Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-824/2022 22.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, İddiaçı X2, Cavabdeh “Kaspian Park" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı və X2 cavabdeh “Kaspian Park" MMC-yə qarşı “müqavilə üzrə ödənişlərin ödənilməsi və mənzilink təhvil verilməsi” tələbinə dair ilk; iddiaçı “Kaspian Park" MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilə üzrə borcun və kommunal xərclərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.05.2017-ci il tarixli 1 saylı müqaviləsinin şərtlərinə uyğun olaraq, Cavabdeh MMC tərəfindən götürülmüş öhdəlik icra olunmadığından müqavilə predmeti olan ünvan 1 1-ci blokunda 54.02 kv.metr ibarət, 5 mərtəbədə, 24 saylı mənzilin ona tam təmirli, kommunal xidmətlərlə təchiz olunmuş, istismara yararlı, yaşayış üçün tam şəraitli olaraq ona təhvil verilməsi, 20.05.2017-ci il tarixli 1 saylı müqavilə üzrə şərtləşdirilmiş və müqavilə vaxtından etibarən hər ay ödənilməli olan lakin cavabdeh tərəfindən 2020-ci ilin iyun ayından etibarən ödənilməmiş 250 (iki yüz əlli) manat məbləğində kirayə haqqının qətnamə qəbul edilən günədək hesablanaraq ona ödənilməsinə dair qətnamə qəbul xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MMC arasında 20.05.2017-ci il tarixində 1 saylı müqavilə bağlanılmışdır. Həmin müqavilə üzrə Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən mənzilin sökülməsi müqabilində yeni inşa ediləcək həmin binanın 1-ci blokunda 54.02 kv.metr ibarət olan, 5 mərtəbədə, 24 saylı mənzilin ona verilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Lakin müqavilənin bağlanmasından uzun illər keçməsinə baxmayaraq müqavilə predmeti olan daşınmaz əmlak, ünvan 1 ünvanında yerləşən mənzilin sökülməsi müqabilində yeni inşa ediləcək həmin binanın 1-ci blokunda 54.02 kv.metr ibarət olan, 5 mərtəbədə, 24 saylı mənzil hələ də ona təhvil verilməmişdir. Onu da qeyd edir ki, 20.05.2017-ci il tarixli, 1 saylı müqavilənin 2.1.2-ci maddəsinə əsasən, Cəmiyyət yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə icarə götürülən mənzil üçün aylıq 250 (iki yüz əlli) manat məbləğində kirayə haqqını da ödəməyi öz öhdəsinə götürmüşdür. Sözü gedən müqavilənin 2.1.3cü maddəsinə əsasən isə mülkiyyətçi Cəmiyyət tərəfindən kirayə haqqının ödənilməməsi halında tələb etmək hüququna malikdir. Müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaq mənzilin tam təmirli şəraitdə ona təhvil verilməməsi, müvəqqəti yaşamaq üçün kirayəyə götürülən mənzilin kirayə haqqının bu günədək onların hesabına ödənilməsi onun və ailə üzvlərinin hüquqlarını kobud surətdə pozur. O, müqavilə ilə şərtləşdirilmiş kirayə haqqını 2020-ci ilin iyun ayından etibarən Cavabdeh MMC tərəfindən ala bilməmişdir. Həmin məbləği onlar yalnız öz maddi vəsaitləri hesabına ödəmişlər. Belə olan halda müqavilə üzrə şərtləşdirilmiş kirayə haqqı ödənilməsi ilə müqavilə predmeti olan mənzilin cavabdeh tərəfindən ona təhvil verilməsini qanunauyğun hesab edir. Yuxarda sadaladığı əsaslara istinadən, Cavabdeh MMC ilə bağlanılmış 20.05.2017-ci il tarixli 1 saylı müqavilə müqaviləsinin şərtlərinə uyğun olaraq, Cəmiyyət tərəfindən üzərlərinə götürülmüş öhdəlik icra olunmadığından müqavilə predmeti olan ünvan 1 1-ci blokunda 54.02 kv.metr saylı mənzilin ona tam təmirli, kommunal xidmətlərlə təchiz olunmuş, istismara yararlı, yaşayış üçün lazimi şəraitdə olaraq təhvil verilməsini, müqavilə üzrə şərtləşdirilmiş və müqavilə vaxtından etibarən hər ay ödənilməli olan lakin cavabdeh tərəfindən 2020-ci ilin iyun ayından etibarən ödənilməmiş 250 (iki yüz əlli) manat məbləğində kirayə haqqının hesablanaraq 15 iş günü ərzində ona ödənilməsini təklif etmiş, əks halda, tərəfindən qanunvericiliklə müəyyən olunmuş digər hüquqi müdafiə tədbirlərindən istifadə ediləcəyinə dair pretenziya ilə 09.12.2021-ci il tərəfindən müraciət olunmuşdur. Müraciəti cavabdeh tərəfindən qəbul edilmiş, lakin heç bir cavab verilməmiş, aidiyyatı olmayan məsələlərə toxunulmuşdur. Bütün yuxarıda göstərilənləri əsas götürərək, hesab edir ki, onun Konstitusiya ilə qorunan mənzil hüquqlarımız bərpa olunmalıdır.Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra X5 12.04.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək İddiaçı cavabdeh “Kaspian Park" MMC-ə qarşı "müqavilə üzrə ödənişlərin ödənilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə iddia tələbinin obyektiv və hər tərəfli araşdırılması, mübahisə üzrə yekun ədalətli qərarın qəbul olunması məqsədilə onun birgə iddiaçı qismində məhkəmə icraatına cəlb olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, sözügedən mübahisə predmeti olan əmlak ünvan 1 ünvanında yerləşən mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən Çıxarışa əsasən onun xüsusi mülkiyyətində olmuş, sözü gedən xüsusi mülkiyyətə dair İddiaçı onun adından, nümayəndə qismində (etibarnamə əsasında) cavabdeh “Kaspian Park" MMC ilə 20.05.2017-ci il tarixində 1 saylı müqavilə bağlanılmışdır. Daha sonra “Kaspian Park" MMC cavabdeh İddiaçı Məmmədli oğluna qarşı “müqavilə üzrə borcun və kommunal xərclərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh MMC ilə cavabdeh İddiaçı Məmmədli oğlu arasında bağlanmış 20.05.2017-ci il tarixli 1 saylı müqaviləyə əsasən Pilot layihə əsasında inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, 31 A saylı evin 1-ci bloku, 5-ci mərtəbəsində əlavə satılmış 6.31.kv.m. mənzil sahəsinə görə (58.6 m2 -52.29 m2 = 6.31 m2) cavabdeh İddiaçı 6300 (altı min üç yüz ) manat ( əlavə satılmış hər bir kvaratmetrə görə 1000 (bir min) manat olmaqla) və kommunal xidmətlərinə görə 269 (iki yüz altımış doqquz ) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC təsis edildikdən sonra əsas fəaliyyəti Bakı şəhəri ərazisində çoxmərtəbəli çoxmənzilli binalar inşa etmək mənzilə ehtiyacı olanlara təhvil verməkdən ibarət olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 N:li “Bakı şəhərinin rayonarının inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ” Qərarına əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 418 N:li 22.12.2016-cı il tarixli Sərəncamı ilə Bakı şəhəri Xətai rayonu Zığ Yolu 31 a ünvanıda Cavabdeh MMC-yə Pilot Layihə çərçivəsində yaşayış binaların tikintisinə icazə verilmişdir. Cavabdeh MMC-yə Pilot Layihə çərçivəsində göstərilən ünvanda 18 ay müddətində tikib başa çatdırılması həvalə edilmişdir. Qeyd edir ki, Cavabdeh MMC ilə İddiaçı arasında 20.05.2017-ci il tarixli 1 saylı müqaviləyə əsasən 45.49 kvadratmetr mənzil sahənisinə görə qanunla müəyyən edilmiş qaydada 15% əlavə olunmaqla cavabdehə ünvan 3 ünvanda Cəmiyyət tərəfindən Pilot layihə əsasında inşa etdiyi evin 1-ci bloku, 5-ci mərtəbəsində 52.29 kvadratmetr mənzil sahəsi ayrılmışdır. Lakin sonradan cavabdehlə müəssisə arasında 20.05.2017-ci il tarixli 1 saylı müqavilə bağlanan vaxtı 52.29 m2 əvəzinə, şirkətdən 58.6 m 2 sahəsi olan mənzilin verilməsini xahiş etmiş (58.6 m2 -52.29 m2 = 6.31 m2) və bununla əlaqədar müqavilədə nəzərdə tutulan həddən artıq hər bir kv metrinə 1000 AZN ödəməklə ümumi olaraq 6310 AZN ödəməyə söz vermişdir. Ona görə də həmin vaxtı mülkiyyətçinin razılığı ilə ümumi sahəsi 58.6 kvadratmetr sahəsi olan 24 saylı mənzil 2020-ci ilin iyun ayında təmirli vəziyyətdə cavabdehə təhvil verilmişdir. Eyni zamanda evin tikildiyi vaxtda onlara hər ay 250 manat kirayə pulu ödənilmişdir 2020-ci ilin iyun ayında Cavabdeh MMC-nin aşağıda adları göstərilən işçilərinin iştirakı ilə mənzil onların istifadəsinə təhvil verilmişdir: - SadıqovAkif Əyyub oğlu, X3, X4, X6, Xocayev Vüqar, X9. Lakin Cavabdeh MMC-nin etibarından sui-istifadə edərək onun istifadəsinə verilmiş əlavə 6.31 kv.metr mənzil shəsinin pulunu ödəməmişdir. Cavabdeh MMC tərəfindən dəfələrlə cavabdehdən 6310 (altı min üç yüz on) manat borcunu ödənilməsi barədə müraciət edilməsinə baxmayaraq, cavabdeh bu vaxta kimi müxtəlif bəhanələr göstərərək cəmiyyətin pulunu ödəməmişdir. Həmçinin mənzili cavabdehə təhvil verildiyi 2020-ci ilin iyun ayından bu günə kimi 269 AZN komunal xərcləri ödəməkdən boyun qaçırmışdır. Qeyd olunanları nəzərə - alaraq mənzilə görə artıq verilmiş mənzil sahəsinə görə 6310 (altı min üç yüz on ) manat və ödənilməyən kommunal xərclərin görə 269 (iki yüz altımış doqquz )manat pulun Cavabdeh MMC-yə ödənlməsi təmin edilsin. Əks təqdirdə məhkəməyə müraciət olunacadır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil ilk iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin isə əsassız olduğunu bildirərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X5 ilk iddia ərizəsinin təmin edilməklə cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmasını xahiş etmişdir. Məhkəmə iclaslarında cavabdeh “Kaspian Park" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə ilk iddia tələbi ilə razı olmadığını, əsassız olduğu üçün rədd olunimasını, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Kaspian Park" MMC ilə mülkiyyətçi İddiaçı arasında bağlanmış 20.05.2017-ci il tarixli 1№-li müqavilədən görünür ki, "Cəmiyyət" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016cı il tarixli 86 saylı Qərarına əsasən Xətai rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə..." ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli,8 mənzilli yaşayış binasının söküntüsünü, eləcə də həmin ərazidə yeni hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirir və eyni zamanda "Mülkiyyətçi"-nin söküntüsü nəzərdə tutulan binada mülkiyyətində olan 45.49 kv. metrdən ibarət mənzilin Dövlət Reyestrindən çıxarışda göstərilmiş ümümi sahəsinə 15% əlavə etməklə tikiləcək binanın ”1” blokunda 54.02 kv. metrdən ibarət, 5 mərtəbədə, 24 saylı mənzili "Mülkiyyətçi"-nin sərəncamına verməyi öhdəsinə götürür (1.1 bənd); "Mülkiyyətçinin" "Cəmiyyət" tərəfindən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə icarəyə götürdüyü mənzil üçün aylıq (250) iki yiiz əlli manat kirayə haqqını tələb etmək hüququ vardır (2.1.3 bənd); "Cəmiyyət"in yaşayış üçün təhlükəli olan və bu səbəbdən də söküntüsü nəzərdə tutulan binada yeni binanı inşa edib "Mülkiyyətçi"yə bu Müqavilədə müəyyən olunmuş şərtlər daxilində yeni mənzili ona təhvil verilən vaxt intervalına qədər hər ay "Mülkiyyətçiyə müvəqqəti yaşayış məqsədi ilə icarəyə götürdüyü mənzilə görə (250) iki yüz əlli manat manat məbləğində vəsait ödəmək vəzifəsi vardır; 09.12.2021-ci il tarixli İddiaçı və X5 tərəfindən “Kaspian Park" MMCyə ünvanlanmış pretenziya məktunun məzmunundan görünür ki, Cəmiyyətinizlə bağlanılmış 20.05.2017-ci il tarixli 1 saylı müqavilə müqaviləsinin şərtlərinə uyğun olaraq, üzərinizə götürülmüş öhdəlik MMC tərəfindən icra olunmadığından müqavilə predmeti olan ünvan 1 1-ci blokunda 54.02 kv.metr ibarət, 5 mərtəbədə, 24 saylı mənzilin ona tam təmirli, kommunal xidmətlərlə təchiz olunmuş, istismara yararlı, yaşayış üçün lazimi şəraitdə olaraq təhvil verilməsini, müqavilə üzrə şərtləşdin İmiş və müqavilə vaxtından etibarən hər ay ödənilməli olan lakin tərəfinizdən 2020-ci ilin iyun ayından etibarən ödənilməmiş 250 (iki yüz əlli) manat məbləğində kirayə haqqının mənzil təhvil verilən günədək hesablanaraq 15 iş günü ərzində ödənilməsini təklif edirlər. Əks halda, qanunvericiliklə müəyyən olunmuş digər hüquqi müdafiə tədbirlərindən istifadə edilməsi üçün müraciət olunacaqdır. “Kaspian Park" MMC-nin direktoru A.C.Vəliyev tərəfindən İddiaçı ünvanlanmış pretenziyadan görünür ki, artıq verilmiş mənzil sahəsinə görə 6310 manat və ödənilməyən kommunal xərclərə görə 269 manat pulun “Kaspian Park" MMC-yə ödənilməsini təmin etməyi, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. 25.06.2020-ci il tarixli Aktdan görünür ki, "xxxx" MMC-nin tərəfindən Bakı şəhəri Xətai rayonu Zığ yolu 31 a ünvanda PİLOT LAYİHƏ çərçivəsində inşa etdiyi çox mənzilli binada İddiaçı məxsus olan 5-ci mərtəbə 24 saylı mənzil təmiri başa çatdırılmışdır.Mənzilin bütün komunikasiya xətləri qaz, su , işıq, kanalizatsiya, internet, telefon, kabel televiziyası çəkilmişdir, və 2020-ci ilin iyun ayının 25 -də həmin mənzil İddiaçı təhvil verilmişdir. İltizamlardan görünür ki, “Kaspian Park" MMC tərəfindən İddiaçı 2017-ci ilin may ayından 2020-ci ilin 20 iyuluna qədər aylıq 250 manat kirayə haqqı ödənilmişdir. İddiaçılar ilk iddia tələbi ilə bağlı məhkəməyə müraciət edib “Kaspian Park" MMC-nin müqavilədə qeyd olunan mənzili verməməsini, yaşayış üçün razılaşdırılan kirayə haqlarını 2020-ci ilin iyun ayından etibarən ödəməməsi və öhdəliklərin pozulmasını qeyd etmişlər. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır; 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar, şərtlərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur; 422.2-ci maddəsinə əsasən 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda müqavilə dəyişdirilə bilər; 422.4-cü maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox oİan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir; 424.1-ci maddəsinə əsasən müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır; 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə isə müqavilənin dəyişdirilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 nömrəli Protokulunun 1-ci maddəsinin tələblərini pozuntusu: Həmin maddəyə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri nəzərdə tutulmuş sərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Loizidu Türkiyəyə qarşı işdə, eləcə də Sporronq və Lonnrot İsveçə qarşı (A 52, 1982) işdə Avropa Məhkəməsi bu nəticəyə gəlmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun həyata keçirilməsinə həm hüquqi (de yure), həm də faktiki (de faktö) maneələr Konvensiyanın pozuntusunu təşkil edir. Konkret məsələyə münasibətdə 1 saylı Protokolun 1-ci maddəsinin 2- ci norması, yəni mülkiyyətdən faktiki məhrum edilmə baş verib. Dövlət təkcə dövlət orqanı tərəfindən mülkiyyət hüququnun pozulmasının qarşısını almaq yox mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradan bütün halları aradan qaldırmaq vəzifəsi daşıyır (bax: Akimova Azərbaycan qarşı 27 oktyabr 2007-ci il tarixli qərar). Qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərindən də göründüyü kimi, tərəflər (fiziki və hüquq şəxslər) azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Eyni zamanda, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir və tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Qeyd edilməlidir ki, müqavilə azadlığı tərəflərin öz iradə ifadələrini əks etdirməklə bağlanılır və heç kimi hər hansı bir öhdəlik vəzifəsi kimi müqavilə bağlanılmasına məcbur edilə bilməz. Hazırki işdə tərəflər şərtlərlə razılaşdıqdan sonra öz iradə ifadələrini bildirməklə müqavilə imzalamışlar. “Kaspian Park" MMC müqavilə şərtlərinə əsasən iddiaçılara sökülmüş mülkiyyətinin əvəzinə ünvan 1 1-ci blokunda 54.02 kv.metr ibarət, 5 mərtəbədə, 24 saylı mənzili verməyi öhdəsinə götürüb. Həmçinin müqavilə şərtlərindən biri də “Əmlak mülkiyyətçisi"-nə kompensasiya şəklində aylıq 250 (iki yüz əlli) manat məbləğində kirayə haqqının ödənilməsidir ki, həmin məbləğ 2020-ci ilin iyun ayından ödənilmir. Cavabdeh tərəf bildirir ki, kirayə haqlarının verilməməsinə səbəb o olmuşdur ki, 20.05.2017-ci il tarixli 1 saylı müqavilə bağlanan vaxtı iddiaçı 52.29 m2 əvəzinə, şirkətdən 58.6 m 2 sahəsi olan mənzilin verilməsini xahiş etmiş və bununla əlaqədar müqavilədə nəzərdə tutulan həddən artıq hər bir kv metrinə 1000 AZN ödəməklə ümumi olaraq 6310 AZN ödəməyi öhdəsinə götürmüşdür. 2020ci ilin iyun ayında mülkiyyətçinin razılığı ilə ümumi sahəsi 58.6 kvadratmetr sahəsi olan 24 saylı mənzil təmirli vəziyyətdə cavabdehə təhvil verilmiş, aylıq 250 manat kirayə haqqının ödənilməsi dayandırılmışdır. Məhkəmə hər iki iddia üzrə irəli sürülmüş tələbi nəzərdən keçirərək hesab edir ki, hazırda mülkiyyətçi tərəfindən müqavilədə nəzərdə tutulan sahədən əlavə sahənin verilməsi deyil, məhz müqavilə bağlanarkən tərəflər arasında razılaşdırılmış ünvan 1 1-ci blokunda 54.02 kv.metr ibarət, 5 mərtəbədə, 24 saylı mənzilin verilməsi və həmin mənzil təhvil verilənə qədərki müddət ərzində 250 (iki yüz əlli) manat kirayə haqqının verilməsidir. Cavabdehin qarşılıqlı iddia ərizəsində isə artıq verilmiş sahəyə görə 6310 manat pulun və yaranmış kommunal borcların ödənilməsi tələb edilir. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilədə nəzərdə tutulmuş sahədən əlavə sahənin verilməsinə dair razılığa gəlinməsi məhkəmə qarşısında “Kaspian Park" MMC-nin nümayəndəsi tərəfindən sübuta yetirilə bilməmişdir. Eyni zamanda, mənzilin təhvil verilməsinə dair akt sübut kimi qarşıqlılı iddia üzrə iş materiallarına əlavə edilsə də, məhkəmə həmin aktın həqiqiliyinə şübhə ilə yanaşır. Belə ki, təhvil-təslim aktında yalnız MMC-nin nümayəndələrinin imzaları göstərilmiş, mülkiyyətçinin də mənzili təhvil alması həmin aktdan müəyyən edilməmişdir. Beləliklə müəyyən olunmuşdur ki, tərəflər arasında imzalanmış müqavilə şərtləri hazırki halda cavabdeh “Kaspian Park" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən pozulmuş, inşa olunmuş ünvan 1 1-ci blokunda 54.02 kv.metr ibarət, 5 mərtəbədə, 24 saylı mənzil iddiaçılar İddiaçı təhvil verilməmişdir. Kirayə haqqına gəldikdə isə məhkəmə 250 (iki yüz əlli) manat məbləğində kirayə haqqının MMC tərəfindən mülkiyyətçilərə ödənilməsini tərəflər arasında mübahisənin yarandığı vaxtdan, yəni İddiaçı pretenziya qaydasında MMC-yə müraciət etdiyi tarixdən (2021-ci ilin dekabrından) hesablanması qənaətindədir. Göründüyü kimi “Kaspian Park" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Qarşıqlı iddia üzrə irəli sürülmüş hallar məhkəmə qarşısında mötəbər sübutlarla əsaslandırılmamış, sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ilk iddia qismən təmin edilərək ünvan 1-in 1-ci blokunda 54.02 kv.metr sahədən ibarət, 5 mərtəbədə yerləşən 24 saylı mənzil “Kaspian Park" MMC tərəfindən iddiaçılar İddiaçı təhvil verilməli, 2021-ci ilin dekabr ayından etibarən ödənilməmiş 250 (iki yüz əlli) manat məbləğində kirayə haqqı “Kaspian Park" MMC-dən iddiaçılar İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İddiaçı “Kaspian Park" MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilə üzrə borcun və kommunal xərclərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı və X2 cavabdeh “Kaspian Park" MMC-yə qarşı “müqavilə üzrə ödənişlərin ödənilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair ilk iddia ərizəsi qismən təmin edilsin. ünvan 1-in 1-ci blokunda 54.02 kv.metr sahədən ibarət, 5 mərtəbədə yerləşən 24 saylı mənzil “Kaspian Park" MMC tərəfindən İddiaçı təhvil verilsin. 2021-ci ilin dekabr ayından etibarən ödənilməmiş 250 (iki yüz əlli) manat məbləğində kirayə haqqı “Kaspian Park" MMC-dən İddiaçı xeyrinə tutulsun. Qalan hissədə ilk iddia təmin edilməsin. İddiaçı “Kaspian Park" MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilə üzrə borcun və kommunal xərclərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-824/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-824/2022
22.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver