Məhkəmə qərarları › İş №2(005)-732/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-732/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-732/2021 30.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı iddiaçının mülkiyyətində olan “Range Rover” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin hərracının yekunları barədə 13.11.2020-ci il tarixli,38/02 nömrəli protokolun etibarsız hesab edilməsinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı müraciət edərək, iddiaçının mülkiyyətində olan “Range Rover” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin satışı barədə hərracının yekunları barədə 13.11.2020-ci il tarixli, 38/02 nömrəli protokolun etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2(009)-1006 saylı,10.01.2018-ci il tarixli icra sənədi ilə əlaqədar Bakı şəhəri ,Xətai Rayon İcra və Probasiya Şöbəsinin 01.06.2020-ci il tarixli Qərarı və 17/74-102189/16 saylı 01.01.2020-ci il tarixli məktubuna əsasən İddiaçı məxsus olan “Range Rover” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin bazar dəyərinə uyğun qiymətləndirilməsi üçün “xxxx” MMC-nə müraciət olunmuşdur. “xxxx” MMC-nin 03 iyun 2020-ci il tarixli, QXM2696 nömrəli qiymətləndirmə barədə ekspert rəyinə əsasən İddiaçı məxsus “Range Rover” markalı, **- TC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin bazar dəyəri 31000 (otuz bir min) manat müəyyən edilmişdir. Xətai Rayon İcra və Probasiya Şöbəsi tərəfindən “xxxx” MMCnə müraciət olunaraq İddiaçı məxsus “Range Rover” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin hərraca çıxarılması sifariş olunmuşdur. Bundan sonra “Range Rover” markalı,**-TC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili açıq hərraca çıxarılmış və 13 noyabr 2020-ci il tarixli, 38/02 nömrəli hərracın yekunları barədə Protokola əsasən 26350 (iyirmi altı min üç yüz əlli) manata X1. Lakin keçirilmiş hərrac barədə iddiaçıya heç bir məlumat verılməmiş, bildirişlər iddiaçının ünvanına göndərilməmiş, işin materiallarına bu barədə hər hansı sübutlar əlavə olunmamışdır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəmə baxışının təxirə salınması və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Bu Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasına gəlmədiklərindən iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 185.4, 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı hərracının yekunları barədə protokolun etibarsız hesab edilməsinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar