Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-917/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İlk iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi Vəkil, İlk iddia üzrə cavabdeh - qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi vəkil X13 iştirakları ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İsmayı oğluna 12000 (on iki min) manat məbləğində kompensasiya verilməklə Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 22 ünvanında yerləşən 35 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi və caabdehin həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İsmayı oğluna 15000 (on beş min) manat məbləğində kompensasiya verilməklə Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 22 ünvanında yerləşən 35 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi və caabdehin həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nərimanov rayon Mənzil İdarəsi Kommunal Mənzil şöbəsi tərəfindən 03 mart 1961-ci il tarixdə verilmiş 2044 saylı orderə əsasən, ünvan 1 ünvanında yerləşən mənzil mərhum atası X4 ailə üzvləri ilə birlikdə yaşamaq üçün verilmişdir. Nərimanov rayon X8 02 dekabr 1970-ci il tarixli qərarına əsasən, ünvan 1 ünvanında yerləşən mənzilin icarədarı atasının ölümü ilə əlaqədar vərəsəlik qaydasında anası X2 adına dəyişdirilmişdir. Daha sonra Nərimanov rayon İcra Hakimiyyətinin 29 iyun 2000-ci il tarixli 319 saylı sərəncamına əsasən, mənzilin icarədarı olan anasının ölümü ilə əlaqədar mənzilin icarə müqaviləsi onun adına dəyişdirilmiş və onun mənzilin icarədarı hesab edilməsi qərara alınmışdır. O, 02.07.1982-ci il tarixdə Cavabdeh ilə Bakı şəhəri Nərimanov rayon VVADQ şöbəsində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan olan övladları yetkinlik yaşına çatmışdır. Cavabdehlə ailə qurduqları vaxtdan münasibətləri normal olmamış, daim aralarında mübahislər yaranmış və nəticədə o cavabdehə qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmiş və iş məhkəmənin icraatındadır. Cavabdehlə rəsmi nikaha daxil oldqdan sonra cavabdehin Bakı şəhərində qeydiyyata düşməyə ünvanı olmadığından 04.05.1988-ci il tarixdə həmin vaxt order əsasında anasına məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə qeydiyyata alınmış və hal-hazırki vaxtadək həmin mənzildə qeydiyyatdadır. Lakin cavabdehlə münasibətləri kəskin xarakter aldığından artıq cavabdehlə eyni ünvanda yaşamaqları mümkün deyildir. Cavabdeh daima spirtli içkilər qəbul edərək, sərxoş vəziyyətdə yaşadıqları evə gələrək, onu və artıq yetkinlik yaşına çatmış qızını döyür, xəsarət yetirir, bunun da nəticəsində birgə yaşamaqları mümkünsüz hala gəlib çıxmışdır.O, cavadehlə rəsmi nikaha daxil olmazdan əvvəl, Nərimanov rayon Mənzil İdarəsi Kommunal Mənzil Şöbəsi tərəfindən 03 mart 1961-ci il tarixdə verilmiş 2044 saylı orderdə mənzilin icarədarının ailə üzvləri siyahısında onun da adı qeyd olunmuş, sonradan 19.12.2000-ci il tarixdə onun adına qeydiyyat vəsiqəsi verilsə də, həmin əmlak ona valideynlərindən vərəsəlik qaydasında keçdiyindən Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri əmlak hesab oluna bilməz. Lakin cavabdeh 04.05.1998-ci il tarixdə mənzilə qeydiyyata alındığından məhkəmə qaydasında ona kompensasiya verilməklə istifadə hüquqları itirilməli və mənzildən çıxarılmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi, 22 saylı evin 35 saylı 2 otaqlı mənzilinə dair ½ hissədə onun, ½ hissədə isə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı paylı mülkiyyəti barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh İddiaçı ilə 02 iyul 1982-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon VVADQ şöbəsində rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Hazırda aralarında bağlanmış nikah məhkəmə qaydasında ləğv edilmişdir. Cavabdehlə birgə nikah dövründən, yəni 1998-ci ildə ünvan 3ylı evin 35 saylı mənzilinə qeydiyyata alınmışdır və hal-hazırki günə kimi həmin ünvanda yaşamaqla orada qeydiyyatdadır. ünvan 3ylı evin 35 saylı mənzili order əsasında mərhum qayınatası X3 adına olmuşdur. Onun vəfatından sonra mənzilin kirayə müqaviləsi qayınanası mərhum X2 adına rəsmiləşdirilmişdir. Qaynanasının vəfatı ilə bağlı mübahisəli mənzil 2000-ci ildə həyat yoldaşı İddiaçı adına rəsmiləşdirilmişdir. Sonradan həmin mənzilə 19 dekabr 2000-ci il tarixdə həyat yoldaşının adına mülkiyyət hüququnu təsdq edən şəhadətnamə alınmışdır. Hazırda cavabdeh onun mənzildən 12000 manat kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Mərhum qayınanasının ölümündən əvvəl həmin ünvanda qeydiyyatda oaln qaynı X1 Federasiyasına getməsi və yaşadığı mənzildə gələcəkdə ona çata biləcək vərəsəlik hüququ ilə bağlı paydan imtina etmək məqsədi ilə bacısı İddiaçı iştirakı ilə 1983-cü ildə ondan 2000 rubl pul alaraq Rusiya Federasiyasının Leninqrad şəhərinə köçüb getmişdir. Bundan sonra mərhum qayınanası X2 ölümündən sonra mübahisəli mənzilin kirayə müqaviləsi həyat yoldaşı İddiaçı adına kirayə müqaviləsi əsasında rəsmiləşdirildikdən sonra onun yazılı razılığı əsasında mənzilə yoldaşının adına mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə almışlar. Mənzilə şəhadətnamə aldıqdan sonra hər ikisinin vəsaiti hesabına mənzil tam olaraq təmir edilərək orada birgə yaşamışlar. Cavabdehin valideynlərindən miras qalmış əmlakda onun qardaşına çatan pay pul formasında tərəfindən ödənildiyi üçün orada ona məxsus pay vardır. 1983-cü ildə Bakı şəhəri üzrə mənzillərin dəyərini aydınlaşdıraraq müəyyən olunar ki,hazırki mübahisəli mənzilin o dövr üçün dəyəri 5000 rubl təşkil edirdi. Ona görə də mənzil birgə mülkiyyət hesab edilməli və əmlak ½ hissədə tərəflər arasında bölünməlidir. Məhkəmə iclasında İlk iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verib ilkin iddia tələbini müdafiə edərək, ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddia tələbinin isə əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh - qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili X20 qarşılıqlı iddia ərizəsini müdafiə edərək təmin olunmasını, ilkin iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X14 və X11 02 iyul 1982-ci il tarixdə nikaha daxil olmuşlar. Bu barədə nkahın bağlanması haqqında akt qeydləri kitabında 446 nömrə ilə qeyd edilmişdir. Nikah bağlanandan sonra ərə Axundov, arvada isə Axundova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 01.12.2020-ci il tarixli 018/39-7626 nömrəli arayışından görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X7 04.05.1998-ci il tarixdən hal-hazıradək ünvan 1 ünanında qeydiyyatdadır. İş materiallarında olan 03 mart 1961-ci il tarixli 2044 saylı Nərimanov Rayon Mənzil İdarəsinin orderinin surətindən görünür ki, X12 ünvan 1 ünvanının icarədarıdır. İş materiallarında olan Nərimanov Rayon X8 11 dekabr 1970-ci il tarixli 60 saylı protokolun surətindən görünür ki, icarədar X5 Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 22, 35 saylı adına sənədləşdirilmiş mənzilinin (arvadı) X9 adına sənədləşdirilməsinə qərar verilmişdir. İş materiallarında olan Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 319 nömrəli 29 iyun 2000-ci il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Arif Heydərov küçəsində yerləşən 22 saylı evin yaşayış sahəsi 37,0 kv.m olan, 2 otaqlı 35-ci mənzilin icarə müqaviləsi N.K.Məmmədovanın ölümü ilə əlaqədar 4 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı və 2 qızı) vətəndaş İddiaçı adına dəyişdirilmiş və o həmin mənzilin icarədarı hesab edilmişdir. İş materiallarında olan ÖM seriyalı 060554 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3ylı evin 35 nömrəli mənzil İddiaçıovnanın adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyatdan keçirilmişdir və bu barədə 19.12.2000-ci il tarixdə 30/169948 qeydə alma nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Baş İstehsalat İdarəsinin arayışından görünür ki, İddiaçı 12.09.1975-ci il tarixdən, Cavabdeh 04.05.1998-ci il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 22 nömrəli evin 35 nömrəli mənzilində qeydiyyatdadırlar. İş materiallarında olan “X16 və Ekspertiza Mərkəzi” MMC-nin 04 nömrəli 15 mart 2021-ci il tarixli arayışından görünür ki, 2020-2021-ci il ərzində Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində, eyni zamanda Nərimanov rayonu ərazisində köhnə tikilidə yerləşən 2 otaqlı mənzilin aylıq kirayə haqqının təqribən 300-350 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin qiymətləndirmə ilə bağlı 30 aprel 2021-ci il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.4 kv.m olan mənzilin yerləşdiyi ərazidə həmin şəraitli 1 otaqlı evin aylıq kirayə haqqının 250 manata bərabər olması müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırda mübahisə edilən ünvan 3ylı evin 35 saylı mənzili Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 29 iyun 2000-ci il tarixli 319 saylı sərəncamı ilə İddiaçı (4 nəfər ailə üzvləri ilə birlikdə-özü, həyat yoldaşı və 2 qızı) verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışı ilə müəyyən olunur ki, Cavabdeh 04.05.1998-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 3ylı evin 35 saylı mənzil ilk olaraq 03 mart 1961-ci il tarixli 2044 saylı Nərimanov Rayon Mənzil İdarəsinin orderi əsasında X10 icarəyə verilmişdir. Nərimanov Rayon X8 11 dekabr 1970-ci il tarixli 60 saylı protokolu və qərarı əsasında icarədar X5 Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 22, 35 saylı adına sənədləşdirilmiş mənzilinin (arvadı) X6 adına sənədləşdirilməsinə qərar verilmişdir. Hazırki iş üzrə tərəflər Cavabdeh və X11 nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən 02 iyul 1982-ci il tarixdə nikaha daxil olmuş və həmin mənzildə yaşamışlar. Daha sonra Nina Məmmədovanın ölümü ilə əlaqədar mənzilin icarə müqaviləsi Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 29 iyun 2000-ci il tarixli 319 saylı sərəncamı ilə 4 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı və 2 qızı) qızı İddiaçı adına dəyişdirilmiş və o həmin mənzilin icarədarı hesab edilmişdir. Tərəflər arasında yaranmış gərgin münasibətlərə görə Cavabdeh 2020-ci ilin yanvar ayından mübahisəli mənzildən getmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı gəldiyi hüquqi nəticənin aşağıdakılarla əsaslandırılmasını məqbul hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən, ayrı-ayrı hallarda məhkəməyə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və ərin diqqətəlayiq mənafeyini, o cümlədən ar-arvadın biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə, məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisəli əmlak birgə nikah dövründə əldə edilməmişdir. İlkin iddia üzrə iddiaçının anası Nina Məmmədovanın ölümü ilə əlaqədar mənzilin icarə müqaviləsi Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 29 iyun 2000-ci il tarixli 319 saylı sərəncamı ilə 4 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı və 2 qızı) qızı İddiaçı adına dəyişdirilmiş və o həmin mənzilin icarədarı hesab edilmişdir. Hazırki iş üzrə tərəflər Cavabdeh və X11 nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən 02 iyul 1982-ci il tarixdə nikaha daxil olmuş və daha sonra həmin mənzildə yaşamışlar. Mübahisəli yaşayış evi 19.12.2000-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət hüququ əsasında cavabdeh M.Bəylərovun adına dövlət qeydiyyatına alınmışdır. İddiaçı 19.12.2000-ci il tarixədək mübahisəli evin mülkiyyətçisi olmamış, ev onun yalnız sahibliyində və istifadəsində olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, dövlət qeydiyyatından keçməmiş mübahisəli evə Cavabdeh istifadə hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli Qərarında olan hüquqi mövqeyə görə yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. X17 və Cavabdeh ailəsi ilə birlikdə həmin evdə ailəsi ilə birlikdə köçərək yaşamağa baladığını və bu tarixdən hüquq münasibətlərinin əmələ gəlməsini nəzərə alaraq məhkəmə hesab edir ki, əvvəlki Mənzil Məcəlləsinin müddəlarına əsasən iddiaya hüquqi qiymət verilməlidir. Əvvəlki Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinə görə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Hazırki işin hallarından aydın olur ki, cavabdeh mənzilin icarədarı kimi çıxış edən İddiaçı ilə birlikdə yaşayır. Cavabdeh həmin mənzilə istifadə hüququ əldə etmişdir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasıın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsi və ümumiyyətlə Azərbaycan Respublikası Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququna məhdudlaşdırmaq səlahiyyəti verən müddəa nəzərdə tutmur…Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.5-ci maddəsinə əsasən mülk hüquq münasibətlərini tənzimləyən hüquq normasıın olmaması və onun qeyri-müəyyənlyi məhkəmənn mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin təzimlənməməsi, əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamalanması məqsədi ilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Beləliklə, ümumi yurikdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir.” Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki,Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarında bildirmişdir ki, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Konstitusiya Məhkəməsi Plenumunun qəbul etdiyi və yuxarıda göstərilmiş qərarlarından göründüyü kimi, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə baxışı zamanı "xxxx" MMC-nin qiymətləndirmə ilə bağlı 30 aprel 2021-ci il tarixli rəyində göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.4 kv.m olan mənzilin yerləşdiyi ərazidə həmin şəraitli 1 otaqlı evin aylıq kirayə haqqının 250 manat, mənzilin real bazar qiyməti isə 100000 (bir yüz min) manatdır. Məhkəmə işin hallarını, ilkin iddia üzrə cavabdehin istifadə hüquqlarının mülkiyyətçinin mülkiyyətində olan mənzilə müstəqil sərəncam vermək hüququnu məhdudlaşdırdığını, təqdim olunan kompensasiya məbləğinin mənzilin orta bazar qiymətinə uyğun olduğunu nəzərə alaraq hesab edir ki, kompensasiyanın məbləği cavabdehə təklif olunan kompensasiya hesabına davamlı sürətdə və müəyyən müddət daxilində, başqa yerdə, mübahisəli evə xas olan şəraitə oxşar şəraitdə yaşamalarına imkan verir. İlkin iddia üzrə cavabdeh tərəfin bu kompensasiya məbləğilə razılaşmaması məhz hüquqdan sui-istifadədir. Belə sui-istifadə isə qarşılıqlı iddia üzrə cavabdeh tərəfin tərəflərə sübut təqdim etməsi üçün çəkişmə prinsipi əsasında əlverişli şəraitin yaradıldığı məhkəmə proseslərində mənzilə kirayə məbləğinə dair sübut təqdim etmədən, kompensasiyanın verilməsindən ümumiyyətlə imtina etməsində ifadə olunur. Belə mübahisəli vəziyyətdə həm milli qanunvericliyin, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar rəhbər tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddiaçı tərəfindən ilkin iddia üzrə cavabdehə qarşı irəli sürülmüş iddianın “15000 manat kompensasiya verilməklə istifadə hüququna xitam vermə” iddiası əsaslıdır və təmin edilməlidir. İlkin iddia tələbinin “mənzildən çıxarılma hissəsinə münasibətdə “ məhkəmə qeyd edir ki, məhkəmə iclasında tərəflərin izahatından məlum olmuş hallara görə Cavabdeh 2020-ci ilin yanvar ayından mübahisəli mənzili tərk etmişdir. Odur ki, cavabdeh Yaqub Məmmədlinin mənzildən çıxarılması zərurəti də aradan qalxmışdır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh 15000 (on beş min) manat kompensasiya ödənilməklə ünvan 3ylı evin 35 saylı mənzilindən istifadə hüququna xitam verilməli, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, qarşılqlı iddia tələbi isə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh 15000 (on beş min) manat kompensasiya ödənilməklə ünvan 3ylı evin 35 saylı mənzilindən istifadə hüququna xitam verilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-917/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-917/2021
24.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver