Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-750/2022 28.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə arasında bağlanmış 25.08.2021-ci il tarixli, 72 nömrəli Müqavilənin ləğv edilməsi, ödənilmiş ümumilikdə 4526 manat pulun, həmçinin tərəfindən hüquqi yardıma görə ödənilmiş 410 manat pul və dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “EVRİKA LİSEYİ" MMC-nin direktoru X3 ilə arasında bağlanmış 25.08.2021-ci il tarixli, 72 nömrəli “Təhsil və təlim-tərbiyə xidmətlərinin göstərilməsi barədə" müqaviləyə əsasən X1 bir tədris ili üçün illik təhsil haqqı 8 000 manat olmaqla ödənişli təhsili barədə razılığa gəlinmişdir. Tərəfindən Cavabdeh MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən ümumilikdə 4400 manat təhsil haqqı olaraq "EVRİKA LİSEYİ” MMC-yə ödənilmiş, əlavə olaraq 26 manat kitab pulu və 100 manat digər xərclər olmaqla İddiaçı pul alınmışdır. Daha sonra isə “Xalça pulu" və digər adlarla müqavilədə göstərilməyən əlavə pullar tələb edildiyindən övladı Nazlı Əkbərovanın Cavabdeh MMC-də təhsil alması fikrindən daşınmış və övladını başqa təhsil müəssəsinə göndərmişdir. 14.09.2021-ci il tarixində Cavabdeh MMC-yə gedərək övladı Nazlı Əkbərovanın "EVRİKA LİSEYİ” MMC-də təhsil alması fikrindən daşındığını, övladını başqa təhsil müəssisinə göndərməsini bildirmiş və ödədiyi ümumilikdə 4526 manat pulun geri qaytarılmasını tələb etmiş, lakin ona şifahi olaraq ödədiyi puldan 1000 manat çıxılaraq 3526 manat geri qaytarılacağı bildirilmiş və ödənilmiş pulun tam həcmdə qaytarılmasından əsassız olaraq imtina edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, iddia ərizəsində qeyd olunmuş 26 manat kitab pulu iddiaçıya tövsiyyə edilmiş dərsliklərdir və könüllü şəkildə əldə edilir. Həmçinin qeyd edilmiş 100 manat pul isə yay aylarında təşkil edilən ekskursiya ödənişidir və o, da həmçinin könüllü şəkildə ödənilir. İddiaçı ilə aralarında bağlanmış müqavilədə hər tərəfin öhdəliyi qeyd olunmuşdur. İndiki halda iddiaçı bağlanmış müqaviləni vaxtından əvvəl ləğv etmək istəyirsə bu zaman, həmin müqavilənin 4.3-cü bəndində nəzərdə tutulmuş öhdəliyini icra etməlidir. Belə ki, müqavilənin 4.3-cü bəndində deyilir: “Dərs ili iki yarım illikdən ibarətdir. Əgər “Sifarişçi” yarım illik bitməmiş müqaviləyə xitam vermək istəyərsə, o zaman o, hazırki müqavilədə qeyd olunduğu qaydada “İcraçı”nı xəbərdar etdikdən və həmin yarım illiyin bitməsinə qalmış aylara görə hesablanmış xidmət haqqını “İcraçı”ya tam şəkildə ödədikdən sonra hazırki müqaviləyə xitam verə bilər. ” Göründüyü kimi, İddiaçı vaxtından əvvəl öz təşəbbüsü ilə müqaviləyə xitam vermək istəsə də, müqavilə üzrə göstərdiyi maddənin tələbini yerinə yetirməkdən boyun qaçırır. Əslində müqavilənin bütün bəndləri ilə razılaşmış və müqaviləni imzalamış iddiaçı hazırki bəndin tələbinə uyğun olaraq birinci yarım illiyin ödənişi tam etməlidir, yaxud etdiyi ödənişi geri tələb etməməlidir. Lakin lisey valideynin vəziyyətini nəzərə alaraq ona güzəştə getmək istədiyini və yalnız edilmiş ödənişdən 1000 manat məbləğini saxlayacağın iddiaçıya bildirmişdir. Müqavilə üzrə ödənilmiş 4400 manatın 1000 manatını saxlamaqla iddiaçıya 3400 manatın tərəflərindən ödənilməsi və iddianın qalan hissədə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; "xxxx" ASC-nin mədaxil qəbzindən görünür ki, İddiaçı 14 saylı Vəkil Bürosunun hesabına 410 manat ödəniş etmişdir. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əkbərova X4 şəhəri, Səttarxan küçəsi, ev 4/5 ünvanında qeydiyyatdadır. AZE 12182026 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 12.09.2015-ci il təvəllüdlü X1 anası İddiaçıdır. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 25.08.2021-ci il tarixli, 72 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh MMC təhsil və təlim-tərbiyə xidmətlərinin göstərilməsi məqsədi ilə X2 şagird sıralarına qəbul etməyi və onun savadlı, bacarıqlı məzun kimi yetişdirmək üçün müqavilədə qeyd olunmuş zəruri şərait yaratmağı, İddiaçı isə, öz növbəsində, müqavilədə qeyd olunan xidmət haqqının vaxtı-vaxtında ödəməyi və müqavilədə göstərilən digər vəzifələrini yerinə yetirməyi öhdəsinə götürmüşdür. İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh MMC-yə ünvanladığı 17.09.2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, 25.08.2021-ci il tarixli, 72 nömrəli müqaviləni ləğv edərək İddiaçı Nadiq qızı tərəfindən ödənilmiş ümumilikdə 4526 manat pulun 5 gün ərzində geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh MMC-nin kassa mədaxil orderinin 07.09.2021-ci il tarixli, seriya GİF/2, 114524 nömrəli qəbzindən görünür ki, X1 təhsil haqqısı üçün 3600 manat ödəniş edilmişdir. Cavabdeh MMC-nin kassa mədaxil orderinin 25.08.2021-ci il tarixli, seriya GİF/2, 114451 nömrəli qəbzindən görünür ki, X1 təhsil haqqısı üçün 800 manat ödəniş edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, “EVRİKA LİSEYİ" MMC ilə iddiaçı arasında 25.08.2021-ci il tarixli, 72 nömrəli “Təhsil və təlim-tərbiyə xidmətlərinin göstərilməsi barədə" müqavilə bağlanmış, həmin müqaviləyə əsasən X1 bir tədris ili üçün illik təhsil haqqı 8 000 manat olmaqla ödənişli təhsili barədə razılığa gəlinmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən ümumilikdə 4400 manat təhsil haqqı olaraq "EVRİKA LİSEYİ” MMC-yə ödənilmişdir. Daha sonra isə iddiaçı övladı Nazlı Əkbərovanın Cavabdeh MMC-də təhsil alması fikrindən daşınmış və övladını başqa təhsil müəssəsinə göndərmişdir. 14.09.2021-ci il tarixində Cavabdeh MMC-yə gedərək övladı Nazlı Əkbərovanın "EVRİKA LİSEYİ” MMC-də təhsil alması fikrindən daşındığını, övladını başqa təhsil müəssisinə göndərməsini bildirmiş və ödədiyi pulun geri qaytarılmasını tələb etmiş, lakin ona şifahi olaraq ödədiyi puldan 1000 manat çıxılaraq 3400 manat geri qaytarılacağı bildirilmiş və ödənilmiş pulun tam həcmdə qaytarılmasından əsassız olaraq imtina edilmişdir. Cavabdeh tərəf iddiaçının müqavilənin əvvəlcədən xəbər etmədən ləğv edilməsini tələb etdiyinə görə, təhsil müəssisəsinin ziyana getdiyini əsas gətirərək, ödənilmiş puldan 1000 manat saxlayaraq, qalan pulun qaytarılmasını təklif etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Həmin Məcəllənin 417.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Göründüyü kimi, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, iddiaçı ilə Cavabdeh MMC arasında müqavilə bağlanmış müqavilədə Cavabdeh MMC tərəfindən öhdəlik icra olunma vaxtı başlanana qədər sifarişçinin müqavilənin ləğv edilməsi tələbi baş verdiyi halda heç bir cərimə, penya və ya digər hal qeyd edilməmişdir. İddiaçı tərəf təhsil başlanmamışdan əvvəl cavabdeh müəssisəyə müraciət edərək uşağın həmin müəssisədə oxutmaq fikrindən döndüyünü bildirmiş və ödədiyi təhsil haqqını haqlı olaraq geri qaytarılmasını tələb etmişdir. Cavabdeh tərəfindən müqavilədə qeyd olunmuş öhdəliklərin icrası vaxtı başlamamış, iddiaçıya xidmət göstərməmişdir. Cavabdehin müqavilənin 4.3-cü bəndində istinad etsə də, həmin bənddə əgər “Sifarişçi” yarım illik bitməmiş müqaviləyə xitam vermək istəyərsə, o zaman müqavilədə qeyd olunduğu qaydada “İcraçı”nı xəbərdar etdikdən və həmin yarım illiyin bitməsinə qalmış aylara görə hesablanmış xidmət haqqını “İcraçı”ya tam şəkildə ödədikdən sonra müqaviləyə xitam verə bilməsi qeyd edilmişdir. Lakin göründüyü kimi, iddiaçı yarım illik başlamadan müraciət etmişdir. Cavabdehin müqavilənin 4.3-cü bəndinə istinad etməsi, hazırki iddianın həlli üçün tətbiq edilə bilməz. Odur ki, məhkəmə qeyd edir ki, iddia ödənilmiş 4400 manat təhsil haqqının qaytarılması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbində qeyd edilən 26 manat kitab pulu və 100 manat digər xərclər sübut edilməmiş və məhkəmə araşdırması zamanı təmin olunması üçün əksini tapmamışdır. Odur ki, iddia 26 manat kitab pulu və 100 manat digər xərclərin tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə iddianın hüquqi yardıma görə ödənilmiş 410 manat pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsi hissəsində qeyd edir ki, iddia həmin hissə də, qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, hüquqi yardıma görə ödənilmiş vəsaitdən 100 manat cavabdehə aid edilməli və iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən, iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq 27,40 manat dövlət rüsumunun əvəzi cavabdeh şəxsə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ümumilikdə 4500 manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq 27,40 manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-750/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-750/2022
28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver