Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-739/2025 20.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı hesablanmış borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehlakçı kimi hüquqlarının bərpa edilməsi və cavabdeh "xxxx" ASC tərəfindən əvvəlki dövrlər üzrə əsasız olaraq hesablanmış 480,71 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Həmin evdə o, ailəsi ilə birlikdə yaşayır. Məcburi köçkündür. Sözügedən yaşayış sahəsinin bütün kommunal xərcləri onun tərəfindən ödənilir. Cavabdeh "xxxx" ASC istifadə etdikləri elektrik sərfiyyatına görə ona məxsus evin üzərinə quraşdırılmış **********10080 saylı işıq sayğacına 2017-ci ildən əvvəlki dövr üzrə əsassız və qanunsuz olaraq 480,71 manat məbləğində borc hesablanmış və silinməmişdir. Həmin dövrdə məcburi köçkünlərin istifadəsində olmuş və yaşayış sahələri üzrə işıq sərfiyyatı və digər kommunal ödənişlər Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən icra edilmişdir. 2017-ci il tarixdən bütün mənzillər üzrə ayrı-ayrı işıq sayğacları quraşdırılmış və abonent kodu verilmişdir. Hazırda istifadə etdiyi işıq sərfinə görə 2017-ci il tarixdən əvvəlki dövr üzrə hesablanmış borc cavabdeh tərəfindən əsassız olaraq ondan tələb olunur. Ona təqdim edilmiş arayışda həmin borcun silinməsi göstərilsə də, borcun silinməsi həyata keçirilməmişdir. Bununla bağlı dəfələrlə "xxxx" ASC-yə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını tədqiq edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş: "xxxx" ASC-nin Abunə haqqında çıxarışından görünür ki, abunə kodu **********10080 olan İddiaçı ünvan 2 ünvanı üzrə cəmi 55,27 manat qalıq borcu vardır. Həmçinin xx.xx.2016-cı il tarixdə 480,71 manat məbləğində qaçqın borcunun silinməsi əməliyyatı həyata keçirilmişdir; "xxxx" ASC-nin Abonentin hərəkət cədvəlindən görünür ki, abunə kodu **********10080 olan İddiaçı ünvan 2 ünvanı üzrə 2024-cü il tarixə 55,27 manat borcu yaranmışdır. AA seriyalı, 180013 nömrəli Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Əliyev X2 rayonundan məcburi köçkündür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya hesablanmış borc Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən ödənilməli idi. Bu borc qaçqınların silinmiş borcu olduğundan dondurulmuş borc kimi göstərilir, lakin iddiaçıdan onun mülkiyyəti dövründə tələb olunmur. Hazırda mülkiyyətçi dəyişdiyindən bu borc ödənilmədən addan-ada keçirilməsi mümkün deyildir. Məhkəmə qeyd edir ki, iddia tələbi olan borc Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən ödənilməli olduğundan bu borcun ondan alınması əsassızdır. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra-aylıq müavinət) ödənilməsi qaydalarının müəyyən edilməsi təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.1 və 8.2-ci bəndlərinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının 2017-ci ildən əvvəlki dövr üzrə borcu Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən ödənilməli olduğundan həmin dövr üzrə elektrik enerjisinin sərfinə görə borcun iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçının elektik enerjisindən istifadəsinin dəyəri Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən ödənilməli olduğundan, elektik sərfinə görə iddiaçının abunə koduna hesablanmış 480,71 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və buna görə də, təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən 2017-ci ildən əvvəlki dövr üzrə əsasız olaraq hesablanmış 480,71 manat məbləğində borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-739/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-739/2025
20.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver