Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-850/2023 31.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi X25 Mehdi qızının katibliyi İddiaçılar İddiaçı1 və İddiaçı2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8, X9 və X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15, X16 və X10 cəlb edilməklə “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və müddətin bərpa edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15, X16 və X10 cəlb edilməklə “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və müddətin bərpa edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum ataları, 28 aprel 2ü07-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılması üzrlü hesab olunmaqla, müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil onun atası X5 mülkiyyətində olmuşdur. Atası 28 aprel 2007-ci il tarixdə vəfat etmişdir. Atası rəhmətə getdikdən sonra onlar hüquqi savadsızlıqdan dolayı evin anaları X1 düşündükləri üçün mirası qəbul etməmişlər. X2 15 avqust 2022-ci il tarixdə rəhmətə gedən zaman onlar analarından qalan miras əmlakı qəbul etmək üçün Bakı şəhəri 21 saylı Notariat Ofisinə müraciət etdikdə notarius vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə arxiv arayışı təqdim etməklərini istədi. Həmin arxiv arayışını aldıqları zaman müəyyən olundu ki, mənzil atalarının adındadır. Atalarından qalan miras əmlakı qəbul etmək üçün onlar qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilməsi üçün notariat ofisinə müraciət etdikdə isə Bakı şəhəri 21 saylı Notariat Ofisi onlara müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Qeyd etmək istəyirlər ki, İddiaçı1 2000-ci il tarixdən bu günə kimi həmin ünvanda yaşayır. Ata və anaları rəhmətə gedən günə kimi İddiaçı1 baxmışdır. Beləliklə də faktiki olaraq mirası qəbul etmişdir. Hüquqi savadsızlıqdan dolayı vaxtında mirası qəbul etmək üçün onlar müraciət etməmişlər. Hesab edirlər ki, mirasın qəbulu müddətinin ötürülməsi üzrlü hesab edilməli və müddət bərpa edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Hesab edir ki, mərhum ataları, 28 aprel 2007-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılması üzrlü hesab olunmaqla, müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməlidir. Daha sonra X15, X16 və X10 mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 və onun nümayəndəsi və vəkili Vəkil hər biri ayrı-ayrılıqda iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, iddiaçılar müddətinin ötürülməsinin üzrlü sayılması və müddətin bərpa edilməsini xahiş etmişlər, lakin müddətinin ötürülməsinin üzrlü sayılması ilə bağlı heç bir sübut məhkəməyə təqdim etməmişlər. Ataları 2007-ci ildə vəfat etmiş və iddiaçılar 2023-cü ildə məhkəməyə müraciət etmişlər. Aradan uzun müddət yəni 16 il müddət keçmişdir. İddiaçıların heç biri həmin ünvanda qeydiyyatda deyillər, bundan başqa hər hansı miras əmlak olmadığına görə notarius tərəfindən vərəsəlik işi açıla bilməz. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 iddia ərizəsinə etiraz edərək,məhkəmədən buraxılmış müddətin üzrlü hesab edilməsi ilə bağlı iddia tələbinin rədd edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 iddia tələbinə etiraz etməyərək, həmin miras əmlakda onun da payının olduğunu, habelə iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Eyni zamanda cavabdeh Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoru məhkəməyə ərizə təqdim edərək, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin səlahiyyətli nümayəndəsinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş materiallarını araşdırıb hesab edir ki, ərizə rədd edilməlidir. İş materiallarında olan AZ-İİ № 292710 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ № 242509 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı1 08 noyabr 2005-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər X14, X7, X13 və X17 da qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri 21 saylı Dövlət Notariat Ofisinin xx.xx.2022-ci il tarixli № 1868 saylı məktubundan görünür ki, İddiaçı1 AR Mülki Məcəlləsinin 1246-cı maddəsində nəzərdə tutulmuş 6 ay müddəti keçdiyinə görə mirası gecikdirilmişdir. Sözügedən halları nəzərə alaraq aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan xx.xx.1989-cu il tarixli, 103488 nömrəli Azərbaycan SSR tərəfindən verilmiş orderə əsasən ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil X5 istifadəsinə verilmişdir. İş materiallarında olan yaşayış sahəsinin dəyişdirilməsi və mənzillərin dəyişdirilməsinə icazələrin verilməsi haqqında xx.xx.1989-cu il tarixli, 10/344 nömrəli Bakı şəhər XDS İKnin qərarının surətindən görünür ki, 54 nömrəli xx.xx.1989-cu il tarixli protokolu ilə rəsmiləşdirilmiş yaşayış sahəsinin dəyişdirilməsinə dair komissiyanın təklifi qəbul edilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə huquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1255-ci maddəsinə görə, qəbul edilmiş miras açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1324-cü maddəsinə əsasən əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik şəhadətnaməsi ala bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasında “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun: 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. 6-cı maddəsinə əsasən, təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; Memarlıq, tarixi və mədəni abidə sayılan binalardakı mənzillər özəlləşdirildikdən sonra həmin binaların arxitektura görkəmini pozmaq, binanın mədəni, tarixi dəyərinə xələl gətirmək qadağan edilir. Həmin binalar satılarkən onları almaqda dövlət üstün hüquqa malikdir. 8-ci maddəsinə əsasən, mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib. Vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. Mənzillərin özəlləşdirilməsi qaydalarının və vətəndaşların bu Qanunla müəyyən edilmiş hüquqlarının pozulması üstündə vəzifəli şəxslər Azərbaycan Respublikası qanunvericiliyində müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 atasıX12 xx.xx.2007-ci il tarixdə, X2 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bundan sonra onlar 21 saylı Dövlət Notariat Ofisinə atasından miras qalmış ünvan 1 ünvanında yerləşən 8 saylı mənzillə bağlı vərəsəlik işinin açılması üçün müraciət etmişlər. Lakin Bakı şəhəri 21 saylı Dövlət Notariat Ofisi İddiaçı1 AR Mülki Məcəlləsinin 1246-cı maddəsində nəzərdə tutulmuş 6 ay müddəti ötürdüyünü, sözügedən halları nəzərə alaraq aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsini tövsiyə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə bildirir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında qanunvericiliyin müvafiq müddəaları təşkil edir. İşin faktiki hallarından göründüyü kimi, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil order əsasında X5 istifadəsinə verilmişdir. Belə olan halda həmin əmlak Dövlət Fonduna məxsus əmlak hesab edilməklə, miras əmlakın aktivinə, yəni miras əmlak kütləsinə daxil deyildir. Məlum olduğu kimi, iddiaçılar ikisi də həmin ünvanda qeydiyyatda deyillər. Mübahisəli mənzillə bağlı istifadə hüquqları iddiaçıların ata və anasına məxsus olmuşdur ki, onların ölümü ilə həmin hüquqlara xitam verilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisəli əmlak miras əmlak kütləsinə aid olmadığından iddiaçılar həmin əmlaka dair hüquqlarının rəsmiləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etdikdən sonra əmlaka dair hüquqlarını həyata keçirə bilərlər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15, X16 və X10 cəlb edilməklə “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və müddətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15, X16 və X10 cəlb edilməklə “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və müddətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Nərimanov rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-850/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-850/2023
31.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver