Məhkəmə qərarları › İş №2(005)-74/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-74/2024

03.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-74/2024 03.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və “Konstra“ Mənzil Tikinti Kooperativinə qarşı (“Orxan TİT müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla”) (açar sözlər: müqavilənin etibarsızlığı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və “Konstra“ MTK-ya qarşı (“Orxan TİT müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla”) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Konstra“ Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 arasında bağlanmış ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mrtəbəsində yerləşən, ümumi sahəsi 84,27 kv.m, yaşayış sahəsi 73,30 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C11-1 saylı mənzilin alqı-satqısı barədə 16 iyul 2021-ci il tarixli C-019/11 nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 23 avqust 2019-cu il tarixdə onunla Cavabdeh2 MTK arasında C-283/11 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən “Kooperativ” ünvan 2 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mrtəbəsində yerləşən, ümumi sahəsi 84.24 m2 yaşayış sahəsi 73,30 m2 olan izolə olunmuş 2 otaqdan ibarət C01 saylı mənzilinin dəyəri 77500 (yetmiş yeddi min beş yüz) manat tam ödənilməklə ona verilmişdir. Qeyd olunan yaşayış binası tam tikildiyinə və hazırda bəzi mənzillərdə yaşayış olmasına baxmayaraq, həmin mənzildə təmir işlərini başlayıb köçə bilməmişdir. Bununla bağlı dəfələrlə Kooperativə müraciət etsə də, aldığı mənzili ona təhvil verilməsindən imtina etmişlər. Bu səbəbdən tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müvafiq iddia ilə müraciət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-4365/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2 Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 23 avqust 2019-cu il tarixli C-283/11 nömrəli müqavilə əsasında ünvan 3 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mrtəbəsində yerləşən, ümumi sahəsi 84,24 kv.m yaşayış sahəsi 73,30 kv.m olan 2 otaqlı C01 saylı mənzilin Cavabdeh2 Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı sahibliyinə və istifadəsinə təhvil verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən icra olunması üçün AR ƏN Nərimanov rayon icra şöbəsinə göndərilmişdir, icra tədbirləri keçirilən zaman X1 tərəfindən icra şöbəsinə müqavilə, maliyyə arayışı və digər sənədlər təqdim edilmişdir. Həmin sənədlərə əsasən, mübahisə predmeti olan mənzilə dair Yaxşıxanın Hacıyeva ilə Cavabdeh2 MTK arasında 16 iyul 2021-ci il tarixli C-019/11 saylı müqavilə bağlanmışdır. Nərimanov rayon icra şöbəsinin icra məmuru Zaur Əlizadə həmin sənədlərə əsaslanaraq, 14 sentyabr 2022-ci il tarixdə icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul etmişdir. Həmin qərara əsasən, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4365/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi məhkəməyə qaytarılması qərara alınmışdır. Hesab edir ki, həmin bağlanmış müqavilə qanunsuz olaraq tərtib edilmiş və məhkəmə tərəfindən etibarsız sayılmalıdır. Belə ki, mübahisə predmeti olan mənzil ona 23 avqust 2019-cu il tarixli, C-283/11 saylı müqavilə əsasında Cavabdeh2 MTK tərəfindən verilmiş, lakin Cavabdeh1 isə daha sonra 16 iyul 2021-ci il tarixli müqavilə əsasında verilmişdir. Bundan başqa, Cavabdeh2 MTK- nın rəhbərlərinin əməllərindən özünün və Cavabdeh1 tərəfindən hüquq- mühafizə orqanlarına şikayət verilmiş, həmin şikayətlər əsasında AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində X2 və qeyriləri barəsində AR CM-nin 178.4. 308.2 və 313-cü maddələri ilə cinayət işi açılmış və biz həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdırlar. Həmin cinayət işi üzrə Cavabdeh1 izahat verərək bildirmişdir ki, 2019-cu ilin fevral ayında Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsində yerləşən ərazidə yeni tikilməkdə olan “Konstra" MTK-nın inşa etdiyi binada satılan mənzillərlə maraqlanmaq üçün MTK-nın həmin ərazidə yerləşən ofisinə yaxınlaşmış, bir qədər maraqlandıqdan sonra mənzil almaq qərarına gəlmişdir. Bundan sonra MTK ilə arasında 12 fevral 2019-cu il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən C blokunda yerləşən ümumi sahəsi 98,43 kv.metr olan 2 otaqlı ibarət mənzili 108,273 manat alaraq pulu kooperativə ödəmiş, Dilafır Rəsulov da öz növbəsində müqavilə və maliyyə arayışını imzaladıqdan sonra sənədləri ona təqdim etmişdir. Cavabdeh1 izahatından aydın olur ki, ilk öncə həmin şəxsə başqa bir mənzillə bağlı MTK arasında müqavilə bağlanmış daha sonra isə həmin şəxsə şikayətin olmaması məqsədilə 16 iyul 2021-ci il tarixdə 23 avqust 2019-cu ildə ona satılmış mənzillə bağlı müqavilə bağlamışlar və ona məxsus olan mənzili əsassız olaraq Cavabdeh1 təqdim etmişlər. xx.xx.2023-cü il tarixdə iddiaçı dəftərxana vasitəsilə “cavabdehin cəlb edilməsi və iddia həcminin artırılması” barədə ərizə təqdim edərək X3 ilə "xxxx" MMC arasında bağlanmış 21 iyul 2021-ci il tarixli, 07/21-04 saylı müqavilə etabarsız hesab edilməsi və "xxxx" MMC mülki iş üzrə cavabdeh qismində cəlb edilməsi, Cavabdeh2 Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 arasında bağlanmış ünvan 4 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 73,30 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət Cİ l-l saylı mənzilin alqı-satqısı barədə 16 iyul 2021-ci il tarixli C-019/11 nömrəli müqavilənin və "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış ünvan 4 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 71,80 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C11-1 saylı mənzilin alqı-satqısı barədə 27 iyul 2021-ci il tarixli 07/21-04 nömrəli müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh1 ünvan 4 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 73,30 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C11-1 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək onun təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə mülki işə digər cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: - Sifarişçi "xxxx" MMC ilə podratçı Cavabdeh2 MTK arasında imzalanmış 05 iyul 2018-ci il tarixli podrat müqaviləsinə əsasən tərəflər, sifarişçinin tapşırığına uyğun olaraq ünvan 5 ünvanda yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair texniki tapşırığın şərtləri ilə bağlı xidmətlərin yerinə yetirilməsi barədə razılığa gəlmişlər. Həmin müqavilənin 2.3-cü bəndinə görə, sifarişçi müqavilə üzrə görülmüş işlərin dəyərini, işin nəticəsini 2 nömrəli Forma aktı əsasında qəbul etdikdən sonra, yerinə yetirilmiş işlərin dəyəri podratçı tərəfindən müvafiq qaydada əvəzləşdirilir. Həmin müqavilənin 4.2.5-ci bəndinə görə, podratçı, obyekt sifarişçiyə təhvil verilənə qədər göstərilən əmlaka mülkiyyət hüququnu özündə saxlayır və əmlakın təsadüfi məhv olması riski onun üzərinə düşür. Sifariş hazır olduqda onu təhvil-təslim aktı ilə təhvil verir (bənd 4.2.18). - Cavabdeh2-kooperativ ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, C-223/17 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh2 MTK ünvan 3 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 98,43 kv.m yaşayış sahəsi 87,90 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C04 saylı mənzili Cavabdeh1 mülkiyyətinə verməyi, Cavabdeh1 isə mənzilin dəyəri olaraq 108273 manat pul məbləğini Cavabdeh2 MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. -Cavabdeh2 MTK tərəfindən verilmiş 12 fevral 2019-cu il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 ünvan 3 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 98,43 kv.m yaşayış sahəsi 87,90 kv.m olan 2 otaqdan ibarət yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Onun C-223/17 saylı müqaviləyə əsasən Cavabdeh2 MTK-ya heç bir borcu yoxdur. - Cavabdeh2-kooperativ ilə İddiaçı-payçı arasında bağlanmış 23 avqust 2019-cu il tarixli C-283/11 nömrəli müqavilənin məzmunundan görünür ki, kooperativ ünvan 1 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 kv.metr, yaşayış sahəsi 73.30 kv.metr olan izolə olunmuş dörd otaqdan ibarət C01 nömrəli mənzilin payçıya verilməsini, payçı isə bu müqavilənin dəyərinin kooperativə ödənilməsini öhdəsinə götürmüşdür (1.1-ci bənd). Bu müqaviləyə əsasən payçıya verilən mənzilin ümumi dəyəri (pay haqqının tam məbləği) 77500 manat təşkil etmişdir (2.2-ci bənd). -Cavabdeh2 23 avqust 2019-cu il tarixli maliyyə arayışının məzmunundan görünür ki, İddiaçı həqiqətən Cavabdeh2 ünvan 1 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış kompleksində “C” blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 kv.metr, yaşayış sahəsi 71.80 kv.metr olan dörd otaqdan ibarət yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Cavabdeh2 Mənzil-Tikinti Kopperativinə C283/11 nömrəli müqaviləyə əsasən İddiaçı borcu yoxdur. - Cavabdeh2 MTK ilə "xxxx" MMC arasında bağlanmış 02 iyul 2021-ci il tarixli müqavilədən görünür ki, tərəflər arasında bağlanmış 05 iyul 2018-ci il tarixli müqaviləyə əsasən sifarişçiyə məxsus ünvan 3 ünvanda yerləşən 0,3112 ha torpaq sahəsində 3 girişli, 21 mərtəbəli yaşayış evinin tikintisini podratçıya həvalə edir. Podratçının gördüyü tikintiquraşdırma işlərinin ümumi dəyəri əlavə dəyə vergisi nəzərə alınmadan 5.077.521,27 manat, əlavə dəyər vergisi daxil olmaqla 5.991.475,1 manatdır. Podratçı sifarişçiyə ******* manat vəsait ödəmişdir. -xx.xx.2021-ci il tarixli, C-019/11 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh2 MTK ünvan 3 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 73,30 kv.m olan 2 otaqlı C11-1 saylı mənzili Cavabdeh1 mülkiyyətinə verməyi, Cavabdeh1 isə mənzilin dəyəri olaraq 92697 manat pul məbləğini Cavabdeh2 MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. -Cavabdeh2 MTK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 ünvan 3 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 73,30 kv.m olan 2 otaqlı C11-1 saylı mənzilin dəyərini tam ödəmişdir. Onun xx.xx.2021-ci il tarixli, C-019/11 saylı müqaviləyə əsasən Cavabdeh2 MTK-ya heç bir borcu yoxdur. - Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, ödəniş etməklə mənzil almış 19 ədəd mənzilə dair məlumatlar göndərilməklə siyahıdı qeyd olunan vicdanlı alıcıların adlarına qeydiyyat keçmiş mənzillərin təmin edilməsi xahiş edilmişdir. - Cavabdeh2 MTK tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, 02 iyul 2021-ci il tarixdə imzalanmış müqavilə üzrə 12 ədəd 888 kv.metr ümumi mənzil sahəsinin “Mənzillərin Bölgü Aktının” müddəalarına uyğun olaraq Cavabdeh1 adına C bloku, 11-ci mərtəbə, 2 otaqlı sahəsi 84,27 kv.m olan mənzilin rəsmiləşdirilməsini xahiş etmişdir. -xx.xx.2021-ci il tarixli mənzilin təhvil-təslim aktından görünür ki, Cavabdeh2 MTK ünvan 3 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 73,30 kv.m olan 2 otaqlı C11-1 saylı mənzili Cavabdeh1 təhvil vermiş və Cavabdeh1 həmin mənzili təhvil almışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh1 adına Bakı şəhəri üzrə daşınmaz əmlakın qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)- 4365/2021 saylı qiyabi qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilmiş, Cavabdeh2 Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 23 avqust 2019-cu il tarixli C- 283/11 nömrəli müqavilə əsasında ünvan 3 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,24 kv.m yaşayış sahəsi 73,30 kv.m olan 2 otaqlı C01 saylı mənzilin Cavabdeh2 Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı sahibliyinə və istifadəsinə təhvil verilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – G.T.Axundova (sədrlik edən və məruzəçi), C.C.Musayeva və F.F.Babayev) 2(103)- 4547/2023 nömrəli, 04 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə marağına toxunan şəxs Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayətləri təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4365/2021 saylı, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh2nə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Cavabdeh2 Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 23 avqust 2019-cu il tarixli C-283/11 nömrəli müqavilə əsasında ünvan 3 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,24 kv.m. yaşayış sahəsi 73,30 kv.m. olan 2 otaqlı C01 saylı mənzilin Cavabdeh2 Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı sahibliyinə və istifadəsinə təhvil verilməsi barədə iddia tələbi təmin edilməmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4547/2023 nömrəli, 04 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh2 MTK arasında 23 avqust 2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən, ünvan 1 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 kv.metr, yaşayış sahəsi 73.30 kv.metr olan izolə olunmuş iki otaqdan ibarət C01 nömrəli mənzilin payçıya verilməsi, payçının isə mənzilin dəyərini ödəməli olması göstərilmişdir. Həmçinin eyni mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında 16 iyul 2021-ci il tarixdə müqavilə bağlanmış, müqavilənin şərtlərində sözügedən mənzilin payçıya verilməsi, payçının isə mənzilin dəyərini ödəməli olması göstərilmişdir. Qeyd olunan mənzil İddiaçı təhvil verilməmiş, bu səbəbdən iddiaçı mənzilin onun sahibliyinə və istifadəsinə təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-4365/2021 saylı qiyabi qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, mənzilin İddiaçı sahibliyinə və istifadəsinə təhvil verilməsi qət edilmişdir. Bununla belə, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4547/2023 nömrəli, 04 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə ləğv edilərək, İddiaçı iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4547/2023 nömrəli, 04 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə işin müəyyən olunmuş hallarından görünür ki: -"xxxx" MMC ilə Cavabdeh2 MTK arasında imzalanmış 05 iyul 2018-ci il tarixli podrat müqaviləsinə əsasən Sifarişçiyə - "xxxx" MMC məxsus ünvan 7 ünvanında yerləşən 0,3112 ha torpaq sahəsində 3 girişli, 21 mərtəbəli yaşayış evinin tikintisi Podratçıya həvalə olunub. Göründüyü podrat müqaviləsinə əsasən Cavabdeh2 MTK-ya 3 girişli, 21 mərtəbəli yaşayış evinin tikintisi tapşırılmış, sözügedən mənzillərin ayrı-ayrı şəxslərə satılması ilə bağlı Cavabdeh2 MTK-nın səlahiyyətinin olması ilə bağlı iş materiallarına hər hansı sübut təqdim edilməmişdir. Sözügedən mənzilin həmin dövrdə Cavabdeh2 MTK-ya məxsus olması da heç bir mötəbər sübutla təsdiq edilmir, belə olan halda MTK-nın öz adından həmin mənzili satmaq səlahiyyəti olmamışdır. -Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 16 iyul 2021-ci il tarixli, ********* nömrəli məktubda qeyd edilir ki, Cavabdeh2 MTK-nin sabiq direktoru X4 və qeyriləri barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası CM-in 178.4, 308.2 və 313-cü maddələri ilə cinayət işi üzrə istintaq aparılır. İstintaqın hazırkı mərhələsində müvafiq qaydada ödəniş etməklə mənzil almış 19 ədəd mənzilə dair məlumatlar Cavabdeh2 MTK-ya göndərilməklə siyahıda qeyd olunan vicdanlı alıcıların adlarına qeydiyyatdan keçmiş mənzillərin təmin edilməsi xahiş edilmişdir. Məktuba əlavə edilmiş siyahıda Cavabdeh1 adına qeydiyyatdan keçmiş 11-ci mərtəbədə yerləşən, ümumi sahəsi 84,24 m2 olan C11-1 saylı mənzil də qeyd edilmişdir. -"xxxx" MMC, alıcı Cavabdeh1 podratçı Cavabdeh2 MTK ilə imzalanan təhvil-təslim aktından müəyyən olunur ki, C blokunun 11-ci saylı mənzil alıcı Cavabdeh1 təhvil verildi. -Kollegiya qeyd etmişdir ki, Cavabdeh2 MTK-nın mənzil satmaq səlahiyyəti olmamışdır. Lakin buna baxmayaraq "xxxx" MMC bəzi müqavilələr üzrə mənzillərin təhvil verilməsinə razılıq vermişdir. Göründüyü kimi, "xxxx" MMC məhz Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış müqaviləyə sonradan razılıq vermişdir, yəni əqdin bağlanmasını bəyənmişdir. -İddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış alğı-satqı müqaviləsini "xxxx" MMC bəyənməmişdir. Mənzillərin siyahısından da görünür ki, 11-ci mərtəbədə yerləşən, ümumi sahəsi 84,24 m2 olan C11-1 saylı mənzil, Cavabdeh1 adı qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4547/2023 nömrəli, 04 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiyal əlaqəsi yaranmış olur. Qeyd olunan işin hallarına əsasən məhkəmə aktının qanuni qüvvəsini almasına dair qanunvericliklə müəyyən edilmiş maddi hüquq normaları ilk növbədə tərəflərin hüquqlarının tam bərabər təmin edilməsinə yönəlmişdir. Məhkəmədə işlərə çəkişmə prinsipi əsasında baxılması müəyyən edilmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək qətnamədən razı qalmayan tərəfə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Göründüyü kimi çəkişmə prinsipinin gözlənilməsi nəinki məhkəmə aktı qəbul edilənədək gedən proseslərdə, hətta məhkəmə aktı qanuni qüvvəsini alanadək və hətta ondan sonrakı prosesləri ümumilikdə əhatə edir. Odur ki, qeyd olunan proseslərin hər-hansı hissəsində tərəflərdən birinin hüquqlarının pozulması daha sonra edilməsi zəruri olan prosesin qanuniliyini şübhə altına almaqdadır. Eyni zamanda məhkəmə aktının qanuni qüvvəsini alması hadisəsinin baş verməsi, baxılmış mübahisəyə dair tərəflərin bir sıra hüquqlarının məhdudlaşdırılmasına və ya əksinə əlavə hüquqlarının əmələ gəlməsinin hüquqi keçidi kimi qiymətləndirilir. İddiaçı cavabdehlə arasında bağlanmış müqaviləyə əsasən mənzilin ona təhvil verilməsi tələbi məhkəmələr tərəfindən təmin olunmamışdır. Hazırda İddiaçı “Konstra“ Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 arasında mənzilə dair bağlanmış 16 iyul 2021-ci il tarixli C-019/11 nömrəli müqavilənin etibarsız hesab edilməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə İddiaçı tərəf olmasa belə, bağlanmış müqavilə birbaşa onun maraqlarına toxunur. Belə ki, Cavabdeh1 ilə bağlanmış müqavilənin predmetini təşkil edən mənzillə bağlı həmçinin iddiaçı və cavabdeh MTK arasında müqavilə bağlanmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, 16 iyul 2021-ci il tarixli müqavilə iddiaçının maraqlarına toxunduğundan o hazırki tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmuşdur. Bununla belə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, iş materialları ilə müəyyən olunur ki, eyni mənzilə dair həm İddiaçı (23 avqust 2019-cu il tarixində), həm də Cavabdeh1 ilə (16 iyul 2021-ci il tarixdə) Cavabdeh2 MTK arasında arasında müqavilələr bağlanmışdır. “Konstra“ Mənzil Tikinti Kooperativinin mənzilləri öz adından satmaq səlahiyyəti olmamışdır. Digər tərəfdən, sifarişçi – hazırki iş üzrə üçüncü şəxs "xxxx" MMC Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış 16.07.201-ci il tarixli müqaviləyə sonradan razılıq vermişdir, yəni əqdin bağlanmasını bəyənmişdir. Mülki qanunvericiliyin tələbinə əsasən əqdin bağlanılmasının bəyənilməsi (sonradan verilən razılıq) geriyə təsir qüvvəsinə malikdir (MM, maddə 357.). Yəni, hazırda mübahisələndirilən müqavilə qeyd olunan normanın tələbləri baxımından etibarlı müqavilə olmaqla, bağlandığı andan tərəflər üçün hüquq və vəzifələr əmələ gətirmişdir. Müqaviləyə əsasən, qeyd olunan mənzil cavabdehə təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. - 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. - 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərar, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərar). Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi hazırda mübahisə predmeti olan müqavilənin etibarsız hesab edilməsinə dair hər-hansı bir əsas müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunan müqavilə əsasında tərəflərin götürdükləri öhdəliklər yerinə yetirilmişdir (pul məbləği ödənilmiş, mənzil təhvil verilmişdir). Mübahisələndirilən müqaviləni etibarlılığına dair qanunda nəzərdə tutulmuş şərtlər gözlənilmiş və müqavilənin etibarsızlığı (müqavilənin görünüş üçün bağlanması və s.) üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı “Konstra“ Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə tələbi əsassız olduğundan məhkəmə tərəfindən təmin edilə bilməz. Bununla belə iş materialları ilə müəyyən olunur ki, İddiaçı tərəfindən mənzilin dəyəri qismində 77.500,00 (yetmiş yeddi min beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2 MTK-ya ödənilmiş, bu barədə MTK tərəfindən 23 avqust 2019-cu il tarixli 0070 nömrəli kassa mədaxil qəbzi verilmiş və iddiaçının mənzilin dəyərini tam şəkildə ödəməsi barədə maliyyə arayışı tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ona dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən AR MPM-nin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da onun özünə aid edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh1 və “Konstra“ Mənzil Tikinti Kooperativinə qarşı ““Konstra“ Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 arasında bağlanmış ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,27 kv.m, yaşayış sahəsi 73,30 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C11-1 saylı mənzilin alqı-satqısı barədə 16 iyul 2021-ci il tarixli C-019/11 nömrəli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 və “Konstra“ Mənzil Tikinti Kooperativinə qarşı ““Konstra“ Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 arasında bağlanmış ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,27 kv.m, yaşayış sahəsi 73,30 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C11-1 saylı mənzilin alqı-satqısı barədə 16 iyul 2021-ci il tarixli C-019/11 nömrəli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar