Məhkəmə qərarları › İş №2(005)-876/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-876/2022

11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-876/2022 11.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçılar İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı Cavabdeh MMC-nə qarşı mənzil tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı mənzil tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin üzərinə 28 yanvar 2009-cu il tarixli 28/A saylı müqavilə üzrə öz öhdəliklərini məcburi qaydada icra etməsi və qanunsuz hərəkətlərə son qoyulması və ünvan 1 ünvanında inşa edilmiş, 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m. olan 2 otaqlı mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, İddiaçı 28 yanvar 2009-cu il tarixdə X1 şəxsində Cavabdeh MMC ilə 28/A saylı müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı, Cavabdeh MMC-nə məxsus yeni inşa edilməkdə olan ünvan 2 ünvanında yerləşən 2 saylı binanın 13-ci mərtəbəsindən ümumi sahəsi 101.5 kv.m. olan 2 otaqlı mənzili 81.200 ABŞ dollarına almışdır. Həmin müqavilənin 2.1.2. və 2.1.3-cü bəndlərinə və 28.01.2009-cu il tarixli maliyyə arayışına əsasən mənzilin dəyəri iddiaçı tərəfindən tam olaraq ödənilmiş və onun heç bir borcu qalmamışdır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, bina 24 ay ərzində təhvil verilməli idi. İddiaçıya bildirilmişdi ki, tikinti işləri tamamlandıqdan sonra mənzilə qapı qoyulacaq və təmir işlərinin aparılmasına icazə veriləcəkdir. Amma bu yaxınlarda mənzilə qapı qoydurmaq istədikdə məlum oldu ki, mənzilə artıq başqa bir şəxs tərəfindən qapı qoyulmuşdur. Məsələnin araşdırılması ilə bağlı komendanta və MMC-nin hazırki rəhbərliyinə müraciət etsə də, bildirildi ki, ola bilər ki, mənzil üçüncü şəxsə də satılmışdır. Sonradan iddiaçıya məlum oldu ki, bu MMC-nin fəaliyyətində bir sıra belə halların olması ilə bağlı aidiyyatı qurumlarda araşdırmalar aparılır. Göründüyü kimi “Sahil-D Kompani“ MMC-nin rəhbərliyi iddiaçının mənzilini başqa şəxsə satmaqla cinayət əməli törətmişdir. İddiaçı dəfələrlə Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi ilə danışıqlar aparsa da heç bir nəticəsi olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan 28 yanvar 2009-cu il tarixli 28/A saylı müqavilədən müəyyən olunur ki, “satıcı” Cavabdeh ünvan 2 ünvanında yerləşən 2 saylı binanın 13-ci mərtəbəsindən ümumi sahəsi 101.5 kv.m. olan 2 otaqlı mənzili 24 ay ərzində “alıcı” İddiaçı verməyi öz üzərinə götürmüşdür. “Alıcı” İddiaçı həmin mənzilin hər kvadrat metri üçün 800 ABŞ dolları olmaqla cəmi 81200 ABŞ dollarını əvvəlcədən Azərbaycan Respublikası Milli Bankının kursuna ekvivalent olaraq manatla ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan 28 yanvar 2009-cu il tarixli maliyyə arayışından müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən 2 saylı binanın 13-ci mərtəbəsindən ümumi sahəsi 101.5 kv.m. olan 2 otaqlı 51 saylı mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Onun Cavabdehnə borcu yoxdur. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış pretenziya məktubundan müəyyən olunur ki, iddiaçı cavabdehdən könülllü surətdə müqavilə öhdəliklərini icra edərək mənzili iddiaçıya təhvil verməyi xahiş etmiş, eks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Mülki işin materiallarından və iddiaçı tərəfin izahatından müəyyən edilir ki, tərəflər arasında mənzil alqı-satqısına dair müqavilə banlanmışdır. Müqaviləyə əsasən satıcı olan cavabdeh sözügedən mənzili 24 ay müddətinə iddiaçıya təhvil verməyi, alıcı olan iddiaçı isə öz növbəsində müqavilə üzrə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz üzərinə götürmüşdür. Mülki işin materiallarında olan maliyyə arayışından müəyyən edlir ki, alıcı öz öhdəliyini lazımınca yerinə yetirmişdir. Lakin cavabdeh tərəfindən müqavilənin predmeti olan mənzil iddiaçıya təhvil verilməmişdir. İddiaçı pretenziya ərizəsi ilə müraciət etsə də, cavabdeh müqavilə öhdəliklərinin icrasına yönələn heç bir hərəkət etməmişdir. Belə olan halda iddiaçı haqlı olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının MPM-nin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının MPM-nin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanılmış müqavilə üzrə iddiaçı tərəf öz öhdəliklərini icra etdiyi halda qarşı tərəf müqavilənin icrasına yönələn hərəkətlər etməmiş, müqavilə öhədliklərinin icra edilməsi ilə bağlı iddiaçılar tərəfindən edilən müraciətlərə cavab verilməmişdir. Mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh MMC-nə qarşı mənzil tələbinə dair iddia ərizəsi təmin edilməlidir. Mülki Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 28 yanvar 2009-cu il tarixli 28/A saylı müqavilə üzrə öz öhdəliklərini icra etməsi və ünvan 1 ünvanında inşa edilmiş, 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m. olan 2 otaqlı mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MMCnin üzərinə vəzifə kimi qoyulsun. Cavabdeh MMC qiyabi qətnaməni aldıqdan (rəsmi qaydada verildikdən) sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar