Məhkəmə qərarları › İş №2(005)-864/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-864/2024

22.08.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-864/2024 22.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı, onun vəkili Vəkil4, İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 Amil oğlunun, İlkin və qarşılıqlı iddia ərizələri üzrə cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil3 və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-na qarşı “müqavilənin, maliyyə arayışının və ərizənin etibarsız hesab edilməsi” tələbinə dair ilkin; İddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 MTK-na qarşı “mənzilə dair bağlanmış müqavilənin, maliyyə arayışının, ərizənin və ümumi yığıncağın prokolunun etibarsız hesab olunması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 MTK-na qarşı “müqavilənin, maliyyə arayışının və ərizənin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında xx.xx.2005-ci il tarixində mövcud olmayan və sonradan saxtalaşdırma nəticəsində ərsəyə gəlmiş müqaviləyə əsasən, ünvan 1 ünvanında A bloku, 4-cü mərtəbədə yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 159.63 kv.metr, mənzilin ümumi dəyəri 60.904 ABŞ dolları olan, 17 saylı mənzilə dair tərəflər arasında bağlanmış “Müqavilə”nin etibarsız hesab edilməsi, Cavabdeh2 ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında xx.xx.2005-ci il tarixində mövcud olmuyan və sonradan saxtalaşdırma nəticəsində ərsəyə gəlmiş müqaviləyə əsasən, ünvan 2 ünvanında A bloku, 4-cü mərtəbədə yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 159.63 kv.metr, mənzilin ümumi dəyəri 60.904 ABŞ dolları olan, 17 saylı mənzilə dair Cavabdeh2 adına verilmiş xx.xx.2013-cü il tarixli “Maliyyə arayışı”nın etibarsız hesab edilməsi, İddiaçı adından hazırlanmış xx.xx.2020-ci il tarixli ərizənin etibarsız hesab edilməsi, tərəfindən ödənilmiş 100 manat məbləğində pul vəsaitinin Cavabdeh1 MTK-dan tutulması, sənədlərin saxtalaşdırılmasında, saxtalaşdırılmasının təşkilində iştirak etmiş cavabdeh şəxslər (o cümlədən vəzifəli şəxslər) və maliyyə pozuntularına yol vermiş cavabdeh şəxslərin (o cümlədən vəzifəli şəxslər) barəsində Məhkəmənin xüsusi qərardadının qəbul edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 ilə xx.xx.2002-ci il tarixdə rəsmi nikaha daxil olmuş və xx.xx.2021-ci il tarixdə məhkəmə qətnaməsi ilə onların nikahı pozulmuşdur. Cavabdeh2 ilə birgə nikah dövründə İddiaçı öz adına xx.xx.2005-ci il tarixində qeyd olunan "xxxx" MTK tərəfindən yeni tikiləcək binanın blok A, 3-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət (rəsmi layihəsi hələ həmin dövrdə təsdiq olunmayan və tikilməyən binanın ilkin eskiz layihəsi əsasında mənzilin ümumi sahəsi 145,12 kv.metr, ümumi dəyəri 65.304 ABŞ dolları) olan 10 saylı mənzilə dair “Müqavilə” və “Maliyyə Arayışı” (xx.xx.2005-ci il) və digəri də qardaşının adına olmaqla onun imzası və keçmiş ev adresi (hər iki 9 və 10 saylı mənzillər üzrə ünvan Bakı şəhəri A.Gəraybəyli ev 31, mənzil 63) göstərilməklə X12 (ona görə Mamedquludur ki, sənədlər hazırlanan zaman onun sənədi tələb olunmuş, o da ölkə xaricində olduğundan, onlara rəsmi xarici pasportun surətini göndərmiş və onun üzərində ata adı Məmmədqulu adı əvəzinə xarici dildə Mamedqulu yazılmışdır) adına "xxxx" MTK tərəfindən yeni tikiləcək binanın blok A, 3-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət olan, 9 saylı mənzilə dair “Müqavilə” (xx.xx.2005-ci il) və binanın tikintisinə 2007-ci ildə icazə verildiyindən və binanın layihəsi artıq təsdiq olunduğundan iddiaçının dövlətdə rəsmi iş yeri və Bakı şəhərində özünün və ya aləsinin adında ev olmadığından, ev növbəsində qeydiyata alındığından (Binəqədi Rayon icra hakimiyyətində), həmin yuxarıda qeyd olunan 10 saylı mənzili artıq 2007-ci ildə rəsmi sənədləri təsdiqlənmiş layihə əsasında (tikintisinə başlandıqdan sonra) "xxxx" MTK-da adında olan 10 saylı mənzili yeni mənzil nömrəsi ilə 16 saylı mənzilə dəyişərək və mərtəbəsidə məlum olan əvvəlki 3-cü mətəbədən 4-cü mərtəbəyə, mənzilin ümumi sahəsi əvvəlki 145,12 kv.m-dən 156.64m kv.m-a, mənzilin ümumi dəyərin 65.304 ABŞ dollarından 101.165 manatla dəyişərək əvvəl öz adında olan tikiləcək binanın müqavilə və maliyyə arayışını keçmiş arvadı Cavabdeh2 adına rəsmiləşdirmiş və həmin müqavilədə onun tərəfindən imzalanmışdır. Bunu ona görə qeyd edir ki, Cavabdeh2 adına alınmış mənzillərin müqaviləsini iddiaçı imzalamış, o, heç vaxt imzalanma prosesində iştirak etməmiş və “İNV" MTK ofisində də olmamışdır. Cavabdeh2 "xxxx" MTK-nın vəzifəli şəxsləri ilə əlbir olmuş, birlikdə öz adına saxtalaşdırılmış sənədlər əsasında ünvan 4 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət, ümumi sahəsi 159,63 kv.metr, mənzilin ümumi dəyəri 60.904 ABŞ dolları olan 17 saylı mənzili xx.xx.2005-ci it tarixində (saxtalaşdırma yolu ilə) əldə etməsinə dair saxta “Müqavilə” və saxta “Maliyyə Arayışı” və digər saxta sənədlərin düzəldilməsi və əldə edilməsinə nail olmuş, buna dair hüquqi faktların və sübutların olması göz qabağındadır və hal-hazırda mövcuddur. Cavabdeh2 nikahın pozulması ilə bağlı ona qarşı xx.xx.2020-ci il tarixində Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Aralarında yaranan 2020-ci il iyun ayında münaqişə yaranmış və həmin vaxtdan tərəflər ayrı yaşamışdırlar. Həmin ayrı yaşadıqları ərəfədə ona ev almaq üçün Ukrayna dövlətində yaşayan və ailə ticarətini və ya biznes fəaliyyətlərini quran və qazanc əldə edən Abıyevlər ailəsi tərəfindən, o, cümlədən ailənin başçısı X36 tərəfindən Azərbaycana gələrkən və eyni zamanda uşaqlarına etdikləri toydan yığılan pulları ona verməklə öz adlarına yeni tikilən binalarda ucuz mənzil çıxdıqda öz adına və ya onların adına almağı tapşırmışdılar. xx.xx.2020-ci il tarixində ünvan 5 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın A bloku, 5ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət olan, ümumi sahəsi 159,63 kv.metr, ümumi dəyəri 103.365 manat olan, 17 saylı mənzili Abıyevlər ailəsinin razılığı ilə (ona verdikləri pul əsasında) iddiaçı öz adına rəsimləşdirmiş və “Müqavilə” (xx.xx.2020-ci il) və “Maliyyə Arayışı” (xx.xx.2020-ci il) əldə etmişdir. Həmin gün təkrarən "xxxx" MTK-ya şifahi müraciət edərək, Abıyevlər ailəsinin şifahi razılığı əsasında “Müqavilə” (xx.xx.2020-ci il) və “Maliyyə Arayışı”nın (xx.xx.2020-ci il) "xxxx" MTK-da X16 adına dəyişdirilərək rəsmiləşdirilməsi üçün əvvəlcə MTK tərəfindən razılıq verilsə də, sonra ada dəyişikliyə görə "xxxx" MTK hüquqşünası X18 və MTK-nın sədri X44 tərəfindən 4000 manat pul istənilmişdir. Bununla Abıyevlər ailəsi razılaşmamışdır. Belə qərara gəlmişlər ki, onlar Azərbaycan Respublikasına geri qayıdıb gələndə iddiaçı mənzili əvvəlcə öz adına, sonra da dərhal X17 adına bağışlama yolu ilə rəsimləşdirəcəkdir. X5 dövlətində müharibə ilə əlaqədar öz ailəsi ilə birlikdə 2022-ci ildə qayıtdıqdan sonra "xxxx" MTK-dan dövlət reyestrindən çıxarış əldə etmək üçün MTK-na müraciət etmiş və ona xx.xx.2022-ci il tarixində Protokoldan çıxanşı 50 nömrə ilə "xxxx" MTK hüquqşünası X10 tərəfindən təqdim olunmuş və bundan sonra sənədləri onun adına keçirilməsi üçün bütün xərcləri ilkin alınmadan tutmuş ada keçməyə, bağışlama və digər xərcləri Abıyevlər ailəsi, o, cümlədən X29 tərəfindən ödənilməklə dövlət reyestrində, notariat kontorunda və təkrarən dövlət reyestrində qeydiyyata aldırmaqla qanuni yollarla, yekunda X17 adına keçirilməklə yekunlaşmış və bu gün də bütün xərclər o cümlədən, təmir və s. xərclər onlar tərəfindən həyata keçirilir, ödənilir və verilir. Qeyd edilən mənzilə dair tərəfindən heç bir şəxsinə və ailəsinə aid pul ödənilməmiş və xərclənməmişdir. Mənzil qanuni nikah pozulmadığı dövrə təsadüf etsə də, onlar iyun ayından ayrı-ayrılıqda yaşamışdırlar. Cavabdeh2 Abıyevlər ailəsinin qazandığı pulun onda olmasından və öz adına onlar üçün mənzil almağından xəbəri həm özünün, həm də həmin ərəfədə özünə tutduğu iki vəkillinin xəbəri olmuşdur. Alınan mənzilin Abıyevlər ailəsinin pulu hesabına alındığını bilmişdirlər. Eyni zamanda onu da bilirdilər ki, onların yəni birgə nigah dövründə "xxxx" MTK-dan Cavabdeh2 adına aldıqları 16 saylı mənzilə görə müxtəlif banklara, o cümlədən, Standart banka (Cavabdeh2 özünün) borcları var idi və ikinci mənzili öz pulları ilə almaları qeyrimümkündür. Bunu həm işləməklə əldə etdikləri qazanc gəlirləri göstərən rəsmi “Sosial Arayış”-dan və hər ikisinin işsizlik statusunun olmasından da görmək olar. Nikah pozulan zaman Cavabdeh2 özü və vəkilləri tərəfindən 2020-2021-ci il tarixində əmlak bölgüsünə dair iki mülki iş açılıb və sonradan həmin işlər bir iş kimi birəşdirilib. Birləşdirilən işlərdə yalnız "xxxx" MTK-dan alınan 16 saylı mənzilin bölünməsi və kompensasiya tələbləri irəli sürülsə də, lakin heç birinə münasibət bildirməmiş və "xxxx" MTK-dan Cavabdeh2 adına aldıqları 16 saylı mənzil onun adında və istifadəsində qalmışdır. Cavabdeh2 onunla nikahına məhkəmə tərəfindən xitam verildikdən və əmlak bölgüsü bitdikdən sonra təkrarən təhdid yolu ilə qazanc əldə etmək məqsədi ilə ondan və ona yaxın qohumlarından, o cümlədən Abıyevlər ailəsindən intiqam almaq və yenidən qazanc əldə etmək məqsədi ilə, yenidən vəkil tutaraq həm tutduğu vəkil ilə, həm özü və həm də "xxxx" MTK vəzifəli şəxsləri ilə birlikdə əlbir olaraq özləri tərəfindən saxtalaşdırılmış sənədlər əsasında, təkrarən yenidən 2022-ci ilin sentyabr ayında qeyri-qanuni iddia ərizəsini Binəqədi Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəməyə yalan məlumatlar və saxta sənədlər təqdim edilmişdir. Binəqədi Rayon Məhkəməsində iddia üzrə açılmış bir neçə mülki məhkəmə işi qanunsuz olduğundan va onun hüquqları məhkəmə hakimləri tərəfindən pozulduğundan, iddia üzrə açılmış iş, onun ərazi aidiyyətı üzrə qeydiyyatda olduğu Masallı Rayon Məhkəməsinə baxılmaq üçün göndərilmiş va bir ildən çox davam edən hazırlıq iclasının son günündə xx.xx.2023-cü il tarixində Cavabdeh2 özü və "xxxx" MTK vəzifəli şəxsləri və onlarla əlbir olmuş şəxslərlə birlikdə saxtalaşdırılmış qeyri-qanuni saxta sənədləri məhkəməyə məktub formasında göndərmişdirlər. Onu da qeyd edir ki, 17 saylı mənzilə dair sənədlərdə saxtalaşdırma aparılacağına dair o, Bakı şəhər Prokuroruna xx.xx.2022-ci ildə şikayət ərizəsi ilə müraciət etdiyindən həmin ərizə əsasında Nərimanov RPİŞ-də istintaq tədqiqatı aparılan zaman, saxta “Müqavilə” (xx.xx.2005-ci il) və saxta “Maliyyə Arayışı” (xx.xx.2013) nə Cavabdeh2, nə də "xxxx" MTK tərəfindən istintaqa təqdim olunmur və iş materialında da yoxdur və həmin istintaqda dindirilmə və araşdırma zamanı sənədlər təqdim olunmur. Çünki o vaxtı belə müqavilə və maliyyə arayışı mövcud olmayıb, sonradan yəni 14-16 sentyabr 2023-cü il tarixlərində həmin sənədlər "xxxx" MTK binasında saxtalaşdırma yolu ilə hazırlanaraq 22 sentyabr 2023-cü il tarixində məhkəməyə təqdim olunmuşdur. Masallı Rayon Məhkəməsi e-2(050)-2458/2023 saylı iş üzrə xx.xx.2023-cü il hazırlıq iclasında bu sənədlərin saxta olmasına dair bir neçə sənəd təqdim etməyinə və etiraz bildirməyinə baxmayaraq, iş üzrə həmin sənədlərin əsllərinin məhkəməyə təqdim olunmasına dair şifahi və yazılı vəsatət verilmiş və iş üzrə özü də saxta sənədlərə dair çoxlu şübhəli məqamların olması üzündən yuxarıda göstərdiyi, yəni həmin gündə xx.xx.2005-ci il tarixində onunla “İNV“ MTK arasında bağlanmış iki müqavilə və maliyyə arayışının olması və "xxxx" MTK hüquqşünası X10 tərəfindən cavablandırıla bilinmədiyindən həmin sənədlərin əsllərini, məhkəməyə təqdim etməsini, eyni zamanda özünün və Cavabdeh2 məhkəməyə gəlməsi, tərəfindən və hakim tərəfindən istənilsə də, şəxsən Cavabdeh2 məhkəməyə gəlməməsini israrla vəkili tapşırır. Bunlar vəkilin hakimə etiraz (xx.xx.2023) məktubunda da öz əksini tapması və məhkəmənin xx.xx.2023-cü il tarixinə təyin edilmiş baxışında aydınlıq gətirilməsi bildirilsə də, məhkəmənin təyin etdiyi baxış iclaslarına nə Cavabdeh2, nə də "xxxx" MTK-nın hüquqşünası X10 gəlməmişlər. Həmən günü Cavabdeh2 vəkili ilə əlbir olan "xxxx" MTK hüquqşünası İsgəndərov Bəhlul xx.xx.2023-cü il tarixində təyin olunmuş iclas prosesinin gedişində iddiaçının adından yazılmış (saxta) “Ərizə” xx.xx.2020-ci il tarixli digər bir saxta sənəd ərizənin surətini məhkəmənin elektron sisteminə yerləşdirmişdir Saxta ərizənin surəti və əslinin mövcud olmamaması, həmin ərizənin yuxarısında başqa şəxs tərəfindən adından "xxxx" MTK-nın sədrinə yazılmış, aşağısı onun xətti ilə yazılmış kserosurət əlavə edilməklə saxtalaşdırılmışdır. Saxtalaşdırılmış ərizənin yuxarı mətinində dəyişiklik etmək istəmişlər ki, iş üzrə hakimi aldatmaqla istəklərinə nail olsunlar və onun buna etirazı və hakimdən həmin elektrona sistemə yerləşdirilmiş, saxtalaşdırılmış ərizənin kserosurətinin əvəzində həmin ərizənin əslinin "xxxx" MTK hüquqşünası İsgəndərov Bəhluldan tələb olunsa da o, bu sənədi və digər tələb olunan sənədlərin əsllərini də məhkəməyə xx.xx.2023-cü il tarixində təqdim etməmiş, məhkəmənin yekun baxış iclasına gəlməmiş və eyni zamanda bir qədər də irəli gedərək, əlbir olduğu şəxslərlə birlikdə bu dəfə xx.xx.2005-ci il tarixində "xxxx" MTK-nın sədri olmuş X13 əvəzinə xx.xx.2005-ci il tarixində "xxxx" MTK-nın sədri olmayan X24 həmin tarixdə sədr olmasına dair növbəti saxta sənədlərin kserosurətlərini elektron şəkildə məhkəməyə göndərmiş və onlar da həmin sənədləri gördükdə, həmin bu və ya bundan öncə məhkəməyə MTK adından göndərilmiş sənədlərin əsillərini, bu sənədləri imzalayanların özlərinin və həmin sənədlərdə adları hallanan şəxslərin iştirak etməsini hakimdən xahiş etsələr də, onlar nə məhkəməyə gəlmiş, nə də həmin sənədlərin əsllərini məhkəməyə təqdim etmişdirlər. Masallı Rayon Məhkəməsində e-2(050)- 2458/2023 saylı mülki iş üzrə cavabdeh Elvin Abıyevin vəkili X1 Nazirliyi yanında Dövlət Vergi Xidmətinə "xxxx" MTK-nın xx.xx.2005-ci il tarixində sədrinin kim olması və s. barədə sorğu göndərir və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xx.xx.2023-ci il tarixində imzaladığı vəkilin sorğusuna cavab məktubunda "xxxx" Mənzil Tikinti Kooperativinin (vöen: **********) sədrinin xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilə kimi X13 olmasını göstərmişdir. Bu da yuxarıda qeyd olunan Cavabdeh2 adına xx.xx.2005-ci il tarixli saxta müqavilə sənədini "xxxx" MTK-nın sədri X7 olmadan (2023-cü ildə) imzalamaqla, həmin sənədin saxtalaşdırılmasında kiminlə əlbir olduğunu ortaya çıxarmış olur. Digər saxta sənəd Cavabdeh2 adına olan “Maliyyə Arayışı” (xx.xx.2013) "xxxx" MTK-nın sədri X26 tərəfindən imzalanmışdır. Sənədə dair bildirmək istəyir ki, necə olur ölkədə və hətta Mülki Məcəllədə tərəflər arasında müqavilə öhdəlikləri manatla göstərilməli olduğu halda MTK-nın sədri bilərəkdən həm qanunun tələblərini pozur, həm də saxta sənədin hazırlanmasında və imzalanmasında iştirak edir. Eyni zamanda dollarla alver edir, mənzil satır. Bu da MTK sədrinin məsuliyyətə cəlb olunması üçün əsasdır. Digər əsaslar "xxxx" MTK-nın sədri X26 və X38 hansı əsasla tanımadığı, görmədiyi şəxsə, səkkiz il müddətinə mənzilin dəyərinin ödənilməsinə şərait yaradır, pulu dollarla alır, vergidən yayınır. Maliyyə arayışına görə mənzilin dəyəri ABŞ dolları ilə xx.xx.2013-cü ildə yekunlaşır. 17 saylı mənzilə dair MTK ilə Cavabdeh2 arasında bağlanmış saxta Müqavilədə və saxta Maliyyə arayışında göstərilən mənzilin ümumi dəyəri 60.904 ABŞ dolları həmin vaxta Azərbaycanda ABŞ dollarının valyuta məzənnəsi (2013-cü il üçün) manata nisbətdə 1 dollar təqribən 0,78 azn manat olması, onda mənzilin ümumi dəyəri 60904*0.78=47505.1 manat edir. Bu da yenə sənədin saxta olmasını yəni onunla bağlanan xx.xx.2020-ci il müqavilə üzrə mənzilin ümumi dəyəri 103.365 manat, Cavabdeh2 ilə bağlanmış müqavilədə isə 47.505,1 manat olması bu sənədin iddiaçının müqavilə və maliyyə arayışının saxta olması faktını bir daha sübut etmiş olur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, "xxxx" MTK-dan ilkin olaraq bir mənzil onun digəri qardaşının olmaqla, iki mənzil (hər ikisi onun imzası ilə sənədləşib) xx.xx.2005-ci il tarixində 1 kvadrat metrəsi 450 dollar olmaqla binanın təsdiq olunmayan ilkin layihəsi əsasında 9 və 10 saylı mənzillər A bloku 3-cü mərtəbədə 145,12 kv.m olan dəyəri hər birinin 65.304 dollar (xx.xx.2005) onun adına və X27 adına rəsmiləşdirilmişdir. Buna dair müqavilə, maliyyə arayışı və "xxxx" MTK-dən müqavilələr (xx.xx.2005) sənədlər imzalanan zaman təqdim olunan binanın təsdiq olunmayan ilkin layihəsi məhkəməyə təqdim olunur. MTK-dən binanın təsdiq olunmayan ilkin layihəsini ona görə qeyd edir ki, 2005-ci ildə binanın tikintisi olmayıb, tikilməsinə icazə verilməyib və 2007-ci ildən tikintisinə başlanılıb buna dair sübutedici sənədlər məhkəməyə təqdim olunur. MTK ilə Cavabdeh2 arasında bağlanmış saxta Müqavilədə və saxta Maliyyə arayışında göstərilən mənzilin ümumi dəyəri 60.904 dollara satılmasına dair saxta hazırlanmış sənədə əsasən necə olur ki, Cavabdeh2 ilə birgə nikahda olduqları zaman onun xəbəri olmadan və ondan ucuz satılır, xx.xx.2005-ci il tarixindən xx.xx.2013-cü il tarixinə kimi ödənilməsinə şərait yaradılır. Onunla bağlanmış müqavilədə belə bir şərt yoxdur və qiymət də bahadır. Bu da bir daha Cavabdeh2 adına yazılan (saxta) müqavilənin və maliyyə arayışının saxta olması hüquqi faktın təsdiq edir. Mənimlə bağlanmış müqavilədə və maliyyə arayışında "xxxx" MTK-nın ünvanı Nərimanov rayonu Ə.Orucəliyev küçəsi 18 göstərilir (xx.xx.2005), "xxxx" MTK-nın sədri Talıblı V.Ə., mühasib Şükürov Ə.Ş. qeyd olunub. Cavabdeh2 ilə bağlanmış müqavilədə "xxxx" MTK ünvan 7 ünvan), "xxxx" MTK-nın sədri X38, maliyyə arayışında "xxxx" MTK-nın sədri X26 göstərilir. Qeyd etmək istəyir ki, xx.xx.2005-ci ildə binanın layihəsi təsdiq olunmadığından həmin ünvanın göstərilməsi mümkün deyil, ikincidə 2005-ci ildə ümumiyyətlə binanın nə tikintisi olub, nə də tikintisinə icazə verilib. "xxxx" MTK-nin özünə məxsus torpaq sahəsində yaşayış binasının layihələndirilməsi və tikilməsi Bakı şəhər İcra hakimiyyətinin 331 nömrəli sərəncamı ilə xx.xx.2005-ci ildə ləğv edilmişdir. Binanın layihəsi təsdiq olunmadan binada mənzilin kv.m dəqiq göstərilməsi, mənzilin mərtəbəsinin müəyyən edilməsi mümkün deyildir. MTK-nın və Cavabdeh2 məhkəməyə təqdim etdiyi saxta müqavilə və saxta maliyyə arayışında "xxxx" MTK-nın sədri ona təqdim olunan və tərəfindən imzalanan adlardakı fərqli başqa adarın olması, bu da digər saxtalaşmaya dair sübutdur. Sənədlərin saxtalaşdırılmasında hazırkı "xxxx" MTK-nın sədri X30 aktiv rolunun olması göz qabağındadır və vəzifəsindən əlbir olduğu şəxslərin məqsədləri üçün istifadə edir və saxtalaşdırmanın təşkilində bir başa içtirak edir. Saxtalaşdırmaya dair digər sübutlar da vardır ki, yuxarıda adları sadalanan cavabdehlərin iştirakı zanıanı sadəcə məhkəmə çəkişməsi prosesində kamera çəkilişi, video və audio yazışmaları zamanı iclas prosesində tərəfindən sübuta yetiriləcəkdir. Eyni zamanda bu işlə əlaqəli olan Masallı Rayon Məhkəməsinin e-2(050)-2458/2023 saylı iş üzrə çəkilmiş yazılmış audio və video yazılardan da sübut olaraq istifadə etmək olar. İddiaçıya verilən şifahi məlumata əsasən "xxxx" MTK-nın sədri X4 Elmira Cəbrayıl qızı adına verilmiş (saxta hazırlanmış) “Maliyyə Arayışı”nı (xx.xx.2013) imzaladığı tarixdə Azərbaycan Respublikasında olmadığını eşitmişdir və bu məlumatın nə qədər doğru və yalan olduğunu tərəfindən aydınlaşdırmaq mümkün olmadığından və bununla bağlı sübutları əldə etmək imkanı xaricində olduğundan Dövlət sərhəd xidmətinə X26 barəsində sorğu verilməsini və bunun nəticəsində yəni "xxxx" MTK-nın sədri X2 etdiyi zaman Azərbaycan Respublikasında olub olmadığının müəvyənləşdirilsinə köməklik edilməsini xahiş edir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı və Cavabdeh1 MTK-na qarşı “mənzilə dair bağlanmış müqavilənin, maliyyə arayışının, ərizənin və ümumi yığıncağın prokolunun etibarsız hesab olunması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı ilə Cavabdeh1 MTK arasında ünvan 9 ünvanında Cavabdeh1 MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A-da yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzilə dair bağlanmış xx.xx.2020-ci il tarixli Kooperativ Binada Mənzil Tikintisi haqqında Müqavilənin, həmin müqavilə əsasında da Cavabdeh1 MTK tərəfindən tərtib edilmiş, xx.xx.2020-ci il tarixli “Maliyyə Arayışı”nın və eləcə də, qeyd olunan bu iki sənədin hazırlanması üçün cavabdeh İddiaçı tərəfindən Cavabdeh2 adından tərtib edilərək, Cavabdeh1 MTK-na təqdim etmiş olduğu xx.xx.2020-ci il tarixli ərizənin və Cavabdeh1 MTK üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli, 50 nömrəli protokolundan olan çıxarışın etibarsız hesab olunması və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 101 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçının xeyrinə verilməsi (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin rəsmi nikahları xx.xx.2002-ci il tarixdə rəsmiləşdirilmiş olsa da, ancaq tərəflər arasında nikah münasibətləri xx.xx.2000-ci il tarixdən başlamışdır. Belə ki, xx.xx.2000-ci il tarixdə onların el adəti ilə toyları olmuş və həmin tarixdən də birgə ailə münasibətləri olmaqla ümumi təsərrüfat aparmağa başlamışlar. Hətta həmin münasibətlərdən xx.xx.2002-ci il tarixdə Leyla adlı qız övlardları dünyaya gəlmişdir. Qız övladlarının dünyaya gəlməsindən 22 gün qabaq, yəni xx.xx.2002-ci il tarixdə də nikahlarını rəsmiləşdirmişlər. Beləliklə, tərəflər arasında olan nikah münasibətləri faktiki olaraq xx.xx.2000-ci il tarixdən başlamış və xx.xx.2002-ci il tarixdə isə rəsmiləşdirilmişdir. Bundan sonra, tərəflərin birgə nikahlarından daha iki övladı da olmuşdur. Ailə quran vaxtlarda tərəflər arasında olan münasibətlərin qarşılıqlı anlaşma və razılıq əsasında davam etməsinə baxmayaraq, bu münasibətlərin davam etdirilməsi mümkün olmadığından, onların nikahları Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-602/2021 nömrəli qətnaməsi ilə pozulmuşdur. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsindən sonra, tərəflərin nikahlarının pozulması barədə xx.xx.2021-ci il tarixli, AZ-İ 409718 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. İstər nikahları rəsmiləşdirilənə qədər, istərsə də nikahları rəsmiləşdirildikdən sonra, ümumi gəlirlər hesabına tərəflər bir çox əmlaklar əldə etmişlər. Bunlardan biri də, 2005-ci il tarixdə iddiaçının adına rəsmiləşdirilmiş ünvan 9 ünvanında Cavabdeh1 MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzil olmuşdur. Mənzilə dair müqavilə ilk əvvəl iddiaçının adına rəsmiləşdirilmiş olsa da, ancaq sonradan iddiaçı cavabdehin adına vermiş olduğu müvafiq etibarnamə əsasında haqqında danışılan mənzil MTK-da onun (cavabdehin) adına rəsmiləşdirilmişdir. Lakin sonradan qeyd olunan etibarnamə xx.xx.2021-ci il tarixdə ləğv olunmuşdur. Qeyd olunan mənzilə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunan günə qədər cavabdeh mülkiyyət hüquqlarını rəsmiləşdirməmişdir və hələ də onun adında müqavilə üzrə qalmışdır. Bununla bağlı verilmiş müvafiq vəkil sorğusuna Cavabdeh1 MTK tərəfindən xx.xx.2022-ci il tarixli, 54 nömrəli cavab məktubunda da ətraflı olaraq qeyd olunmuşdur. Həmin məktubun mətnindən bir daha təsdiq olunur ki, iddiaçının adına hal-hazırda MTK-da heç bir mənzil yoxdur və cavabdeh də ona verilmiş etibarnamə ilə mənzili öz adına rəsmiləşdirmişdir. Əlavə olaraq, tərəflər arasında olan nikaha xitam verilməsi barədə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-602/2021 nömrəli qətnaməsi ilə onların birgə nikahlarından dünyaya gəlmiş və hələ də yetkinlik yaşına çatmayan X31 anasının yanında qalması qət edilmişdir. Həmçinin, qeyd olunan nikahdan vaxtı ilə dünyaya gəlmiş və artıq yetkinlik yaşlarına çatmış, X45 və X39 da bu günləri anaları Cavabdeh2 ilə birlikdə qalmaqla, kirayədə yaşayırlar. Onların mənzil təminatı ilə bağlı tələbata ehtiyacları olmasına baxmayaraq, ataları İddiaçı isə nikah dövründə əldə etdikləri mənzilə onları buraxmır. Qeyd olunan mənzilin 3 otaqdan ibarət olması və yaşayış üçün nəzərdə tutulan sahəsinə diqqət yetirdikdə, onların da həmin mənzilə hüquqları istisna olunmur. Bundan başqa, iddiaçının yanında qalan və hələ də yetkinlik yaşına çatmayan bir qız övladının olması və bu qeyd olunanların da nəzərə alınmasına istinadən, haqqında danışılan mənzilə iddiaçının 3/4 hissədə hüquqlarının tanınması önə çəkilməlidir. Çünki idddiaçı təkdir və nikah dövründə əldə edilmiş mənzil iddiaçının adından cavabdehin ona verdiyi etibarnamə ilə öz adına rəsmiləşdirdiyi mənzildə yaşayır. Ancaq əslində, onun kirayədə yaşamalı olduğu halda, hər şey tərsinə düşmüşdür. Beləliklə, ünvan 9 ünvanında Cavabdeh1 MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzilə (yaşayış sahəsinə) 3/4 hissədə iddiaçı Cavabdeh2 pay hüquqları tanınmalı olduğundan, iddiaçı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinə əsasən məhkəmədən aşağıdakılar xahiş olunmuşdur: iddiaçı X19 və cavabdeh İddiaçı birgə nikah dövründə əldə etdikləri ünvan 9 ünvanında Cavabdeh1 MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzilə iddiaçı Cavabdeh2 3/4 hissədə pay hüququnun tanınması və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 100 manat məbləğində dövlət rüsumunun, eləcə də müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 10 manat məbləğ olmaqla, ümumilikdə 110 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilsin. İddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra, xx.xx.2022-ci il tarixli ərizə ilə iddia tələbinin həcminin artırılması və "xxxx" MMC-nin (hüquqi ünvan: ünvan 10ində mülki işə cəlb olunması üçün müraciət olunmuşdur. Bununla da verilmiş ilkin iddia ərizəsi üzrə İddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə əldə edilmiş mənzil ilə yanaşı, digər mənzilin satışından əldə olunmuş pul vəsaitinin yarı hissədə İddiaçı alınaraq Cavabdeh2 ödənilməsi, cavabdeh hüquqi şəxsin nizamnamə kapitalında olan paya yarı hissədə hüquqlarının tanınması və digər tələblərlə bağlı məhkəmə qətnaməsinin çıxarılması xahiş olunmuşdur.. Binəqədi Rayon Məhkəməsində ilk hazırlıq iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Hazırlıq iclası başlayana qədər qeyri-rəsmi qaydada məlumat əldə olunmuşdur ki, cavabdeh İddiaçı ilə birgə nikah dövründə əldə edilmiş və ünvan 9 ünvanında Cavabdeh1 MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzilə dair çıxarış alaraq mülkiyyət hüququnu qeydə aldırmış və sonradan da həmin mənzili özgəninkiləşdirmişdir. Bu məqsədlə, xx.xx.2022-ci il tarixli, 613 nömrəli vəkil sofğusu ilə 1 saylı Bakı Əİ-nə rəsmi müraciət olunmuşdur. Müraciətə Əİ-nin xx.xx.2022-ci il tarixli, **********86 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, haqqında danışılan mənziİ Cavabdeh1 MTK-nın xx.xx.2020-ci il tarixli maliyyə arayışına və Cavabdeh1 MTK-nın üzvlərinin ümumi iclasının xx.xx.2022ci il tarixli 50 nömrəli protokolundan çıxarışa əsasən, xx.xx.2022-ci il tarixdə ilkin olaraq İddiaçı adına qeydiyyatdan keçmişdir. Daha sonra, mənzil xx.xx.2022-ci il tarixdə 7 saylı Bakı "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisi tərəfindən təsdiq edilmiş, 4 Ə-423 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X17 adına qeydiyyatdan keçmiş və hal-hazırda da mülkiyyətindədir. Beləliklə, cavabdeh İddiaçı mübahisəli mənzilin özgəninkiləşdirilməsinin qadağan olunması barədə müvafiq məhkəmə qərardadının olduğunu bilə-bilə qəsdən, gizlin və məhkəmə qərarına əhəmiyyət vermədən mənzili qəsdən digər üçüncü şəxsin adına rəsmiləşdirmişdir. Mənzilin yeni mülkiyyətçisi isə, İddiaçı öz yaxın qohumu X20r. Bundan başqa, xx.xx.2022-ci il tarixdə məhkəmənin hazırlıq iclasında İddiaçı özü məhkəmədə həm bildirmiş, həm də məhkəməyə rəsmi qaydada sənəd göstərmişdir ki, onun adına daşınmaz əmlak yoxdur və hətta bu barədə reyestr orqanından rəsmi qaydada aldığı sənədi də məhkəməyə göstərmişdir. Bütün bunlar bir daha təsdiq edir ki, İddiaçı hər bəhanə ilə mənzilin birgə nikahda əldə edilməsinə baxmayaraq, iddiaçının hüquqlarını mənimsəməklə, mülki və ailə qanunverciliyinin tələblərinə əsasən iddiaçıya məxsus olan mənzili başqa şəxslərə pərdələməklə özgəninkiləşdirsin. Qeyd olunan bu xüsusatlara görə, yəni İddiaçı adına çıxarışın verilməsi üçün olan rəsmi sənədlərin hər birinin etibarsız hesab olunması, həmin sənədlər əsasında da onun adına rəsmiləşdirməni özündə əks etdirən çıxarışın ləğv olunması və çıxarışı əsas götürməklə X29 ilə bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilməklə, sonuncunun adına verilmiş çıxarışın ləğv olunması bardə tələbin irəli sürülməsi zərurəti yaranmışdır. Bu səbəbdən, yenidən xx.xx.2022-ci il tarixli ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olan X17 cavabdeh qismində, eləcə də Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 11 A ünvanında yerləşən Cavabdeh1 MTK-nın və AR-nın İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin üçüncü şəxs qismində işə cəlb olunmaqla, bəzi sənədlərin etibarsız və ləğv olunması barədə iddia tələblərinin həcmi ikinci dəfə artırılmışdır. Binəqədi Rayon Məhkəməsində keçirilən proseslər zamanı işin Masallı Rayon Məhkəməsində baxılması müəyyən olunduğundan, iş Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İş Məhkəmə prosesi zamanı təqdim olunmuş sənədlərin çoxluğu, vaxtı ilə Binəqədi rayon Məhkəməsində verilmiş vəsatətlər baxılmadığından həmin vəsatətlərin yenidən araşdırılması, Binəqədi rayon Məhkəməsinə verilmiş sənədlərin yenidən elektron qaydada Masallı rayon Məhkəməsinə təqdim olunması və bu kimi digər bütün prosessual hərəkətlər edilmişdir. Hətta iddia tələbləri verilərkən iddia ərizəsində, həm də xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ərizələrdə irəli sürülmüş iddia tələblərinin vahidləşdirilərək bir ərizə üzrə verilməsi, müxtəlif ərizələrdə ayrı-ayrı olmasının qarşısının alınması və iddia tələblərinin konkretləşdirilməsi zərurəti yarandığından, 02 sentyabr 2023-cü il tarixli ərizə də verilmişdir. Növbəti vəsatətlər də təqdim olunmuş və işin tam, düzgün və həqiqi tərəflərinin öyrənilərək hüquqi qiymət verilməsinə iddiaçı olaraq tam şərait yaradılmışdır. İşə baxan Masallı rayon Məhkəməsi iddia tələbinin qismən təmin olunması barədə xx.xx.2023-cü il tarixli, e-2(050)-2458/2023 nömrəli qətnamə qəbul etmişdir. Qətnaməyə əsasən, haqqında danışılan mənzilə yarı hissədə iddiaçı Cavabdeh2 pay hüquqları tanınmış, İddiaçı adına hazırlanmış çıxarış ləğv edilmiş, həmin çıxarışdan sonra X57 Quliyevin arasında bağlanmış bağışlanma müqaviləsi etibarsız hesab olunmaqla Elvinin adına verilmiş çıxarış da ləğv edilmişdir. Verilmiş iddia tələblərinin digər hissələri təmin olunmamış və hal-hazırda da təmin olunmayan hissələrə görə müvafiq qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Hələ işə Binəqədi rayon məhkəməsində baxılarkən, bəzi sənədlərin əldə edilməsi üçün bir çox vəkil sorğuları verilmişdir ki, həmin sorğulardan da biri mübahisəli mənzilə dair sənədlərin ilkin hüquqların qeydiyyata alınmasından başlayaraq, bütün sənədlərin təsdiq olunmuş kserosurətlərinin əldə edilməsi xahiş edilmişdir. Həmin vəkil müraciətinə verilmiş cavablardan biri də, hazlırki iş üzrə cavabdehlərdən MTK-nın verdiyi 07 sentyabr 2022-ci il tarixli, 55 nömrəli məktub olmuşdur. Məktubda qeyd edilmişdir ki, sənədlərin hal-hazırda arxivə təhvil verilməsi səbəbindən, məhkəmə qaydasında sənədlərin kserosurətlərinin verilməsinin mümkün olması qeyd olunmuşdur. Həmçinin, məktubda iş üçün əhəmiyyət kəsb edən digər xüsusatlar da qeyd olunmuşdur. Belə ki, cavab məktubunda bildirir ki, mənzil ilk olaraq Cavabdeh2 tərəfindən İddiaçılə birgə nikah münasibətlərində olduğu vaxt əldə edildikdən sonra, Cavabdeh2 tərəfindən əri İddiaçı xx.xx.2018-ci il tarixli, ƏN-İ 764054 nömrəli etibarnamə verilmişdir. Həmin etibarnamədən istifadə edən İddiaçı də xx.xx.2020-ci il tarixdə qeyd edilən mənzili öz adına rəsmiləşdirmişdir. Həmçinin, o da vurğulanır ki, 14 aprel 2005-ci il tarixdən 01 iyul 2020-ci il tarxədək haqqında danışılan mənzil başqa şəxslərin adlarına rəsmiləşdirilməmişdir. Bu isə, onu bildirir ki, mənzil ilk vaxtlar əldə edilərkən və sonradan da cavabdeh İddiaçı adına da rəsmiləşdirdiyi vaxtda tərəflərin birgə nikah münasibətlərində olduğu dövrdə olmuşdur. Yəni, hər iki halda mənzilin əldə edilməsi tərəflərin ümumi birgə nikah münasibətlərində olduğu dövrə təsdüf etmişdir. Bununla belə, hazırda Nərimanov Rayon Məhkəməsinə İddiaçı tərəfindən verilmiş iddia ərizəsində bu xüsusatları məhkəmədən gizlətməklə, məhkəməni aldatmaqla iddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, guya mənzil elə 2020-ci il tarixdən alınmışdır. Yuxarıda göstərilənlərdən isə məhkəmənin xəbəri olmamış və İddiaçı qəsdən də məhkəməni aldatmaqla məşğul olmuşdur. Bu da təbiidir, çünki iddia ərizəsində qeyd edir ki, guya mənzilin pulunu başqa şəxslər ödəyib, həmin şəxslərin də Ukrayna Respublikasında yaşamaları səbəbindən onun adına rəsmiləşdiriblər və s. bu kimi digər həqiqəti əks etdirməyən məlumatları iddia ərizəsində göstərməyə çalışmışdır. Bunun da səbəbi odur ki, İddiaçı Masallı rayon Məhkəməsində keçirilən məhkəmə proseslərindən sonra, mübahisəli mənzillə bağlı yeni hal, vəziyyət və ya xüsusat yaratmaq istəyir ki, bunu da gələcəkdə apellyasiya instansiyasında tətbiq edə bilsin. Çünki yaxşı bilir ki, həm mənzil ilk olaraq Cavabdeh2 adına rəsmiləşdirilmişdir, həm də mənzil 2020-ci il tarixdə onun adına rəsmiləşdirilərkən qanaunvericiliyin tələb və göstərişləri pozulmuşdur. Belə ki, İddiaçı öz adına verilmiş etibarnamədən istifadə edərək özünün xeyri üçün istifadə etməklə, mənzili öz adına deyil, başqa şəxsin adına rəsmiləşdirə bilərdi. Deməli, etibar olunmuş şəxs qəsdən, əvvəlcədən öz maraqlarından çıxış edərək özünün qanunsuz (əsassız) varlanmasına şərait yaratmışdır. Bu isə dediyimiz kimi, mülki qanunvericliyin kobud pozuntusu olmaqla, Cavabdeh2 da hüquqlarının pozmuşdur. Odur ki, İddiaçılə digər cavabdeh "xxxx" MTK arasında vaxtı ilə bağlanmış 01 iyul 2020-ci il tarixli müqavilə və həmin müqavilə üzrə verilmiş, 01 iyul 2020-ci il tarixli Maliyyə Arayışı, eləcə də qeyd olunan bu iki sənədin tərtib olunamsının ilk tərəfi kimi İddiaçı imzası ilə təsdiq edilmiş, eyni tarixli ərizə və sonradan da İddiaçı tərəfindən mənzilə dair mülkiyyət hüquqalrının qeydə alınması üçün qeydiyyat orqanına təqdim etdiyi, "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli, 50 nömrəli protokolu da etibarsız hesab olunmalıdır. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı ilkin iddia tələblərini müdafiə edərək, qarşılıqlı iddia tələblərinə etiraz etmiş və izahatında göstərmişdir ki, mübahisəli protokol saxta deyil və həmin protokolu o, şəxsən MTK-nın nümayəndəsi Nümayəndə əldə etmişdir. Tərəfindən mənzilin sahəsindəki əksikliklə əlaqədar məsələ mübahisələndirildikdə, cavabdehlərin nümayəndələri ondan 5.000 manat məbləğində pul vəsaiti tələb etməklə hədələmiş və əks halda bütün əmlaklarını alacaqlarını bildirmişlər. Bundan sonra, MTK-dan əldə etdiyi protokoldan çıxarış əsasında birgə nikahda olmadığı dövrdə mənzilə mülkiyyət hüququ qeydiyyat keçmişdir və çıxarış alınan gün mənzil bacısı oğluna tərəfindən bağışlanılmışdır. Bacısı oğlu E.Abıyevin adına olan çıxarış isə dərhal MTK-na təqdim olunmuşdur. Bundan sonra cavabdehlərin nümayəndələri yenidən məhkəmədə iddia tələbi sürülməyəcəyi təqdirdə ondan pul vəsaiti tələb etmişlər. Bundan əlavə, müqaviləni bağlayan şəxslər, mənzilin ünvanı və dəyəri, müqavilənin tarixi iddia tələbinin dəlillərinin əsasını təşkil edir. Həmçinin, BŞİH-nin 4 sərəncamında da mənzilin ünvanın müqavilədə qeyd olunan şəkildə göstərilməməsi iddianın əsaslılığının göstəricisidir. Cavabdeh tərəfindən təqdim olunan müqavilə, maliyyə arayışı və adından imzalanan ərizə də saxta sənədlərdir. Bundan əlavə, qarşılıqlı iddia tələbinə Masallı Rayon Məhkəməsində qiymət verildiyi halda, yenidən iddia tələbi irəli sürülmüşdür ki, bu da yolverilməzdir. Göstərilənlərə əsasən, məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının vəkili Vəkil4 ilkin iddia tələblərini müdafiə, qarşılıqlı iddia tələblərinə etiraz edərək məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 Amil oğlu izahatında göstərmişdir ki, mübahisəli mənzil xx.xx.2005-ci il tarixdə Cavabdeh2 adına tərəflərin birgə nikahı dövründə əldə olunmuşdur. 2020-ci ildən etibarən Binəqədi Rayon Məhkəməsində tərəflər arasında nikahın pozulması və birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsinə dair məhkəmə mübahisəsi davam edir. Tərəflər arasında belə münaqişələr yarandığı dövrdə iddiaçı Cavabdeh2 ona verdiyi etibarnamədən sui-istifadə edərək xx.xx.2020-ci il tarixdə MTK-ya ərizə ilə müraciət etməklə mübahisəli mənzilin Cavabdeh2 adından öz adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bunun əsasında isə müvafiq olaraq maliyyə arayışı tərtib olunmuş və mübahisəli müqavilə imzalanmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2021-ci il tarixli ümumi əmlakın bölünməsinə dair qətnaməsində isə sözügedən mənzilə dair məsələ mübahisələndirilməmişdir. Çünki, iddiaçının çoxsaylı təhdidləri əsasında Cavabdeh2 sənədlərin bir çox hissəsini gizlətmişdir. Tərəflərin mübahisəli binada 16 və 17 saylı olmaqla 2 mənzili mövcuddur və hazırda 16 saylı mənzilə dair mübahisəyə Bakı Şəhəri Xətai Rayon Məhkəməsində də baxılmaqdadır. 2022-ci ilin avqust ayında tərəfindən göndərilən sorğulara cavablar əsasında məlum olmuşdur ki, Cavabdeh2 xx.xx.2005-ci il tarixli müqavilə əsasında cavabdeh MTK-dən 17 saylı mənzili əldə etmiş və sonradan etibarnamə əsasında ilkin iddiaçı mənzili öz adına rəsmiləşdirmişdir. Bu fakt məlum olduqdan dərhal sonra tərəfindən MTT ilə bağlı ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və ərizənin təmin edilməsinə dair qərardad çıxarılmışdır və o da həmin qərardadı şəxsən xəbərdar olması üçün MTK-na təqdim etmişdir. Bundan sonra sentyabr ayında iddia ərizəsi ilə tərəfindən Binəqədi Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin ilk hazırlıq iclası keçirilənədək Cavabdeh2 ona mənzilin artıq başqa şəxsə satıldığını bildirmişdir. Bu halın aydınlaşdırılması məqsədilə tərəfindən DƏDRX-nə verilmiş sorğuya noyabr ayında ünvanlanmış cavaba əsasən, İddiaçı mənzilə dair mülkiyyət hüququnun təsdiqləndiyini və dərhal mənzili müqavilə əsasında bacısı oğluna bağışladığını müəyyən etmişdir. İddiaçı mülkiyyət hüququnun təsdiqlənməsinə əsas olan protokolun mövcudluğuna dair MTK-ya verdiyi sorğuya cavabda 50 nömrəli protokolun başqa şəxsin adına olduğu və ümumiyyətlə belə bir protokolun MTK tərəfindən verilmədiyi bildirilmişdir. Sonradan mülki iş aidiyyət qaydalarına müvafiq olaraq, Masallı Rayon Məhkəməsinə göndərildikdə, məhkəmə sorğusu əsasında xx.xx.2023-cü il tarixdə mübahisəli mənzilə dair sənədlər alınmışdır. Həmçinin, 2023-cü ilin iyun ayında iddiaçı cavabdeh qismində yalnız MTK-nı cəlb etməklə mənzilin artıq sahəsi ilə bağlı iddia tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan başqa, mübahisəli mənzilə münasibətdə hüquq 2020-ci ildə deyil, 2005-ci ildə yaranmışdır. Halbuki, Masallı Rayon Məhkəməsinin qətnaməsində bu hüququn 2020-ci ilə münasibətdə yarandığı müəyyən edilmişdir. Belə olan halda, iddiaçı əsassız olaraq iddia edir ki, mənzili 2020-ci ildə bacısının pul vəsaiti hesabına əldə etmişdir və birgə təsərrüfata aid əmlak deyil. Hətta, Masallı Rayon Məhkəməsində şahid qismində ifadə verən bacısının həyat yoldaşı mənzilin ümumiyyətlə hansı mərtəbədə yerləşməsi və digər məsələlər barədə ümumiyyətlə məlumat verə bilməmişdir. Bu səbəbdən mənzilə hüququn 2005-ci ildə yaranmasının təsdiqlənməsi zəruridir. Bundan əlavə, 2024-cü ilin aprel ayında məhkəmə iclası zamanı cinayət əməlləri törətdiyinə görə həm şifahi, həm də yazılı qaydada əsassız və yalan məlumatlar bildirdiyinə görə, iddiaçı barəsində xüsusi qərardad qəbul edilməsini xahiş edir. İlkin və qarşılıqlı iddia ərizələri üzrə cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında ilkin iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etmiş, qarşılıqlı iddianın isə təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. İlkin və qarşılıqlı iddia ərizələri üzrə cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında göstərmişdir ki, mübahisəli 17 saylı mənzil birgə nikah dövründə, yəni xx.xx.2005-ci ildə alınmış və 2013-cü ildə mənzilin ümumi dəyəri tam ödənilmişdir. 2020-ci ildə isə ilkin iddiaçı Cavabdeh2 tərəfindən ona verilən etibarnamə əsasında mənzili öz adına rəsmiləşdirmişdir. Əmlakın üzərinə həbs qoyulması barədə qərardad mövcud ola-ola tərəfindən iddiaçıya hər hansı protokol təqdim edilməsi isə ağlabatan deyil. Göstərdiklərinə əsasən, ilkin iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etmiş, qarşılıqlı iddianın isə təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ilkin iddia tələbi rədd, qarşılıqlı iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh1 MTK ilə X21 arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin surətindən görünür ki, MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi 18 ünvanında tikilməkdə olan binasında 9 nömrəli mənzili payçı Vaqif Quliyevə verməyi, sonuncu isə mənzilin pay dəyəri olan 65.304 ABŞ dolları pul vəsaitini ödəməyi öhdəsinə götürür. Cavabdeh1 MTK-nın sədri Talıblı V.Ə. qeyd edilmişdir. - Cavabdeh1 MTK ilə X21 arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin surətindən görünür ki, MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi 18 ünvanında tikilməkdə olan binasında 10 nömrəli mənzili payçı Vaqif Quliyevə verməyi, sonuncu isə mənzilin pay dəyəri olan 65.304 ABŞ dolları pul vəsaitini ödəməyi öhdəsinə götürür. Cavabdeh1 MTK-nın sədri Talıblı V.Ə. qeyd edilmişdir. - Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin surətindən görünür ki, MTK tərəfindən ünvan 11 ünvanında tikilməkdə olan binasında 17 nömrəli mənzili payçı Cavabdeh2 verməyi, sonuncu isə mənzilin pay dəyəri olan 60.904 ABŞ dolları pul vəsaitini ödəməyi öhdəsinə götürür. Cavabdeh1 MTK-nın sədri X38 qeyd edilmişdir. - Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 11 ünvanında yerləşən kooperativ yaşayış binası Cavabdeh1 MTK-na məxsusdur. Bu binanın A giriş, İV mərtəbəsində, ümumi sahəsi 159,63 kv.metr olan 3 otaqlı, 17 saylı mənzilin ümumi pay dəyəri olan 60.904 ABŞ dolları aralarında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilə üzrə Cavabdeh2 tərəfindən tam ödənilmişdir və hal-hazırda onun Cavabdeh1 MTK-na borcu yoxdur. - Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, MTK tərəfindən ünvan 11 ünvanında olan binasında 17 nömrəli mənzili payçı İddiaçı verməyi, sonuncu isə mənzilin pay dəyəri olan 103.365 manat pul vəsaitini ödəməyi öhdəsinə götürür. Cavabdeh1 MTK-nın sədri Məmmədov Ə.X. qeyd edilmişdir. - Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 11 ünvanında yerləşən kooperativ yaşayış binası Cavabdeh1 MTK-na məxsusdur. Bu binanın A giriş, V mərtəbəsində, ümumi sahəsi 159,63 kv.metr olan 3 otaqlı, 17 saylı mənzilin ümumi pay dəyəri olan 103.365 manat aralarında payçı İddiaçı tərəfindən tam ödənilmişdir və hal-hazırda onun Cavabdeh1 MTK-na borcu yoxdur. - Cavabdeh1 MTK-nın sədri Məmmədov Ə.X.-na Cavabdeh2 xx.xx.2018-ci il tarixli etibarnamə üzrə nümayəndəsi İddiaçı tərəfindən ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, o, həyat yoldaşı Cavabdeh2 xx.xx.2018-ci il tarixdə ona verdiyi etibaramə əsasında hərəkət edərkən yoldaşına məxsus olan Nərimanov rayonu, 1952-ci məhəllə, Ə.Orucəliyev 11A ünvanında yaşayış binasında A bloku, İV mərtəbə, 159,63 kv.metr, 3 otaqlı, 17 saylı mənzilə 103.365 manat məbləğində ödədiyi bütövlükdə İddiaçı adına keçirərək, Cavabdeh2 könüllü olaraq pay üzvlüyündən azad edilməsini xahiş etmişdir. Bununla əlaqədar gələcəkdə MTK rəhbərliyinə və yeni qəbul olunmuş payçıya heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh1 MTK-nın (VÖEN **********) sədri xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək X13 olmuşdur. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 323 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamının surətindən görünür ki, sərəncamın 46-cı bəndinə əsasən, Nərimanov rayonu, Orucəliyev küçəsi, 1952-ci məhəllədə özəlləşdirilmiş qeyri-yaşayış obyektinin yerləşdiyi özəl 304,6 kv.metr əraziyə bitişik 2695,4 torpaq sahəsi icarə əsasında Cavabdeh1 MTK-nın istifadəsinə verilərək, 3000 kv.metr torpaq sahəsində yaşayış binasının layihələşdirilməsi və tikintisinə icazə verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 331 nömrəli xx.xx.2005-ci il tarixli sərəncamının surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 323 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamının 46-cı bəndi ləğv edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 63 nömrəli xx.xx.2007-ci il tarixli sərəncamının surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 323 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamının 46-cı bəndi bərpa edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı şəhər Dövlət Memarlıq-Tikinti Nəzarət Müfəttişliyi tərəfindən 2007-ci ildə verilmiş tikinti işlərini aparmaq üçün 3663 nömrəli icazənin surətindən görünür ki, Cavabdeh1 MTK-na Bakı şəhəri, Nərimanov rayonu, 1952-ci məhəllə, Ə.Orucəliyev 11A ünvanında yaşayış binasının tikintisinə icazə verilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-602/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Quliyeva (Cəfərova) Elmira Cəbrayıl qızı ilə cavabdeh İddiaçı arasında bağlanmış və Bakı şəhəri Qaradağ rayonu VVADQ şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2002-ci il tarixdə 05 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulandan sonra tərəflərin birgə nikahından olmuş xx.xx.2012-ci il təvəllüdlü X31 iddiaçı Cavabdeh2 yanında qalması, Lalənin yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı Cavabdeh2 xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması və s. qət edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 14 ünvanlanan xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 15 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. - Cavabdeh1 MTK-nın 54 nömrəli xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, ünvan 16 ünvanında inşa edilən binanın blok A, mərtəbə 4, 3 otaqlı, 17 saylı mənzilinin xx.xx.2005-ci il tarixində dəyəri ödənilməklə Cavabdeh2 satılmışdır. Cavabdeh2 ƏN-İ 764054 saylı xx.xx.2018-ci il tarixində baş etibarnaməni İddiaçı vermişdir. İddiaçı həmin etibarnamə əsasında xx.xx.2020-ci il tarixində 17 saylı mənzili öz adına rəsmiləşdirmişdir. Hal-hazırda Cavabdeh2 adına heç bir mənzil yoxdur. - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 14 ünvanlanan xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 17 saylı mənzil Cavabdeh1 MTK tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına, Cavabdeh1 MTK-nın üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli 50 nömrəli protokolundan çıxarışa əsasən xx.xx.2022-ci il tarixdə ilkin olaraq İddiaçı adına qeydiyyatdan keçmişdir. 7 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixdə 4Ə-423 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X17 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Cavabdeh1 MTK-nın 56 nömrəli xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı MTK-ya müraciət edərək, mənzilə dair hüquqi sənədlərin alınması barədə ümumi yığıncağın protokolundan çıxarış istəsə də, ona bu barədə hər hansı bir protokol və ya protokoldan çıxarış verilməmişdir. DƏDKR publik hüquqi şəxsin 1 saylı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilən xx.xx.2022-ci il tarixli 50 saylı protokoldan çıxarış Cavabdeh1 MTK tərəfindən hazırlanmamış və ümumiyyətlə 2022-ci il tarixə MTK-nın 50 nömrəli protokolu olmamışdır. - xx.xx.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 tərəfindən harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq imza etmək hüququ ilə onun bütün əmlakını idarə etmək, üzərində sərəncam vermək kimi və s. hüquqları İddiaçı 50 il müddətinə etibar edən etibarnamə vermişdir. - Masallı Rayon Məhkəməsinin e-2(050)-2458/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 1952-ci məhəllə, mənzil 17, Yeni qaydalarla AZ 1033, ünvan 17 ünvanında yerləşən mənzilə dair cavabdehlər İddiaçı ilə X29 arasında 7 saylı Bakı “Asan xidmət” mərkəzində yerləşən notariat İddiaçı ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-423 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 1952-ci məhəllə, mənzil 17, Yeni qaydalarla AZ 1033, ünvan 17 ünvanında yerləşən mənzilə dair mübahisələndirilən bağışlanma müqaviləsi əsasında X17 mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv edilməsi, iddiaçı Cavabdeh2 ilə cavabdeh İddiaçı birgə nikah dövründə əldə etdikləri hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 1952-ci məhəllə, mənzil 17, Yeni qaydalarla AZ 1033, ünvan 17 ünvanında yerləşən mənzilə iddiaçı Cavabdeh2 ½ hissədə, cavabdeh İddiaçı ½ hissədə paylarının müəyyən edilməsi və s. qət edilmişdir. Həmin qətnamədən görünür ki, 01 mart 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda qeyd edilir ki, təqdim olunmuş İddiaçı payçı qəbul edilməsinə dair 50 nömrəli xx.xx.2022-ci il tarixli MTK-nın ümumi yığıncağının protokolundan çıxarışdan və əldə olunmuş sübutlardan görünür ki, çıxarışda yalan məlumat yoxdur. Çıxarış rəsmi şəxs tərəfindən tərtib edilmiş və imzası, möhürü ilə təsdiq olunmuşdur. Çıxarışın mətninə heç bir yalan məlumat əlavə edilməmiş, düzəlişlər olunmamışdır. Bununla belə çıxarış qeydiyyata alınmadığından tarix, nömrə düzgün deyil və imza etmək səlahiyyəti olan şəxslərin imzaları saxtalaşdırılmışdır.Sənədin mətni həqiqətə uyğun olduğundan və səlahiyyətli şəxs tərəfindən təsdiq edildiyindən digər rekvizitlərin əldə olunması sənədin mahiyyətini dəyişmədiyindən sənədlərin saxtalaşdırılması və saxta hazırlanması kimi hesab oluna bilməz. Bu səbəbdən həmin fakt üzrə də cinayət işinin bağlanması rədd edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli, **********86 nömrəli məktuba istinadən “İ.N.V" MTK tərəfindən təqdim edilmiş, xx.xx.2020ci il tarixli maliyyə arayışının və "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli, 50 nömrəli protokolundan olan çıxarışın etibarsız hesab olunması barədə iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir və məhkəmə hesab edir ki, iddia tələbinin “İ.N.V" MTK tərəfindən təqdim edilmiş, xx.xx.2020-ci il tarixli maliyyə arayışının və "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli, 50 nömrəli protokolundan çıxarışın etibarsız hesab edilməsi hissədə əsassız olduğu və qanuni əsaslar müəyyən olunmadığından təmin edilməməlidir. 01 mart 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı əmlakının hədəqorxu ilə tələb edilməsinə ondan rüşvət tələb olunmasına dair ərizəsi əsasında aparılmış araşdırma zamanı Nümayəndə, Vəkil1, X44, X32 və X11 əməllərində Azərbaycan Respublikası CM-nin 182.1, 320.1-ci maddələrinin tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilməsi, İ.N.V MTK-nın protokollardan çıxarış kitabı qaytarılması, qərarın surəti ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna və şikayətçi İddiaçı göndərilməsi qərara alınmışdır. 01 mart 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda qeyd edilir ki, təqdim olunmuş İddiaçı payçı qəbul edilməsinə dair 50 nömrəli xx.xx.2022-ci il tarixli MTK-nın ümumi yığıncağının protokolundan çıxarışdan və əldə olunmuş sübutlardan görünür ki, çıxarışda yalan məlumat yoxdur. Çıxarış rəsmi şəxs tərəfindən tərtib edilmiş və imzası, möhürü ilə təsdiq olunmuşdur. Çıxarışın mətninə heç bir yalan məlumat əlavə edilməmiş, düzəlişlər olunmamışdır. Bununla belə çıxarış qeydiyyata alınmadığından tarix, nömrə düzgün deyil və imza etmək səlahiyyəti olan şəxslərin imzaları saxtalaşdırılmışdır. Sənədin mətni həqiqətə uyğun olduğundan və səlahiyyətli şəxs tərəfindən təsdiq edildiyindən digər rekvizitlərin əldə olunması sənədin mahiyyətini dəyişmədiyindən sənədlərin saxtalaşdırılması və saxta hazırlanması kimi hesab oluna bilməz. Bu səbəbdən həmin fakt üzrə də cinayət işinin bağlanması rədd edilmişdir. Bu baxımdan xx.xx.2022-ci il tarixli, **********86 nömrəli məktuba istinadən, “İ.N.V" MTK tərəfindən təqdim edilmiş, xx.xx.2020-ci il tarixli maliyyə arayışının və "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli, 50 nömrəli protokolundan olan çıxarışın etibarsız hesab olunması barədə iddianın təmin edilməsi üçün əsas müəyyən edilməmişdir. - Cavabdeh1 MTK-nın 65 nömrəli xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh1 MTK ilk olaraq xx.xx.2003-cü il tarixdə rəsmi qaydada dövlət qeydiyyatına alınmış və bu zaman onun fəaliyyəti olmadığından, qanuni təmsilçisi təyin edilməmişdir. Cavabdeh1 MTK-nın qanuni təmsilçisi X13 ümumi yığıncağın xx.xx.2004-cü il tarixli qərarı əsasında təyin edilmişdir. X6 fəaliyyət müddəti xx.xx.2005-ci il tarixədək olmuşdur. Həmin tarixdə ümumi yığıncağın qərarı ilə X38 MTK-nın sədri təyin edilmişdir. X24 fəaliyyət müddəti xx.xx.2007-ci il tarixədək olmuş, həmin tarixdə ümumi yığıncağın qərarı ilə X26 təyin edilmişdir. X26 fəaliyyət müddəti 2013-cü ildə bitmiş, bu tarixdə isə növbəti sədr X37 təyin edilmişdir. X37 fəaliyyət müddəti 2015-ci il tarixədək olmuş, bu tarixdən növbəti sədr yenidən X26 təyin edilmişdir. X14 fəaliyyət müddəti 2016-cı il tarixədək olmuş, bu tarixdə isə yeni sədr X22 təyin edilmişdir. X11 fəaliyyəti 2018-ci il tarixədək olmuş, bu tarixdə isə MTK-nın yeni və hazırkı sədri X44 təyin edilmişdir. - Cavabdeh1 MTK-nın 66 nömrəli xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, X24 Kooperativin sədri vəzifəsinə təyin olunması barədə qərar, təsis payının xx.xx.2005-ci il tarixdə digər şəxslərə satılması barədə notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi qeydiyyat orqanına xx.xx.2006-cı il tarixdə verildiyindən, X6 MTK-nın bu tarixədək sədri olması qeyd olunmuşdur. Kooperativin üzvü olmayan şəxs sədr ola bilməz. X13 isə öz payənə digər şəxsə alqı-satqı yolu ilə rəsmiləşdirdikdən sonra onun Kooperativin sədri olması qanunverciliyə ziddir. - Cavabdeh1 MTK-nın 59 nömrəli xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, həm Cavabdeh2, həm də İddiaçı ilə bağlanmış müqavilələrdə nəzərdə tutulan və Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, 1952-ci məhəllə ünvanında inşa edilmiş yaşayış binasında yerləşən 17 saylı mənzil binada olan qeyri-yaşayış sahələri nəzərə alınmaqla beşinci mərtəbədə, həmin qeyri-yaşayış sahələri nəzərə alınmadıqda isə dördüncü mərtəbədə yerləşməsi müəyyən olunur. Bu isə onu bildirir ki, mənzil eynidir və sadəcə olaraq, vaxtı ilə müqavilələr rəsmiləşdirilərkən qeyri-yaşayış sahələrinin nəzərə alınıb-alınmamasına görə onun yerləşmə mərtəbəsi xəyali (yəni say hesbaı ilə) olaraq dəyişir. Bu səbəbdən 17 saylı mənzil əvvəl Cavabdeh2 məxsus olmuş, sonradan da İddiaçı adına rəsmiləşdirilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 17 saylı mənzil İddiaçı adına qeydiyyatdan keçmişdir. 7 saylı Bakı “Asan xidmət” mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 4Ə-423 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən X17 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məktuba Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 17 saylı mənzilə dair İddiaçı adına verilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, həmin tarixdə İddiaçı ilə X29 arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 17 saylı mənzilin sonuncuya bağışlanmasına dair müqavilənin və X17 adına verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın surətləri əlavə edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 MTK-nın sədri ümumi yığıncağın xx.xx.2005-ci il tarixli qərarına əsasən kooperativin sədri X3. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X14 2005-2013cü illər ərzində dövlət sərhəddindən hərəkəti barədə məlumatlarda müəyyən edilir ki, o, xx.xx.2017-ci il tarixdə dövlət sərhəddindən çıxmış xx.xx.2017-ci ildə geri qayıtmış, yenidən xx.xx.2019-cu il tarixdə sərhəddən çıxmış və xx.xx.2019-cu il tarixdə geri qayıtmışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı işin həqiqi halları ilə müəyyən edilmişdir ki, tərəflər Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2002-ci il tarixdə nikah bağlanmış və onların birgə nikahdan üç övladı dünyaya gəlmişdir. Tərəflər arasındakı nikah münasibətləri xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsinə əsasən pozulmuş, birgə nikahdan anadan olmuş və yetkinlik yaşına çatmayan X46 anası Cavabdeh2 yanında saxlanmaqla, onun saxlanması üçün İddiaçı alimentin tutulması müəyyən edilmişdir. Həm ilk iddianın, həm də qarşılıqlı iddianın mübahisə predmeti ünvan 5də yerləşən və Cavabdeh1 MTK tərəfindən tikilərək istifadəyə verilmiş binada olan 17 saylı mənzildir. Həmin mənzilə dair MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2005-ci il tarixli və MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli iki müqavilə mövcuddur. Hər iki tərəf digər tərəfin adına olan müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə ilk növbədə ilk iddiaçının “Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilə və xx.xx.2013-cü il tarixli borcun olmamasına dair ona verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi”nə dair iddia tələblərinə hüquqi qiymət verərək, hesab edir ki, ilk iddia göstərilən hissələrdə aşağıdakılara görə əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Göründüyü kimi, qanunverici Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmaqla bağlanmış əqdləri etibarsız hesab edir. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İlk iddiaçı isə sözügedən MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin etibarsızlığını bir neçə halla əsaslandırır. Belə ki, ilk iddiaçı bildirir ki, qeyd edilən müqavilə sonradan geri tarixlə bağlanmış müqavilədir. Müqavilənin əsli keçən uzun müddət ərzində köhnəlməmiş və saralmamışdır. Məhkəmə həmin hala qiymət verərək, hesab edir ki, göstərilən əsas əqdin etibarsızlığına dəlalət edə bilməz. İkinci bir tərəfdən ilk iddiaçı bildirir ki, cavabdehlər arasında olan müqavilə bağlanan zaman, yəni xx.xx.2005-ci ildə mübahisəli mənzilin yerləşdiyi binanın tikintisinə icra hakimiyyəti tərəfindən icazə verilməmişdir. Halbuki, özü də eyni gündə MTK ilə qardaşı X21 arasında digər mənzillərə dair bağlanmış müqavilələr təqdim edir. Həmin müqavilələri təqdim etməkdə məqsədi ondan ibarətdir ki, qardaşı ilə MTK arasında bağlanmış müqavilələrlə cavabdehlər arasında bağlanmış müqavilələr eyni gündə bağlansa da, həmin müqavilələrdə MTK-nın sədri olaraq başqa şəxslər göstərilmişdir. Belə ki, qardaşına məxsus müqavilələrdə MTK-nın sədri X15, Cavabdeh2 ilə olan müqavilədə isə MTK-nın sədri X47 olaraq qeyd edilmişdir. Məhkəmə göstərilən halın müəyyənləşdirilməsi üçün xx.xx.2005-ci il tarixdə MTK-nın sədrinin kim olması barədə müvafiq olaraq verdiyi sorğuya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş cavabda qeyd edilmişdir ki, MTKnın ümumi yığıncağının xx.xx.2005-ci il tarixli qərarına əsasən kooperativin sədri X3. Bu baxımdan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsinin X9 Reyestrindən çıxarış məlumatlarına əsasən, ümumi yığıncağın xx.xx.2005-ci il tarixli qərarı və xx.xx.2006-cı il tarixli protokolu ilə ilk iddia üzrə mübahisələndirilən müqavilə bağlanan zaman MTK-nın qanuni təmsilçisi X38 olmuşdur. Göstərilənlər ilk iddiaçının həm müqavilənin bağlandığı zaman binanın tikintisinə icazə verilməməsi barədə, həm də MTK-nın sədrinin X38 olmaması barədə əsaslarını inkar edir. Digər tərəfdən, ilk iddiaçı bildirir ki, Cavabdeh2 məxsus müqavilədə mənzilin mərtəbəsi 4, ona məxsus xx.xx.2020-ci il tarixli müqavilədə isə 5 olaraq göstərilmişdir. Məhkəmə araşdırılması zamanı, Cavabdeh1 MTK tərəfindən verilmiş 59 nömrəli xx.xx.2023-cü il tarixli məktubda göstərilən hala aydınlıq gətirilərək, qeyd edilmişdir ki, həm Cavabdeh2, həm də İddiaçı ilə bağlanmış müqavilələrdə nəzərdə tutulan və Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, 1952-ci məhəllə ünvanında inşa edilmiş yaşayış binasında yerləşən 17 saylı mənzil binada olan qeyri-yaşayış sahələri nəzərə alınmaqla beşinci mərtəbədə, həmin qeyri-yaşayış sahələri nəzərə alınmadıqda isə dördüncü mərtəbədə yerləşməsi müəyyən olunur. Bu isə onu göstərir ki, ilk iddiaçının bu hissədə dəlilinə münasibətdə cavabdehin etirazının dəlili məntiqli və əsaslıdır. İlk iddiaçının dəlillərindən biri isə ondan ibarətdir ki, o, qardaşı ilə bağlanmış müqavilələrdə binanın yerləşdiyi ünvanın ünvan 20rasında bağlanmış müqavilədə isə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, 1952-ci məhəllə olaraq göstərilmişdir. İlk iddiaçı xx.xx.2005-ci il müqaviləsinin saxta, yəni geri tarixə sonradan bağlanmış müqavilə olmasını bildirərkən onu da vurğulayır ki, həmin müqavilə bağlanan zaman bina hələ tikilib başa çatmadığı, habelə layihəsi olmadığı halda, necə olur ki, müqavilədə ünvan 1952-ci məhəllə, Ə.Orucəliyev küçəsi 11A kimi dəqiqliklə göstərilir ?! İlk iddiaçının ünvanla bağlı göstərdiyi əsaslarına isə məhkəmə qiymət verərək, hesab edir ki, mənzilin yerləşdiyi binanın ünvanı Bakı şəhər İcra Hakimiyyəti Başçısının 323 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamında da Nərimanov rayonu, Orucəliyev küçəsi, 1952-ci məhəllə olaraq qeyd edilmişdir. Yəni iddiaçının göstərilən dəlili də öz təsdiqini tapmır, ümumiyyətlə isə məhkəmə qeyd edir ki, müqavilələrdə ünvanların fərqli göstərilməsi tərəflər arasında bağlanmış müqavilənin etibarsızlığı üçün əsas deyildir. Bundan başqa ilk iddiaçının bildirdiyi cavabdeh MTK tərəfindən tikilməkdə olan iki yanaşı binaların hazır olmadığı təqdirdə müqavilədə “11A” qeyd edilməsinin hər hansı şübhəli məqamı mövcud deyil. Belə ki, ilk iddiaçının “qardaşı Vaqif Quliyev ilə həmin tarixdə bağlanmış müqavilədə binanın nömrəsi qeyd edilməmişdir, çünki müqavilələr bağlanan anda binaların nömrələri bəlli deyildi” deməsi işin məhkəmədə araşdırılmış və təsdiqini tapmış faktiki hallarından göründüyü kimi, xx.xx.2020-ci il tarixli müqavilənin geri tarixə rəsmiləşdirilmiş müqavilə olmasını göstərən hal ola bilməz. xx.xx.2013-cü il tarixli maliyyə arayışının isə həmin dövrdə MTK-nın sədri olmuş X26 tərəfindən imzalanmaması və əslində həmin dövrdə Rəşad Abdullayevin Azərbaycan Respublikasında olmaması barədə dəlilləri ilə bağlı məhkəmə Dövlət Sərhəd Xidmətinə verdiyi sorğuya cavabdan müəyyən edilir ki, X26 ümumiyyətli 2005-2013-cü illər ərzində dövlət sərhəddini tərk etməmişdir. Göründüyü kimi, cavabdehlər Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin və sonuncuya MTK tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş borcun olmamasına dair maliyyə arayışının etibarsız hesab edilməsi üçün məhkəmə araşdırılması zamanı hər hansı hal müəyyən edilməmiş, müqavilənin və maliyyə arayışı bağlanan zaman qanunvericiliyin tələblərinin pozulması aşkarlanmamışdır. Odur ki, məhkəmə hesab edir ki, ilk iddia göstərilən hissələrdə əsasız olduğundan, təmin edilməməlidir. İlk və qarşılıqlı iddia tələblərindən müəyyən edilir ki, hər iki tərəf İddiaçı tərəfindən Cavabdeh2 baş etibarnamə əsasında nümayəndəsi qismində çıxış edərək, MTK-ya ünvanladığı xx.xx.2020-ci il tarixli ərizənin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə, əvvala qeyd edilən ərizənin hər iki iddiaçı tərəfindən mübahisələndirildiyini nəzərə alıb, bir neçə diqqətçəkən məqamı qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki hər iki iddiaçının tələbləri bu hissədə forma və məzmun baxımından üst-üstə düşsə də, mahiyyət baxımından hər iki iddiaçının ərizəni mübahisələndirməsi əsası fərqli olmuşdur. Buna görə də ərizəyə hansı əsasla hüquqi qiymət veriləcəksə, iddiaçılardan yalnız birinin (ilk yaxud qarşılıqlı iddiaçının) digər tələblərinin əsaslı olması ilə bağlı nəticəyə gəlmək mümkün olacaqdır. Belə ki, ilk iddiaçı mübahisələndirdiyi ərizəni ona görə qəbul etmir ki, həmin ərizənin varlığı öz-özlüyündə onun tələblərinin qanunsuz və əsassız olması deməkdir. Çünki qeyd olunan ərizənin mətnindən məlum olur ki, mübahisəli mənzil əvvəllər qarşılıqlı iddiaçı Cavabdeh2 adında olmuş, daha sonra ilk iddiaçının ərizəsi əsasında mənzillə bağlı müqavilə onun adına dəyişdirilmişdir. Bu baxımdan ilk iddiaçı həmin ərizənin mətninin onun tərəfindən yazılmadığını və yalnız altında olan “ərizəni oxudum, mənim sözlərimlə düzgün yazılmışdır. Doğruluğunu imzamla təsdiq edirəm” sözlərinin və imzanın onun tərəfindən icra edildiyini bildirir. Həmçinin, həmin sözləri və imzanı isə başqa sənədləşdirmə işləri zamanı boş vərəqə yazaraq MTK-ya verdiyini bildirir. Sonradan isə həmin sənədləşdirmə ona lazım olmadığı üçün ərizənin MTK tərəfindən məhv edildiyini düşünərək, mübahisəli ərizəyə əhəmiyyət vermədiyini, lakin cavabdeh MTK-nın xx.xx.2020-ci il tarixli ərizəni məhv etməyərək sonradan Cavabdeh2 ilə əlbir olub xx.xx.2005-ci il tarixli saxta müqaviləni ərsəyə gətirmək üçün istifadə etdiyini qeyd edir. Məhkəmə bildirir ki, ilk iddiaçının göstərilən dəlili ağlabatan olmamaqla, əsassızdır. Qeyd edilənlərin heç biri işin faktiki hallarına uyğun olmamaqla, mötəbər dəlillərlə təsdiq olunmur. Belə ki, cavabdeh MTK-nın ilk iddiaçı tərəfindən illər öncə icra edilmiş “ərizəni oxudum, mənim sözlərimlə düzgün yazılmışdır. Doğruluğunu imzamla təsdiq edirəm” ifadəsi yazılmış boş vərəqi 2020-ci il tarixdən saxlayıb, ilk iddiaçının zərərinə istifadə etməsi barədə iddianın dəlilləri real və məntiqli görünmür. İlk olaraq ona görə ki, cavabdeh MTK-nın əməkdaşlarının (ilk iddiaçının iddiasına əsasən) bucür hərəkətləri etmələri üçün kifayət qədər tutarlı əsasları olmalıdır. Hansı ki, cavabdeh MTK-nın məhz mübahisəli mənzilin qarşılıqlı iddiaçı Cavabdeh2 adında olması görüntüsünü yaratmaq niyyətlərinin olması mötəbər sübutlarla təsdiqlənməli idi. Digər tərəfdən isə ilk iddiaçının özünün kifayət qədər ehtiyatlı şəxs olması nəzərə alındıqda, onun belə bir "xxxx"ə imza edib, cavabdeh MTK-ya etibar etməsi heç də real görünmür. Ən azı ona görə ki, ilk iddiaçının məhkəməyə təqdim etdiyi bütün sənədlərdə hər səhifədə imza atması, bundan əlavə iş üzrə təqdim edilmiş hər sənədin texniki detallarına qədər diqqət edib, sonradan həmin məsələləri mübahisə etməsi onun bu cür əhəmiyyətli sənədlərdə yüksək səviyyədə ehtiyatla və təmkinlə davrandığını göstərən amillərdir. Ona görə də məhkəmə, onun bu hissədə də dəlillərinə tənqidi yanaşaraq, həmin dəlillərin əsaslı olmaması qənaətinə gəlir. Bununla yanaşı məhkəmə qeyd edir ki, hazırki mövqeyi hər hansı ehtimallara əsaslanmamaqla, işin məhkəmə araşdırması zamanı müəyyən edilmiş faktiki hallarına tam uyğundur. Məhkəmə, qeyd olunanlardan başqa ilk iddiaçının digər (mənzilin müqavilədəki dəyəri, sahəsi və s. ilə bağlı) dəlillərini də əsassız hesab edərək, həmin dəlillərin formal xarakterli mülahizələrdən ibarət olması qənaətinə gəlir. Bundan əlavə məhkəmə qarşılıqlı iddiaçı Cavabdeh2 həmin ərizənin etibarsız hesab edilməsi barədə dəlillərinə hüquqi qiymət verərək, hesab edir ki, qarşılıqlı iddia həmin hissədə aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Ona görə ki, qarşılıqlı iddiaçının Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsızlığını mübahisələndirməsi məhz sözügedən ərizənin mövcudluğundan irəli gəlir. Yuxarıda qeyd olunduğu kimi, qarşılıqlı iddiaçının xx.xx.2020-ci il tarixli ərizəni mübahisələndirməkdə məqsədi ilk iddiaçıdan fərqli olaraq həmin ərizənin İddiaçı tərəfindən icra edilməməsi ilə bağlı deyil, məhz onun tərəfindən, onun iradəsi ilə icra olunaraq, verilmiş etibarnamədən sui-istifadə nəticəsində cavabdeh MTK-ya qanunsuz müraciət etməsi ilə əlaqədardır. Belə ki, qarşılıqlı iddiaçı tərəfindən İddiaçı verilmiş xx.xx.2018-ci il tarixli baş etibarnamə əsasında sonuncu MTK-ya qeyd edilən ərizəni təqdim edərək, xx.xx.2020-ci il tarixli müqavilənin və maliyyə arayışının öz adına verilməsinə nail olmuşdur, yəni xx.xx.2020-ci il tarixli ərizə eyni tarixli müqavilənin ərsəyə gəlməsinə səbəb olmuşdur. Beləliklə də ərizə “nəticə” kimi deyil, “səbəb” kimi çıxış etmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli ərizəyə qətnamənin nəticə hissəsində qiymət verilməsinə qanuni əsas mövcud deyil. Göründüyü kimi, İddiaçı ona Cavabdeh2 tərəfindən etibar edilmiş hüquqlardan öz şəxsi mənafeyi üçün istifadə etmişdir. Belə ki, göstərilən hal təmsilçinin təmsil edilən adından şəxsən özü barəsində əqd bağlaması hesab olunur. Etibarnamə üçüncü şəxsin qarşısında təmsil edilənin maraqlarının təmsil edilməsi üçün verilir. İddiaçı isə həmin etibarnamə əsasında mövcud ərizəni MTK-ya verməklə mübahisəli mənzili öz adına Daşınmaz Əmlakın Dövlət Reyestrində rəsmiləşdirməklə özü barəsində əqd bağlamış və sonradan qohumu Elvin Abıyevin adına bağışlama müqaviləsi əsasında özgəninkiləşdirilməsinə nail olmuşdur. Bununla da, birgə nikah dövründə qarşılıqlı iddiaçının adına əldə edilmiş əmlakı əvəzsiz şəkildə başqa şəxsə vermişdir. Bu isə Cavabdeh2 qanunla qorunan maraqlarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2-ci maddəsinə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmçinin məhkəmə qeyd edir ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli müqavilə bağlanan zaman Mülki Məcəllənin 359.3-cü maddəsinin tələbi pozulmuşdur. Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə bildirir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarlarında ifadə etdiyi hüquqi mövqeyində qeyd etmişdir ki, etibarsızlıq, özlüyündə əqdin etibarlılıq şərtlərinə bağlı bir anlayışdır. Etibarlılıq şərtləri, bir müqavilənin hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun məcburi hüquq qaydalarına zidd olmaması, müvafiq formada bağlanması, iradə ifadələrinin zədələnməmiş olması, müvafiq razılığın olması və s.). Odur ki, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Bu baxımdan etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Əqdin keçərsiz olmasına təsir edən səbəblər müxtəlif mahiyyət və xüsusiyyətə malik olduğu üçün etibarsızlığın aşağıdakı növləri fərqləndirilir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən (müddətin keçməsindən, mübahisələndirmədən, məhkəmə qərarından) asılı olmayaraq bağlandığı andan özüözlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.). Mübahisə edilən əqdlərdə isə əqdin tərəfinin iradəsi zədələnmiş olur. İradənin zədələnməsinə səbəb olan əsaslar Mülki Məcəllənin 339.1-339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuşdur (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s). Bəzi əqdlər vardır ki, onlar bağlanarkən müvafiq razılığın alınmamasına görə etibarsız sayılır, lakin əhəmiyyətsiz əqdlərdən fərqli olaraq sonradan səlahiyyətli şəxsin bəyənməsi nəticəsində əqd etibarlı hala gətirilmiş olur (Mülki Məcəllə, maddə 344, 345, 29.1, 30.1). Yuxarıda qeyd edilən etibarsızlıq halları iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrə görə meydana gəlir. Bu hallarda etibarsızlıq nəticəsini məhkəmənin aktı yaratmır. Mübahisə halında məhkəmə həmin halların baş veribvermədiyini təsbit edərək, nəticəsinə görə iddianı həll edir. Göstərilənlərə əsasən, əhəmiyyətsiz, müvafiq razılığın olmamasına görə etibarsız olan və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər üzrə qaldırılmış iddialara məhkəmələr tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddətlərin tətbiqi yolverilməzdir. O da nəzərə alınmalıdır ki, növündən asılı olmayaraq, əqdin etibarsızlığını iddia edən tərəf bunu sübut etməlidir. Bu hal sübuta yetirilmədikdə (məhkəmə işdəki sübutlar əsasında əqdin etibarsızlığını təsbit etmədikdə) Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulan müddətlərin müzakirə və tətbiq edilməsinə hüquqi əsas yaranmır. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddianın “maliyyə arayışının və ümumi yığıncağın prokolunun etibarsız hesab edilməsi” barədə tələblərinə Masallı Rayon Məhkəməsində daha əvvəl baxılmış və tələblər təmin edilməsə də, həmin vaxt iddiaçı xx.xx.2020-ci il tarixli müqavilədən vaxtında məlumatlı olmadığından, sözügedən müqaviləni məhkəmədə mübahisələndirməmişdir. Hazırda isə məhkəmə hesab edir ki, göstərilən tələblərə mahiyyəti üzrə baxılması yolveriləndir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi ilə daha əvvəl məhkəmədə baxılmış tələblərin əsası fərqlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizədən məlum olur ki, iddiaçı xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsini mübahisələndirərkən, mübahisəli mənzili cavabdeh İddiaçı mübahisələndiirlən maliyyə arayışı və ümumi yığıncağın protokolu əsasında əldə etməsinə istinad edərək, öz iddia tələblərini irəli sürmüşdür. Lakin hazırda isə qeyd olunan maliyyə arayışının və ümumi yığıncağın protokolunun xx.xx.2020-ci il tarixli müqavilə əsasında rəsmiləşdirildiyi, o cümlədən həmin müqavilənin mülki qanunvericiliklə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd yəni əhəmiyyətsiz əqd olması barədə məhkəmənin gəldiyi hüquqi mövqeyi nəzərə aldıqda, qeyd edilən xx.xx.2020-ci il tarixdə verilmiş borcun olmamasına dair maliyyə arayışı və xx.xx.2022-ci il tarixli 50 nömrəli protokoldan çıxarış öz-özlüyündə etibarsızdır. Məhkəmə tərəflərin xüsusi qərardad çıxarılması ilə bağlı ilk iddiaçının tələbinə, qarşılıqlı iddiaçının vəsatətinə hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir. Belə ki, bu tələb dеyil, hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir. İşdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində xüsusi qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz və işin аrаşdırılmаsı zаmаnı tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxarıldığı zаmаn bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi Azərbaycan Respublikası MPM-nin 265-ci maddəsində təsbit еdilmişdir. Hər bir halda məhkəmə, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassız hesab edir və qeyd olunan halların mülki xarakterli mübahisələr olduğunu, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi rədd edildiyindən, ilk iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə, qarşılıqlı iddia isə qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və 1 manat bank xidmət haqqı cavabdehdən tutularaq ona ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 MTK-na qarşı “müqavilənin, maliyyə arayışının və ərizənin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddia ərizəsi təmin edilməsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk İddiaçı aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə və xx.xx.2020-ci il tarixdə Cavabdeh1 MTK tərəfindən İddiaçı verilmiş borcun olmamasına dair maliyyə arayışı etibarsız hesab edilsin. Cavabdeh1 MTK-nın adından tərtib edilmiş xx.xx.2022-ci il tarixli 50 nömrəli protokoldan çıxarış etibarsız hesab edilsin. Qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu və 01 (bir) manat bank xidmət haqqı cavabdeh İddiaçı Cavabdeh2 xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar