Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-773/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MTK-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-nə qarşı “müvafiq sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənəvi zərərin və məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-nə qarşı “müvafiq sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənəvi zərərin və məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 45 saylı mənzilə dair qeydiyyat vəsiqəsinin alınmasından ötrü tələb olunan sənədlərin: payçıların ümumi yığıncağının protokolundan çıxarışın və maliyyə arayışının iddiaçıya veilməsinin təmin edilməsi vəzifəsinin çavabdeh Cavabdeh MTK-nın üzərinə qoyulmasına, hüquqi yardım üçün 5 saylı vəkil bürosuna ödənilmiş 161 manat pulun və 11 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, ünvan 1 ünvanında yerləşən 45 saylı mənzilə dair qeydiyyat vəsiqəsinin alınmasından ötrü tələb olunan sənədlərin: payçıların ümumi yığıncağının protokolundan çıxarışın və maliyyə arayışının iddiaçıya veilməsinin təmin edilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulmasına, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin əvəzinə ona 2.000 manat ödənilməsinə, hüquqi yardım üçün 5 saylı vəkil bürosuna ödənilmiş 161 manat pulun və 11 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, bildirir ki, müvəkkilli xx xxxxxxxx 2013-cü ildə Cavabdeh MTK ilə ünvan 1 ünvanında yerləşən 45 saylı mənzilin alınmasına dair müqavilə imzalayıb. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehin hesablaşma hesabına müqavilədə göstərilən məbləği 75.123.00 manat pul vəsaitini ödəməli idi. Bu səbəbdən də iddiaçı elə həmin gün, yəni, xx xxxxxxxx 2013-cü ildə “xxxx” ASC Pərakəndə Biznes Departamenti ilə 75.123.00 manat məbləğində kredit müqaviləsi imzalayıb. Kredit müqaviləsi imzalandıqdan sonra alqı-satqı müqaviləsində gösrətilən 75.123.00 manat cavabdehin hesablaşma hesabına tam olaraq ödənilib. (xx xxxxxxxx 2013-cü il tarixli alqısatqı müqaviləsinin 3.4. maddəsində göstərilir ki, Müqavilənin 3.1. bəndində göstərilən vəsaitin ödənilməmiş 100% hissəsini təşkil edən 75.123.00 manat “Payçı”mn “xxxx” ASCnin Nərimanov filialı ilə imzaladığı ipoteka müqaviləsinə əsasən götürdüyü kredit hesabına ödənilə bilər. Bu ipoteka müqaviləsi imzalandıqdan sonra 3 iş günü ərzində mənzilin ümumi dəyəri “Payçı” tərəfindən tam ödənilməlidir.) Hal hazırda mənzilin dəyəri tam ödənildiyinə görə (hətta cavabdehə elektrik sayğacının qoyulması üçün 300 manat, qaz sayğaclarının qoyulması üçüm isə 378 manat ödəniş də edilib) iddiaçı tərəfindən cavabdehə sözügedən mənzilin üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün payçıların ümumi yığncagının protokolundan çıxarışı və maliyyə arayışınmın təqdim olunmasını dəfələrlə tələb edilsə də cavabdeh bundan müxtəlif bəhanələrlə imtina edir. Sonuncu dəfə cavabdehin göstərilən sənədlərin iddiaçıya verilmədiyinə görə tərəfimdən müqavilənin şərtlərinə uyğun olaraq xx.xx.2020-ci ildə poet vasitəsi ilə,xx.xx.2020-ci il tarixdə isə əlbəəl məktubla müraciət edilərək rəsmi surətdə həmin sənədlərin mənə verlməsini, əks təqdirdə isə məhkəməyə müraciət edəcəyimi bildirsəm də bu günə kimi MTK tərəfindən mənə heç bir cavab verilməyib. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirdi ki, İddiaçı müvafiq iddia ərizəsini əsassız hesab edir. Belə ki, Cavabdeh tərəfindən qanuna və hüquqazidd hərəkətlər edilmir və iddiaçı şəxsin mülkiyyət hüququnu almaq üçün heç bir məhdudlaşdırma tətbiq edilmir. İlk növbədə, qeyd edilməlidir ki, inşa edilmiş yaşayış kompleksinin layihəsi xx xxxxx 2014-cü il tarixində dəyişdirilmişdir. Layihənin dəyişməsi nəticəsində mənzil sahiblərinin birgə istifadəsinə mərkəzi qazanxana və isti su/istilik enerjisi paylayıcı şəbəkələri verilmişdir. Layihəyə dəyişiklik edilən zaman binalar istismara qəbul edilməmişdir və mənzillər qazla təmin olunmurdu. Bu isə qış aylarında bir neçə dəfə yanğının baş verməsinə gətirib çıxarırdı. Həmin qazanxana və qurulmuş şəbəkələr bu gün də mənzil sahiblərinin birgə istifadəsindədir. Aparılmış hesablamalara görə, mənzil sahiblərinin üzərinə hər kvadrat metr üçün 18 (on səkkiz) manat düşür. Cavabdeh payçılara sözügedən qurğuların qurulmasını məqsədəuyğun onların təhlükəsizliyinin təmin edilməsi üçün dərhal məlumat verib və payçıları bu barədə əlavə müqavilə bağlamağa dəvət edib. Lakin iddiaçılar heç bir hərəkət etməyiblər, tərəflər arşında heç bir müqavilə bağlanmayıb. Sakinlərin yarısından çoxu həmin birgə mülkiyyətə verilən əlavə tikili və qurğuların dəyərini tam şəkildə ödəyib. Digər problem doğuran məsələ ondadır ki, MTK iddiaçının tələb etdoiyi sənədləri təqdim etdikdə onlar avtomatik olaraq layihəyə uyğun qurğulara mülkiyyət hüququ da alırlar. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh-kooperativ ilə İddiaçı-payçı arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli müqavilənin surətindən və məzmunundan görünür ki, «İcraçı» mülkiyyətdə olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi - 1990-cı məhəllədə yerləşən torpaq sahəsində inşa edilən yaşayış kompleksin 1-ci binanın 7-ci mərtəbəsində öz materiallarından, öz gücü və vəsaiti hesabına «Payçı» üçün ümumi sahəsi 88,38 kv.metr olan, biri birindən tam təcrid edilmiş 2 otaqdan ibarət daxili arakəsmələrin, qiriş dəmir seyt qapısım qoymuş, mənzilə elektrik enerjisi, qaz, su və kanalizasiya xətlərinin çəkilmiş, pəncərələrini qoymuş, divarların suvaqlanmış vəziyyətdə olan 45 nömrəli mənzili (bundan sonra «Mənzil») «Payçı»ya verməlidir. (2.1-ci bənd). Bu Müqaviləyə əsasən «İcraçı» tərəfindən icra ediləcək tikinti işlərinin bir kv. metrinin dəyəri 850 (səkkiz yüz əlli) AZN, ümumi dəyəri isə 75123 ( yetmiş beş min yüz iyirmi üç) AZN məbləğində müəyyən edilir. (3.1-ci bənd). Eyni zamanda Müqavilənin 3.1.-ci bəndində göstərilən vəsaitin ödənilməmiş 100% hissəsini təşkil edən 75123 ( yetmiş beş min yüz iyirmi üç) AZN «Payçı»nın «xxxx» Açıq Səhmdar Cəmiyyətinin MƏRKƏZ / BAKİ / NƏRİMANOV filialı ilə imzaladığı ipoteka müqaviləsinə əsasən götürdüyü kredit hesabına ödənilə bilər. Bu ipoteka Müqaviləsi imzalandıqdan sonra 3 (üç) iş günü ərzində «Mənzil»in ümumi dəyəri «Payçı» tərəfindən tam ödənilməlidir.(3.4-cü bənd). «Payçı» bəyan edir ki, «İcraçı»ya ödəyəcəyi bu müqavilənin 3.4-ci bəndində göstərilən 100% məbləğini xxxxndan götürəcəyi kredit hesabına ödəyir və ödəniş ilə bağlı «İcraçı» və Bank qarşısında əmələ gələn bütün öhdəliklərini vaxtmda yerinə yetirəcəkdir. (4.2-ci bənd). Bank “xxxx” ASC Pərakəndə Biznes Departamenti “Abb Premyer" Müştəri Xidməti ilə İddiaçı arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən, Bir tərəfdən BP Exploration (Caspian Sea) Ltd. Şirkətinin işçisi. ünvan 2 ünvanında qeydiyatda olan İddiaçı (bundan sonra “Borc alan"), (şəxsiyyət vəsiqəsi AZE Ns 0*******. Surəxənl RPİ tərəfindən xx.xx.2008-ci il tarixində verilib), digər tərəfdən "xxxx" Açıq Səhmdar Cəmiyyəti Parakəndə Biznes Departamenti “ABB Premyer" Müştəri Xidməti (Azərbaycan Respublikası Milli Bankın *01" Fevral 2006 ci il tarixli Lisenziyası) (bjndan sonra "Borc verən'). Etibarnaməyə əsasən hərəkət edən X2 şəxsində, aşağıdakı şərtlərlə '30" Sentyabr 2013-cü il tarixində. Bakı şəhərində bu Müqaviləni bağlayırlar. Bu Müqavilənin predmeti manat ilə ifadə edilən pul öhdəliyidir. Borc verən Borc alana 75,123.00 (yetmiş beş min yüz iyirmi üç) manat məbləğində kredit xəttinin açılınmasım öhdəsinə götürür. Borc alan bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı Şəhəri 5 saylı Vəkil Bürosunun Cavabdehnə ünvanlanmış bildirişinə əsasən, müvəkkili İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx xxxxxxxx 2013-cü il larİKİi müqaviləyə əsasən İddiaçı həmin MTKnın ünvan 4 ünvanda yerləşən yaşayış kompleksinin 1 binasının Vİİ mərtəbəsində yerləşən, ümumi sahəsi 88,38 kv.m. olan 2 otaqlı, 45 saylı mənzili müqavilədə göstərilən 75.123 manatı tam ödəməklə almışdır. Həmin müqavilənin şərtlərinə əsasən, dəqiqliyi ilə desək 2.2 bəndinə əsasən’Tayçı” aparılan tikinti işlərinin dəyərinin bu Müqavilədə nəzərdə tutulmuş qaydada ödənilməsini və mənzili “İcraçı”dan qəbul etməsini öhdəsinə götürür. ...6.1 bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə Müqavilənin predmeti, dəyəri və müddətinə dair əlavə və dəyişikliklər edilə bilər. 6.2 Müqaviləyə bütün əlavə və dəyişikliklər yazılı şəkildə tərtib edilir. Tərəflərin imzası və “İcraçı”nın möhürü ilə təsdiqlənir. Göründüyü kimi İddiaçı tərəfindən ünvan 1- də yerləşən 45 mənzilin dəyəri MTK-ya tam ödənilmiş və tərəflər arasında xx.xx.2013-cü il tarixdə bağlanmış Müqaviləyə heç bir əlavə və dəyişikliklər edilməmişdir. Bu səbəbdən də Sizdən sözügiidən mənzilin üzərində İddiaçı mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün tələb olunan payçıların ümumi yığıncağının protokolundan çıxarışı və maliyyə arayışını mənə, yaxud İddiaçı təqdim etmənizi xahiş edirəm. Gks təqdirdə xx.xx.2013-cü il tarixli müqavilənin 7.2. bəndinə əsasən məhkəməyə müraciət edəcəyik. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 4 ünvanda yerləşən yaşayış kompleksinin 1 binasının Vİİ mərtəbəsində yerləşən, ümumi sahəsi 88,38 kv.m. olan 2 otaqlı, 45 saylı mənzili İddiaçı faktiki sahibliyində və istifadəsindədir. Cavabdehkooperativ ilə İddiaçı-payçı arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli müqavilənin 4.2-ci bəndinə əsasən «Payçı» bəyan edir ki, «İcraçı»ya ödəyəcəyi bu müqavilənin 3.4-ci bəndində göstərilən 100% məbləğini xxxxndan götürəcəyi kredit hesabına ödəyir və ödəniş ilə bağlı «İcraçı» və Bank qarşısında əmələ gələn bütün öhdəliklərini vaxtında yerinə yetirəcəkdir. Hazırda İddiaçı mübahisəli mənzili dövlət reyestrində qeydiyyata aldırmaq üçün zəruri olan sənədləri Cavabdehndən ona təqdim edilməsini xahiş edir, cavabdeh isə bunu əlavə inşa edilən qurğulara görə pay bölgüsü ilə hesablanan pulun ödənilməməsi ilə əlaqələndirərək, həmin sənədlərin təqdim ediləcəyi təqdirdə iddiaçının heç bir pul məbləği ödəmədən həmin qurğulara da mülkiyyət hüququ əldə edəcəyini, ədalətlilik baxımından bunun yolverilməz olduğunu qeyd edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı cavabdeh tərəfin müqavilə üzrə dəyərini tam ödədiyi mənzilə dair “payçıların ümumi yığıncağının protokolundan çıxarışın və maliyyə arayışının” ona verməməsini mübahisələndirir, cavabdeh isə iddia tələbinə etirazını inşa edilmiş yaşayış kompleksinin layihəsinin dəyişdirilməsi, həmin dəyişikliyə uyğun olaraq tərəflər arasında müqavilənin bağlanmaması ilə əsaslandırır. Bu baxımdan məhkəmə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. 2.1-ci maddəsində mənzil hüquqlarının əsasları müəyyən edilmişdir. Həmin maddəyə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. 10.0.2-ci maddəsi ilə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək dövlətin vəzifələrinə aid edilmişdir. 12.2-ci maddəsinə əsasən, yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. 17.2-ci maddəsinə görə, Azərbaycan Respublikasında mənzil fondunu mülkiyyət formasına görə özəl, dövlət və bələdiyyə mənzil fondu təşkil edir. 18-ci maddəsinin tələblərinə görə mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Yaşayış fondunun saxlanması və ondan istifadə edilməsi mənzil hüququnun tərkib hissəsidir. Mənzil Məcəlləsinin 6-cı maddəsi müəyyən edir ki, -çoxmənzilli binaların idarə edilməsi (maddə 6.0.8.); -mənzil-tikinti kooperativlərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələri (maddə 6.0.9.); -kommunal xidmətlərin göstərilməsi (maddə 6.0.10.); -yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi (maddə 6.0.11.) və digər münasibətlər mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdir. 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2015-ci il tarixli qərarında göstərilişdir ki, çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Özəl fonda aid çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmət şərtlərinin keyfiyyətcə yaxşılaşdırılmasında və xidmət xərclərinin müəyyən edilməsində azaddırlar. “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2000-ci il tarixli 40 nömrəli Qərarının 3-cü bəndinin “b” yarımbəndinə əsasən, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “Bakı şəhər icra hakimiyyəti başçısının “Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999-cu il 5 oktyabr tarixli 961 nömrəli sərəncamı barədə” xx xxxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, tam özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçılıq subyektləri seçməyə ixtiyarı vardır. Beləliklə, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Həmçinin, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Həmin maddədə çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur: -binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi; -mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi; -idarəedici təşkilat tərəfindən idarə edilməsi, Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər (Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Azərbaycan Respublikası mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.5-ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. İşin materiallarından və tərəflərin izahatlarındn görünür ki, çoxmənzilli binada mülkiyyət sahibi olan iddiaçı ilə cavabdeh arasında kommunal xərclər, o cümlədən binanın saxlanması ilə əlaqədar xərclərlə bağlı mübahisə yoxdur. Belə olan halda isə cavabdehin iddiaçının sahibliyində olan mənzilə mülkiyyət hüququnun əldə edilməsinə “inşa edilmiş yaşayış kompleksinin layihəsinin dəyişdirilməsi, həmin dəyişikliyə uyğun olaraq tərəflər arasında müqavilənin bağlanmaması ilə əsaslandırması” hüquqaziddir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, ünvan 1 ünvanında yerləşən 45 saylı mənzil X1 faktiki sahibliyində və istifadəsində olduğundan və onun qeyd edilən mənzil ilə bağlı mülkiyyət hüququ ilə bağlı gözləntisi vardır, mübahisəli mənzilə dair iddiaçı pay haqqını tam ödəmiş hazırda mənzilin pay haqqına dair borcu mövcud deyil. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı “payçıların ümumi yığıncağının protokolundan çıxarışın və maliyyə arayışının” iddiaçıya verilməsi barədə cavabdeh kooperativin üzərinə öhdəlik qoyulmalıdır. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, "İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. "İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əldən çıxmış faydanı təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən “iclas protokulundan çıxarış”ın, “mənzilin tam dəyərinin ödənilməsinə dair maliyyə arayışı”nın, “Forma 2” arayışının, “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası aktı”nın və “mənzilin texniki pasportu (sxemi)”nun İddiaçı verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalı, qarşılıqlı iddia ərizəsi qismən təmin edilməli, 1906,38 manat məbləğində kommunal borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı Cavabdeh xeyrinə tutulmalı, qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 11 manat məbləğində dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 161 manat pul Cavabdehndən İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən payçıların ümumi yığınacağının protokolundan çıxarışın və maliyyə arayışının İddiaçı verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Cavabdehndən hüquqi yardım üçün vəkilə ödənilmiş 161 manat pul və 11 manat dövlət rüsumu İddiaçı ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-773/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-773/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver