Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-869/2025 10.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Ərizəçi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayəçilik” Komissiyası maraqlı şəxs qismində cəlb olunmaqla (açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Ərizəçi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayəçilik” Komissiyası maraqlı şəxs qismində cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2001-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, övladı xx.xx.2001-ci il təvəllüdlü X5 (Q 90) daun sindromu və digər diaqnozlar üzrə 1-ci dərəcəli əlildir və onun daim qulluğa ehtiyacı var. Belə ki, o əmək qabiliyyətsiz olmaqla orqanizminin funksiyalarının 85%-i pozulmuşdur və onun mütəmadi olaraq kənar şəxslərin köməyinə ehtiyacı vardır. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək, qızının öz hərəkətlərinin mənasını anlaya bilmədiyini, öz hərəkətlərini idarə edə bilmədiyini, bu səbəbdən onun qəyyumu kimi təyin olunmaq istədiyini bildirmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan; - AZE seriyalı 17217022 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair çıxarışla müəyyən olunur ki, xx.xx.2001-ci il təvəllüdlü X4 xx.xx.2019-cu il tarixdən müddətsiz birinci dərəcəli əlillik müəyyən olunmuşdur. Ona qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllılıq (kəskin imbesillik dərəcəsində) kobud nitq davranış pozuntuları ilə, daun sindromu, nitq artikulyasiyasının spresifik pozğunluğu diaqnozu qoyulmuşdur. - AZ-İ seriyalı 229200 saylı doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X5 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X3, anası Ərizəçidır. - AZ-İV seriyalı 046398 saylı doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, Ərizəçi xx xxxx 1956-cı il tarixdə anadan olmuşdur, atası X12, anası X6r. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutları, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi nəzərdə tutulan, X1 anasıdır. X5 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ona “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllılıq (kəskin imbesillik dərəcəsində) kobud nitq davranış pozuntuları ilə, daun sindromu, nitq artikulyasiyasının spresifik pozğunluğu diaqnozu ilə müddətsiz İ qrup əlillik təyin edilmişdir. Məhkəmə araşdırması zamanı xx.xx.2001-ci il təvəllüdlü X1 psixi vəziyyətinin öyrənilməsi məqsədilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 322 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs X2 “X8 X14 Əqli Gerilik (İmbesillik Dərəcəsində) X10” (F72.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (daun sindromu ilə doğulması, erkən yaşlanndan psixofiziki inkişafda xeyli gen qalması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının arayışına əsasən “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır kəmağıllıq (kəskin imbesillik dərəcəsində) kobud nitq və davranış pozuntuları ilə. Daun sindromu. Nitq artikulyasiyasının spesifik pozğunluğu” diaqnozu ilə birinci dərəcəli əlil hesab olunması və s.), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən passiv olması, ünsiyyətə çətinliklə daxil olması, verilən suallann əksəriyyətini anlamaması, anlaşılmaz sözlər deməsi, anamnestik məlumatlan açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. Yoxlanılan şəxs X2 X8 yaranan ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) davranış pozuntuları ilə müəyyən edilir. Yoxlanılan şəxs X5 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. N.B.Əhmədovanı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən, fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər; Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə müvafiq olaraq, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 322 nömrəli rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, xx.xx.2001-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X1 psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2001-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X5 (AZE 17217022; FİN: 8CGZ9CL) tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. V. Nəticə: Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2001-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X5 (AZE 17217022; FİN: 8CGZ9CL) tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-869/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-869/2025
10.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver