Məhkəmə qərarları › İş №2(005)-824/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-824/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-824/2023 17.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı, "xxxx" ASC və Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı, "xxxx" ASC və Bakı şəhəri yasamal Rayon İcra Şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-Hərrac Mərkəzi Bakı şəhəri, Yasamal rayonu, 1055-ci məhəllə,K.Kazımzadə küçəsində yerləşən 97 G saylı qeyri-yaşayış binasına və Bakı şəhəri, Yasamal rayonu, 586-ci məhəllə,Z. Xəlilov küçəsində yerləşən 68 saylı evin 14 saylı mənzilinə dair 05 aprel 2022-ci il tarixli X4 yekunları barədə 37 və 38 nömrəli Protokolların və həmin protokollar əsasında eyni tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilələrin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında DGDRX-i tərəfindən verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli 2(103)-325/2021 saylı qətnaməsinə əsasən cavabdehlər "X8” MMC, Y.Quluzadə və G.Quluzadədən xx.xx.2013-ci il tarixli 001 saylı "Razılaşma" üzrə 200.000 manat əsas, 58.963.85 manat faiz olmaqla cəmi 258.963,85 manat məbləğində borcun, xx.xx.2014-cü il tarixli 002 saylı "Razılaşma" üzrə 175.000 manat əsas, 50.820 manat faiz olmaqla cəmi 225.820 manat məbləğində borcun tutulması, tutmanın ipoteka predmetləri cavabdeh X5 məxsus olan və Bakı şəhəri, Yasamal rayonu, 1055-ci məhəllə, K.Kazımzadə küçəsində yerləşən 97 G saylı qeyriyaşayış binasına, cavabdeh X6 məxsus olan və Bakı şəhəri, Yasamal rayonu, 586-ci məhəllə, Z.Xəlilov küçəsində yerləşən 68 saylı evin 14 saylı mənzilinə yönəldilməsi və ilkin satış qiymətləri müvafiq olaraq 409.000 manat və 260.000 manat müəyyən edilməklə həmin daşınmaz əmlakların açıq hərracda satılması qət edilmişdir. Bakı Apellyasiya məhkəməsinin yuxarıda qeyd edilən 2(103)-325/202l saylı xx.xx.2019-ci il tarixli icra sənədi üzrə borclub “X8" MMC, X5 və X6 məxsus ipoteka pedmeti olan əmlaklar barədə hərracın keçirilməsi Yasamal Rayon İcra şöbəsinin 10 fevral 2022-ci il tarixli xx/xx-16420/18 saylı sifarişi əsasında "xxxx" MMCyə, Hərrac Mərkəzinə həvalə edilmişdir. Hərrac təşkilatının təqdim etdiyi sənədlərdən görünür ki, hazırki iş üzrə iddiaçılar olan X2 və X6 məxsus əmlaklara dair hərracın keçirilməsi barədə ilk bildirişlər 16 fevral 2022-ci il tarixində ipoteka qoyanların ünvanlarına göndərilmişdir. Bildirişdən görünür ki, ilk hərrac 07 mart 2022-ci il tarixinə təyin edilib. Lakin həmin gün hərrac təxirə salınaraq 14 mart 2022-ci il tarixinə təyin edilib. Qeyd edilən bildirişlər ünvan sahiblərinə çatmaqlarını sübüt edən qəbzlər mövcud deyil. Qəbzlərdə qeyd edilib ki, ünvanda adam yoxdur, yəni cavabdehlərin hərracın keçirilməsi barədə məlumatları olmayıb. 2-ci hərrac 04 aprel 2022-ci il tarixinə təyin edilib və bu haqda ünvanlarına daxil olan bildirişlərdən məlumatları olub. Cavabdehlərin iştirakı təmin edilmədən və bu baxımdan hüquqlarını müdafiə etməkdən məhrum olduqları, yəni keçirilməsi barədə məlumatları olmayan məhkəmə prosessində Bakı Apellyasiya məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlərə məxsus əmlakların acıq hərraca çixarılaraq satılması və həmin vəsait hesabına MMC-nin banka olan kredit borcunun qaytarılması qət edilmişdir. Həmin qətnamə rəsmi qaydada 24 fevral 2022-ci il tarixində Bakı Apellyasiya məhkəməsi tərəfindən təqdim edildiyindən, cavabdeh qanunla müəyyən edilmiş müddət ərzində hüququndan istifadə edərək Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. 01 aprel 2022-ci il tarixində cavabdeh kassasiya şikayətinin sürətini əlavə etməklə Yasamal İcra şöbəsinə ərizə ilə müraciət edərək 04 aprel 2022-ci il tarixinə təyin edilmiş hərracın dayandırılmasının xahiş etmişdir. Həmin ərizə İcra şöbəsinin dəftərxanası tərəfindən qəbul edilmiş, qəbul edilməsi müvafiq ştamp və imza ilə təsdiq edilmişdir. Bu baxımdan da cavabdehlər 04 aprel 2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulan hərracın dayandırılmasını zənn edərək hərracda iştirak etməmişdilər. Yalnız bundan 4 ay sonra Ali məhkəmə verilmiş kassasiya şikayətinə baxaraq, onun təmin edilməməsi barədə qərar qəbul etmişdir. Cavabdehlər hərrac təşkilatından hərraçın keçirilməsi barədə bildiriş gözlədikləri vaxtda məlum olur ki hərrac 04 aprel 2022-ci il tarixində qanunsuz olaraq keçirilib və bir gün sonra, yəni 05 aprel 2022-ci il tarixində ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 37 və 38 saylı protokollar və eyni tarixli müqavilələr əsasında bank həmin əmlakları ilkin satış qiymətindən təqribən 40 faiz aşağı olan qiymətlə satın alıb və sonrada mülkiyyət hüquqlarını təsdiq edən çixarışları əldə edib. Yasamal rayon İcra şöbəsinə ünvanlanmış və 01 aprel 2022-ci il tarixində icra şöbəsi tərəfindən qeydə alınmış ərizədən gürünür ki, hərracın keçirilməsinə dair verilmiş sifarişlə bağlı apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilidiyindən, 04 aprel 2022-ci il tarixinə təyin edilmiş hərracin keçirilməsinin dayandırılması xahiş edimişdir. Lakin icra məmuru yalnız özünə bəlli olan səbəblərdən hərracın dayandırılması barədə məktubu aprelin məhz 06 aprel tarixində göndərir və dərhalda cavab alır ki, aprelin 4-də hərrac artıq keçirilib və bank 05 aprel 2022-ci il tarixində əmlakları əldə edib. İcra məmuru və bank nümayəndələri birgə razılaşaraq, belə bir addım ataraq əmlakları qanunsuz yolla əldə ediblər. Ən azı mülkiyyətçi olaraq hazırki iş üzrə iddiaçılar hərracda iştirak etmək və əmlaklarını özləri almaq imkanından qanunsuz məhrum ediliblər. Eyni zamanda sənədlərdən görünür ki, sifariş icra məmuru tərəfindən 10 fevral tarxində verilsə də, ilk hərrac 14 mart 2022-ci il tarixində keçirilib, İpoteka haqqında Qanunun 42.1-ci maddəsinin tələblərinə uyğun olaraq hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilməlidir. Lakin göründüyi kimi 1-ci hərrac yalnız 33 gün sonra keçirilib. Beləliklə göründüyü kimi, hərrac mərkəzi tərəfindən kobud qanun pozuntusu ilə keçirilmiş hərracda ipoteka saxlayan qanunsuz yolla o əmlakları əldə edib. Bu halda yuxarida qeyd etdiyim kimi bir başa hərracın nətiçələrinin etibarsız hesab edilməsinə və onun əsasında DƏDRX-i tərəfindən həmin əmlaklara dair verilmiş çıxarışların ləğvinə əsasdır. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh MMC elektron kabinet vasitəsilə yazılı etiraz ərizəsi ilə müraciət etmişdirlər. Ərizədə bildirilir ki, icra qurumu kimi Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəfindən hərrac sifarişi xx.xx.2022-ci il tarixində xx/xx-16420/18 saylı məktubla verilmiş və buna uyğun olaraq hərrac təşkilatçısı kimi “Capitals Auction" MMC tərəfindən 15 fevral 2022-ci il tarixində açıq hərracın keçirilməsinə dair 73 saylı bildiriş sifarişi verən icra qurumuna, İpoteka saxlayana, borcluya və ipoteka qoyanlara göndərilmişdir. Həmin bildirişdə hansı əmlaklar barəsində hərracın keçirilməsi, onların təsviri, hərracın keçiriləcəyi yer və vaxt barəsində məlumat verilmiş və ilk hərracın keçirilmə vaxtı 07 mart 2022-ci il tarixi, saat 11:00 olaraq müəyyən edilmişdir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 03 mart 2022-ci il tarixində 69 Ns-li qərar qəbul edilmişdir ki, həmin qərara əsasən İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə-2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət günlərinin yerləri dəyişdirilmişdir. İddia tələbinə münasibətdə qeyd edilməlidir ki, hərrac təşkilatı həm sifarişi vaxtında icra etmiş (yəni sifariş 10 fevral 2022-ci il tarixində olmuş, hərracın keçirilməsi ilə bağlı ilkin bildirişin tərtibi və göndərilməsi isə 15 fevral 2022-ci il tarixində olmuşdur ki, bu zaman 5 iş günü müddəti ilə bağlı pozuntu halı müəyyən edilmir, eyni zamanda hərracın keçirilməsi ilə bağlı elanın verilməsi və bildirişin göndərilməsini pozmamışdır. Qanunda elan verilməsinin və bildirişin göndərilməsinin hərracın keçirilməsinə ən geci 20 təqvim gün qalmış verilməsi qeyd edilmişdir ki, buna uyğun olaraq bildirişlərin göndərilməsi 15 fevral 2022-ci il tarixinə təsadüf etdiyindən və ilkin hərracın vaxtının 07 mart 2022-ci il tarixi müəyyən edildiyindən, faktiki olaraq 20 təqvim günündən daha çox olan müddətdə - yəni 21 gün qalmış bütün rəsmi prosedurlar yerinə yetirilmişdir). Qanunun həmin maddəsindəki hərracın sifarişinin alındığı gündən 30 gün müddətində keçirilməsi hissəsi ilə bağlı qeyd edilməlidir ki, hərracın sifarişi 10 fevral 2022-ci il tarixində alınmış və buna uyğun olaraq ilk hərracın vaxtı 07 mart 2022-ci il tarixi müəyyən edilmişdir - yəni 25 gün ərzində hərracın keçirilməsi planlaşdırılmışdır. Lakin məhz Azərbaycan Respublikası Nazirlər Kaibineti tərəfindən xx.xx.2022-ci il tarixində "iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında ” 69 №-li qərar qəbul etdiyindən xx.xx.2022-ci il tarixində keçirilməsi planlaşdırılan hərracın vaxtı məcburi şərtlərdən dolayı xx.xx.2022-ci l tarixə keçirilmişdir. Məcburi hal onunla xarakterizə olunur ki, hərrac qurumu tərəfindən elanlar xx.xx.2022-ci il tarixinə təyin edildiyindən və onun sonradan dəyişdirilməsi həmin an mümkün olmadığından hərracın keçirilməsi növbəti həftəyə keçirilmişdir. İddiaçıların bu hala istinad edərək hərracın nəticələrinin keçirilməsinin etibarsız hesab etməsini tələb etməsi absurddur. Digər tərəfdən iddiaçı nəzərə almamışdır ki, bildirişlərin göndərilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı mövcuddur ki, həmin qərarda konkret olaraq ifadə edilmişdir ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Bu baxımdan iddiaçı nəzərə almamışdır ki, hərrac təşkilatı və ya ipoteka saxlayan, eyni zamanda hərracın sifarişçisi kimi icra qurumu ipoteka qoyan şəxsi hansısa formada əlavə üsullardan istifadə etməklə məlumatlandırmaq vəzifəsi daşımır. Lakin bütün bunlara baxmayaraq ilkin hərrac üzrə, habelə ikinci hərrac üzrə, hətta tarix dəyişikliyi ilə əlaqədar bildirişlər Qulu-zadə Güllər Eyyub qızına, X10 MMC-yə, Qulu-zadə Yaşar Əlihüseyn oğluna, habelə X5 göndərilmiş və onlar tərəfindən qəbul edilmiş və ya hansısa formada imtina edilmişdir. Hazlrki iş üzrə hərrac təşkilatı tərəfindən bildirişlərin göndərilməməsi və ya elanların verilməməsi halında hərracın keçirilmə qaydalarımın pozulmasına istinad edilə bilərdi ki, bununlarla bağlı iddiaçılar iddia etsə də, əksini sübut edəcək hər hansı mötəbər sübutu təqdim edə bilməmişlərdir. Davamında kassasiya şikayətinin verilməsi halına gəldikdə icra qurumu sifarişi məhkəmənin təqdim etmiş olduğu icra vərəqəsinə əsasən vermişdir ki, bununla bağlı Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixində elektron imzadan istifadə edilmiş 2(103)-325/2021 saylı icra vərəqəsi mövcuddur. İcra vərəqəsinin verilməsi iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsini ehtiva edir ki, sonuncu dəfə məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixində məhkəmə iclası keçirilmiş və iş üzrə 2(103)-325/2021 saylı məhkəmə qətnaməsi qəbul edilmişdir. Bundan başqa hazırki iş üzrə iddiaçının və ya digər şəxslərin hər-hansı məhkəmə aktından şikayət verilməsi icra hərəkətlərinin dayandırılması üçün kifayət etmir. Belə ki, “İcra haqqında" AR qanunun 17.1.7-ci maddəsində konkret olaraq vurğulanmışdır ki, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra hərəkətləri dayandırılır. Lakin icra şöbəsinə ünvanlanmış məktubda kassasiya şikayətinin icraata qəbul edilməsinə dair rəsmi sənəd təqdim edilməmişdir ki, belə olan halda icraatın dayandırılması həyata keçirilə bilməzdi. Hazırki işə münasibətdə iddiaçılar öz idda ərizəsində qeyd etmişdir ki, apellyasiya məhkəməsinin qətnaməsindən şikayət verilməsi ilə bağlı icra qurumuna məlumat verilsə də, icra hərəkətləri dərhal dayandırılmamış, yalnız 06 aprel 2022-ci il tarixində bu barədə məktub hərrac təşkilatına ünvanlanmışdır. Bununla bağlı qeyd edilməlidir ki, ümumiyyətlə hazırki iş üzrə iddia ərizəsinə əlavə edilmiş və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən bəlli olur ki, ərizə hazırki iş üzrə iddiaçılar tərəfindən deyil, “X8" MMC tərəfindən verilmişdir. Həmin ərizədə isə konkret olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsinin qətnaməsi xx.xx.2022-ci il tarixində onlar tərəfindən rəsmi qaydada alınmışdır. Amma bu hal hazırki iş üzrə iddiaçılara münasibətdə deyil, yalnız və yalnız "X8" MMC-yə münasibətdədir. Əlavə olaraq icra qurumuna ünvanlanmış ərizədə kassasiya şikayətinin icraata qəbul edilməsini təsdiq edən sübut əlavə olunmamışdır və bu baxımdan icra qurumunun icra hərəkətlərinin dayandırılması ilə bağlı hər-hansı məktub ünvanlanması doğru olmazdı. Əksi hal Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 411-ci maddəsi ilə ziddiyyət təşkil edərdi. Belə ki, həmin maddədə qeyd edilmişdir ki, kassasiya şikayətinin icraata qəbul edilməsi barədə kassasiya instansiyası məhkəməsinin hakimi qərardad çıxardır. “İcra haqqında” AR qanununun 17.1.7-ci maddəsinin, AR Mülki Məcəlləsinin 425-ci və AR Mülki Prosessual Məcəlləsinin 411-ci maddəsinin tələblərini nəzərə alsaq, iddiaçıların hu hal istinad etməsi yolverilməzdir. Hər nə qədər qanunvericilikdə kassasiya şikayətinin verilməsi üçün 2 ay müddət edilsə də, iddiaçıların kifayət qədər imkanı olmuşdur ki, 24 fevral 2022-ci il tarixində əldə edilmiş məhkəmə qətnaməsində hətta birinci hərracın keçirilməsi anına qədər kassasiya şikayəti vermək hüquqları olsa da, bu hüquqdan yalnız birinci hərrac keçirildikdən və ikinci hərracın təyini anında həyata keçirilmişdir ki, bu hal özlüyündə iddiaçıların bilərəkdən hüquqdan suiistifadə edərək qanunvericiliklə keçirilməsi nəzərdə tutulan hərracın keçirilməsi qaydasını pozmağa istiqamətlənmişdir. Hərrac təşkilatı tərəfindən faktiki olaraq məhz qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilmişdir ki, hazırki mərhələdə əks addım hərracın keçirilməsi qaydalarının pozulması ilə xarakterizə olunardı. İddiaçı iddia ərizəsində ipoteka qoyanların hərracda iştirakına maneçilik yaradıldığını və əmlaklarını özləri almaq imkanından qanunsuz məhrum edildiyini bildirsə də, bunun əsaslandırılmasını həyata keçirə bilməmiş və buna dair lazımı sübutu təqdim edə bilməmişdir. Halbuki “İpoteka haqqında ” AR qanununun 42.3-ci maddəsində qeyd edilmişdir ki, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Həmin qanununun 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Hazırki işə münasibətdə qeyd edilməlidir ki, iddiaçılar həm ilkin, həm ikinci hərrac keçirilən zaman hərracda iştirak etmək hüququna malik olmuş, onların hüquqları hər-hansı formada məhdudlaşdırılmış, həmin şəxslərin beh ödəyərək hərracda iştirakına bilavasitə və ya dolayı yolla məhdudiyyət qoyulmamış, eyni zamanda hərracın yekunları imzalananadəki ipoteka predmetini əldə etməsinə maneçilik yaradılmamışdır. Əksini sübut edəcək hallarla bağlı iddiaçılar tərəfindən sübutlar təqdim edilə bilməmişdir; İddiaçıların onlara maneçilik törətməsinin hansı iddiadan qaynaqlanmast məlum deyildir. Əksinə kassasiya şikayətinin verilməsi barədə məlumatın Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə təqdim edilməsinə dair ərizədə borclununun direktoru tərəfindən məlumat verilmişdir ki, ikinci hərrac xx.xx.2022-ci il tarixinə təyin edilib. Bu hal özü də bir daha sübut edir ki, iddiaçılar faktiki olaraq hərracın keçirilmə yeri, vaxtı və üsulu formasında məlumatlı olmuş, lakin iradə ifadələrini bəyan etməyərək hərracda iştirak etmədən əsassız məhkəmə çəkişlərinin yaranmasına şərait yaratmışdırlar. İddia tələbinin çıxarışların ləğv edilməsi hissəsi ilə bağlı qeyd edirik ki, ipoteka predmetləri olan əmlaklar ikinci hərrac baş tutmadıqdan sonra hərrac təşkilatı ilə ipoteka saxalayaıı arasında xx.xx.2022-ci il tarixlərində imzalanmış 37 və 38 №-li hərracın yekunları barədə protokollar əsasında əldə edildiyindən və bu protokollar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” AR qanununun 8.0.4-cii maddəsinə əsasən hiiquqtəsdiqedici sənəd hesab olunduğundan çıxarışların ləğvi üçün hər-hansı əsas mövcud deyildir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilmiş "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə cavabdehin yazılı etiraz ərizəsi ilə eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət etmişdir. Yazılı etiraz ərizəsində iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılan mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yasamal Rayon İcra şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirak olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-325/2021 saylı qətnaməsinə əsasən Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 dekabr 2017-ci il tarixli qətnamə qismən, yəni “tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməklə hərraca çıxarılması” hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmişdir. Tutmanın cavabdeh X5 məxsus olan və Bakı şəhəri, Yasamal rayonu, 1055-ci məhəllə, K.Kazımzadə küçəsində yerləşən 97 “G" saylı qeyri- yaşayış binasına, cavabdeh İddiaçı2 məxsus olan və Bakı şəhəri, Yasamal rayonu, 586-cı məhəllə, Z.Xəlilov küçəsində yerləşən 68 saylı evin 14 saylı mənzilinə yönəldilməsi və həmin daşınmaz əmlakların açıq hərracdan satılması; X5 məxsus olan və Bakı şəhəri, Yasamal rayonu, 1055-ci məhəllə, K.Kazımzadə küçəsində yerləşən 97 “G” saylı qeyri-yaşayış binasının açıq hərracdan satılması üçün ilkin satış qiyməti 409.000 manat, Qulu- zadə Gülər Eyyub qızına məxsus olan və Bakı şəhəri, Yasamal rayonu, 586cı məhəllə, Z.Xəlilov küçəsində yerləşən 68 saylı evin 14 saylı mənzilinin açıq hərracdan satılması üçün ilkin satış qiymətinin 260.000 manat məbləğində müəyyən edilməsi; Bakı Şəhəri Səbaii Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 dekabr 2017-ci il tarixli qətnamənin qalan hissədə, yəni iddianın qismən təmin edilməsi, cavabdehlər MMC, Y.Qulu-zadə və İddiaçı2 iddiaçı Bankın xeyrinə xx.xx.2013-cü il tarixli 001 saylı “Razılaşma” üzrə 200.000 manat əsas, 58.963 manat faiz olmaqla, cəmi 258.963,85 manat 85 qəpik məbləğində borcun; xx.xx.2014-cü il tarixli 002 saylı “Razılaşma” üzrə 175.000 manat əsas, 50.820 manat faiz olmaqla, cəmi 225.820 manat məbləğində borcun, iddia ərizəsinin verilməsi və ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 60 manat dövlət rüsumunun müştərək qaydada tutulması; ipoteka predmetləri olan daşınmaz əmlakların açıq hərracdan satılması nəticəsində əldə oluna biləcək pul vəsait hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi; ipoteka predmetləri olan daşınmaz əmlaklar açıq hərracdan satıldığı halda onların 1 ay müddətində D.Qədirovanın qeyri-yaşayış binasından, İddiaçı2 isə mənzilindən çıxarılmaları; Bankın xeyrinə tutulmalı olan borc ödənildikdən sonra artıq qala biləcək pul vəsaitinin qalan hissəsinin müvafiq olaraq D.Qədirova və İddiaçı2 qaytarılmasını; iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pulun MMC, Y.Qulu-zadə və İddiaçı2 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməsini, iddianın qalan hissələrdə təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması; Apellyasiya icraatı zamanı keçirilmiş qiymətləndirmə ekspertizasının xərcini təşkil edən 500 manat məbləğində pulun cavabdehlər “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti və X5 aid edilməsi və həmin məbləğin onlardan müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi qət olunmuşdur. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 3002/2022 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-325/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. - Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-325/2021 saylı icra vərəqi üzrə hərracın keçirilməsi barədə icra məmurunun 16420/18 saylı sifarişi qanuna müvafiq tədbirlər görülməsi üçün Cavabdeh MMC-yə göndərilmişdir. - Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul olunmuş 03 mart 2022ci il tarixində 69 Ns-li qərara əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə-2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilmişdir. - xx.xx.2022-ci il tarixli arayışdan və həmin tarixli bildirişdən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul olunmuş 03 mart 2022-ci il tarixində 69 Ns-li qərara əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə-2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirildiyindən xx.xx.2022-ci il tarixə təyin edilmiş hərrac xx.xx.2022-ci il tarixə keçirildiyi barədə tərəflərə məlumat verilmiş və müvafiq bildiriş tərəflərə 09-xx.xx.2022-ci il tarixlərdə çatdırılmışdır. - Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-325/2021 saylı icra sənədi üzrə xx.xx.2022-ci il tarixli hərrac sifarişinin geri qaytarılması xahiş olunmuşdur. - Hərrac predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli 37 və 38 nömrəli protokollardan və eyni tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilələrdən görünür ki, "xxxx" ASC ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 277.10 kv.m olan qeyri-yaşayış binasını 260737 manata və Bakı şəhəri, Yasamal rayonu, 586-ci məhəllə, Z.Xəlilov küçəsində yerləşən 68 saylı evin 14 saylı mənzilini isə 165750 manata açıq hərracdan əldə etmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışların surətlərindən görünür ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 277.10 kv.m olan qeyri-yaşayış binası və Bakı şəhəri, Yasamal rayonu, 586ci məhəllə, Z.Xəlilov küçəsində yerləşən 68 saylı evin 14 saylı mənzili "xxxx" ASC-nin tam payda xüsusi mülkiyyəti kimi müvafiq olaraq xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə qeydə alınmışdır. - Bakı Şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il taqrixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - Bakı Şəhəri 23 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş xx.xx.1949-cu il təvəllüdlü X3 adına vərəsəlik işi açılmışdır. Qanun üzrə yeganə vərəsə kimi İddiaçı1 tanınmışdır. - Hərracın keçirilməsinə dair 04 mart 2022 tarixli 73 saylı bildiriş və 15 mart 2022-ci il tarixli 73-1 saylı bildirişdən və xəbərnamələrdən müəyyən olunur ki, 14 mart 2022-ci il tarixdə saat 11:00-da və 04 aprel 2022-ci il tarixdə saat 11:00-da hərracın keçirilməsi barədə X6, X1 və “X8” MMC-yə bildirişlər göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı mövcuddur ki, həmin qərarda konkret olaraq ifadə edilmişdir ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Bu baxımdan iddiaçı nəzərə almamışdır ki, hərrac təşkilatı və ya ipoteka saxlayan, eyni zamanda hərracın sifarişçisi kimi icra qurumu ipoteka qoyan şəxsi hansısa formada əlavə üsullardan istifadə etməklə məlumatlandırmaq vəzifəsi daşımır. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. İş materiallarından aydın olur ki, Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsi xx.xx.2022ci il tarixdə Cavabdeh MMC-yə məktub ünvanlayaraq, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-325/2021 saylı icra vərəqi üzrə hərracın keçirilməsi barədə icra məmurunun 16420/18 saylı sifarişi qanuna müvafiq tədbirlər görülməsi üçün Cavabdeh MMC-yə həvalə etmişdir. “Capitals Auction" MMC tərəfindən 15 fevral 2022-ci il tarixində açıq hərracın keçirilməsinə dair 73 saylı bildiriş sifarişi verən icra qurumuna, İpoteka saxlayana, borcluya və ipoteka qoyanlara göndərilmişdir. Həmin bildirişdə hansı əmlaklar barəsində hərracın keçirilməsi, onların təsviri, hərracın keçiriləcəyi yer və vaxt barəsində məlumat verilmiş və ilk hərracın keçirilmə vaxtı 07 mart 2022-ci il tarixi, saat 11:00 olaraq müəyyən edilmişdir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 03 mart 2022-ci il tarixində 69 Ns-li qərar qəbul edilmişdir ki, həmin qərara əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə-2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilmişdir. Bu səbəbdən də yeni hərracın xx.xx.2022-ci il tarixdə keçiriləcəyi barədə tərəflərə yeni bildirişlər göndərilmişdir. Yəni hərracın keçirilməsi üçün qanunvericilikdə nəzərə tutulmuş, iddiaçının pozulduğunu iddia etdiyi bütün normalara riayət olunmuşdur. İddiaçının əsaslandığı hallardan biri isə icraatın dayandırılması barədə icra şöbəsinə xx.xx.2023-cü il tarixdə ərizə ünvanlandığı icra şöbəsinin isə dayandırma barədə məktubu xx.xx.2023-cü il tarixdə hərrac təşkilatına ünvanlamasıdır ki, bu hal da iddia tələbinin əsaslı olduğuna dəlalət edən mötəbər sübut hesab edilə bilməz. Belə ki ərizəyə qoşma kimi əlavə edilmiş sənəd olaraq yalnız kassasiya şikayəti göstərilmişdir, halbuki qanunvericiliyin birbaşa tələbinə əsasən icra sənədi üzrə icraatın dayandırıması kassasiya şikayətinin mövcudluğundan deyil, şikayətin icraata qəbul edilməsindən asılı edilmişdir ki, ərizəçi tərəfindən bu faktı təsdiqləyən sübut (qərardad) ərizəyə əlavə edilməmişdir. Belə olan halda icra məmuru tərəfindən icraatın həmin ərizəyə əsasən dayandırıması özü qanun pozuntusu olardı. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Məhkəmə mülki prosessual qanunvericiliyin tələblərini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki qarşılıqlı iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı, "xxxx" ASC və Bakı şəhəri yasamal Rayon İcra Şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən məhkəmə mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı, "xxxx" ASC və Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar