Məhkəmə qərarları › İş №2(005)-847/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-847/2021

02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-847/2021 02.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı Əlyar oğlunun onun vəkili X2, Cavabdeh Ləğv prosesində olan «xxxx” ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Əlyar oğlunun cavabdehlər «Cavabdeh1” MMC-yə və Ləğv prosesində olan “xxxx” ASC-yə qarşı “müqavilənin ləğvi və pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Əlyar oğlunun cavabdehlər «Cavabdeh1” MMC-yə və Ləğv prosesində olan “xxxx” ASC-yə qarşı “müqavilənin ləğvi və pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC ilə aralarında olan kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2020-ci il tarixli 569 nömrəli müqavilə üzrə öhdəliyini Cavabdeh1 MMC yerinə yetirmədiyinə görə cavabdehlə aralarında olan xx.xx.2020-ci il tarixli 569 nömrəli müqavilənin ləğv edilməsini, Cavabdeh1xxxx“xxxx” ASC-də olan hesab nömrəsinə köçürdüyü 19106 (on doqquz min yüz altı) manat pul iddiaçıya ödənilməsi ilə bağlı öhdəliyinin cavabdehlər Cavabdeh1 MMC və ləğvetmə prosesində olan Cavabdeh2 ASC üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında olan kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 48.300 manat müqabilində ilkin olaraq 17480 manat ödədikdən sonra “Traktor Belarus 1025 ” texnikasını lizinq verən Cavabdeh1 MMC lizinq alan İddiaçı İstifadəsinə və sahibliyinə verməli olduğu halda, lizinq alan ilkin ödəniş kimi 19.102 manat ödəniş etmiş ancaq lizinq verən “Cavabdeh1" MMC “Traktor Belarus 1025” texnikasını lizinq verən lizinq alanın istifadəsinə və sahibliyinə verməyərək müqavilənin şərtlərini bu günə kimi yerinə yetirməmişdir. İddiaçı Cavabdeh1 MMC ilə xx.xx.2020-ci il tarixli 569 saylı kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə aralarında olan müqaviləyə əsasən “Cavabdeh1" MMC-nin "xxxx” ASC-də olan hesab nömrəsinə 19106 (on doqquz min yüz altı) manat ödəniş etmişdir. Lizinq, lizinq verənlə lizinq alan arasında əksər hallarda uzun müddətli xarakter daşıyan maliyyə sazişidir. Lizinq müqaviləsinə görə, lizinq verən lizinq alana lazım olan əmlakı satıcıdan mülkiyyət hüququ ilə əldə etməli və lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Cavabdeh1 MMC ilə olan kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2020-ci il tarixli 569 nömrəli müqavilə üzrə öhdəliyini Cavabdeh1 MMC yerinə yetirmədiyinə görə cavabdehlə aralarında olan xx.xx.2020-ci il tarixli 569 nömrəli müqavilə ləğv edilsin, Cavabdeh1xxxx"xxxx ASC-də olan hesab nömrəsinə köçürdüyü 19.106 (on doqquz min yüz altı) manat pul iddiaçıya ödənilməsi ilə bağlı öhdəliyinin cavabdehlər Cavabdeh1 MMC və ləğv etmə prosesində olan “xxxx” ASC üzərinə qoyulmasına dair qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili X4 iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh ləğv prosesində olan «Cavabdeh2” ASCnin etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, iddia tələbi əsassız olduğundan onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Masallı RPŞ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ********0 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, İddiaçı xx.xx.1989-cu ildə Masallı rayonu, Köçəkli kəndində anadan olmuş və Masallı rayonu, Köçəkli kəndində qeydiyyatdadır. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı ünvan 1mlarının dövlət reyestri məlumatlarından görünür ki, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev, ev 27/121-dir. İddiaçı tərəfindən Cavabdeh1nə ünvanlanmış məktubdan görünür ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında olan kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 48.300 manat müqabilində ilkin olaraq 17.480 manat ödədikdən sonra “Traktor Belarus 1025” texnikasını lizinq verən Cavabdeh1 MMC lizinq alan İddiaçı istifadəsinə və sahibliyinə verməli olduğu halda lizinq alan ilkin ödəniş kimi 19102 manat ödəniş etmiş ancaq lizinq verən Cavabdeh1 MMC “Traktor Belarus 1025” texnikasını lizinq alanın istifadəsinə və sahibliyinə verməyərək müqavilənin şərtlərini bu günə kimi yerinə yetirməmişdir. Odur ki, Cavabdeh1 ilə aralarında olan müqavilənin qarşılıqlı olaraq ləğv edilməsini və Cavabdeh1 MMC-nin hesabına ödədiyi 19.106 manatı iddiaçıya geri qaytarılmasını təmin etməyi xahiş etmişdir. xx.xx.2020-ci il tarixli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 569 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən ümumi məbləği 28.980 manat olan və aşağıda göstərilən kənd təsərrüfatı texnikalarını (bundan sonra texnika) dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların bu müqavilənin 1.1-ci bəndində göstərilən 28.980 manat dəyərindən 17.480 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Müqavilənin 1.7-ci bəndinə əsasən lizinq alan müqavilə şərtlərinə əməl etmədikdə, o cümlədən qrafik üzrə ödənişi ardıcıl olaraq iki dəfə aparmadıqda bu müqavilənin 5.2-5.5-ci bəndlərində göstərilən hərəkətləri edir. Müqavilənin 2.2.18-ci bəndinə əsasən müqavilənin şərtlərinə əməl edilmədikdə o cümlədən qrafik üzrə ardıcıl olaraq iki dəfə ödənişini vaxtında yerinə yetrimədikdə lizinq verənin tələbi ilə texnikanın istismarını dayandırıb ona təhvil verir və bu müqavilənin 5.2-5.5-ci bəndlərində göstərilən şərtlərin yerinə yetrilməsini öhdəsinə götürür. Müqavilənin 3.6-cı bəndinə əsasən bu müqavilənin 3.5-ci bəndində göstərilən şərtə əməl olunduqda lizinq verən lizinq alan tərəfindən təqdim olunan bütün sənədləri araşdırmalı və texnikaya mülkiyyət hüququnun 10 iş günü ərzində lizinq alana verilməsini rəsimləşdirmək üçün lazım olan bütün hərəkətləri icra etməlidir. Müqavilənin 3.14-cü bəndinə əsasən əgər lizinq alan bu müqavilənin 2.2.5-ci maddəsinə uyğun olaraq, texnikanı idarə etmək üçün müvafiq sürüclük vəsiqəsi olan mexanizator təmin etməzsə, lizinq verən texnikanı lizinq alana təhvil verməmək hüququna malikdir. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb edir. Müqavilənin 5.2-ci bəndinə əsasən göstərilən hallardan biri mövcud olduqda lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə müqaviləni bir tərəfli surətdə ləğv etmək, texnikanı saz vəziyyətdə geri götürmək və ya texnikanın qalıq dəyərini tələb etmək, onun əvvələr ödədiyi bütün məbləği özündə saxlamaq və vurulmuş zərərin tam ödənilməsini tələb etmək hüquqlarına malikdir. Bu halda lizinq verən lizinq alandan götürlümüş texnikanı başqa şəxsə lizinqə verə bilər. xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı 5 (beş) manat məbləğində ödəniş etmişdir. Hesab vərəqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə 19.106.25 (on doqquz min yüz altı manat 25 qəpik) manat məbləğində ilkin ödəniş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı Cavabdeh1 MMC ilə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 48.300 (qırx səkkiz min üç yüz) manat müqabilində 19.102 (on doqquz min yüz iki) manat məbləğində “xxxx” Bank ASC-nə ilkin ödəniş etmişdir. Lakin cavabdeh tərəf müqavilə üzrə üzrə üzərinə düşən öhdəliyi yəni “traktor Belarus 1025” texnikasını lizinq alanın isitifadəsinə verməməmklə müqavilədən irəli gələn şərtləri pozmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2020-ci il tarixli 569 saylı lizinq müqaviləsinin ləğvini və cavabdehin hesab nömrəsinə köçürdüyü 19.106 (on doqquz min yüz altı) manat məbləğində pul vəsaitini ona qaytarmaq üçün tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-5.1-ci maddəsinə əsasən lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Qeyd edilən Məcəllənin 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə görə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 569 saylı kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə ləğv edilməli, iddiaçı tərəfindən Ləğv prosesində olan “xxxx” ASC-nin hesab nömrəsinə köçürülmüş 19.106 (on doqquz min yüz altı) manat məbləğində pul vəsaiti iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli 569 saylı müqavilə ləğv edilsin. “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli 569 saylı müqavilə üzrə ödənilmiş 19.106 (on doqquz min yüz altı) manat məbləğində pul vəsaitinin İddiaçı qaytarılması öhdəliyi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar