Məhkəmə qərarları › İş №2(005)-875/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-875/2021

29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-875/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı, Cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Xammal və X6 Mərkəzi Cavabdehnə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1nə və Maraqlı şəxs2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “hərracın nəticələri haqqında yekun protokolun və müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Xammal və X6 Mərkəzi Cavabdehnə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1nə və Maraqlı şəxs2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “hərracın nəticələri haqqında yekun protokolun və müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Xammal və X6 Mərkəzi Cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsi, döngə 1 ünvanında olan 0,05 ha torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması barədə xx xxxxxxxx 2020-ci il tarixli, 33/01 nömrəli hərracın yekunları barədə protokolun və eyni tarixli nərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı oglu iddia ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs2 Açıq Səhmdar Cəmiyyəti ona qarşı “pulun yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx xxxxxxxx 2018-ci il tarixli, 2(034)-34/2018 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, ondan xx xxxx 2016-cı il tarixli, XFBK-0017 DEV nömrəli kredit müqaviləsi üzrə 63.876,69 (altmış üç min səkkiz yüz yetmiş altı dollar altmış doqquz sent) ABŞ dolları məbləğində əsas borc, 11.175,17 (on bir min bir yüz yetmiş beş dollar on yeddi sent) ABŞ dolları məbləğində faiz borcu və 500 (beş yüz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 75.551,86 (yetmiş beş min beş yüz əlli bir dollar səksən altı sent) ABŞ dolları məbləğində pul vəsaiti qətnamə icra edilən vaxt Azərbaycan manatının məzənnəsinə uyğun olaraq, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 60 (altmış) manat məbləğində və xx xxxx 2016-cı il tarixli, XFBK-0005_RES nömrəli Baş kredit müqaviləsi üzrə əsas borca görə 25.159,42 (iyirmi beş min bir yüz əlli doqquz manat qırx iki qəpik) manat, faiz borcuna görə 2.735,06 (iki min yeddi yüz otuz beş manat altı qəpik) manat və dəbbə borcuna görə 700 (yeddi yüz) manat olmaqla, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun, cəmi 61 (altmış bir) manat məbləğində, cəmi 28.655,48 (iyirmi səkkiz min altı yüz əlli beş manat qırx səkkiz qəpik) manat tutularaq iddiaçı Maraqlı şəxs2 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 9 (doqquz) manatının iddiaçıya aid edilməsi, tutmanın ipotekaya qoyulmuş mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsi, döngə 1 ünvanında olan 0,05 ha torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsi, döngə 1 ünvanında olan 0,05 ha torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 180.000 (bir yüz səksən min) manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin ona qaytarılması, Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsi, döngə 1 ünvanında olan 0,05 ha torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satıldıqdan 1 (bir) ay sonra onun həmin mənzilə istifadə hüququmun itirilməsi, onun həmin mənzildən çıxarılmağı və mənzilin boşaldılması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra üçün Maraqlı şəxs1nə göndərilmiş, şöbənin xx xxxxxx 2020ci il tarixli, 17/75037H nömrəli sifarişinə əsasən hərracın keçirilməsi Azərbaycan Xammal və X6 Mərkəzi Cavabdehnə həvalə edilmişdir. Maraqlı şəxs1 xx xxxxxx 2020-ci il tarixli, 17/75037H nömrəli sifarişinə əsasən Azərbaycan Xammal və X6 Mərkəzi Cavabdeh tərəfindən müxtəlif zamanlarda ona məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsi, döngə 1 ünvanında olan 0,05 ha torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evin açıq hərracdan satılması üçün addımlar atmışdır. Lakin sözügedən hərracların hamısında onun iştirakı təmin edilməmiş, nəticədə onun “İpoteka haqqında” Qanunla nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, hərracın keçirilməsinə dair 01 nömrəli bildiriş rəsmi şəkildə ona təqdim edildikdən sonra ilkin hərracın xx xxxx 2020-ci il tarixdə həyata keçiriləcəyini bilmişdir. Həmin hərrac baş tutmadığından təkrar hərrac xx xxxx 2020-ci il tarixinə təyin edilmişdir. Sözügedən tarixdə hərracda iştirak etmək məqsədilə getsə də, “Covid-19” virusunun yayılması səbəbindən hərrac qeyri-müəyyən müddətə təxirə salınmış və ona bildirilmişdir ki, hərracın keçirilmə tarixi barədə rəsmi şəkildə məlumatlandırılacaqdır. Lakin hazırda ona məlum olmuşdur ki, sonradan müxtəlif tarixlərdə hərraclar keçirilmiş, lakin o həmin hərracların keçirilməsi barədə məlumatlandırılmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Xammal və X6 Mərkəzi Cavabdehnə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1nə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Xammal və X6 Mərkəzi Cavabdeh və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Zəngilan Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(034)-34/2018 nömrəli icra vərəqəsinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, borclu İddiaçı xx xxxx 2016-cı il tarixli, XFBK-0017 DEV nömrəli kredit müqaviləsi üzrə 63.876,69 (altmış üç min səkkiz yüz yetmiş altı dollar altmış doqquz sent) ABŞ dolları məbləğində əsas borc, 11.175,17 (on bir min bir yüz yetmiş beş dollar on yeddi sent) ABŞ dolları məbləğində faiz borcu və 500 (beş yüz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 75.551,86 (yetmiş beş min beş yüz əlli bir dollar səksən altı sent) ABŞ dolları məbləğində pul vəsaiti qətnamə icra edilən vaxt Azərbaycan manatının məzənnəsinə uyğun olaraq, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 60 (altmış) manat məbləğində və xx xxxx 2016-cı il tarixli, XFBK-0005_RES nömrəli Baş kredit müqaviləsi üzrə əsas borca görə 25.159,42 (iyirmi beş min bir yüz əlli doqquz manat qırx iki qəpik) manat, faiz borcuna görə 2.735,06 (iki min yeddi yüz otuz beş manat altı qəpik) manat və dəbbə borcuna görə 700 (yeddi yüz) manat olmaqla, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun, cəmi 61 (altmış bir) manat məbləğində, cəmi 28.655,48 (iyirmi səkkiz min altı yüz əlli beş manat qırx səkkiz qəpik) manat tutularaq iddiaçı Maraqlı şəxs2 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 9 (doqquz) manatının iddiaçıya aid edilməsi, tutmanın ipotekaya qoyulmuş mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsi, döngə 1 ünvanında olan 0,05 ha torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsi, döngə 1 ünvanında olan 0,05 ha torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 180.000 (bir yüz səksən min) manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin ona qaytarılması, Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsi, döngə 1 ünvanında olan 0,05 ha torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satıldıqdan 1 (bir) ay sonra onun həmin mənzilə istifadə hüququmun itirilməsi, onun həmin mənzildən çıxarılmağı və mənzilin boşaldılması qət edilmişdir; Maraqlı şəxs1 xx xxxxxx 2020-ci il tarixli hərracın keçirilməsi haqqında sifariş məktubunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-34/2018 nömrəli xx xxxxxxxx 2018-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı məxsus ipoteka predmeti olan Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsi, döngə 1 ünvanda yerləşən 9 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 180.000 (bir yüz səksən min) manat qiymətə hərraca çıxarılması ilə bağlı Respublika Xammal və Əmtəə Birjası Cavabdehnə sifariş verilmişdir; Respublika Xammal və Əmtəə Birjası Cavabdeh açıq hərracın keçirilməsinə dair xx xxxxxx 2020-ci il tarixli 01/2 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsi, döngə 1 ünvanda yerləşən 9 nömrəli fərdi yaşayış evini 180.000 (bir yüz səksən min) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi xx xxxx 2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir; FM Express məktub və bağlama daşınması xidmətinin ƏİV seriyalı 125161 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin tolonunun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı keçiriləcək hərracın vaxtı və yeri barədə xx xxxxxx 2020-ci il tarixdə şəxsən məlumatlandırılmışdır; Respublika Xammal və Əmtəə Birjası Cavabdeh açıq hərracın keçirilməsinə dair xx xxxx 2020-ci il, xx xxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixli 02 nömrəli bildirişlərin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsi, döngə 1 ünvanda yerləşən 9 nömrəli fərdi yaşayış evini 180.000 (bir yüz səksən min) manat - 15% = 153.000 (bir yüz əlli üç min) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi müvafiq olaraq xx xxxx 2020-ci il tarixə saat 11:00-a, xx xxxx 2020-ci il tarixə saat 11:00a və xx xxxxxxxx 2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir; FM Express məktub və bağlama daşınması xidmətinin ƏİV seriyalı 125564 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin tolonunun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı keçiriləcək təkrar hərracın vaxtı və yeri barədə xx xxxx 2020-ci il tarixdə şəxsən məlumatlandırılmışdır; “Birja yenilikləri” qəzetinin 19-xx xxxx 2020-ci il tarixli 214 nömrəli buraxılışının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsi, döngə 1 ünvanda yerləşən 9 nömrəli fərdi yaşayış evini 153.000 (bir yüz əlli üç min) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi xx xxxx 2020-ci il tarixə saat 11:00a təyin edilməsi barədə elan dərc edilmişdir; “Birja yenilikləri” qəzetinin xx xxxxxx 2020-ci il tarixli 216 nömrəli buraxılışının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsi, döngə 1 ünvanda yerləşən 9 nömrəli fərdi yaşayış evini 153.000 (bir yüz əlli üç min) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi xx xxxxxxxx 2020-ci il tarixə saat 11:00-a təyin edilməsi barədə elan dərc edilmişdir; “Atribut” qəzetinin 05-xx xxxxxxxx 2020-ci il tarixli 21 (364) nömrəli buraxılışının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsi, döngə 1 ünvanda yerləşən 9 nömrəli fərdi yaşayış evini 153.000 (bir yüz əlli üç min) manat qiymətə satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq təkrar hərracın baş tutmaması barədə elan dərc edilmişdir; Respublika Xammal və Əmtəə Birjası Cavabdeh tərəfindən Maraqlı şəxs2 Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli təklif məktubunun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsi, döngə 1 ünvanda yerləşən 9 nömrəli fərdi yaşayış evinin təkrar hərracının baş tutmaması barədə “Atribut” qəzetinin xx xxxxxxxx 2020-ci il tarixli nömrəsində dərc edilmiş, müvafiq əmlak təkrar hərracdan 25% aşağı qiymətə, yəni 114.750 (bir yüz on dörd min yeddi yüz əlli) manat qiymətə tələbkara təklif edilmişdir; Respublika Xammal və Əmtəə Birjası Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixli hərracın yekunları barədə 33/01 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, İddiaçı məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsi, döngə 1 ünvanda 0,05 ha torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evi ilkin satış qiyməti 180.000 (bir yüz səksən min) manat qiymətə alınmadığından, 15% aşağı qiymətə 153.000 (bir yüz əlli üç min) manat qiymətə təkrar hərraca çıxarılmış, təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə-114.750 (bir yüz on dörd min yeddi yüz əlli) manat (153.000-38.250) olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Maraqlı şəxs2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 tərəfindən əldə edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən və məzmunundan görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsi, döngə 1 ünvanda 0,05 ha torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evi Maraqlı şəxs2 Açıq Səhmdar Cəmiyyətinin adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx xxxxxx 2021-ci il tarixdə qeydiyyata alınmışdır; xx xxxxxx 2020-ci il tarixli 26664 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir; 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir; 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır; 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Respublika Xammal və Əmtəə Birjası Cavabdeh tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsi, döngə 1 ünvanda yerləşən 9 nömrəli fərdi yaşayış evini 180.000 (bir yüz səksən min) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi Respublika Xammal və Əmtəə Birjası Cavabdeh tərəfindən xx xxxx 2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir. İddiaçı şəxs İddiaçı keçiriləcək hərracın vaxtı və yeri barədə xx xxxxxx 2020-ci il tarixdə şəxsən məlumatlandırılmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, Respublika Xammal və Əmtəə Birjası Cavabdeh tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsi, döngə 1 ünvanda yerləşən 9 nömrəli fərdi yaşayış evini 180.000 (bir yüz səksən min) manat - 15% = 153.000 (bir yüz əlli üç min) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi müvafiq olaraq xx xxxx 2020-ci il tarixə saat 11:00-a, xx xxxx 2020-ci il tarixə saat 11:00-a və xx xxxxxxxx 2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir. İddiaçı şəxs İddiaçı keçiriləcək təkrar hərracın vaxtı və yeri barədə xx xxxx 2020-ci il tarixdə şəxsən məlumatlandırılmışdır. “Birja yenilikləri” qəzetinin 19-xx xxxx 2020-ci il tarixli 214 nömrəli buraxılışında Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsi, döngə 1 ünvanda yerləşən 9 nömrəli fərdi yaşayış evini 153.000 (bir yüz əlli üç min) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi xx xxxx 2020-ci il tarixə saat 11:00-a təyin edilməsi barədə elan dərc edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, “Birja yenilikləri” qəzetinin xx xxxxxx 2020-ci il tarixli 216 nömrəli buraxılışında Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsi, döngə 1 ünvanda yerləşən 9 nömrəli fərdi yaşayış evini 153.000 (bir yüz əlli üç min) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi xx xxxxxxxx 2020-ci il tarixə saat 11:00-a təyin edilməsi barədə elan dərc edilmişdir. “Atribut” qəzetinin 05-xx xxxxxxxx 2020-ci il tarixli 21 (364) nömrəli buraxılışında Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsi, döngə 1 ünvanda yerləşən 9 nömrəli fərdi yaşayış evini 153.000 (bir yüz əlli üç min) manat qiymətə satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq təkrar hərracın baş tutmaması barədə elan dərc edilmişdir. Məhkəmə araşdırması zamanı habelə müəyyən edilmişdir ki, Respublika Xammal və Əmtəə Birjası Cavabdeh tərəfindən Maraqlı şəxs2 Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli təklif məktubu ilə İddiaçı məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsi, döngə 1 ünvanda yerləşən 9 nömrəli fərdi yaşayış evinin təkrar hərracının baş tutmaması barədə “Atribut” qəzetinin xx xxxxxxxx 2020-ci il tarixli nömrəsində dərc edilmiş, müvafiq əmlak təkrar hərracdan 25% aşağı qiymətə, yəni 114.750 (bir yüz on dörd min yeddi yüz əlli) manat qiymətə tələbkara təklif edilmişdir. Respublika Xammal və Əmtəə Birjası Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixli hərracın yekunları barədə 33/01 nömrəli protokoluna əsasən İddiaçı məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsi, döngə 1 ünvanda 0,05 ha torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evi ilkin satış qiyməti 180.000 (bir yüz səksən min) manat qiymətə alınmadığından, 15% aşağı qiymətə 153.000 (bir yüz əlli üç min) manat qiymətə təkrar hərraca çıxarılmış, təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə-114.750 (bir yüz on dörd min yeddi yüz əlli) manat (153.000-38.250) olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Maraqlı şəxs2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 tərəfindən əldə edilmişdir. Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsi, döngə 1 ünvanda 0,05 ha torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evi Maraqlı şəxs2 Açıq Səhmdar Cəmiyyətinin adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx xxxxxx 2021-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə protokolun etibarsızlığı nəzərdə tutulmamış, müqavilənin və hərracın etibarsızlığını ehtiva edən hüquq normaları müyyənləşdirilmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac həmin Qanunun 44-cü maddəsində göstərilən əsaslarla hərracın etibarsızlığına səbəb olduğu göstərilmişdir. Göründüyü kimi, protokol prosessual hərəkətləri ifadə edən akt olsa da, həm mülki qanunvericilikdə, həm də ki “İpoteka haqqında” Qanunda hərraca dair qaydaların pozulması məhz protokolun etibarsızlığını deyil, yalnız hərracın etibarsızlığı və bununla bağlı müqavilənin etibarsızlığını nəzərdə tutmuşdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Qeyd edilənlər baxımından iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Xammal və X6 Mərkəzi Cavabdehnə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1nə və Maraqlı şəxs2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “hərracın nəticələri haqqında yekun protokolun və müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddia tələbi rədd edildiyindən iddiaçı şəxsin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Azərbaycan Xammal və X6 Mərkəzi Cavabdehnə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1nə və Maraqlı şəxs2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “hərracın nəticələri haqqında yekun protokolun və müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi rədd edilsin. İş üzrə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə ondan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar