Məhkəmə qərarları › İş №2(005)-830/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-830/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-830/2022 14.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı X4, Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı X4 cavabdehlər "xxxx" MMC-yə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və üçüncü şəxslər "xxxx" ASC-yə və Səbail rayon İcra Şöbəsinə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X7 cavabdehlər "xxxx" MMC-yə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və üçüncü şəxslər "xxxx" ASC-yə və Səbail rayon İcra Şöbəsinə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivində yerləşən 154 saylı 0.02 ha və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivində yerləşən 156 saylı 0.06 ha torpaq sahələri ilə bağlı 2008-2013-cü il tarixdə keçirilmiş hərracın nəticələri ləğv edilməsi, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1405/2012 saylı, 15.10.2012-ci il tarixli icra sənədinə dönüş edilməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivində yerləşən 154 saylı 0.02 ha və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivində yerləşən 156 saylı 0.06 ha torpaq sahələri əvvəlki mülkiyyətçi - iddiaçı X6 qaytarılması barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X7 iddia tələbini onunla əsaslandırmışdır ki, o, X7 cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti’' MMC və cavabdehlər tərəfindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" İKB-na qarşı iddia ilə məhkəməyə müraciət edərək əmlakların qiymətləndirilməsi barədə ekspert rəyinin etibarsız hesab edilməsi, torpaq sahələrinin və evlərin real orta bazar qiymətlərinin müəyyən edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 19 iyul 2010-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" İKB-nin cavabdeh X6 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, X3 "xxxx" İKB-nin xeyrinə 139.999,83 ABŞ dolları əsas borc, 47.778 ABŞ dolları faiz borcu, 20.000 ABŞ dollan dəbbə pulu borcu, cəmi 207.777.8 ABŞ dollan ödəniş gününə məzənnə üzrə manatla və 40 manat dövlət rüsumunun, bildirişin qeydə alınması və xidmət haqqı üçün ödənilmiş xərclərin tutulması, tələbin ipoteka ilə yüklü edilmiş X4 xtisusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 154 və 156 saylı torpaq sahələrinə yönəldilməsi, torpaq sahələrinin açıq hərracda satılması, satışdan əldə edilmiş məbləğ hesabına Cəbrayıl Cəfər oğlundan borcun ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1405/2012 saylı, 04 aprel 2012-ci il tarixli qərardadı ilə iddiaçı X4 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 156 saylı, 0,06 ha torpaq sahəsi və həmin sahələrdə yerləşən fərdi yaşayış evləri ilə bağlı hər hansı hərəkətlərin edilməsinin qadağan edilməsi və qərardadın icrasının ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinin Səbail rayon İcra şöbəsinə həvalə edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 01 may 2012-ci il tarixli, 2(103)-2668/2012 saylı qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 04 aprel 2012-ci il tarixli qərardadının ləğv edilməsi, müstəqil tələb irəli sürməyər. 3-cü şəxs "xxxx" İKB-nin şikayətinin təmin olunması və iddiaçı X4 iddianın təmin tədbiri barədə ərizəsinin təmin edilməməsi qət edilmişdir. Sözügedən məhkəmə qətnaməsindən tərəfimdən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 oktyabr 2010-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail rayon məhkəməsinin 19 iyul 2010-cu il tarixli qətnaməsi 20.000 ABŞ dolları dəbbə pulunun tutulması hissəsində ləğv edilməsi, əsas borc, faiz borcu və dövlət rüsumunun tutulması hissəsində dəyişdirilməsi, X3 "xxxx" İKB-ııin xeyrinə 20.000 ABŞ dolları dəbbə pulunun tutulması hissəsində iddia tələbinin təmin edilməməsi, X3 "xxxx" İKB-nin xeyrinə 139.373 ABŞ dolları 58 sent əsas borc, 11594 ABŞ dollan faiz borcu cəmi 150.967 ABŞ dolları 58 sent ödəniş gününə məzənnə üzrə manatla və 34.53 manat məhkəmə xərcinin tutulması və qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı "xxxx" İKB ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 oktyabr 2010-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2011-ci il tarixli, 2(102)-9T-1/2011 saylı qərarı ilə iddiaçı "xxxx" İKB ASC-nin kassasiya şikayəti təmin edilmiş. k Apellyasiya Məhkəməsinin MK-nııı 27 oktyabr 2010-cu il tarixli qətnaməsi qismə öoıcuııuıı ıııiulması hissəsində ləğv edilməsi, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Koliegiyasının 26 avqust 2011-ci il tarixli qətnaməsi ilə verdiyim apellyasiya şikayətimin qismən təmin edilməsi, Bakı şəhəri Səbail rayon məhkəməsinin ll) iyul 2010-cu il tarixli qətnaməsi faiz pulunun tutulması hissəsində dəyişdirilməsi, ondan "xxxx" İKB-nin xeyrinə 18.882 ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfmdən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması, qətnamənin 40 manat dövlət rüsumunun, bildirişin qeydə alınması və xidmət haqqı üçün ödənilmiş xərclərin tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2985/2011 saylı, 27.08.2011-ci il tarixli icra vərəqəsinin icra olunması Bakı şəhəri Səbail rayon icra şöbəsinə həvalə edilmişdir. Bakı şəhəri Səbail rayon İcra Şöbəsi 25.01.2012-ci il tarixli sifariş məktubu ilə əmlakın qiymətləndirilməsini həyata keçirən Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti" MMC-yə müraciət edərək, ona məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 saylı 0,02 ha və 156 saylı 0,06 ha torpaq sahələrinin qiymətləndirilməsini xahiş etmişdir. "xxxx" MMC-nin qiymətləndirici eksperti A.Dadaşovun 29.02.2012-ci il tarixli. 65 saylı ekspert rəyinə əsasən qiymətləndirilməsi tələb olunan ona məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi. 3-cü yaşayış massivində yerləşən 154 saylı 0,02 ha torpaq sahəsini 14.000 (on dörd min) manat məbləğində, "xxxx" MMC-nin qiymətləndirici eksperti A.Dadaşovun 29.02.2012-ci il tarixli, 65/1 saylı ekspert rəyinə əsasən mənə məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 156 saylı, 0,06 ha torpaq sahəsini isə 42.000 (qırx iki min) manat (!) məbləğində qiymətləndirmişdir. Qiymətləndirici ekspert A.Dadaşov torpaq sahəsinin hər sotunu 7000 (yeddi min) manat məbləğində qiymətləndirmişdir, (həmin ərazidə torpağın 1 sot qiyməti 30.000 manat civarındadır). Onun tərəfindən cavabdeh "xxxx" MMC-yə və 3-cü şəxs "xxxx" İKB ASC-yə qarşı əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin etibarsız hesab edilməsi, torpaq sahələrinin və evlərin real orta bazar qiymətlərinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Eyni zamanda ərizə ilə həmin məhkəməyə müraciət edilərək, "xxxx" MMC-yə və 3-cü şəxs "xxxx" İKB ASC-yə qarşı əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin etibarsız hesab edilməsi, torpaq sahələrinin və evlərin real orta bazar qiymətlərinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə məhkəmədə mahiyyəti üzrə baxılıb həll edilənədək iddianın təmin tədbiri kimi Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2985/2011 saylı, 27.08.2011-ci il tarixli icra vərəqəsi üzrə icra hərəkətlərinin dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 1405/2012 saylı, 04 aprel 2012-ci iİ tarixli, qərardadı ilə ərizə təmin edilərək X4 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 saylı 0.02 ha torpaq sahəsi və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 156 saylı 0.06 ha torpaq sahəsi və həmin torpaq sahələrində yerləşən fərdi yaşayış evləri ilə bağlı hər hansı hərəkətlərin edilməsinin qadağan edilməsi, qərardadın icrasının DODRX-nin Bakı şəhəri Ərazi İdarəsinə və Səbail rayon icra şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin qərardadını ləğv edərək iddianın təmin tədbiri barədə ərizəmi təmin etməmiş və onu əsas gətirmişdir ki, iddianın təmin tədbirlərinin görülməsi cavabdehin ayrı-ayrı hüquqlarının məhdudlaşdırılmasına və işdə iştirak etməyən şəxslərin (X15) mənafeyinin pozulmasına səbəb ola bilər. Lakin, Ali Məhkəmə, apellyasiya məhkəməsinin gəldiyi nəticənin işin hallarına uvğun lıcsab etməyərək, maddi və prosessual-hüquq normaları pozulmaqla qəbul edildiyini vurğulamışdır. Ali Məhkəmə qeyd etmişdir ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən həmin əmlakların hərracda satılmasından məlumatı olmamış sonradan bilmişdir ki, hazırki iş üzrə cavabdeh Səbail rayon İcra şöbəsi tərəfindən 17/643882/8 saylı, 29.02.2012-ci il tarixli məktubla "xxxx" MMC-və müraciət olunaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2985/20l 1 saylı, 27.08.2011-ci il tarixli icra vərəqəsinin real icrasının təmin edilməsi ona məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 saylı 0,02 ha torpaq sahəsi 14.000 (on dörd min) manat və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 156 saylı 0,06 ha torpaq sahəsi isə 42.000 (qırx iki min) manata hərrac vasitəsilə satılmasına sifariş verilmişdir. Göründüyü kimi, 29.02.2012-ci il tarixdə, hər iki əmlak qiymətləndirilmiş və həmin tarixdə də əmlak açıq hərraca çıxarılmışdır. Hərrac təşkilatı "xxxx" MMC-nin hərracın nəticələri haqqında 24/02 və 24/03 saylı, 13 mart 2012-ci il tarixli protokollarına əsasən hər iki əmlaka dair: Bakı şəhəri, Səbail rayonu. Badamdar qəsəbəsi. 3-cü yaşayış massivində yerləşən 154 saylı 0,02 ha və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi. 3-cü yaşayış massivində yerləşən 156 saylı 0,06 ha torpaq sahələrinə dair alıcı X15 arasında qanunsuz protokol imzalanmışdır. 29.02.2012-ci il (Qiymətləndirinə tarixi) ilə 13.03.2012-ci il, yəni 13 gün (!) ərzində torpaq sahələri ilə bağlı hərrac keçirilmiş bu da Qanun pozuntusu ilə, yəni "İpoteka haqqında“ Qanunun 42.1-ci maddəsinin pozulması ilə nəticələnmişdir. İş materiallarından görünür ki, həmin torpaq sahəsində fərdi yaşayış evləri inşa edilmiş, lakin fərdi yaşa Gərinin texniki sənədləri olmadığı üçün qiymətləndirmə zamanı nəzərə alınmamışdır. Əlavə edilmiş foto şəkillərindən göründüyü kimi həmin torpaq sahəsində yerləşən sözü gedən evlər bütün torpaq sahəsini əhatə edir. İşin bu hallarına və Ali Məhkəmənin 2(102)-2277/12 saylı, 18.07.2012-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 may 2012-ci il tarixli qərardadının ləğv edilib mülkiyyətimdə olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 saylı 0,02 ha və Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 156 saylı 0,06 ha torpaq sahəsi və həmin torpaq sahələrində yerləşən fərdi yaşayış evləri ilə bağlı hər hansı hərəkətlərin edilməsinə qadağan edilməsi və qərarın icrasının Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və Səbail rayon İcra şöbəsinə həvalə edilməsinə və əlavə olaraq Ali Məhkəmənin ƏMDK-nin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və "Nikoyl“ İKB-nə göndərdiyi 10.07.2014-cü il tarixli, 10934/14 saylı məktubundan da görünür ki, Nərimanov Rayon Məhkəməsində işə baxılaraq 15 oktyabr 2012-ci il tarixli, 2(005)-1405/2012 saylı qətnamə qəbul edilmiş, qüvvəyə mindikdən sonra Nərimanov rayon icra şöbəsi tərəfindən icra edilməsi qeyd edilsə də. bu günə kimi icra sənədi icra edilməmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarının nəticə hissəsindəki qəti göstərişin olmasına baxmavnruq sözügedən torpaq sahələri ilə bağlı qanunsuz olaraq yenidən hərrac keçirilmiş və hərracın nəticələri haqqında 20.08.2013-cti il tarixli. 69/10 və 69/11 saylı qanunsuz protokol tərtib edilmişdir. Bundan sonra həmin qanunsuz hərrac protokolları ilə bağlı aidiyyəti qurumlarda müvafiq sənədləşmə işləri aparılıb qeyd edilən torpaq sahələri digər şəxs X10 mülkiyyəti kimi qeyri-qanuni sənədləşdirilmişdir. Həmin Qanunsuzluğa siibul kimi hərrac protokollarında Nərimanov rayon məhkəməsinə aid olan (005) məhkəmə kodu əvəzinə Səbail rayon məhkəməsinə aid (009) kodu kimi qeyd edilməsidir. Bununla da iş üzrə torpaq sahələri ilə bağlı hər hansı bir hərəkətə qadağa haqqında Ali Məhkəmənin müvafiq qərarının olmasına baxmayaraq Səbail rayon icra şöbəsi yenidən Qanunsuz olaraq torpaqların qiymətləndirilməsini, daha sonra eyni şirkət vasitəsi ilə hərrac keçirilməsinə nail olaraq müəyyən məqsədlər üçün şəraitdən sui-istifadə etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1405/2012 saylı, 15.10.2012-ci il tarixli icra sənədinə əsasən "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi’' MMC-nin eksperti tərəfindən X6 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivində yerləşən 154 saylı 0.02 ha torpaq sahəsinin qiymətləndirilməsi barədə 29.02.2012-ci il tarixli 65 saylı və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivində yerləşən 156 saylı 0.06 ha torpaq sahəsinin qiymətləndirilməsi barədə 29.02.2012-ci il tarixli 65\1 saylı ekspert rəylərinin etibarsız hesab edilməsi, X6 məxsus yuxanda qeyd edilən 156 saylı 0.06 ha və 154 saylı 0.02 ha torpaq sahələrinə dair yenidən ekspert qiymətləndirilməsinin təyin edilməsi. "‘Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-nin X5 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivində yerləşən 154 saylı 0.02 ha torpaq sahəsinin qiymətləndirilməsi barədə 29.02.2012-ci il tarixli 65 saylı və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivində yerləşən 156 saylı 0.06 ha torpaq sahəsinin X1 dair hərracın nəticələri haqqında 24/02 və 24\03 saylı 13 mart 2012-ci il tarixli protokollarvə onların nəticələrinin etibarsız hesab edilməsi qeyd edilsə də, həmin məhkəmə tərəfindən qətnan. min nəticəsinin X15 tərəfindən "xxxx" MMC-yə ödədiyi 56.000 (əlli altı min) manat ona geri qaytarılması ilə .,..ğiı digər və əsas hissəsi qeyd edilmədən icra sənədi Səbail rayon icra şöbəsinə göndərilərək həmin hissə icradan kənarda qalmış, bununla da Ali Məhkəmənin sözügedən qərarına əhəmiyyət verilməyərək, qanun tələbləri və hüquqlarım pozulmuşdur. Bakı şəhəı i Səbail icra və probasiya şöbəsinin məktubuna əsasən Ali Məhkəmənin qeyd edilən icra sənədi 13.08.2012-ci il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraya yönəldilməsi qeyd edilmiş, icra sənədinin icra edilməsi üçün 21.09.2012-ci il tarixdə ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə göndərilməsi göstərilsə də, bu günə kimi həmin icra sənədi qeyri-qanuni olaraq qanunvericiliyin tələblərinə zidd icra edilməmiş və Nərimanov rayon məhkəməsi Ali Məhkəməsinin qüvvədə olan 2(102)-2277/12 saylı, 18.07.2012-ci il tarixli qəıarındakı “torpaq sahələri və üzrindəki fərdi yaşayış evləri ilə bağlı hər hansı bir hərəkətin edilməsinə qadağan olunduğuna baxmayaraq mahiyyəti üzrə işə baxıb, torpaq sahələrinin üzərindəki fərdi yaşayış evlərini nəzərə almamışdır. Belə olan halda bu nəticəyə gəlmək olur ki, iş üzrə yenidən qanunsuz qiymətləndirmə və hərrac keçirilmişdir. İddiaçı X7 məhkəmə iclasında iştirak edərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X14 iddia tələbinin əsassız olduğunu bildirdi. Həmçinin əvvəlki məhkəmə iclaslarında iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, İddiaçı cavabdeh “Yelo Bank" ASC-nə və qeyriləriııə qarşı “həracın nəticələrinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi ipoteka ilə yüklü edilmiş və Səbail rayon məhkəsinin 19 iyul 2010-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 154 nömrəli, 0.02 ha torpaq sahəsinə və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 156 nömrəli, 0.06 ha torpaq sahəsinə tutma yönəldilməsi qət edilmişdir.Bakı Apcllyasiya Məhkəməsinin 2(103)-2985/2011 saylı 26 avqust 2011-ci il tarixli icra vərəqəsinin və Səbail Rayon İcra Şöbəsinin sifariş məktubuna əsasən hərrac keçirilmişdir. İddiaçı iddia tələbilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1 -ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1 -ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdeh Maraqlı şəxs ("xxxx" İKB) ASC-nə və qeyrilərinə qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər "xxxx" MMC-yə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və üçüncü şəxs Səbail rayon İcra Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19.07.2010-cu il tarixli, 2(009)-1730/2010 saylı qətnaməsi ilə iddia qismən təmin edilməsi, X3 "xxxx" İKB-nin xeyrinə 139,999,83 ABŞ dollan əsas borc, 47.778 ABŞ dollan faiz borcu, 20.000 ABŞ dollan dəbbə pulu borcu, cəmi 207.777.83 (iki yüz yeddi min yeddi yüz yetmiş yedi tam yüzdə səksən üç) ABŞ dollan ödəniş gününə məzənnə üzrə manatla və 40 (qırx) manat dövlət rüsumunun, bildirişin qeydə alınması və xidmət haqqı üçün ödənilmiş xərclər tutulması, tələbin ipoteka ilə yüklü edilmiş X4 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 154 və 156 saylı torpaq sahələrinə yönəldilsin, torpaq sahələri açıq hərracda satılsın, satışdan əldə edilmiş məbləğ hesabına X3 "xxxx" İKB-ə olan borcu ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 26 avqust 2011-ci il tarixli, 2(103)-2985/2011 saylı qətnaməsi iləcavabdeh X4 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri, Səbail rayon məhkəməsinin hazırkı iş üzrə olan 2(009)-1730/2010 saylı, 19 iyul 2010-cu il tarixli qətnaməsi faiz pulunun tutulması hissəsində dəyişdirilmiş, cavabdeh X3 "xxxx" İKB ASC-nin xeyrinə 18.882 ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması, qətnamənin 40 manat dövlət rüsumunun, bildirişin qeydə alınması və xidmət haqqı üçün ödənilmiş xərclərin tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 69/10 nömrəli 20 avqust 2013-cü il tarixli protokolunun surətindən və məzmunundan görünür ki, X6 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivində yerləşən 156 saylı 0.06 ha torpaq sahəsi tam dəyəri 45100 manat qiymətə açıq hərraca çıxarılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 69/11 nömrəli 20 avqust 2013-cü il tarixli protokolunun surətindən və məzmunundan görünür ki, X6 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivində yerləşən 152 saylı 0.02 ha torpaq sahəsi tam dəyəri 15100 manat qiymətə açıq hərraca çıxarılmışdır. Buna dair 20.08.2013-cü il tarixdə hərracın yekunları barədə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə miibahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cu maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 339.5-ci maddəsində göstərilir ki, əgər 339.1. 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui- istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər; 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir. Məhkəmə araşdırılmasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivində yerləşən 154 saylı 0.02 ha və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivində yerləşən 156 saylı 0.06 ha torpaq sahələri ilə bağlı 2008-2013-cü il tarixdə keçirilmiş hərracın nəticələri ləğv edilməsi, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1405/2012 saylı, 15.10.2012-ci il tarixli icra sənədinə dönüş edilməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivində yerləşən 154 saylı 0.02 ha və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivində yerləşən 156 saylı 0.06 ha torpaq sahələri əvvəlki mülkiyyətçi - iddiaçı X6 qaytarılması barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Eyni zamanda məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsi iddia müddəti tətbiq edilməklə də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd etməyi həmçinin zəruri hesab edir ki, iddiaçı tərəfindən iddia tələblərində göstərilən halların məhkəmə araşdırmasında heç bir sübutla öz həqiqi təsdiqini tapmamışdır. Həmin əqdin bağlandığı tarix (20 avqust 2013-cü) iddiaçı X6 bəlli olmuşdur. Lakin, buna baxmayaraq hazırki iddia tələbi ilə həmin tarixdən 9 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bununla da, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinin tələbləri baxımından hüquqi nəticə etibarı ilə alqı-satqı müqaviləsinin etibarsızlığını mübahiləndirilməsi üçün nəzərdə tutulmuş 1 (bir) illik müddətini ötürmüşdür. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 377.2-ci maddələrinin mənasına görə iddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı X4 cavabdehlər "xxxx" MMC-yə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və üçüncü şəxslər "xxxx" ASC-yə və Səbail rayon İcra Şöbəsinə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı X7 tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddia tələbi təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X4 cavabdehlər "xxxx" MMC-yə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və üçüncü şəxslər "xxxx" ASC-yə və Səbail rayon İcra Şöbəsinə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar