Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-883/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, X6 Namiq qızının katibliyi ilə, İddiaçı, Cavabdeh2 QSC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası Cavabdeh1nə, Cavabdeh2 QSC-yə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirlyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhər Cavabdeh4nə qarşı “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin, qiymətləndirmə aktının və dövlət reyesterindən çıxarışın etibarsız hesab edilməsi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası Cavabdeh1nə, Cavabdeh2 QSC-yə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirlyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh4nə qarşı “hərrcın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin, qiymətləndirmə aktının və dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi”nə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixdə 2(005)-100/2018 saylı qətnamə qəbul edilmişdir ki, iddia qismən təmin edilsin. Cavabdehlər İddiaçı, X1, X5 müştərək qaydada iddiaçı Cavabdeh2 QSC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 05R000011618 nömrəli kredit razılaşması və həmin razılaşma əsasında imzalanmış xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən 30.693,19 ABŞ dolları məbləğində əsas, 17.162,89 ABŞ dolları faiz, 5000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 52.855,78 ABŞ dolları habelə, Cavabdeh2 QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 05R********** nömrəli kredit müqaviləsinin və həmin müqavilə əsasında imzalanmış xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən 100.994,87 ABŞ dolları məbləğində əsas, 51.222,96 ABŞ dolları məbləğində faiz borcu, 15000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 167.217,83 ABŞ dolları hər iki müqavilə üzrə ümumilikdə cəmi 220.073,61 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 42 manat xidmət haqqı tutulsun. Cavabdehlər İddiaçı, X1, X5 tutulmalı olan məbləğ 220.073,61 ABŞ dolları borc öhdəliyinin təminatı kimi iddiaçı “Cavabdeh2" QSC qarşısında ipoteka ilə yüklü edilmiş cavabdeh X4 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X13 prospektində yerləşən ev 5A nömrəli evin 19 nömrəli və Bakı şəhəri, Nərimanov rayonu, X13 prospektində yerləşən ev 5A nömrəli evin 20 nömrəli mənzillərinə yönəldilsin. Həmin mənzillər açıq hərrac yolu ilə realizə edilsin. Mənzillərin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait cavabdeh X4 verilsin. İpoteka predmetləri olan Bakı şəhəri, Nərimanov rayonu, X13 prospektində yerləşən ev 5A nömrəli evin 19 nömrəli mənzilinin ilkin satış qiyməti 110.800 manat, Bakı şəhəri, Nərimanov rayonu, X13 prospektində yerləşən ev 5A nömrəli evin 20 nömrəli mənzilinin ilkin satış qiyməti 60.000 manat məbləğində müəyyən olunsun. Bakı şəhəri, Nərimanov rayonu, X13 prospektində yerləşən ev 5A nömrəli evin 19 nömrəli və Bakı şəhəri, Nərimanov rayonu, X13 prospektində yerləşən ev 5A nömrəli evin 20 nömrəli mənzilləri açıq hərracdan satıldıqdan sonra 1-ay ərzində boşaldılsın. Aparılmış ekspertiza tədqiqatlarının qiymətləri olan 145 manat və 245 manat olmaqla, cəmi 390 manat məbləğində pul vəsaiti cavabdehlər İddiaçı, X1 və X5 müştərək qaydada dövlət nəfinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə xx.xx.2018-ci il tarixdə 2(103)-13004/2018 saylı icra vərəqəsi verilmiş, Cavabdeh4 tərəfindən xx.xx.2019-cu il tarixli 10084- 9BP saylı sifarişlə cavabdeh Hərrac Mərkəzi "xxxx” MMC vasitəsilə ipotekaya qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu, X13 prospektində yerləşən ev 5A nömrəli evin 19 nömrəli və Bakı şəhəri, Nərimanov rayonu, X13 prospektində yerləşən ev 5A nömrəli evin 20 nömrəli mənzilləri açıq hərracda satılması üçün hərraca çıxarılmış, onların xəbəri və iştirakı olmadan Bakı şəhəri, Nərimanov rayonu, X13 prospektində yerləşən ev 5A nömrəli evin 19 nömrəli mənzili əvvəlcə ilkin satış qiyməti kimi 110800 manat qiymətləndirərək satışa çıxarılmış, sonra təkrar satış qiyməti 94180 manat qiymətləndirilmiş, sonra 70635 manat qiymətə Cavabdeh2 QSC-nin mülkiyyətinə verilmişdir. Həmin mənzil banka ipotekaya qoyulanda bank tərəfindən 145000 ABŞ dolları bank tərəfindən qiymətləndirilmiş, sonra mənzil 125000 manat qiymətləndirilmişdir. Qiymətləndirmə düzgün aparılmamış, girov qoyulan mənzil aşağı qiymətə qiymətləndirilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı ərizə ilə ‘X17" MMC-nin direktoruna müraciət edib xahiş etdi ki, axırıncı hərrac aktının və mənzillərin axırıncı qiymətləndirmə aktlarının təsdiq edilmiş sürətlərini tanış olmaq üçün iddiaçıya verilsin. “X14” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə 01/754 saylı məktub verilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 13004/2018 saylı xx.xx.2018ci il tarixli icra vərəqəsinə və Cavabdeh4 10084-9BP saylı xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən, hərraca çıxarılmış X4 məxsus Bakı şəhəri Nərimanov rayonu, Atatürk prospektində yerləşən 5A, nömrəli evin, 19 nömrəli mənzilinin qiyməti 70635 manat olmaqla, “İpoteka haqqında Qanunun 43.7-ci maddəsinə əsasən" xx.xx.2019-cu il tarixli 57/05 saylı hərracın yekunları haqqında protokolla ipoteka saxlayan "Cavabdeh2” QSCnin nümayəndəsi X7 əldə etmişdir. Qeyd olunan xx.xx.2019-cu il tarixli 57/05 saylı hərracın yekunları haqqında protokol ipoteka saxlayan Cavabdeh2 QSC-yə hərrac təşkilatı tərəfindən təqdim edilmiş, lakin bu günə kimi protokolun bir-nüsxəsi hərraca qaytarılmadığından 57/05 saylı hərracın yekunları haqqında protokolu iddiaçıya təqdim edə bilmirlər. Həmin məktuba protokolun imzasız kompüter nüsxəsi əlavə edilmişdir. Hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli 57/05 saylı imzasız protokoldan görünür ki, ipotekaya qoyulan mənzil 70635 manata “Cavabdeh2 QSC-nin nümayəndəsi R.F.Ramazanova satılmışdır. xx.xx.2020-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1-Saylı Bakı Ərazi İdarəsinə müraciət edib xahiş etmişdir ki, Bakı şəhəri Nərimanov rayonu, Atatürk prospektində yerləşən 5A, nömrəli evin, 19 nömrəli mənzili borc əvəzinə “Cavabdeh2" QSC-nin mülkiyyətinə verildiyi üçün xx.xx.2020-ci il tarixli Dövlət Reyestrindən Çıxarışın verilməsinə əsas olmuş Arxiv sənədlərinin xx.xx.2020-ci il tarixli 57/05 saylı “Hərracın yekunları barədə protokolun", hərrac təşkilatı ilə “Cavabdeh2" QSC arasında bağlanmış alqı-satqı müqaviləsinin və mənzilin qiymətləndirmə aktının təsdiq edilmiş sürətləri iddiaçıya verilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1-saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixdə **********81 saylı cavab məktubu göndərilmişdir ki, sənədlərin surəti məhkəmə qərarı əsasında verilə bilər, məlumat üçün bildirilmişdir ki, göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə Tarif (Qiymət) Şurasının xx.xx.2009-cu il tarixli 4- nömrəli qərarının tələblərinə uyğun olaraq göstərilən xidmətlərə dair xidmət haqqının ödənilməsi barədə sənəd əlavə edilməlidir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** saylı Dövlət Reyestrindən Çıxarışa əsasən, Bakı şəhəri Nərimanov rayonu, Atatürk prospektində yerləşən 5A, nömrəli evin, 19 nömrəli mənzili Cavabdeh2 QSC-nin mülkiyyətinə verilmişdir. xx.xx.2020-ci il tarixli Dövlət Reyestrindən çıxarışın surətini iddiaçı xx.xx.2020ci il tarixdə Nərimanov rayon Məhkəməsinin hakimi Ədilova Solmaz xanım İmran qızından almışdır. Cavabdeh “X14" MMC-nin nümayəndələri iddiaçını 2-dəfə aldatdılar, axırıncı hərracın keçirilməsi zamanı iddiaçı hərraca gəldi, iddiaçıya bildirdilər ki, hərrac 3- gündən sonra olacaqdır. 3-gündən sonra hərraca gələndə iddiaçıya bəyan etdilər ki, artıq hərrac keçirilib və ipotekaya qoyulmuş Bakı şəhəri Nərimanov rayonu, Atatürk prospektində yerləşən 5A, nömrəli evin, 19 nömrəli mənzili borc əvəzinə bankın mülkiyyətinə verilmişdir. “Cavabdeh2" QSC tərəfindən Cavabdeh4nə ci il tarixdə 10/79 saylı məktub verilmişdir ki, sifarişiniz əsasında keçirilən hərracın nəticəsi olaraq müvafiq əmlak Cavabdeh2 QSC-nin mülkiyyətinə keçmişdir. Məhkəmə iclasında iştirak etmiş, İddiaçı iddiasının əsaslı olduğunu bildirərək iddia ərizəsində qeyd edilən halların nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iddia tələbinin əsassız hesab edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Azərbaycan Respublikası Xammal və X15 Mərkəzi “xxxx” MMC, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh4 nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Bekə ki, iş materiallarında olan; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 20 (iyirmi) manat dövlət rüsumu ödəmişdir. Nərimanov RPİ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, İddiaçı xx.xx.1963-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(005)- 100/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər İddiaçı, X1, X5 müştərək qaydada iddiaçı Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xx xxxxxxxx 2014-cü il tarixli, 05R000011618 nömrəli kredit razılaşması və həmin razılaşma əsasında imzalanmış xx xxxxxxx 2015-ci il tarixli əlavə sazişə əsasən 30.693,19 (otuz min altı yüz doxsan üç dollar on doqquz sent) ABŞ dolları məbləğində əsas, 17.162,89 (on yeddi yüz altmış iki dollar səksən doqquz sent) ABŞ dolları faiz, 2.500 (iki min beş yüz) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 50.355,78 (əlli min üç yüz əlli beş dollar yetmiş səkiz sent) ABŞ dolları, habelə “AcsessBank” Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 05R********** nömrəli kredit müqaviləsinin və həmin müqavilə əsasında imzalanmış xx xxxxxxx 2015-ci il tarixli əlavə sazişə əsasən 100.994,87 (bir yüz min doqquz yüz doxsan dörd dollar səksən yeddi sent) ABŞ dolları məbləğində əsas, 51.222,96 (əlli bir min iki yüz iyirmi iki dollar doxsan altı sent) ABŞ dolları məbləğində faiz borcu, 10.000 (on min) ABŞ dolları cərimə borcu olmaqla cəmi 167.217,83 (bir yüz altmış yeddi min iki yüz on yeddi dollar səksən üç sent) ABŞ dolları; hər iki müqavilə üzrə ümumilikdə cəmi 212.573,61 (iki yüz on iki min yetmiş üç dollar altmış bir sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borcun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və 42 (qırx iki) manat xidmət haqqı tutularaq cavabdehlər İddiaçı, X1, X5 tutulmalı olan məbləğ-212.573,61 iki yüz on iki min yetmiş üç dollar altmış bir sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) borc öhdəliyinin təminatı kimi iddiaçı Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş cavabdeh X4 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X13 prospektində yerləşən 5a nömrəli evin 19 nömrəli və 20 nömrəli mənzillərinə yönəldilərək, həmin mənzillər açıq hərrac yolu ilə realizə edilməklə, mənzillərin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait cavabdeh X4 verilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X13 prospektində yerləşən 5a nömrəli evin 19 nömrəli mənzilinin ilkin satış qiyməti 110.800 (bir yüz on min səkkiz yüz) manat, Bakı şəhəri, Nərimanov rayonu, X13 prospektində yerləşən 5a nömrəli evin 20 nömrəli mənzilinin ilkin satış qiyməti 60.000 (altmış min) manat məbləğində müəyyən edilərək, Bakı şəhəri, Nərimanov rayonu, X13 prospektində yerləşən 5a nömrəli evin 19 nömrəli və Bakı şəhəri, Nərimanov rayonu, X16 prospektində yerləşən 5a nömrəli evin 20 nömrəli mənzilləri açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması və aparılmış ekspertiza tədqiqatlarının qiymətləri olan 145 (bir yüz qırx beş) manat və 245 (iki yüz qırx beş) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat məbləğində pul vəsaiti cavabdehlər İddiaçı, X1 və X5 müştərək qaydada dövlət nəfinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)- 13004/2018 nömrəli icra vərəqəsi ilə cavabdehlər İddiaçı, X1, X5 müştərək qaydada iddiaçı Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xx xxxxxxxx 2014-cü il tarixli, 05R000011618 nömrəli kredit razılaşması və həmin razılaşma əsasında imzalanmış xx xxxxxxx 2015-ci il tarixli əlavə sazişə əsasən 30.693,19 (otuz min altı yüz doxsan üç dollar on doqquz sent) ABŞ dolları məbləğində əsas, 17.162,89 (on yeddi yüz altmış iki dollar səksən doqquz sent) ABŞ dolları faiz, 2.500 (iki min beş yüz) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 50.355,78 (əlli min üç yüz əlli beş dollar yetmiş səkiz sent) ABŞ dolları, habelə “AcsessBank” Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 05R********** nömrəli kredit müqaviləsinin və həmin müqavilə əsasında imzalanmış xx xxxxxxx 2015-ci il tarixli əlavə sazişə əsasən 100.994,87 (bir yüz min doqquz yüz doxsan dörd dollar səksən yeddi sent) ABŞ dolları məbləğində əsas, 51.222,96 (əlli bir min iki yüz iyirmi iki dollar doxsan altı sent) ABŞ dolları məbləğində faiz borcu, 10.000 (on min) ABŞ dolları cərimə borcu olmaqla cəmi 167.217,83 (bir yüz altmış yeddi min iki yüz on yeddi dollar səksən üç sent) ABŞ dolları; hər iki müqavilə üzrə ümumilikdə cəmi 212.573,61 (iki yüz on iki min yetmiş üç dollar altmış bir sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borcun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və 42 (qırx iki) manat xidmət haqqı tutularaq cavabdehlər İddiaçı, X1, X5 tutulmalı olan məbləğ-212.573,61 iki yüz on iki min yetmiş üç dollar altmış bir sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) borc öhdəliyinin təminatı kimi iddiaçı Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş cavabdeh X4 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X13 prospektində yerləşən 5a nömrəli evin 19 nömrəli və Bakı şəhəri, Nərimanov rayonu, X13 prospektində yerləşən 5a nömrəli evin 20 nömrəli mənzillərinə yönəldilərək həmin mənzillər açıq hərrac yolu ilə realizə edilərək, mənzillərin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalrsa, həmin vəsait cavabdeh X4 verilməsi, ipoteka predmetləri olan Bakı şəhəri, Nərimanov rayonu, X13 prospektində yerləşən 5a nömrəli evin 19 nömrəli mənzilinin ilkin satış qiyməti 110.800 manat, Bakı şəhəri, Nərimanov rayonu, X13 prospektində yerləşən 5a nömrəli evin 20 nömrəli mənzilinin ilkin satış qiyməti 60.000 manat məbləğində müəyyən olunaraq, Bakı şəhəri, Nərimanov rayonu, X13 prospektində yerləşən 5a nömrəli evin 19 nömrəli və Bakı şəhəri, Nərimanov rayonu, X13 prospektində yerləşən 5a nömrəli evin 20 nömrəli mənzillərin açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması və aparılmış ekspertiza tədqiqatlarının qiymətləri olan 145 manat və 245 manat olmaqla cəmi 390 manat məbləğində pul vəsaitinin cavabdehlər İddiaçı, X1 və X5 müştərək qaydada dövlət nəfinə tutulması üçün icraya yönəldilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyesteri olan çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X13 prospekti, 5a, mənzil 19 ünvanında olan mənzilə xx.xx.2020-ci il tarixdə Cavabdeh2 QSCnin mülkiyyət hüququ qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Xammal və X15 Mərkəzi “xxxx” MMC-nin xx xxxxxx 2019cu il tarixdə keçirilmiş hərraca dair “Hərracın yekunları barədə” 57/05 saylı protokolunun surətindən görünür ki, X2 mülkiyyətində olan, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X13 prospekti, 5a nömrəli evin 19 nömrəli mənzilin ilkin satış qiyməti 110.800 AZN, ipoteka predmetinin təkrar hərracdakı satış qiyməti 94180 manat, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25 % aşağı olan satış qiyməti isə 70.635 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Xammal və X15 Mərkəzi “xxxx” MMC-nin xx xxxxxx 2019cu il tarixdə keçirilmiş hərraca dair “Hərracın yekunları barədə” 57/06 saylı protokolununun surətindən görünür ki, X2 mülkiyyətində olan, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X13 prospekti, 5a nömrəli evin 19 nömrəli mənzilin ilkin satış qiyməti 60.000 AZN, ipoteka predmetinin təkrar hərracdakı satış qiyməti 51.000 manat, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25 % aşağı olan satış qiyməti isə 38.250 manat müəyyən edilmişdir. Cavabdeh2 ASC tərəfindən xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayonu İcra və Probasiya Şöbəsinə ünvanlanmış məktubun surətində qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13004/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər X1 “xxxx” QSC-nin xeyrinə tutulmuş borc ipoteka predmeti olan Bakı şəhəri Nərimanov rayonu X13 prospekti ev5a mənzil 19 ünvanda yerləşən yaşayış sahəsinə yönəldilmiş və həmin qətnamə icra olunması üçün göndərildiyi və keçirilən hərracın nəticəsi olaraq müvafiq əmlak Cavabdeh2 QSC-nin mülkiyyətinə keçdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Xammal və X15 Mərkəzi “xxxx” MMC tərəfindən İddiaçı, X4 və X9 ünvanlanmış Hərracın keçirilməsinə dair xx.xx.2019-cu il tarixli 01/2676 nömrəli, 01 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X13 prospekti, 5a nömrəli evin 19 və 20 nömrəli mənzillərinin xx.xx.2019-cu il tarixdə saat 11:00-17:00-dək keçiriləcək hərrac zamanı satılması barədə bildiriş İddiaçı, X4 və X9 göndərilmişdir. Azərbaycan Respublikası Xammal və X15 Mərkəzi “xxxx” MMC tərəfindən İddiaçı, X4 və X9 ünvanlanmış Hərracın keçirilməsinə dair xx.xx.2019-cu il tarixli 01/2805 nömrəli, 01/2 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X13 prospekti, 5a nömrəli evin 19 və 20 nömrəli mənzillərinin xx.xx.2019-cu il tarixdə saat 11:00-17:00-dək keçiriləcək hərrac zamanı satılması barədə bildiriş İddiaçı, X4 və X9 göndərilmişdir. Azərbaycan Respublikası Xammal və X15 Mərkəzi “xxxx” MMC tərəfindən İddiaçı, X4 və X9 ünvanlanmış Hərracın keçirilməsinə dair xx.xx.2019-cu il tarixli 01/3001 nömrəli, 02 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X13 prospekti, 5a nömrəli evin 19 və 20 nömrəli mənzillərinin xx.xx.2019-cu il tarixdə saat 11:00-17:00-dək keçiriləcək hərrac zamanı satılması barədə bildiriş İddiaçı, X4 və X9 göndərilmişdir. Cavabdeh4 “xxxx” MMC-yə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə, Bakı Apellyasiya Məhkəməsinə, İddiaçı, X4 və Cavabdeh2 QSC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 10084-9BP nömrəli məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13004/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən X4 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X13 prospektində yerləşən 5a nömrəli evin 19 nömrəli və Bakı şəhəri, Nərimanov rayonu, X13 prospektində yerləşən 5 a nömrəli evin 20 nömrəli mənzilləri hərrac yolu ilə satılmalı olduğu qeyd edilmişdir. 107240, 107241, 090968, 090969, 085454, 085455 №-li poçt qaimələrin surətindən görünür ki, Azərbaycan Respublikası Xammal və X15 Mərkəzi “xxxx” MMC tərəfindən qeyd olunan əmlakla bağlı keçiriləcək hərracla bağlı bildirişlər İddiaçı, X4 və X9 xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə göndərilmiş, hər iki məktubu tərəflər öz şəxsi imzaları ilə imzalayaraq təsdiq etmişlər. 06-xx xxxxxxxx 2019-cu il tarixli, 13-xx xxxxxxxx 2019-cu il tarixli və 18-xx xxxxxxx 2019-cu il tarixli 202 (202) tirajlı və 204 (204) tirajlı “Birja Yenilikləri” qəzetlərində qeyd olunan əmlakla bağlı Azərbaycan Respublikası Xammal və X15 Mərkəzi “xxxx” MMC tərəfindən elanlar yerləşdirilmişdir. Azərbaycan Respublikası Xammal və X15 Mərkəzi “xxxx” MMC tərəfindən “xxxx” QSC-yə, Cavabdeh4nə, İddiaçı, X4 və X10 ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair təklifin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh4 10084-9BP saylı xx.xx.2019-cu il tarixli borclu X4 məxsus ipoteka yüklü Bakı şəhəri, Nərimanov rayonu, X13 prospekti, 5a saylı, 19,20 saylı mənzillərin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 % az olmayan qiymətlə, yəni 70635 (yetmiş min altı yüz otuz beş) manat və 38.250 (otuz səkkiz min iki yüz əlli) manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə iclasında tərəflərin izahatları və təqdim edilən sübutlarla müəyyən edilir ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-13004/2018 saylı xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsinə və Cavabdeh4 10084-9BP saylı xx.xx.2019-cu il tarixli məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, X13 prospekti, 5a saylı, 19,20 saylı mənzillərinə dair hərrac keçirilmişdir. Hərracın keçirilməsi ilə əlaqədar bildirişlər İddiaçı, X2 və X8 ünvanına gəlsə də onlar, bildirişləri qəbul etmişlər və hərracın keçirilməsi barədə rəsmi olaraq məlumatlı olmuşlar. Məhkəmə hesab edir ki, iddiaçı həmin bildirişləri imzalayaraq almış və hərracla bağlı bildirişlərin Bakı şəhəri, Nərimanov rayonu, X13 prospekti, 5a saylı, 19 ünvanına göndərilməsində hərrac təşkilatı haqlı olmuşdur. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, X13 prospekti, 5a saylı, 19 ünvan üzrə bildirişlərin qəbul edilməsi iddiaçının yuxarıda sadalanan qanunvericliyin əsasları baxımından hərrac barədə məlumatlı olması kimi qiymətləndirilir. Bundan başqa iddiaçının əmlakın qiyməti ilə bağlı mübahisələndidirdiyi hala münasibətdə məhkəmə qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(005)-100/2018 nömrəli qətnaməsi ilə əmlakların qiyməti müəyyənləşməsi və müvafiq icra vərəqəsi əsasında hərrac təşkil edilməsi həmin əmlaklarla bağlı qiymətin təkrar mübahisələndirilməsini istisna edir. Protokolun və müqavilənin etibarsız hesab edilməsi, hərracın hüquqi nəticələrinin ləğv edilməsi barədə iddiaçının tələbinə məhkəmə hərracın keçirilməsinin qanunda müəyyən etdiyi qaydalara və iddia tələbində göstərilən əsaslara uyğun hüquqi qiymət verilməsini məqbul hesab edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası Cavabdeh1nə, Cavabdeh2 QSC-yə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirlyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhər Cavabdeh4nə qarşı “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin, qiymətləndirmə aktının və dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi”nə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-883/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-883/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver