Məhkəmə qərarları › İş №2(005)-888/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-888/2023

18.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-888/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İlkin iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli və ******* nömrəli aktlarının etibarsız hesab edilməsi və həmin aktlara əsasən hesablanmış 4324,32 (dörd min üç yüz iyirmi dörd manat otuz iki qəpik) manat borc məbləğlərinin qanunsuz və əsassız hesab edilərək **********731 saylı abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacının quraşdırılması barədə onunla Cavabdeh İB arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında yaşadığı evə Smart tipli qaz sayğacı quraşdırılmışdır. Yaşadığları müddətdən də hal-hazırki vaxtadək mütəmadi olaraq istifadə olunmuş qaz enerjsinə görə ödənilməli olan məbləğləri tam şəkildə ödəmişdir. Lakin 2022-ci ilin müxtəlif vaxtlarında evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən, guya qaz xəttindən kənar qaz istifadə etməsi müəyyən olunmuşdur. Sayğac yoxlamaya aparıldıqdan sonra guya sayğacda sərfiyyat fərqi müəyyən edilmiş və barəsində xx.xx.2022-ci il tarixli akt ******* saylı və ******* saylı aktlar tərtib olunaraq, 2017-ci il üçün 972 manat, 2020-ci il üçün 216 manat, 2021-ci il üçün 820,80, 2022-ci il 2315,52 manat borc hesablanmışdır. Lakin bu barədə ona heç bir məlumat verilməmiş, həmin ünvanda yaşayış olmadığından, nə aktlar tərtib edilərkən, nə də qaz sayğacına baxış keçirilərkən iştirakı təmin edilməmiş, aktların tərtib edilməsi barədə məlumatı olmamışdır. 2017-ci il tarixdən hazırki vaxtadək ödədiyi məbləğdən 1000 manat cavabdehin əməkdaşlarının qanunsuz tərtib etdiyi aktlar əsasında hesablanmış borcdan silinmişdir. Sonradan bu barədə məlumat aldıqda cavabdehə ərizə ilə müraciət etdikdə, ona bildirildi ki, guya onun evində sayğacdan kənar qaz istifadə olunduğu müəyyən edilmiş və buna görə də ona borc hesablanmışdır. Qaz İstismar İdarəsinin əməkdaşlarına onların bu hərəkətlərinin qanunsuz və əsassız olduğunu bildirmişdir. Həmin akt tərtib edilərkən ona heç bir məlumat verilməmişdir. Cavabdeh İB-nin əməkdaşları ona “Təbii X6nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı və ******* saylı aktın yazıldığını və həmin akta əsasən hesablanmış 2017-ci ildən 2022-ci ilədək hesablanmış 4324,32 (dörd min üç yüz iyirmi dörd manat otuz iki qəpik) manat cərimə məbləğini ödəməsini tələb etdilər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh İB-yə vurulmuş 4049,34 (dörd min qırx doqquz manat otuz dörd qəpik) manat məbləğində zərərin və 60,50 (altmış manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 4109,84 (dörd min bir yüz doqquz manat səksən dörd qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN990000162 İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh İB-yə vurulmuş 3870,34 (üç min səkkiz yüz yetmiş manat otuz dörd qəpik) manat məbləğində dəymiş zərərin əvəzini və 60,50 (altmış manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 3930,84 (üç min doqquz yüz otuz manat səksən dörd qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN990000162 İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə abonent X5 arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Cavabdeh İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Cavabdeh İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X6”nın tələblərinə əməl etmək) və “X6”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmişdir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli ******* nömrəli akt üzrə 972 (doqquz yüz yetmiş iki) manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt üzrə 820,80 (səkkiz yüz iyirmi manat səksən qəpik) manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üzrə 907,20 (doqquz yüz yeddi manat iyirmi qəpik) manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üzrə 328,32 (üç yüz iyirmi səkkiz manat otuz iki qəpik) manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üzrə 103,68 (bir yüz üç manat altmış səkkiz qəpik) manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üzrə 233,28 (iki yüz otuz üç manat iyirmi səkkiz qəpik) manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üzrə 207,36 (iki yüz yeddi manat otuz altı qəpik) manat, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt üzrə 233,28 (iki yüz otuz üç manat iyirmi səkkiz qəpik) manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə 302,40 (üç yüz iki manat qırx qəpik) manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üzrə 457,92 (dörd yüz əlli yeddi manat doxsan iki qəpik) manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Aktlara əlavə edilən saldolardan göründüyü kimi qeyri-qanuni qoşulmaların həyata keçirildiyi dövrlərdə cavabdehin ödənişləri az olmuşdur. Eyni zamanda aktlara əlavə edilən şəkillərdən də görünür ki, rezin boru vasitəsi ilə qaz xəttinə qoşularaq qeyri-qanuni şəkildə qazdan istifadə etmişdir. Dəfələrlə aşkar edilən qanunsuz qoşulma halları Cavabdeh İB-nin əməkdaşları tərəfindən ləğv edilsə də, istehlakçı öz qanunsuz əməllərini davam etdirərək yenidən sayğacdan kənar istifadə etmişdir. Eyni zamanda iddiaçının ünvanında olan sayğac 09 iyul 2020-ci il tarixində dəyişdirilmiş, daha sonra laboratoriya şəraitində Azərbaycan Meterologiya İnstitutunun nümayəndəsinin təsdiq etdiyi aktla dövlət yoxlaması nəticəsində əvəz edilmiş sayğaca baxış keçirilən zaman sayğacın işlə vəziyyətdə olmadığı, Alarm 1 rejmində olduğu aşkar edilmişdir. Qaz sayğacının yoxlanmasının nəticəsi rəsmiləşdirilməklə Azərbaycan Meterologiya İnstitutunun nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Bundan sonra qeyd olunan nəticələr ******* nömrəli xx.xx.2020-ci il tarixli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə 216 manat borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Qaz paylayıcısı Cavabdeh ilə abonent X5 arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Cavabdeh İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Bu müqavilənin 2.3.4-cü bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməyi öhdəsinə götürür. Bu müqavilənin 3.3-cü bəndinə əsasən Paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay İstehlakçıya məlumat (hesab) təqdim etməlidir. "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçılar tərəfindən təbii X6nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə edilmiş ARDNŞ-nin Şurasının 14 mart 2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir; Cavabdeh İB-nin ******* saylı 31 mart 2022-ci il tarixli aktı ilə müəyyən edilir ki, sayğaca baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğaca kənar qanunsuz qoşulma halı aşkar edilmişdir. Dəymiş ziyan hesablansın» göstərilmişdir. Cavabdeh İB-nin ******* saylı 29 aprel 2022-ci il tarixli aktı ilə müəyyən edilir ki, sayğaca baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğaca kənar qanunsuz qoşulma halı aşkar edilmişdir. Dəymiş ziyan hesablansın» göstərilmişdir. Cavabdeh İB-nin ******* saylı 31 avqust 2022-ci il tarixli aktı ilə müəyyən edilir ki, sayğaca baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğaca kənar qanunsuz qoşulma halı aşkar edilmişdir. Dəymiş ziyan hesablansın» göstərilmişdir. Azəriqaz” İB-nin ******* saylı 30 sentyabr 2022-ci il tarixli aktı ilə müəyyən edilir ki, sayğaca baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğaca kənar qanunsuz qoşulma halı aşkar edilmişdir. Dəymiş ziyan hesablansın» göstərilmişdir. Azəriqaz” İB-nin ******* saylı 31 oktyabr 2022-ci il tarixli aktı ilə müəyyən edilir ki, sayğaca baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğaca kənar qanunsuz qoşulma halı aşkar edilmişdir. Dəymiş ziyan hesablansın» göstərilmişdir. Azəriqaz” İB-nin ******* saylı 30 noyabr 2022-ci il tarixli aktı ilə müəyyən edilir ki, sayğaca baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğaca kənar qanunsuz qoşulma halı aşkar edilmişdir. Dəymiş ziyan hesablansın» göstərilmişdir. Cavabdeh İB Qaz sayğacının yoxlanılması barədə 29/1710-02379-1 saylı akta əsasən G markalı İtron tipli (Smart Payment və Gallus Pay) və Gulf tipli qaz sayğacları 28 iyun 2022-ci il tarixində Dövlət yoxlaması nəticəsində yararsız hesab olunur. 31 mart 2022-ci il tarixli dəymiş ziyanın bərpası barədə tələbnaməyə əsasən dəymiş ziyanın həcmi ******* saylı aktla müəyyən edilərək cəmi 7560 m3 qaz sərfiyyatının olması müəyyən edilmişdir. 29 aprel 2022-ci il tarixli dəymiş ziyanın bərpası barədə tələbnaməyə əsasən dəymiş ziyanın həcmi ******* saylı aktla müəyyən edilərək cəmi 2736 m3 qaz sərfiyyatının olması müəyyən edilmişdir. 31 avqust 2022-ci il tarixli dəymiş ziyanın bərpası barədə tələbnaməyə əsasən dəymiş ziyanın həcmi ******* saylı aktla müəyyən edilərək cəmi 1728 m3 qaz sərfiyyatının olması müəyyən edilmişdir. 30 sentyabr 2022-ci il tarixli dəymiş ziyanın bərpası barədə tələbnaməyə əsasən dəymiş ziyanın həcmi ******* saylı aktla müəyyən edilərək cəmi 1944 m3 qaz sərfiyyatının olması müəyyən edilmişdir. 31 oktyabr 2022-ci il tarixli dəymiş ziyanın bərpası barədə tələbnaməyə əsasən dəymiş ziyanın həcmi ******* saylı aktla müəyyən edilərək cəmi 2520 m3 qaz sərfiyyatının olması müəyyən edilmişdir. 30 noyabr 2022-ci il tarixli dəymiş ziyanın bərpası barədə tələbnaməyə əsasən dəymiş ziyanın həcmi ******* saylı aktla müəyyən edilərək cəmi 3816 m3 qaz sərfiyyatının olması müəyyən edilmişdir. Abonent saldosunun surətindən görünür ki, verilən qaz xətti üzrə abonent kodu **********10000 olan X2 adına qeydiyyata alınmışdır və ailə tərkibi 6 nəfərdən ibarətdir. Həmin ünvanda 4 gözlü qaz plitələri (PQ-4)(1/1) Qızdırıcı radiator peçi (1/1) xx.xx.2021-ci il tarixdən “Zenner G4T Smart” Tipli qaz sayğacı quraşdırılmışdır. (sayğac nömrəsi **********731) İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş müxtəlif tarixli abonent məlumatlarından görünür ki, ünvan 4 ünvanında mütəmadi kommunal xidmətlərdən istifadə edilməkdədir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 60,70 (altmış manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə ilkin iddia tələbi ilə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ilkin iddia üzrə İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacının quraşdırılması barədə onunla Cavabdeh İB arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında yaşadığı evə Smart tipli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh İB-nin əməkdaşları ona “Təbii X6nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı və ******* saylı aktın yazıldığını və həmin akta əsasən hesablanmış 2017-ci ildən 2022-ci ilədək hesablanmış 4324,32 (dörd min üç yüz iyirmi dörd manat otuz iki qəpik) manat cərimə məbləğini ödəməsini tələb edir. İddiaçı hazırda müvafiq aktların etibarsız hesab olunaraq ləğv olunmasını və əsassız hesablanmış cərimə borcunun silinməsini tələb edir. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü müvafiq tarixlərdə qəbul edilmiş aktlara əsasən ondan tələb olunan pulun əsassız olmasını sübut etməsidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, pulun verilməsinin cavabdeh tərəfindən qəbul edilməməsi əks tərəfə bu halı sübut etmə vəzifəsi ilə yükləyir. İddiaçı tərəf istinad etdiyi halları sübut etmək üçün həmin ünvanda yaşamadığını əsas gətirsə də, iş materiallarından olan "xxxx" ASC-nin tərəfindən tərtib olunmuş kommunal ödəniş sənədlərindən də göründüyü kimi, ilkin iddia üzrə İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında mütəmadi kommunal xidmətlərdən istifadə edilməkdədir. Bununla da ilkin iddia üzrə İddiaçı tərəfindən göstərilən faktlar öz təsdiqini tapmır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə istinadən iddiaçı iddia tələbinin sübut edə bilməmiş, tələbini əsaslandırmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, ilkin iddia tələbi rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X6”nın: 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 6.5-ci bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı bəndinə əsasən Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Qaz paylayıcısı Cavabdeh İB ilə istehlakçı arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsi ilə Qaz paylayıcısı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilənin 2.3.4-cü bəndi ilə İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini İstehlakçı tərəfindən ödənilməsi və həmin müqavilənin 3.3-cü bəndi ilə İstehlakçı tərəfindən təbii X6nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə edilmiş ARDNŞ-nin Şurasının 14 mart 2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimləməsi şərtləndirilmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli ******* nömrəli akt üzrə 972 (doqquz yüz yetmiş iki) manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt üzrə 820,80 (səkkiz yüz iyirmi manat səksən qəpik) manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üzrə 907,20 (doqquz yüz yeddi manat iyirmi qəpik) manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üzrə 328,32 (üç yüz iyirmi səkkiz manat otuz iki qəpik) manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üzrə 103,68 (bir yüz üç manat altmış səkkiz qəpik) manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üzrə 233,28 (iki yüz otuz üç manat iyirmi səkkiz qəpik) manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üzrə 207,36 (iki yüz yeddi manat otuz altı qəpik) manat, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt üzrə 233,28 (iki yüz otuz üç manat iyirmi səkkiz qəpik) manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə 302,40 (üç yüz iki manat qırx qəpik) manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üzrə 457,92 (dörd yüz əlli yeddi manat doxsan iki qəpik) manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdeh İddiaçı “ iddiaçı Cavabdeh İB-yə vurulmuş 3870,34 (üç min səkkiz yüz yetmiş manat otuz dörd qəpik) manat məbləğində dəymiş zərərin əvəzini iddiaçıdan tələb edir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə aparılmış araşdırmanın nəticələrini əsas götürüb, bu sahəni tənzimləyən müddəaları rəhbər tutub, hesab edir ki, cavabdehin təqsirli, hüquqazidd əməli (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X6”nın tələblərini pozmaqla) nəticəsində Cavabdeh İB-nə birbaşa zərər vurulması tam sübuta yetirilir. Belə ki, Cavabdeh İB-nin əmkdaşları tərəfindən istehlakçı İddiaçının yaşadığı ünvanda dəfələrlə "X6"nın tələblərinə zidd olaraq qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi halı aşkar olunmuş və bu barədə müvafiq akt tərtib edilmişdir. Məhkəmə cavabdeh İddiaçı təqsirli, hüquqazidd əməli nəticəsində Cavabdeh İB-nə vurulmuş maddi zərərin məbləği ilə bağlı qeyd edir ki, iddiaçı dəymiş ziyanın bərpasına dair tələbnamələrə əsaslanaraq vurulmuş ziyanın əvəzi olaraq cavabdehdən “ iddiaçı Cavabdeh İB-yə vurulmuş 3870,34 (üç min səkkiz yüz yetmiş manat otuz dörd qəpik) manat məbləğində dəymiş zərərin əvəzini və 60,50 (altmış manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 3930,84 (üç min doqquz yüz otuz manat səksən dörd qəpik) manat pulun cavabdehdən tutulması barədə iddia tələbini əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə cavabdehi tərəfindən təbii qazdan istifadə edilməsi nəticəsində dəymiş zərərin məbləği müəyyən edilərkən, vurulmuş maddi ziyanın məbləği müəyyən edilmiş ümumi 3930,84 (üç min doqquz yüz otuz manat səksən dörd qəpik) manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı Cavabdeh İB-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi təmin edilməli, cavabdeh İddiaçı Cavabdeh İB-yə vurulmuş 3870,34 (üç min səkkiz yüz yetmiş manat otuz dörd qəpik) manat məbləğində dəymiş zərərin əvəzini və 60,50 (altmış manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 3930,84 (üç min doqquz yüz otuz manat səksən dörd qəpik) manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nın "xxxx" ASC-nin Cavabdeh şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBA AZ50İBAZ********************) bank hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair ilkin iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh İddiaçı Cavabdeh İB-yə vurulmuş 3870,34 (üç min səkkiz yüz yetmiş manat otuz dörd qəpik) manat məbləğində dəymiş zərərin əvəzini və 60,50 (altmış manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 3930,84 (üç min doqquz yüz otuz manat səksən dörd qəpik) manat pulu Cavabdeh İB-nın "xxxx" ASC-nin Cavabdeh şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBA AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar