Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-806/2024 06.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təsviri hissə İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən İddiaçı əsassız olaraq hesablanmış 1555.20 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor küçəsi, 40-cı rezervuar, ev 17-də inşa edilmiş fərdi yaşayış evində ailə üzvlərində birlikdə yaşayır. Yaşadığı ev Cavabdeh İB tərəfindən təbii qazla təmin olunur və bununla bağlı olaraq evə aid olan hasarın küçəyə baxan hissəsində Cavabdeh İB tərəfindən 1102AQ**********9 nömrəli qaz sayğacı quraşdırılmışdır. 2023-cü ilin mart ayında həmin sayğaca baxanda gördü ki, sayğaca yüklənmiş pul vəsaitində azalma getmir. Ona görə də Cavabdeh İB-nə müraciət etdi. Cavabdeh İBnin əməkdaşları yaşadığı ünvanda quraşdırılmış sayğaca baxış keçirtdi, xx.xx.2023-cü il tarixdə isə sayğacı söküb və yenisi ilə əvəz etdilər. Bu zaman sayğaca hər hansı müdaxilədən söhbət belə getməmiş, sadəcə yeni sayğac quraşdırılmış, sayğacın göstəricilərinə görə İddiaçı heç bir borcu qalmamışdır. Bundan bir müddət sonra isə Cavabdeh İB-nin əməkdaşları ona bildirmişlər ki, əvvəlki sayğac yoxlanılması üçün laboratoriyaya göndərilmiş, laboratoriya tərəfindən müəyyən edilmişdir ki, sayğaca müdaxilə olub, sayğacın çıxış plastmas borusu deşilib, buna görə də İddiaçı, əlavə sərfiyyat olaraq 1555.20 manat məbləğində cəriməni Cavabdeh İB-və ödəməlidir. Lakin yuxarıda qeyd edilən borcla bağlı cavabdeh tərəfindən İddiaçı heç bir məlumat verilməmiş, ödənilməsi ilə bağlı xəbərdarlıq edilməmiş, onun borcu hesablanması barədə heç bir məlumatı olmamışdır. Akt onların iştirakı olmadan yazılıb. Sayğaca heç bir müdaxilə edilməmişdir. Müdaxilə etmiş olsaydı Cavabdeh İB-nə müraciət etməzdi. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda göstərilir ki, yaşadığını ünvanda küçə tərəfdə quraşdırılmış sayğacın çıxış plastmas borusu deşilmişdir. Bu deşilməyə görə məsuliyyəti İddiaçı üzərinə qoymuşlar. Lakin onun təqsirinin nədən ibarət olduğu göstərilməmişdir. Sayğacın çıxış plastmas borusunun deşilməsi nəticəsində İddiaçı hansı sərfiyyatdan istifadə etmişdir və sayğacın çıxış plastmas borusunu deşilməsinə nə zərurət olmuşdur, bunlar əsaslandırılmamışdır. Bildirir ki, Cavabdeh İB əməkdaşlarının tərtib etdiyi bu akt əsassızdır və ləğv olunmalı və bu akt əsasında əsassız olaraq hesablanmış borc silinməlidir. Çünki, İddiaçı və ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir, istifadə etdiyi təbii qaza görə isə ödənişlər İddiaçı tərəfindən vaxtlı-vaxtında həyata keçirilmişdir. Qaz sayğacı küçədə quraşdırıldığından və İddiaçı və ailə üzvlərinin tərəfindən sayğaca hər hansı müdaxilə edilmədiyindən sayğacın sazlığına görə İddiaçı məsuliyyət daşımır. Cavabdeh nümayəndəsi iddiaya yazılı etiraz təqdim edərək bildirdi ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı ünvanına quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmiş, daha sonra laboratoriya şəraitində Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsinin təsdiq etdiyi aktla dövlət yoxlaması nəticəsində əvəz edilmiş sayğaca baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşildiyi, yivli birləşmələri korroziyaya uğradığı, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olduğu, hesablama mexanizminin keçən qazı qeyd etmədiyi və nəticədə sayğacın istismara yararsız olduğu aşkar edilmişdir. Qaz sayğacının yoxlanmasının nəticəsi rəsmiləşdirilməklə X1 nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Bundan sonra qeyd olunan nəticələr xx.xx.2023-cü il tarixdə ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Eyni zamanda abonentin saldosundan da görünür ki, həmin ünvanda yaşadığı halda müdaxilədən əvvəl iddiaçı sonuncu ödənişini 2021-ci ilin dekabr ayında etmiş və 2023-cü ilin marta ayına kimi, yəni 1 il iki ay ərzində qeydə alınmayan qazdan istifadə etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X2”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqavilənin tələblərinə görə paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Beləliklə, işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, iddiaçı 2022-ci il və 2023-cü ilin marta ayına qədər, yəni müdaxilə aşkar edilən vaxta kimi müqavilə əsasında qazla təmin edildiyi halda istehlak etdiyi qaza görə heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qaz sayğacına nəzarət edilməsi vəzifəsi daşımaması barədə iddiaçının dəlillərinə gəldikdə isə “X2nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların vəzifəsidir. Deməli, qaz sayğacının qaydalara uyğun istismarı və işçi vəziyyətdə saxlanılması və istehlak edilən təbii qazın dəyərinin ödənilməsi istehlakçı kimi iddiaçının vəzifəsidir. İddiaçı tərəfindən istehlak edilən təbii qazın sərfiyyatınm istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün qaz sayğacına edilən müdaxilə və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin ödənilməsi üçün iddiaçı məsuliyyət daşıyır. Eyni zamanda həmin hərəkətin məişət abonenti olan iddiaçının iradəsindən kənar edilməsi öz- özündə istisna edilir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı 2021-ci ildən etibarən daimi olaraq ölkə xaricində olduğunu, ünvan 1 ünvanında uzun fasilərlə qısa müddət ərzində yaşadığını, qaz sayğacının yaşadığı ünvandan kənarda gediş gəlində yolunda aşkar görünən ərazidə yerləşdiyi, onun tərəfindən sayğaca hər hansı müdaxilənin olmadığını, həmçinin sayğaca dair aktların onların iştirakı olmadan tərtib edildiyini bildirərək iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddiaya yazılı etiraz ərizəsinə uyğun izahat verərək iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: a) Mülki işin materialları xx.xx.2023-cü il tarixli, MSK 14-2-2/3-5-2977-1 saylı aktda qeyd olunur ki, sayğaca baxış keçirilən zaman sayğacın çıxış plasmas borusunu deşildiyi, yivli birləşmələrin korroziyaya uğradığı, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olduğu, xətaların təyin edilə bilimədiyi, hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, ******* nömrəli aktda qeyd olunur ki, ünvan 1 ünvanı üzrə sayğaca baxış keçirildi və sayğac çıxış borusunun deşildiyi, yivli birləşmədə korroziya olduğu, qayka plombunun qırıq olduğu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın hesablanmasına dair tələbnamədə qeyd olunur ki, qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın 12960 m3 olduğu müəyyən edilmişdir. 29 noyabr 2023-cü il tarixli abonent saldosundan görünür ki, ünvan 1 ünvanı üzrə 1 ailə tərkibində abonent İddiaçı adına 12960 m3 qaz sərfiyyatına görə 1555,20 manat qalıq borc yarandığı qeyd olunur. “AZEMİS” elektron məhkəmə informasiya sistemində olan İddiaçı sərhədkeçmə məlumatlarından müəyyən edilir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə ölkə sərhədlərini tərk etmiş, xx.xx.2022-ci il tarixdə ölkə ərazisinə daxil olmuşdur. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: ünvan 1 ünvanı üzrə abonent İddiaçı adına olan qaz sayğacına baxış keçirilən zaman sayğaca baxış keçirilən zaman sayğacın çıxış plasmas borusunu deşildiyi, yivli birləşmələrin korroziyaya uğradığı, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olduğu, xətaların təyin edilə bilimədiyi, hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. İtirilmiş 12960 m3 qaz sərfiyyatına görə 1555,20 manat qalıq borc olduğu müəyyən edilmiş və bu məbləğin İddiaçı tərəfindən ödənilməsi tələb edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X2”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «Qazdan istifadə qaydalammın 2.2.2-ci bəndinə əsasən, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Həmin Qaydaların 2.3.1-ci bəndinə görə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Göründüyü kimi, İddiaçı yaşadığı ünvanda Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman sayğacın çıxış plasmas borusunu deşildiyi, yivli birləşmələrin korroziyaya uğradığı, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olduğu, xətaların təyin edilə bilmədiyi, hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X2nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 1555,20 manat ziyan hesablamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə onu qeyd edir ki, qaz sayğacı iddiaçının yaşadığı ünvan daxilində deyil, ümumi gediş-gəliş yolunda yerləşdiyindən həmin sayğacın kənar təsirlərdən qorunmasının İddiaçı tərəfindən təmin edilməsi ağlabatan deyil. Həmçinin cavabdeh iddiaçının axırıncı dəfə 2021-ci ilin dekabr aydında qazdan istifadəyə görə ödəniş etdiyini, sonra heç bir ödəniş etmədiyini, buna görə də iddiaçının 2021-ci ilin dekabr ayından akt tərtib edilən tarixədək qazdan istifadəyə görə borcunun hesablandığını qeyd etsə də, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ölkə xaricində olduğu müəyyən edilmişdir. Əlbəttə ki bu müddət ərzində ona məxsus evin sərhədlərindən kənarda yerləşən qaz sayğacına İddiaçı tərəfindən nəzarət edilməsi mümkünsüz olmuşdur. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iş materialları ilə iddianın qanuni əsasları öz təsdiqini tapdığından iddia təmin edilməli, İddiaçı məxsus (abonent kodu **********00000) ünvan 1 ünvanı üzrə təbii qazdan istifadəyə görə hesablanmış 1555,20 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı məxsus (abonent kodu **********00000) ünvan 1 ünvanı üzrə təbii qazdan istifadəyə görə hesablanmış 1555,20 manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonar qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-806/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-806/2024
06.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver