Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-843/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı Şəhəri 21 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilmə müddətinin üzrlü hesab edilərək uzadılması, vərəsəlik şəhadətnaməsinin verilməsi, miras əmlakdan payların müəyyən edilməsi və həmin hissəyə mülkiyyət hüquqlarının tanınması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdrilmiş müddətin gecikdirilməsinin səbəbinin üzrlü hesab edilərək uzadılması, vərəsəlik şəhadətnaməsinin verilməsinin Bakı şəhəri 21 Saylı Notariat Ofisinə həvalə olunması, X1 qalmış miras əmlak - ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 241.57 kv.m olan fərdi yaşayış evi, “Toyota Land - Cruiser-Prado” minik markalı avtomobili, Qəbələ rayonu Qəbələ şəhər bələdiyyəsinin X6 alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız 0,06 hektar torpaq sahəsinin 4/6 hissəsinə İddiaçı1, 1/6 hissəsinə İddiaçı2, 1/6 hissəsinə İddiaçı3 payı müəyyən edilərək, həmin paya mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 241.57 kv.m olan fərdi yaşayış evi, “Toyota Land - Cruiser-Prado” minik markalı avtomobil, Qəbələ rayonu Qəbələ şəhər bələdiyyəsinin X6 alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız 0.06 hektar torpaq sahəsi mərhum atalarına məxsus olmaqla onun adına dövlət reyestrində rəsmiləşdirilmişdir. Həmin mənzildə X3, mərhumun həyat yoldaşı X8, Quluyeva Cəmilə və digər qızı Quliyeva Şəlalə, mərhumun oğlu İddiaçı1 və digər vərəsələrlə birlikdə yaşamışılar. X3 31 mart 2017-ci il tarixdə vəfat etmişdir və həmin vaxtdan faktiki olaraq orada yaşayaraq mirası faktiki qəbul etmişlər. Belə ki, mərhumun həyat yoldaşı X8, qızı X10 və digər qızı X11 ilə miras qalmış əmlakın üzərində payların müəyyən edilməsi barədə müzakirələr aparmışlar. Mərhumun həyat yoldaşı X8, qızı X10 və digər qızı X2 Cehunun xeyrinə imtina etmişlər və miras qalmış əmlak üzərində 4/6 Quliyev Ceyhun, 1/6 İddiaçı2, 1/6 İddiaçı3 payları müəyyən edilməlidir. Beləliklə də, atalarına məxsus miras əmlakı vərəsələrdən faktiki hər biri qəbul etmişlər. İddiaçılar xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 21 Saylı Notariat Ofisinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciət etmişdilər. Lakin notariat orqanı qanunvericiliklə təsbit edilən öz vəzifələrini yerinə yetirməmiş, qanunsuz və əsassız olaraq, onların müraciətinə baxmamış, onların vərəsəlik hüquqlarını rəsmiləşdirməmişdir. Lakin, bu yaxınlarda onlar öz vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi məqsədilə notariat orqanına müraciət etdikdə Bakı şəhəri 21 Saylı Notariat Ofisi Mülki Məcəllənin 1246cı maddəsində nəzərdə tutulan müddətin (6 ay) keçməsini əsas gətirərək onların məhkəməyə müraciət etmələrini tövsiyə etmiş, onların əmlaka dair pay hüquqlarını qanunsuz və əsassız olaraq müəyyən etməmişdir. Daha sonra iddiaçılar iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçılara qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin Bakı şəhəri 21 Saylı Notariat Ofisinə həvalə olunması, X1 qalmış miras əmlak - ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 241.57 kv.m olan fərdi yaşayış evi, “Toyota Land - Cruiser-Prado” minik markalı avtomobili, Qəbələ rayonu Qəbələ şəhər bələdiyyəsinin X6 alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız 0,06 hektar torpaq sahəsinin 1/6 hissəsinə İddiaçı1, 1/6 hissəsinə İddiaçı2 və 1/6 hissəsinə İddiaçı3 payı müəyyən edilərək, həmin paya mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ayrı-ayrılıqda iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Cavabdeh ünvan 2 ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Bakı Şəhəri 21 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur ki, xx.xx.2017-ci il tarixində ölmüş X9 paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 241.57 kv.m olan fərdi yaşayış evinin ½hissəsinə dair mülkiyyət hüququnun tanınmasına görə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfinən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 866726 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bakı Şəhəri Nərimanov Rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş AZ-İ 067073 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X4, anası X5r. Bakı Şəhəri Nərimanov Rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş AZ-İ 067074 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. X4, anası X5r. Bakı Şəhəri Nərimanov Rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş AZ-İ 067075 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X4, anası X5r. 1 saylı Bakı “Asan xidmət” Mərkəzi Şöbəsi tərəfindən verilmiş AZ-İİ 006810 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X16 və X13 xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuşlar və bu nikah həmin tarixdə nikah haqqında akt qeydləri kitabında 2642 nömrəli qeyd aparılmaqla rəsmiləşdirilmişdir. 5 saylı Bakı “Asan xidmət” Mərkəzi Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİİ 916790 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı3 Asif oğlu xx.xx.2014-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. X4, anası X5r. X8 tərəfindən notariat kontoruna ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, X8 xx.xx.2017-ci il tarixdə vəfat etmiş əri X7 miras qalmış, harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlaklar üzrə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin X9 ½ hissədə paylı mülkiyyətində olması barədə xx.xx.2012-ci il tarixdə və Səid-zadə Niqora Şakir qızının ½ hissədə paylı mülkiyyətində olması barədə xx.xx.2009-cu il tarixdə qeydiyyat aparılmışdır. AR DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Land-Cruiser-Prado” markalı və modelli, 90KK210 nömrəli nəqliyyat vasitəsinin sahibi olaraq X16 qeyd olunmuşdur. Qəbələ Rayon Qəbələ Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli Qərarından və torpağın alqı-satqısına dair aktdan müəyyən olunur ki, Qəbələ bələdiyyə ərazisində 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququ X14 verilmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Miras qoyan X16 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İddiaçı1 onun övladı, İddiaçı2 və İddiaçı3 isə onun valideynləri olmuşdur. İddiaçılar mərhumun birinci növbə vərəsələri olmaqla, onun mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, “Toyota Land-Cruiser-Prado” markalı və modelli, 90KK210 nömrəli nəqliyyat vasitəsi və Qəbələ bələdiyyə ərazisində 0,06 ha torpaq sahəsindən ibarət miras əmlakdan pay hüquqları yaranmışdır. İddiaçılar bununla bağlı notariat ofisinə müraciət etsə də, vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunmuşdur. Vərəsələr arasında mirasın qəbulu ilə bağlı mübahisə mövcud deyildir. Hazırda iddiaçı mərhum atasının vəfat etdiyi dövrdə notariat orqanına müvafiq müraciətlərinin olmasına baxmayaraq əsassız olaraq vərəsəlik işinin açılmamasına, miras qalmış əmlakı faktiki olaraq idarə etmələrinə istinad edərək, miras əmlakın qəbulu müddətinin bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Qeyd olunmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. (Mülki Məcəllənin 1151.1-ci maddəsi). Göründüyü kimi, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 94-cü maddəsinə görə, mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Həmin Təlimatın 108-ci bəndində qeyd edilmişdir ki, xüsusi qeydə alınmalı olan əmlakı (avtomobil, motosikl, motorlu qayıq və s.) vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil etmək üçün notarius həmin əmlakın miras qoyana məxsus olması haqqında sənədi (texniki pasportu, gəmi şəhadətnaməsini və s.) yoxlayır və şəhadətnamə verilməsi haqqında ərizədə bu barədə qeyd edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə uyğun olaraq, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Mirasın qəbulu qaydalarını nəzərdə tutan Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iddia ərizəsi məhkəməyə təqdim olunan zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri qüvvədə olsa da, mülki iş məhkəmənin icraatında olan zaman, yuxarıda qeyd edilən Qərarla həmin maddələr qüvvədən düşmüşdür. Qərarda o da qeyd edilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Hazırki mülki iş Qərar qəbul olunan zaman məhkəmənin icraatında olduğundan məhkəmə bu Qərarda qeyd edilən hüquqi tənzimlənmə əsas götürülməklə işə mahiyyəti üzrə baxaraq yekun nəticəyə gəlir. Qərarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin qüvvədən düşməsinə əsas olaraq Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilənin fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırması göstərilmişdir. Qeyd edilən maddələrin qüvvədən düşməsi ilə bu münasibətərin tənzimlənmə qaydası olaraq qeyd edilir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1301-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Qərara əsasən miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mülki iş materiallarından müəyyən olunur ki, iddiaçılar miras əmlakdan pay hüquqlarından imtina etməmişlər. Belə olan halda Mülki Məcəllənin artıq qüvvədən düşmüş 1273-1-ci maddəsinin (susmuş vərəsə) tətbiq edilməsi, yəni iddiaçıların miras paylarından imtina etdiklərinin ehtimal edilməsi qanunla yolverilməzdir. Yəni nə qədər ki, iddiaçılar miras paylarından imtina etməyiblər onların miras əmlakdan pay almaq hüquqları saxlanılır və bu hüquq hər hansı müddətlə məhdudlaşdırılmır. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və qeyd olunan qanunvericilik normalarına uyğun olaraq məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı oduğundan təmin edilməli, X1 qalmış miras əmlak - ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 241.57 kv.m olan fərdi yaşayış evi, “Toyota Land - Cruiser-Prado” minik markalı avtomobili, Qəbələ rayonu Qəbələ şəhər bələdiyyəsinin X6 alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız 0,06 hektar torpaq sahəsi üzərində 1/6 hissədə İddiaçı1, 1/6 hissədə İddiaçı2 və 1/6 hissədə İddiaçı3 payları müəyyən edilməli və müvafiq qanun üzrə vərəsəlik şəhadətnamələrinin verilməsi Bakı şəhəri 21 Saylı Notariat Ofisinə həvalə olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməldir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 qalmış miras əmlak - ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 241.57 kv.m olan fərdi yaşayış evi, “Toyota Land - Cruiser-Prado” minik markalı avtomobili, Qəbələ rayonu Qəbələ şəhər bələdiyyəsinin X6 alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız 0,06 hektar torpaq sahəsi üzərində 1/6 hissədə İddiaçı1, 1/6 hissədə İddiaçı2 və 1/6 hissədə İddiaçı3 pay hüquqları tanınsın. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müvafiq qanun üzrə vərəsəlik şəhadətnamələrinin verilməsi Bakı şəhəri 21 Saylı Notariat Ofisinə həvalə olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-843/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-843/2024
08.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver