Məhkəmə qərarları › İş №2(005)-76/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-76/2021

12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-76/2021 12.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, "İddiaçı” MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli MAS-688 saylı "Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2019-cu il buraxılışlı, "Khazar SD minik" markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE160305 ban nömrəli, qara rəngli avtomobil 11650 manat məbləğinə "İddiaçı” MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 17 % hesablanmaqla 36 aylıc müddətə hər ay sabit məbləğ olmaqla 415.35 manat, ümumilikdə isə 14953.00 manat məbləğində pulu "İddiaçı” MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx xxxx 2019-cu il tarixdə 417 manat məbləğində olmuşdur."Daxili lizinq" müqaviləsi və “Ödəniş cədvəli"nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. "Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş İizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Daxili lizinq" müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. "Daxili lizinq" müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş İizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Daxili Lizinq müqaviləsinin 4.4.1 -ci bəndinə əsasən lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onın təyinatı üzrə istifadə etməlidir. Daxili Lizinq müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Daxili Lizinq müqaviləsinin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq Alana keçir. “Daxili lizinq“müqaviləsinin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Qeyd edilənləri nəzərə alaraq, "İddiaçı” MMC ilə bağlanmış xx xxxxxx 2019-cu il tarixli MAS-688 saylı "Daxili lizinq” müqaviləsi ləğv edilməsi, Lizinq obyekti olan 2019-cu il buraxılışlı, “Khazar SD minik" markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE160305 ban nömrəli, qara rəngli avtomobil mülkiyyətçi "İddiaçı’' MMC-nə geri qaytarılması, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli MAS- 688 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxxxx 2019-cu il tarixə 1578.07 manat əsas, 913.84 manat mükafat və həmin günə hesablanmış 424.99 manat dəbbə pulu, ümumilikdə 2916.90 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun “İddiaçı" MMC-nin xeyrinə tutulası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı MMC ilə bağlanmış xx xxxxxx 2019-cu il tarixli MAS-688 saylı “Daxili Lizinq müqaviləsi” ləğv edilməsi, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli MAS-688 “Daxili lizinq“ müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxx 2019-cu il tarixə 511.3 manat əsas, 319.24 manat mükafat və həmin günə hesablanmış 42.79 manat dəbbə pulu, 7275 manat avtomobilə dəymiş zərər, ümumilikdə 8148.33 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X5 iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MAS-688 saylı X2 görünür ki, bu Müqavilənin şanlarına uyğun olaraq İizinq verən lizinq alanın sifariş eldiyi va bu Lizinq Muqavilasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən ondakı muzdla llzinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Lizinq obyekti lizinq alan tərəfindən seçilib. Bu lizinq müqaviləsinin əsas məbləğini 11650 manat təşkil edir. Lizinq alan bu müqabilə imzalandığı gün 0 manat məbləğində lizing ödənişini lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 0 manat lizinq odanişı lizinmüddətində illik 17% həcmində mükafat məbləği hesablanır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təhvil Təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumi dəyəri 11650 manat lizing obyekti təhvil verilmişdir. İş materiallarında olan lizinq ödənişləri cədvəlinə əsasən ilk ödəniş tarixi xx.xx.2019, son ödəniş tarixi isə xx.xx.2022-ci ildir. Aylıq ödəniş 415,35 manat müəyyən edilmişdir. İş materiallarında olan pretenziya məktublarından görünür ki, İddiaçı MMC tərəfindən cavabdehə borc məbləğini 7 gün müddətində ödəmək təklif edilmiş, əks təqdirdə borcun qaytarılması ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli razılaşmadan görünür ki, bir tərəfdən Azərbaycan Respublikası qanunları və öz nizamnaməsi əsasında fəaliyyət göstərən İddiaçı MMC-nin, direktoru X4 şəxsində və digər tərəfdən Cavabdeh şəxsində aşağıdakı barədə “Razılaşma” bağlayırlar. Lizinq obyekti yol nəqliyyat hadisəsi və ya digər sığorta hadisəsi nəticəsində zədələndikdə, məhv i.tuqa.i Lizinq Alan 24 (iyirmi dörd) saat müddətində lizinq obyektini sığortalayan Sığorta şirkətini məluumatlandırmağı öhdəsinə götürür; Razılaşmanın 1.1-ci bəndində qeyd olunan öhdəlik Lizinq alan tərəfindən icra edilmədikdə sığorta hadi səs nəticəsində Lizinq obyektinə dəymiş maddi ziyan tam həcmdə Lizinq ala tərəfindən Lizinq verənə ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 1074 №-li maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixə cavabdehin daxili maliyyə lizinq müqaviləsi üzrə əsas borcu 511,30 manat, cərimə 873,33 manat, lizing mükafatına görə 319,24, manat təşkil edir. İş materiallarına əlavə edilmiş İddiaçı Servisin qüsur aktından görünür ki, “Khazar” minik markalı avtomobil, ** AN *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş və dəymiş zərər 7525 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6666/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 11.02,2019cu il tarixli MAS688 saylı daxili lizinq müqaviləsi ilə verilmiş "Khazar SD" markalı avtomobilin dəyişdirilərək, Cavabdeh həmin markalı yeni avtomobil verilməsi vəzifəsinin "İddiaçı" MMC-nin üzərinə qoyulması və x xxxxx 2019-cu il tarixdən yeni avtomobilin Cavabdeh verilməsi tarixinədək, xx.xx.2019-cu il tarixli MASS688 saylı daxili lizinq müqaviləsi üzrə lizinq ödənişlərinin tələb edilməsinin "İddiaçı" MMC-yə qadağan edilməsi barədə Cavabdeh iddia tələbi təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)- 3335/20120 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-5722/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, kasasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-3335/20120 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli 29761 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, təqdim edilən “İddiaçı" MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli məlumatlarına əsasən, təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla. 2019-cu il buraxılışlı, 'Khazar SD" markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 7275.00 manat müəyyən edilir. O cümlədən: dəyişdirilməli hissələrinn qiyməti 5115,00 manat, təmir-bərpa işlərinin qiyməti 2060,00 manat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 747-5.2-ci maddəsinə əsasən, lizinqlə əlaqədar bağlanılan alqısatqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Mülki Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin tərəflər arasında bağlanmış lizing müqaviləsi üzrə öhdəliklərinin icra edilməməsi və iddiaçıya məxsus lizing obyektinə zərər vurması mülki iş üzrə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, xx xxxxxx 2019-cu il tarixli MAS- 688 saylı “Daxili Lizinq müqaviləsi” ləğv edilməli, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli MAS-688 “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxx 2019-cu il tarixə 511.3 manat əsas, 319.24 manat mükafat və həmin günə hesablanmış 42.79 manat dəbbə pulu, 7275 manat avtomobilə dəymiş zərər, ümumilikdə 8148.33 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu “İddiaçı” MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu və ekspertiza xərci – 120 manat cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli MAS-688 saylı Daxili Lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli MAS-688 “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxx 2019-cu il tarixə 511.3 manat əsas, 319.24 manat mükafat və həmin günə hesablanmış 42.79 manat dəbbə pulu, 7275 manat avtomobilə dəymiş zərər, ümumilikdə 8148.33 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi manat) manat Cavabdeh “SAP (XİİS) hesabı-X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********, Hesab 34CTRE********************” hesabına keçirilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar