Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-89/2020 12.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı Notariat ofisi və Cavabdeh qarşı müqavilənin ləğvi və borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı Cavabdeh qarşı müqavilənin ləğvi və borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx xxxx 2016-cı il tarixli Razılaşma Müqaviləsi bağlanmışdır. X4 əsasən İddiaçı 15000 (on beş min) ABŞ dolları məbləğində pulu (1 ABŞ dolları = 1.60 manat) 24000 (iyirmi dörd min manat) 1 ay müddətində qaytarmaq şərti ilə Cavabdeh verməyi öz öhdəsinə götürür. Tərəflər razılaşırlar ki, Cavabdeh tərəfindən alınmış 15000 (on beş min) ABŞ dolları məbləğində pul Sazişdə göstərilən 1 ay müddətində İddiaçı qaytarılmadığı təqdirdə qeyd olunan pul məbləğinin İddiaçı tərəfindən tələb edilməməsi şərti ilə Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2004-cü il tarixli, 306 nömrəli Sərəncamı ilə İİ Nügədi bələdiyyəsinin ərazisindən 0,30 hektar karxana üçün avadanlığın quraşdırılmasına və qum-çınqıl xammalından ötrü Qaraçay yatağından X1 adına ayrılmış 2,0 hektar sahəyə dair X1 adından İddiaçı qüvvədə olan Quba rayonu, Dövlət Notariat kontoru tərəfindən verilmiş və reyestrdə 7 R 1976 nömrə ilə qeyd edilmiş Etibarnamə əsasında o, Cavabdeh etibarnamənin qüvvədə olma müddətinədək mülki etibarnamə verməyi və onu istifadəsinə verilməsini öhdəsinə götürür. Həmçinin, Cavabdeh aldığı 15000 (on beş min) ABŞ dolları məbləğində pulun və mülki etibarnamə əsasında ona etibarnamənin qüvvədə olma müddətində etibar edilən Qaraçay yatağında olan 2,0 hektar sahənin müqabilində onunla “xxxxxxx” MMC-nin direktoru X3 arasında bağlanmış “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında Fərdi Müqavilə”yə əsasən payçılığına verilmiş, maliyyə arayışına və eyni zamanda dediyinə əsasən tam ödənişi edilmiş Xətai rayonu, Neapol küçəsi, 26 saylı ünvanda tikilməkldə olan yaşayış sahəsinin 5-ci korpusunda, 5-ci girişində, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 497,5 kv.m. olan qeyri yaşayış sahəsindən imtina etməyi və həmin qeyri yaşayış sahəsinə dair bütün hüquq və vəzifələrini İddiaçı verməyi öz öhdəsinə götürür. Tərəflər arasında qeyd olunan Razılaşma Müqaviləsi bağlanarkən bu Saziş üzrə tərəflərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37-ci fəslinin tələbləri izah edilmişdir. Lakin, Razılaşma Müqaviləsində borcun qaytarılmalı olduğu xx xxxxx 2016-cı il tarixdən 1 il 5 ay müddətin keçməsinə baxmayaraq, cavabedh Cavabdeh 15000 (on beş min) ABŞ dolları məbləğində pulu iddiaçıya geri qaytarılmadığından xx xxxxxxxx 2017-ci il tarixdə Pretenziya məktubu ilə ona müraciət olunaraq, Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx xxxx 2016-cı il tarixli Razılaşma Müqaviləsinə əsasən 15000 (on beş min) ABŞ dolları məbləğində pulun 3 gün ərzində iddiaçiya qaytarılması xahiş edilmiş və Pretenziyada göstərilən müddət ərzində ödəniş tam olaraq edilməzsə qanunvericiliyin verdiyi hüquqlardan istifadə edərək, borcun Müqavilədə qeyd olunan əmlaklara yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı və Məhkəməyə müraciət olunduğu halda isə əlavə olaraq ondan məhkəmə xərcləri, dəbbə pulu, əldən çıxmış fayda, dövlət rüsumları və vəkil haqqının tutulacağı bildirilmişdir. Eyni zamanda xx xxxxxxxx 2017-ci il tarixli ərizə ilə Bakı şəhəri 9 saylı Notariat kontorunun xüsusi notariusu Rəşadət Sadıqova müraciət olunaraq, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 9 saylı Notariat kontoru tərəfindən təsdiq edilərək Reyestrdə 3M-420 nömrə ilə qeyd edilmiş xx xxxx 2016-cı il tarixli Razılaşma Müqaviləsi üzrə icra qeydinin məcburi surətdə icra olunmaq üçün aidiyyəti rayon icra şöbəsinə təqdim edilməsi xahiş edilmişdir. Bakı şəhəri 9 saylı Notariat kontorundan ərizəyə cavab olaraq xx xxxxxxx 2017-ci il tarixli, 1993 saylı məktubla bildirilmişdir ki, “Borc alan” tərəf Rusiya Federasiyasının vətəndaşı olduğundan Azərbaycan Respublikasının “Notariat haqqında” Qanununun 76-cı maddəsinə əsasən “Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır”. Lakin, Razılaşma Müqaviləsində qeyd olunan 1 ay müddətin başa çatmasından, yəni xx xxxxx 2016-cı il tarixdən 2 il 5 ay müddətin keçməsinə baxmayaraq, cavabeh Cavabdeh tərəfindən 15000 ABŞ dolları məbləğində pul vəsaiti geri qaytarılmamışdır. Hesab edir ki, Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx xxxx 2016-cı il tarixli Razılaşma Müqaviləsinə əsasən Cavabdeh tərəfindən alınmış 15000 ABŞ dolları məbləğində pul Sazişdə göstərilən müddətdə İddiaçı qaytarılmadığından qeyd olunan pul məbləğinin İddiaçı tərəfindən tələb edilməməsi şərti ilə Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2004-cü il tarixli, 306 nömrəli Sərəncamı ilə İİ Nügədi bələdiyyəsinin ərazisindən 0,30 hektar karxana üçün avadanlığın qaraşdırılmasına və qum-çınqıl xammalından ötrü Qaraçay yatağından X1 adma ayrılmış 2,0 hektar sahəyə dair X1 adından İddiaçı qüvvədə olan Quba rayonu, Dövlət Notariat kontoru tərəfindən verilmiş və reyestrdə 7 R 1976 nömrə ilə qeyd edilmiş Etibarnamə əsasında onun tərəfindən Cavabdeh etibarnamənin qüvvədə olma müddətinədək mülki etibarnamənin verilməsi və onun istifadəsinə verilməsi şərti ilə Cavabdeh aldığı 15000 ABŞ dollarının və mülki etibarnamə əsasında ona etibarnamənin qüvvədə olma müddətində etibar edilən Qaraçay yatağında olan 2,0 hektar sahənin müqabilində onunla “xxxxxxx MMC”-nin direktoru X3 arasında bağlanmış “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında Fərdi Müqavilə”sinə əsasən payçılığına verilmiş, maliyyə arayışına və eyni zamanda dediyinə əsasən tam ödənişi edilmiş Xətai rayonu, Neapol küçəsi, 26 saylı ünvanda tikilməkldə olan yaşayış sahəsinin 5-ci korpusunda, 5-ci girişində, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 497,5 kv.m. olan qeyri yaşayış sahəsinə dair bütün hüquq və vəzifələrin İddiaçı keçirilməsi məhkəmə qaydasında təmin edilməlidir. Həmçinin Cavabdeh Rusiya Federasiyasının vətəndaşı olduğundan onun Azərbaycan Respublikasında məlum olan axırıncı yaşayış yerinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə xx xxxxxxx 2018-ci il tarixli, 930 saylı vəkil sorğusu ilə müraciət olunaraq Rusiya Federasiyasının vətəndaşı Cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınması, sonuncu dəfə hansı ünvanda qeydiyyatda olması və ya Azərbaycan Respublikasında axırıncı yaşayış yeri, eləcə də, ümumiyyətlə belə bir şəxsin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edib-etməməsi barədə məlumat verilməsi xahiş edilmişdir. Sorğuya Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin xx xxxxxxx 2018-ci il tarixli, 05/1926 saylı məktubu ilə cavab olaraq bildirilmişdir ki, Rusiya Federasiyasının vətəndaşı xx xxxxxx 1955-ci il təvəllüdlü Cavabdeh olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı sonuncu dəfə xx xxxxxx 2015-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və ünvan 1 mənzil 49 ünvanına qeydiyyata alınmışdır. Qeyd edilənləri nəzərə alaraq, 15000 ABŞ dollarının İddiaçı tərəfindən tələb edilməməsi şərti ilə Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2004-cü il tarixli, 306 nömrəli Sərəncamı ilə İİ Nügədi bələdiyyəsinin ərazisindən 0,30 hektar karxana üçün avadanlığın quraşdırılmasma və qum-çınqıl xammalından ötrü Qaraçay yatağından X1 adına ayrılmış 2,0 hektar sahəyə dair X1 adından İddiaçı qüvvədə olan Quba rayonu, Dövlət Notariat kontoru tərəfindən verilmiş və reyestrdə 7 R 1976 nömrə də qeyd edilmiş Etibarnamə əsasında onun tərəfindən Cavabdeh etibarnamənin qüvvədə olma müddətinədək mülki etibarnamənin verilməsi və onun istifadəsinə verilməsi və iddiaçı Cavabdeh aldığı 15000 (on beş min) ABŞ dolları məbləğində pulun və mülki etibarnamə əsasında ona etibarnamənin qüvvədə olma müddətində etibar edilən Qaraçay yatağında olan 2,0 hektar sahənin müqabilində onunla "xxxxxxx MMC”-nin direktoru X3 arasında bağlanmış "Çoxmənzilli yaşayış binasının tikintisi haqqında Fərdi Müqavilə”sinə əsasən payçılığına mülkiyyətinə, istifadəsinə) verilmiş, maliyyə arayışına və eyni zamanda dediyinə əsasən tam ödənişi edilmiş Xətai rayonu, Neapol küçəsi, 26 saylı ünvanda tikilməkldə olan yaşayış sahəsinin 5-ci korpusunda, 5-ci girişində, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 497,5 kv.m. olan qeyri yaşayış sahəsinə dair bütün hüquq və vəzifələrin İddiaçı keçirilməsi barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirmə ərizəsi təqdim edərək Bakı şəhəri 9 saylı Notariat ofisini cavabdehlər sırasına əlavə etmiş və İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx xxxx 2016-cı il tarixli Razılaşma Müqaviləsinin ləğv edilməsi və X4 əsasən cavabdeh İddiaçı tərəfindən 1 ay müddətində qaytarılması üzərinə öhdəlik görürülmüş 15000 ABŞ dollarının və borcun gecikdirildiyi 2 il 10 ay müddət üçün illik beş faiz dərəcəsi ilə hesablanmaqla 2125 ABŞ dolları faiz borcunun borcun qaytarılacağı gün üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə Azərbaycan manatı ilə Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Bakı şəhəri 9 saylı Notariat ofisi və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat veriməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Mülki işin materiallarında olan Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx xxxx 2016-cı il tarixli Razılaşma Müqaviləsindən görünür ki, müqaviləyə əsasən İddiaçı 15000 (on beş min) ABŞ dolları şəklində verilir, bu günki manatla kurs üzrə (1ABŞ dolları=1.60 manat) 24000 (iyirmi dörd min) manat məbləğində pulu 1 ay müddətində qaytarmaq şərti ilə Cavabdeh verməyi öz öhdəsinə götürür. Tərəflər razılaşırlar ki, Cavabdeh tərəfindən alınmış 15000 (on beş min) ABŞ dolları məbləğində pul Sazişdə göstərilən 1 ay müddətində İddiaçı qaytarılmadığı təqdirdə qeyd olunan pul məbləğinin İddiaçı tərəfindən tələb edilməməsi şərti ilə Azərbaycan Respublikası Quba Rayon icra Hakimiyyəti başçısının xx xxxxxx 2004-cü il tarixli, 306 nömrəli Sərəncamı ilə İİ Nügədi bələdiyyəsinin ərazisindən 0,30 hektar karxana üçün avadanlığın quraşdirılmasına və qum-çınqıl xammalından ötrü Qa ra çay yatağından X1 adına ayrılmış 2,0 hektar sahəyə dair X1 adından İddiaçı qüvvədə olan Quba rayonu, Dövlət Notariat kontoru tərəfindən verilmiş və reyestrdə 7 R 1976 nömrə ilə qeyd edilmiş Etibarnamə əsasında o, Cavabdeh etibarnamənin qüvvədə olma müddətinədək mülki etibarnamə verməyi və onu istifadəsinə verilməsini öhdəsinə götürür, i Həmçinin, Cavabdeh aldığı 15000 (on beş min) ABŞ dolları məbləğində pulun və mülki etibarnamə əsasında ona etibarnamənin qüwədo olma müddətində etibar edilən Qaraçay yatağında olan 2,0 hektar sahənin müqabilində onunla "xxxxxxx MMC"-nin direktoru X3 arasında bağlanmış "Çoxmənzilli yaşayış binasının tikintisi haqqında Fərdi Müqavilə"yə əsasən payçılığına (mülkiyyətinə, istifadəsinə) verilmiş, maliyyə arayışına və eyni zamanda dediyinə əsasən tam ödənişi edilmiş Xətai rayonu, Neapol küçəsi, 26 saylı ünvanda tikilməkldə olan yaşayış sahəsinin 5-ci korpusunda, 5-ci girişində, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 497,5 kv.m. olan qeyri yaşayış sahəsindən imtina etməyi və hamin qeyri yaşayış sahəsinə dair bütün hüquq və vəzifələrini İddiaçı verməyi öz öhdəsinə götürür. İş materiallarında olan pretenziya məktubundan görünür ki, Cavabdeh öhdəliyi yerinə yetirməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçırirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan tonrada öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır”. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borc olaraq aldığı 15000 ABŞ dolları məbləğində pulu və illik beş faiz dərəcəsi ilə hesablanmış 2125 ABŞ dolları faiz borcunu iddiaçıya ödəməlidir. Həmçinin tərəflər arasında bağlanmış razılaşma müqaviləsi ləğv edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx xxxx 2016-cı il tarixli Razılaşma Müqaviləsi ləğv edilsin. Cavabdeh 15000 ABŞ dolları və illik beş faiz dərəcəsi ilə hesablanmış 2125 ABŞ dolları faiz borcu ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatlaİddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-89/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-89/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver