticə etibarilə, məhkəmə və tərəflər arasında iş bölgüsünə təsir edir: yalnız tərəflər faktları (halları) təqdim edir, məhkəmə isə bunların əsasında müəyyən nəticəyə gəlir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf iddia tələbinin əsaslılığına dair hər hansı sübutlar təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə” 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Eyni zamanda iddiaçılar etibarsızlığı tələb etdikləri 2010-cu və 2021-ci il tarixli bağışlama müqavilələrinin etibarsızlığını tələb etsə də, yuxarıda qeyd edilən kəsici müddəti ötürməməsinə dair heç bir sənəd və ya məlumat təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, kəsici müddət ötürüldüyündən müqavilənin etibarsızlığına dair iddia tələbi təmin edilə bilməz. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Bakı şəhəri 42 saylı Notariat Ofisi, Bakı şəhəri 18 saylı Notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Əmlak İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinədair iddia ərizəsi təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Bakı şəhəri 42 saylı Notariat Ofisi, Bakı şəhəri 18 saylı Notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Əmlak İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-726/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-726/2024
14.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver