Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-738/2025 23.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, Cavabdeh2 nümayəndəsi X16, Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı X7 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, X11 qanuni nümayəndəsi Cavabdeh3 və Bakı Şəhəri 21 saylı Notariat Ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsızlığı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, X11 qanuni nümayəndəsi Cavabdeh3 və Bakı Şəhəri 21 saylı Notariat Ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 21 saylı Notariat Ofisinin xüsusi notariusu X38 tərəfindən tərtib edilmiş “ZV-57” reyestr nömrəsi ilə qeydə alınmış “V-4/2023” saylı xx.xx.2023-cü il tarixli, “2V-73” reyestr nömrəsi ilə qeydə alınmış “V-4/2023” saylı xx.xx.2023-cü il tarixli və “2V-89” reyestr nömrəsi ilə qeydə alınmış “V- 4/2023” saylı xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri 21 saylı Notariat Ofisinin xüsusi notariusu X38 tərəfindən “2V-57” reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2023-cü il tarixli “V-4/2023” saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş X8 mülkiyyətində olmuş və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 85.9 kv.metr olan mənzilin paylı mülkiyyət üzrə X12 məxsus ½ hissəsindən həmin ünvanda qeydiyyatda olan oğlu Cavabdeh2 ½ hissədə pay almalıdır. Həmçinin şəhadətnamənin qeyd hissəsində göstərilir ki, xx.xx.2022-ci ildə vəfat etmiş X17 vərəsələri Cavabdeh4 (1/4 hissə) və X11 (1/4 hissə) payları açıq saxlanılmışdır. Yenə Bakı şəhəri 21 saylı Notariat Ofisinin xüsusi notariusu X38 tərəfindən “2V-73” reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2023-cü il tarixli “V- 4/2023” saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş X12 məxsus milli depozit mərkəzində "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 2.00 (iki) manat olan 54 (əlli dörd) ədəd adi adlı səhmdən ünvan 1 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh2 ½ hissədə pay almalıdır. Həmçinin şəhadətnamənin qeyd hissəsində göstərilir ki, xx.xx.2022ci ildə vəfat etmiş X17 vərəsələri Cavabdeh4 (1/4 hissə) və X11 (1/4 hissə) payları açıq saxlanılmışdır. Yenə Bakı şəhəri 21 saylı Notariat Ofisinin xüsusi notariusu X38 tərəfindən “2V-89” reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2023-cü il tarixli “V-4/2023” saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş X8 mülkiyyətində olmuş və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 85.9 kv.metr olan mənzilin paylı mülkiyyət üzrə X12 məxsus ½ hissəsindən, həmin ünvanda qeydiyyatda olan, nəvəsi X29 ¼ hissədə pay almalıdır. Aşağıda göstərilənlərə əsasən iddiaçı hesab edir ki, göstərilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr qanunsuzdur və məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Belə ki, vərəsəlik qovluğundan da göründüyü kimi, miras qoyan X13r və xx.xx.2023-cü ildə vəfat etmişdir. Rüstəmova (Aslanova) Şamama Hüseyin qızı onun arvadı olmuş və xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Tərəflərin birgə nikahından iki oğlu, Cavabdeh2 (hazırda sağdır) və X33 (xx.xx.2022-ci ildə vəfat etmişdir) doğulmuşdur. Vərəsəlik qovluğundan görünür ki, X33 iki dəfə rəsmi nikahda olmuş, birinci dəfə Rüstəmova (Tağıyeva) Rəna Rəcəb qızı ilə evlənmiş, bu nikahdn Cavabdeh4 doğulmuş, ikinci dəfə isə Rüstəmova (Paşayeva) Samirə Oqtay qızı ilə evlənmiş və bu nikahdan da bir oğlu - xx.xx.2013-cü il təvəllüdlü X29 doğulmuşdur. Bildirmək istəyir ki, mərhum X33 ilə iddiaçı qeyri-rəsmi ər-arvad münasibətlərində olmuş və bu qeyri-rəsmi münasibətlərindən xx.xx.2012-ci il tarixli qız övladı X14 dünyaya gəlmişdir. 2024-cü ildə iddiaçı tərəfındən Abşeron Rayon Məhkəməsinə atalığın müəyyən olunması ilə bağlı ərizə ilə müraciət olunmuş ərizəsi təmin olunaraq, X33 xx.xx.2012-ci il təvəllüdlü X7 atası olması faktı müəyyən edilərək, uşağın doğum haqqında şəhadətnaməsinin ata qrafasında X33 qeyd olunmuşdur. Bu səbəbdən hesab edir ki, xx.xx.2012-ci il təvəllüdlü X14 xx.xx.2022-ci ildə vəfat etmiş atası X17 qanuni vərəsəsidir. Göstərilənlərə əsasən hesab edir ki, cavabdehlər tərəfindən aparılan notariat hərəkətləri qanunsuz olduğundan Bakı şəhəri 21 saylı Notariat Ofisinin xüsusi notariusu X38 tərəfindən tərtib edilmiş “ZV-57” reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2023-cü il tarixli, “V-4/2023’' saylı, “2V-73” reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2023-cü il tarixli, “V-4/2023” saylı və “2V-89” reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2023-cü il tarixli, “V-4/2023” saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh4 cavabdeh qismində işə cəlb edilməsini və Bakı şəhəri 21 saylı Notariat Ofisinin xüsusi notariusu X38 tərəfindən tərtib edilmiş “ZV-57” reyestr nömrəsi ilə qeydə alınmış “V- 4/2023” saylı xx.xx.2023-cü il tarixli, “2V-73” reyestr nömrəsi ilə qeydə alınmış “V-4/2023” saylı xx.xx.2023-cü il tarixli və “2V-89” reyestr nömrəsi ilə qeydə alınmış “V-4/2023” saylı xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan ərizə ilə məhkəməyə müraciət edərək, onun X7 qanuni nümayəndəsi qismində tanınmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi X34 məhkəmə iclasında iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, yoldaşı və mərhum qayınatasının adına çıxarış olmuşdur, həmin çıxarışda hər ikisinin adı olduğu üçün, onlara həmin evin sökülməsindən sonra ayrıca bir mənzil verilmişdir. Eyni zamanda yoldaşının və mərhum qaynının mərhum atalarından qalan əmalak vərəsəlik payları olduğundan, lakin qaynı daha əvvəl öldüyündən ondan sonra qalan üç övladı mərhum qayınatasından qalan miras əmlaka pay hüququ əldə etmişlər. Bu səbəbdən də mübahisənin qanunauyğun həll edilməsini xahiş edir. Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil iddia tələbinə qiymət verilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq bildirdi ki, iddia tələbi ilə bağlı heç bir əlavələri yoxdur. Hesab edirlər ki, əgər iddiaçı həqiqətən də mərhumun övladıdırsa, mübahisənin hüquqi nöqteyi nəzərdən məhkəmə tərəfindən araşdırılması və müvafiq qərar qəbul edilməsini xahiş etdi Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı, cavabdeh X11 qanuni nümayəndəsi Cavabdeh3 və cavabdeh Bakı Şəhəri 21 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdilər, lakin cavabdeh Notariat Ofisi məhkəməyə ərizə ünvanlayaraq, üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilmədiyini və məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı isə məhkəmədə iştirak etməməsi barədə məlumat verməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işə baxılmasına etiraz etməməsinə və MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçı və cavabdehlərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən AZ-İV № 973961 nömrəli xx.xx.2024cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2012-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, atası X33, anası İddiaçıdır. - Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən AZ-İ № 471171 nömrəli xx.xx.2024-cü il tarixdə verilmiş atalığın müəyyən edilməsi haqqənda şəhadətnamənin surətindən görünür ki, X4 Asinad Rövşən qızının atası hesab edilmişdir. - Abşeron Rayon Məhkəməsinin 2(012)-1135/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.1981-cı ildə Şamxor rayonunda doğulmuş və xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X17 xx.xx.2012-ci il təvəllüdlü X9 atası olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, xx.xx.2012-ci il tarixdə doğulmuş X9 doğum haqqında akt qeydlərində atası qrafasında müvafiq dəyişikliklər edilərək X17 göstərilməsi qət edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 21 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli №1124/2024 saylı məktuba əlavə edilmiş xx.xx.2023-cü il tarixində vəfat etmiş X8 vərəsəlik işinə dair notariat işinin təsdiq edilmiş surətlərindən görünür ki, qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş X8 vərəsələri: ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2 və o, miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – ƏMDK-nın yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X12 verilmiş **********424- 05101-093012 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 85,9 kv.metr olan mənzilin paylı mülkiyyət üzrə X12 məxsus ½ hissəsindən (42,95 kv.metr) ibarətdir. Qeyd: xx.xx.2022-ci il tarixdə vəfat etmiş X17 vərəsələri Cavabdeh4 (1/4 hissə) və X11 (1/4 hissə) payları açıq saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, N.Quliyev küçəsi, ev 12 ünvanında yerləşən, 5 saylı mənzil ½ hissədə pay hüququna əsasən X12, ½ hissədə isə Cavabdeh2 məxsusdur. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş X8 vərəsələri: ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2 və o, miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – Milli Depozit Mərkəzində "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 2.00 (iki manat) olan 54 (əlli dörd) ədəd adi adlı səhmdən ibarətdir. Qeyd: xx.xx.2022-ci il tarixdə vəfat etmiş X17 vərəsələri Cavabdeh4 (1/4 hissə) və X11 (1/4 hissə) payları açıq saxlanılmışdır. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X33 xx.xx.2022-ci il tarixdə ölmüşdür. “Elektron notariat” X1 vasitəsilə “X10” AQİS-dən X23 aid akt qeydlərinin qeyd edildiyi çıxarışın surətindən görünür ki, X33 xx.xx.2013-cü il tarixdə Cavabdeh3 ilə nikaha daxil olmuş və xx.xx.2018-ci il tarixdə nikahları pozulmuşdur. Həmin qeydlərdən görünür ki, X5 Rəna Rəcəb qızı ilə xx.xx.2004-cü il tarixdə nikaha daxil olmuşdur. Həmin qeydlərdən həmçinin görünür ki, Cavabdeh4 xx.xx.2005-ci ildə anadan olmuş, atası X33, anası X24r. Yenə həmin qeydlərdən görünür ki, X29 xx.xx.2013-cü ildə anadan olmuş, atası X33, anası X15r. “Elektron notariat” X1 vasitəsilə “X10” AQİS-dən X25 aid akt qeydlərinin qeyd edildiyi çıxarışın surətindən görünür ki, X33 ilə X35 arasında olan nikah xx.xx.2010-cu il tarixdə pozulmuşdur. “Elektron notariat” X1 vasitəsilə “X10” AQİS-dən X12 aid akt qeydlərinin qeyd edildiyi çıxarışın surətindən görünür ki, X26 ilə X30 arasında xx.xx.1978-ci il tarixdə nikah bağlanmışdır. Xaçmaz rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2023-cü il tarixdə ölmüşdür. 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.2017-ci il tarixdə ölmüşdür. xx.xx.2023-cü il tarixdə Cavabdeh3 notariat ofisinə ünvanladığı ərizənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X8 qanun üzrə vərəsəsi X33 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. O, mərhumdan miras qalmış bütün daşınmaz və daşınar əmlaklar üzrə vərəsəlik payını qəbul edir. Yetkinlik yaşına çatmayan X18 ümumi qaydada vərəsəlik payı müəyyən edib qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsində köməklik edilməsini xahiş etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş X8 vərəsəsi: X19r və o, miras əmlakdan ¼ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X12 verilmiş **********424-05101-093012 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 85,9 kv.metr olan mənzilin paylı mülkiyyət üzrə X12 məxsus ½ hissəsindən (42,95 kv.metr) ibarətdir. Qeyd: xx.xx.2022-ci il tarixdə vəfat etmiş X17 vərəsələri Cavabdeh4 (1/4 hissə) və X11 (1/4 hissə) payları açıq saxlanılmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, N.Quliyev küçəsi, ev 12 ünvanında yerləşən, 5 saylı mənzil 8/1 hissədə pay hüququna əsasən X18, 6/8 hissədə Cavabdeh2 məxsusdur. 1/8 hissədə isə açıq saxlanmaqla hüquq sahibinin adı X13r. - Milli Depozit Mərkəzinin xx.xx.2023-cü il tarixli notarius sorğusuna cavab məktubunun surətindən görünür ki, X12 məxsus "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 2 manat olan 54 ədəd adi adlı səhm girov öhdəlikləri ilə yüklənməmiş və həbsdə deyildir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, miras qoyan xx.xx.2023-cü il tarixdə vəfat etmiş X8 öldüyü zaman miras əmlakı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 85,9 kv.metr olan mənzilin ona məxsus ½ hissəsi və Milli Depozit Mərkəzində "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 2 manat olan 54 ədəd adi adlı səhmdən ibarət olmuşdur. X45 öldüyü zaman Bakı şəhəri 21 saylı Notariat Ofisinin notariusu tərəfindən onun üç vərəsəsi - Cavabdeh2, Cavabdeh4 və X29 - müəyyən edilmişdir. X46 həyat yoldaşı X20 2017-ci ildə ölmüşdür. Onların birgə nikahlarından iki övladları - Cavabdeh2 və X33 – anadan olmuşdur. X33 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Rövşən X2 ilə rəsmi nikahlarından bir övladları – xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh4 – anadan olmuşdur. X28 Samirə Oqtay qızı ilə olan rəsmi nikahlarından bir övladları – xx.xx.2013-cü il təvəllüdlü X29 – anadan olmuşdur. Həmçinin qanuni qüvvəyə minmiş və icra edilmiş Abşeron Rayon Məhkəməsinin 2(012)-1135/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə X17 İddiaçı ilə olan qeyrirəsmi nikah münasibətlərindən anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X7 atası olması faktı müəyyən edilmişdir. Asinad Rüstəmzadəyə doğum haqqında şəhadətnamə xx.xx.2024-cü il tarixdə verilmişdir. Göründüyü kimi, notairus tərəfindən X46 vərəsələrinin dairəsi müəyyən edilən zaman mərhum X37 Rüstəmzadənin atası olması faktı müəyyən edilmədiyindən, sonuncu vərəsəliyə çağırılmamışdır. Həmçinin müəyyən edilən hallardan biri də odur ki, Sadi Rüstəmovun vərəsələrindən Cavabdeh2 və Nicat Rüstəmov miras əmlaklarda paylarını qəbul edərək, vərəsəlik hüququ haqqında şəhadətnamələr almışdırlar. Cavabdeh4 isə payı açıq saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4-cü maddəsinə əsasən sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (26 dekabr 2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Qanunvericiliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Göründüyü kimi, Asinad Rüstəmzadə mərhum Rövşən Rüstəmovun qeyri-rəsmi nikah münasibətlərindən doğulduğu üçün və X46 miras əmlakının açıldığı vaxt, yəni xx.xx.2023-cü il tarixdə atalıq faktı müəyyən edilmədiyi üçün o, miras əmlakı qəbul etməsi üçün notariusa müraciət edə bilməmişdir. X3 Asinad Rüstəmzadənin atası olması faktı Abşeron Rayon Məhkəməsinin 2(012)-1135/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023cü il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Hazırki mübahisəli işin hallarından göründüyü kimi, miras qoyan X26 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Yəni o, öldüyü zaman yuxarıda qeyd edilən qərar qəbul edilməmişdir. Həmçinin iddiaçı hazırkı iddia tələbləri ilə xx.xx.2024-cü ildə, yəni adıçəklən Konstitusiya Məhkəməsinin Plenum Qərarından sonra müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarı hazırki mübahisəyə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Burada nəzərə almaq lazımdır ki, mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Məhkəmə, tədqiq olunmuş sübutların nəticəsi olaraq, istinad olunan maddi hüquq normalarının tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi əsas götürüb, hesab edir ki, iddiaçı qanuni nümayəndəsi olduğu Asinad Rüstəmzadənin miras əmlakı rəsmi qəbul edə bilməsi üçün atalıq faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Buna görə iddiaçının mirası qəbul etməsi qənaətinə gəlinməsi üçün real əsaslar vardır. Lakin iddiaçı miras əmlakın qəbul edilməsi ilə bağlı vaxtında notariat orqanına müraciət edə bilməmişdir. Belə olanda məhkəmə qeyd edir ki, iddiaçı X14 yetkinlik yaşına çatmadığı üçün vərəsə kimi hüquqi mənafelərinin müdafiəsi ilə bağlı hər hansı aktiv hərəkətlər etmək iqtidarında olmamışdır, üstəlik də xx.xx.2022-ci il tarixdə vəfat etmiş X21 atalıq faktı sonradan məhkəmə qətnaməsi ilə təsdiqlənmişdir. Göründüyü kimi, iddiaçı atalıq faktının təsdiqlənməsi barədə məhkəməyə müraciət etməklə mirası qəbul etdiyini nümayiş etmişdir. Belə olan təqdirdə də iddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə qeyd edir ki, iddiaçı mirasın qəbulu ilə bağlı hərəkətləri həyata keçirərkən ondan asılı olmayan səbəblərdən müddəti ötürmüşdür, məhkəmədə onun miras əmlakı qəbul etməsi üçün lazımi qaydada hərəkətlər etməsi müəyyən edildiyindən, mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin üzrlü olması nəzərə alınmalıdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürüb bildirir ki, hazırda iddiaçı xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini tələb etməkdə qismən haqlıdır, xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini tələb etməkdə isə tam haqlıdır. Belə ki, işin faktiki hallarına əsasən Asinad Rüstəmova mərhum babası Sadi Rüstəmovdan miras qalmış əmlaka dair qanun üzrə vərəsələrdən biridir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdehlər Cavabdeh2 və Nicat Rüstəmovun qanuni nümayəndəsi Cavabdeh3 notariat orqanına müraciət edərkən vərəsələrin dairəsini nəzərdə tutan ərizəni təqdim edərkən, digər vərəsələrin olması barədə məlumatı verə bilməmiş (həmin vaxt X37 Rüstəmovanın atası olması faktı müəyyən edilməmişdir), nəticədə notarius da həmin vərəsənin çağrılması üçün zəruri hərəkətlər etmək iqtidarında olmadan qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir ki, bununla da iddiaçının həmin əmlakdan pay almaq hüququ pozulmuşdur. Göründüyü kimi, xx.xx.2023-cü il tarixdə vəfat etmiş Sadi Rüstəmovun iki övladı olmuşdur. Həmin övladlardan biri Cavabdeh2 atasından qalmış miras əmlaka qanun üzrə vərəsə kimi ½ hissədə pay almışdır. Bu səbəbdən də məhkəmə qeyd edir ki, miras əmlakdan Cavabdeh2 ½ hissədə pay verilməsi qanunamüvafiq olmuşdur. Nəticə etibarilə məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin Cavabdeh2 aid hissədə etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmir. X6 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamə, həmçinin qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli şəhadətnamələrin qeyd hissəsində göstərilən: “xx.xx.2022-ci il tarixdə vəfat etmiş X17 vərəsələri Cavabdeh4 (1/4 hissə) və X11 (1/4 hissə) payları açıq saxlanılmışdır” ifadələri digər vərəsə Asinad Rüstəmovanın vərəsəlik hüququnun pozulmasına səbəb olduğu üçün etibarsız hesab edilməlidir. Odur ki, X18 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamə, o cümlədən xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli şəhadətnamələr “xx.xx.2022-ci il tarixdə vəfat etmiş X17 vərəsələri Cavabdeh4 (1/4 hissə) və X11 (1/4 hissə) payları açıq saxlanılmışdır” hissələrində etibarsız hesab edilməli, X14 mərhum X8 qanun üzrə vərəsəsi kimi tanınmalı, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X8 miras əmlakına X7, X11 və Cavabdeh4 1/6 hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüquq haqqında Reyestrdə 2V-57 nömrə ilə qeyd edilmiş xx.xx.2023-cü il tarixli və Reyestrdə 2V- 73 nömrə ilə qeyd edilmiş xx.xx.2023-cü il tarixli şəhadətnamələr “qeyd: xx.xx.2022-ci il tarixdə vəfat etmiş X17 vərəsələri Cavabdeh4 (1/4 hissə) və X11 (1/4 hissə) payları açıq saxlanılmışdır” hissələrində və Reyestrdə 2V-89 nömrə ilə qeyd edilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. X14 xx.xx.2023-cü il tarixdə vəfat etmiş X8 qanun üzrə vərəsəsi kimi tanınsın. xx.xx.2023-cü il tarixdə vəfat etmiş X8 miras əmlakına X7, X11 və Cavabdeh4 1/6 hissədə payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-738/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-738/2025
23.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver