Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-731/2022 15.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili-Vəkil İbrahim oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı icarə müqaviləsinə xitam verilmə və icarə haqqı tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı İddiaçı Cavabdeh MMC qarşı “icarə müqaviləsinə xitam verilmə və icarə haqqı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11916 (on bir min doqquz yüz on altı) manat məbləğində icarə haqqı, 166,07 (bir yüz altmış altı manat, yeddi qəpik) manat işıq pulu, 180 (bir yüz səksən) manat məbləğində mənzil-kommunal ödəniş və icarə obyektinə vurulan zərərə görə 2000 (iki min) manat məbləğində, ümumilikdə 14262,07 (on dörd min iki yüz altmış iki manat, yeddi qəpik) manat pulun və iddianın verilməsinə görə ödənilmiş 133 (bir yüz otuz üç) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə onun arasında 04.11.2020ci il tarixli icarə müqaviləsi bağlanılmışdır. Həmin icarə müqaviləsinə əsasən, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, sahəsi 121,6 kv.m. olan qeyri-yaşayış sahəsi Cavabdeh MMCyə 04.11.2020-ci il tarixinə qədər icarəyə verilmişdir. Bunun müqabilində isə icarəçi hər ay 2000 (iki min) manat məbləğində icarə haqqını ona ödəməli idi. Daha sonra cavabdehə 17.02.2021-ci il tarixində məktubla müraciət edilmişdir. Həmin məktuba əsasən, 2021-ci ilin mart ayından etibarən icarə haqqı 5000 manat məbləğində müəyyən edilmişdir. 04.11.2020-ci il tarixli məktubla cavabdehə ikinci dəfə yazılı müraciət edilmişdir. Bu məktubla cavabdeh 04.11.2020-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi barədə qabaqcadan xəbərdar edilmiş, ondan icarə obyektini təhvil vermək və aylardır ödəmədiyi icarə haqqını ödəməsi tələb olunmuşdur. Cavabdeh 1 ay qabaqcadan dəfələrlə şifahi və yazılı şəkildə xəbərdar edilsə də, o, hələ də icarəyə verilən qeyriyaşayış sahəsində faktiki olaraq öz fəaliyyətinə davam etdirmiş və icarə obyektini ona geri verməkdən boyun qaçırmışdır. Cavabdeh MMC 2020-ci ilin dekabr ayından bəri icarə haqqını ödəməmişdir. Nərimanov Rayon Məhkəməsinin 24.05.2021-ci il tarixli, 2(005)-2227/2021 saylı qətnaməsi ilə Cavabdehndən 04.11.2020-ci il tarixli icarə müqaviləsi üzrə 8000 (səkkiz min) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Göründüyü kimi, məhkəmənin qətnaməsi ilə cavabdehdən 4 ayın icarə haqqı tutulmuşdur. 07.05.2021-ci il tarixli pretenziya məktubu ilə Cavabdeh MMC-dən borclu olduğu icarə haqqı bir daha tələb olunmuşdur. Cavabdeh yazılı müraciəti poçt vasitəsi ilə alsa da, buna məhəl qoymamışdır. Daha sonra tərəfimizdən mart, aprel və may ayları üçün 3 aylıq icarə haqqının ödənilməsi ilə bağlı təkrar məhkəməyə müraciət olunmuşdur. Nərimanov Rayon Məhkəməsinin 17.08.2021-ci il tarixli, 2(005)-3456/2021 saylı qətnaməsi ilə 15000 (on beş min) manat iddia tələbi qismər, təmin olunaraq Cavabdehndən 6000 (altı min) manat icarə haqqının tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Həmçinin Nərimanov Rayon Məhkəməsinin 17.08.2021-ci il tarixli, 2(005)- 3456/2021 saylı qətnaməsi ilə Cavabdeh MMC ilə arasında bağlanmış 04.11.2020- ci il tarixli icarə müqaviləsinə xitam verilmişdir. Lakin cavabdeh tərəfindən icarə obyekti ona vaxtında təhvil verilməmişdir. Cavabdeh MMC tərəfindən ünvan 2 ünvanında yerləşən icarə obyekti mənə 22 oktyabr 2021-ci il tarixdə təhvil verilmişdir. Təhvil verildikdən sonra 1 noyabr 2021-ci il tarixdə həmin icarə obyekti aylıq 5500 (beş min beş yüz) manata X1 icarəyə verilmişdir. Göründüyü kimi cavabdeh tərəf 17 avqust 2021-ci il tarixdən 22 oktyabr 2021-ci il tarixə qədər də həmin icarə obyektindən istifadə etmişdir. Odur ki, 2 ay 5 gün müddətində Cavabdeh MMC-nin istifadəsində olan icarə obyekti üçün aylıq 5500 manat olmaqla, ümumilikdə 11916 (on bir min doqquz yüz on altı) manat icarə haqqı tutulub ona ödənilməlidir. Həmçinin bildirmək istəyir ki, icarə obyekti Cavabdeh MMC-nin istifadəsində olduğu müddətdə 166,07 (bir yüz altmış altı manat, yeddi qəpik) manat işıq pulu, 180 (bir yüz səksən) manat məbləğində mənzil-kommunal ödəniş borcu mövcuddur. Həmin 166,07 (bir yüz altmış altı manat, yeddi qəpik) manat işıq pulu və 180 (bir yüz səksən) manat məbləğində mənzil-kommunal ödəniş haqqının cavabdehdən tutulub ona ödənilməsini istəyir. Eyni zamanda icarə obyekti təhvil verilərkən Cavabdeh MMC-nin istifadəsində olduğu müddətdə icarə obyektinin divar kağızlarının cırılması, qapısının zədələnməsi faktı aşkarlanmışdır. Bütün bunların xərci 2000 (iki min) manat təşkil edir. İcarə obyektinə vurulan zərərə görə 2000 (iki min) manat məbləğində kompensasiyanın ona ödənilməsini tələb edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası MPM-nin müvafiq olaraq 185.6-cı maddələrinin tələblərinə əsasən işə bu cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi tam təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı-icarəyə verən ilə Cavabdeh adından Tanrıverdi Zeynalın əvəzinə Korkmaz Deryaicarəçi arasında bağlanmış 04.11.2020-ci il tarixli icarə müqaviləsinin surətindən və məzmunundan görünür ki, ‘icarəyə verən" ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 121.6 kv/m olan qeyriyaşayış sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni icarəyə verir. (1-ci bənd). DƏDRX tərəfindən 27.11.2017 tarixdə İddiaçı verilmiş **********32-05301-083004 reyestr nömreli. 11170879C6 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasan tam mülkiyyət üzrə. 121.6 kv/m: (2-ci bənd). İcarə müddəti 01.10.2022 il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif ireli sürməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. (3-cü bənd). İcareyə verilen sahənin istifadəsinə görə: -“icarəyə götürən* Cavabdeh "xxxx" İddiaçı X2 ASC-də olan AZ03UBAZ**********41010AZN002 nömrəli hesabına hər ayın 10-na kimi 5500 manat 00 qəpik (beş min beş yüz manat sıfır qəpik) icarə haqqı ödəyir; (4-cü bənd). 04.11.2020-ci il tarixli icarə müqaviləsinin 7-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış ərizənin məzmunundan görünür ki, Cavabdeh MMC 17.02.2021-ci il tarixli məktubla icarə haqqının 5000 (beş min) manat olacağı barədə məlumatlandırılmasına, dəfələrlə tələb edilməsinə baxmayaraq aylardır icarə haqqını ödəmir. İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış ərizənin məzmunundan görünür ki, aralarında olan 04.11.2020-ci il tarixli icarə müqaviləsinə 11.06.2021-ci il tarixindən xitam veriləcəkdir. Bu səbəbdən də, həmin tarixə qədər icarə obyektin təhvil verilməsi, qeyd olunan şərtlərə əməl edilmədiyi təqdirdə barənizdə müvafiq məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2227/2021 saylı, 24.05.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, cavabdeh “Zedetan" Məhdud Məsuliyyətli Cəmiyyətindən 04.11.2020-ci il tarixli icarə müqaviləsi üzrə 8000 (səkkiz min) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Daha sonra qəbul edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3456/2021 saylı, 17.08.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək,İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 04.11.2020-ci il tarixli icarə müqaviləsinə xitam verilmiş, Cavabdeh MMC-dən 6.000 (altı min) manat icarə haqqı tutulub İddiaçı ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər; 700.3-ci maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar; 13.1-ci maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Mülki Məcəllənin 705-ci maddəsində qeyd edilir ki, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, Cavabdeh MMC icarə müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, ünvan 2 ünvanında yerləşən icarə obyekti iddiaçıya 22 oktyabr 2021-ci il tarixdə təhvil verilmişdir. Təhvil verildikdən sonra 01 noyabr 2021-ci il tarixdə həmin icarə obyekti ayliq 5500 (beş min beş yüz) manata X1 icarəyə verilmişdir. Göründüyü kimi, cavabdeh 17 avqust 2021-ci il tarixdən 22 oktyabr 2021-ci il tarixinə qədər həmin icarə obyektindən istifadə etmişdir. Bu səbəbdən də 2 ay 5 gün müddətində Cavabdeh MMC-nin istifadəsində olan icarə obyekti üçün aylıq 5500 manat olmaqla, ümumilikdə 11916 (on bir min doqquz yüz on altı) manat icarə haqqı tutulub iddiaçıya ödənilməsi tələbi təmin edilməlidir. İddiaçının təqdim etdiyi sübutlardan (qəbz və çek) görünür ki, icarə obyekti Cavabdeh MMC-nin istifadəsində olduğu müddətdə 166,07 (bir yüz altmış altı manat, yeddi qəpik) manat işıq pulu, 180 (bir yüz səksən) manat məbləğində mənzil-kommunal ödəniş borcu movcuddur. Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 697.2-ci maddəsinə əsasən əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. 680.1-ci maddəyə əsasən kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. 680.1.1-ci maddədə qeyd edildiyi kimi binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında istismar, qulluq və təmizləmə xərcləri əvəzi ödənilən xərclərə aid deyildir. İddiaçı-icarəyə verən ilə Cavabdeh adından Tanrıverdi Zeynalın əvəzinə Korkmaz Deryaicarəçi arasında bağlanmış 04.11.2020-ci il tarixli icarə müqaviləsinin 11-ci bəndinə əsasən kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası və ödənişli danışıqlar haqqı, o cümlədən əlavə vergi haqqları “İcarəçi”(lər) tərəfindən ödənilir. Bu qeyd edilənlərə əsasən iddiaçının icarə obyekti Cavabdeh MMC-nin istifadəsində olduğu müddətdə 166,07 (bir yüz altmış altı manat, yeddi qəpik) manat işıq pulu, 180 (bir yüz səksən) manat məbləğində mənzil-kommunal ödəniş borcunun cavabdeh tərəfindən ödənilməsi xahişi təmin edilməlidir. Eyni zamanda icarə obyekti təhvil verilərkən Cavabdeh MMC-nin istifadəsində olduğu müddətdə icarə obyektinin divar kağızlarının cırılması, qapısının zədələnməsi faktı barədə irəli sürülən hallar öz təsdiqini tapmadığından İcarə obyektinə vurulan zərərə görə 2000 (iki min) manat məbləğində kompensasiyanın ödənilməsi tələbi təmin oluna bilməz . Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443-cü maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Sadalananları nəzərə alaraq, məhkəmə İcarə obyektinə vurulan zərərə görə 2000 (iki min) manat məbləğində kompensasiyanın ödənilməsi sübut olunmadığından həmin tələbin rədd edilməsi qənaətinə gəlmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 11916 (on bir min doqquz yüz on altı) manat icarə haqqı tutulub İddiaçı ödənilsin. İcarə obyekti Cavabdeh MMC-nin istifadəsində olduğu müddətdə 166,07 (bir yüz altmış altı manat, yeddi qəpik) manat işıq pulu, 180 (bir yüz səksən) manat məbləğində mənzil-kommunal ödəniş borcu cavabdehdən tutulub İddiaçı ödənilsin. İddianın verilməsinə görə 133 (bir yüz otuz üç) manat dövlət rüsumunun Cavabdeh MMCdən tutulub İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-731/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-731/2022
15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver