Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-92/2021 30.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili-Vəkil1 Cavabdeh oğlunun nümayəndəsi və vəkili-Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh oğluna və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “qeyri-qanuni tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X3 və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “qeyri-qanuni tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 tərəfindən ünvan 1 ünvanında yerləşən İddiaçınə məxsus rabitə qurğularının üzərində inşa edilmiş özbaşına tikilinin cavabdehin vəsaiti heasbına sökülməsi və rabitə qurğularının mühafizə zonasının boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, telekommunikasiya operatoru olan İddiaçı Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən verilmiş 001508 nömrəli 10 iyun 2005-ci il tarixli lisenziya əsasında cəmiyyətə məxsus 490/496/465/436/424/464/480/489 indeksli ATS-ləri vasitəsi ilə Bakı şəhərinin müxtəlif bölgələrində 70.000 (yetmiş min) yaxın abunəçilərə telekommunikasiya xidməti göstərir. İddiaçı 465 indeksli ATS-nin xidmət göstərdiyi əraziyə aid olan ünvan 1 ünvanında yerləşən İddiaçınə məxsus rabitə qurğularının üzərində cavabdeh X4 tərəfindən özbaşına tikili inşa edilmiş və bunun nəticəsində İddiaçınə məxsus rabitə quyusunun bir hissəsi və yeraltı telekommunikasiya şəbəkələri X4 tərəfindən hər hansı hüquqi əsas olmadan inşa edilmiş tikintinin altında qalmışdır. Bu isə öz növbəsində İddiaçı telekommunikasiya operatorun texniki işçiləri tərəfindən cəmiyyətə məxsus qeyd olunan telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə zonasına maneəsiz daxil olmağı və təmir işlərini aparmaq imkanını məhdudlaşdırmışdır. Nəticədə, İddiaçı tərəfindən həmin ərazidə rabitə xidmətlərinin maneəsiz və qüsursuz göstərilməsini qeyri-mümkün olmuşdur. Bu barədə İddiaçı əməkdaşları tərəfindən 19 sentyabr 2013-cü il tarixdə rabitə xəttinin pozuntuları haqqında akt tərtib edilmişdir (cavabdeh X4 aktı imzalamaqdan imtina etmişdir). Cavabdeh X1 dəfələrlə şifahi və yazılı şəkildə telekommunikasiya qurğunun üzərində inşa edilmiş qeyri-qanuni tikilinin sökülməsi və qurğunun mühafizə zonasının boşaldılmasının tələb edilməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Cavabdeh hazırda da cəmiyyətin qanuni tələblərini icra etməkdən yayınır. Buna görə də cəmiyyət öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 227 nömrəli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nın: 1.4-cü bəndinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitə və qurğularına yeraltı, hava və sualtı kabel rabitə xətləri; məftilli rabitə xətləri; radiorele xətləri və stansiyaları; yerüstü peyk stansiyaları; GSM, CDMA və digər müasir standartlı mobil şəbəkələrin stansiyaları; kabel xətlərinin yerüstü və yeraltı qurğuları, xidmət olunmayan gücləndirici məntəqə (bundan sonra-XOGM), kabel köşkləri və şkafları, yeraltı kabel xətlərini göstərən nişanlayıcı dirəklər və s. telekommunikasiya xidmətlərinin göstərilməsi üçün istifadə edilən bina, qüllə və digər mühəndis-texniki qurğulara aiddir; 2.1.1-ci bəndinə əsasən telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının zədələnməsinin qarşısını almaq məqsədilə yeraltı kabel və məftilli hava xətləri üçün yan naqillərə və kabellərə paralel olaraq hər iki tərəfə 2 metr məsafədə torpaq sahəsi (fəza nəzərə alınmaqla) mühafizə zonası müəyyən edilir; 4.1.1, 4.1.2 və 4.1.3-cü bəndlərinə əsasən telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə zonalarında aidiyyəti dövlət orqanlarının və telekommunikasiya operatorlarının razılığı və iştirakı olmadan tikinti, quraşdırma, rekonstruksiya və partlayış, 0,3 metr dərinlikdə qazma, xüsusi maşın və mexanizmlərlə qazıntı və hamarlama işlərinin aparılması qadağandır; 5.1-ci bəndinə əsasən telekommunikasiya operatorlarının texniki işçiləri həmin operatorlara məxsus telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə zonalarına 24 saat ərzində maneəsiz daxil olmaq və təmir işləri aparmaq hüququna malikdirlər; 5.9-cu bəndinə əsasən obyekt, bina və digər tikinti layihələrində, layihələndirilən ərazidə mövcud olan telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının keçdiyi yer göstərilməli və tikinti layihəsinə dair digər aidiyyəti dövlət orqanları ilə yanaşı, telekommunikasiya sahəsi üzrə səlahiyyətli dövlət orqanının da rəyi alınmalıdır. Telekommunikasiya vasitə və qurğularının tam mühafizəsi və köçürülməsi (lazım gələrsə) layihəni həyata keçirən müəssisənin vəsaiti hesabına işə başlamazdan əvvəl təmin edilməlidir; 5.13-cü bəndinə əsasən yerli icra hakimiyyəti orqanları tikinti aparan təşkilatdan, torpaq sahəsinin ayrılması ilə əlaqədar müraciət edən hər bir fiziki və hüquqi şəxsdən bu işlərin aparılması üçün aidiyyəti telekommunikasiya operatorunun razılığını tələb etməlidirlər. Göründüyü kimi, hazırki ictimai münasibətləri tənzimləyən və yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, cavabdeh X4 tərəfindən ünvan 1 ünvanında tikinti işləri aparılarkən “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları” ilə müəyyən edilmiş telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə zonalarında işlərə qoyulan qadağalara və şərtlərə riayət edilməyərək, bu işlərin aparılmasına aidiyyəti telekommunikasiya operatorundan və yerli icra hakimiyyəti orqanından icazə alınmamışdır. Bununla yanaşı, cavabdeh tərəfindən qeyd edilən qanunvericilik aktının 5.1-ci bəndində təsbit edilmiş telekommunikasiya operatorlarının özünə məxsus telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə zonalarına 24 saat ərzində maneəsiz daxil olmaq və təmir işləri aparmaq hüququ hər hansı hüquqi əsas olmadan məhdudlaşdırılmışdır. Məhkəmə baxışı iclasında İddiaçı nümayəndəsinin razılığı ilə cavabdeh X4 əsl Cavabdeh oğlu ilə əvəz edilmişdir. Məhkəmə baxışı iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh oğlunun nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etmədi və bildirdi ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 07 may 2010-cu il tarixli sərəncamına əsasən vətəndaş Cavabdeh ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə bitişik Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq tikinti işlərinin aparılmasına icazə verilmişdir. Hazırda əmlak cavabdehin mülkiyyətindədir. İddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, üçüncü şəxsin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İşdə olan 19.09.2013-cü il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında tikinti işləri apararkən İddiaçı MMC-yə məxsus rabitə qurgusunun bir hissəsinin tikintinin altında qalması müəyyən olunmuşdur. İşdə olan 20.11.2019-cu il tarixli aktdan görünür ki, ünvan 2 ünvanda "Şəki restoranı”nın yeni binasının tikintisi zamanı İddiaçı MMC-yə məxsus yeraltı yeraltı kabel-kanalizasiya qurğularının üstündə tikinti işləri aparılmışdır. Nəticədə İddiaçı MMC-yə məxsus rabitə quyusunun bir hissəsi və yeraltı rabitə kanalları tikilinin altında qalmışdır. Hal-hazırda rabitə qurğularına giriş məhdudlaşdırılmışdır. Bu isə çox saylı əhali, müəssisə və təşkilatlara həmin qurğularla rabitə xidmətlərinin maneəsiz və qüsursuz göstərilməsini qeyri mümkün etmişdir. İşdə olan İddiaçı MMC-nin Rafiq Aslanova ünvanlandığı məktubdan görünür ki, Sizin 30.09.2013-cü il tarixli müraciətinizi nəzərə alaraq nümayəndənizin iştirakı ilə tikinti aparılmış ünvana təkrar baxış keçirilmişdir. Baxış zamanı bir daha təsdiq olunmuşdur ki, Sizin tərəfinizdən ünvan 4 ünvanda İddiaçı MMC-yə məxsus kabel-kanalizasiya qurğularının üstündə tikinti aparılmışdır və rabitə quyusunun bir hissəsi və yeraltı rabitə kanalları tikintinin altında qalmışdır. Nəticədə rabitə qurğularına çıxış məhdudlaşdırılmışdır. Bu isə telefon rabitəsi xidmətlərinin maneəsiz və qüsursuz göstərilməsini qeyri mümkün etmişdir. Təkrarən bildiririk ki, Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 227 nömrəli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğuların mühafizəsi haqqında Qaydalarda əsasən yeraltı telefon kabel kanalizasiya qurğularına paralel olaraq hər iki tərəfə ən azı 2(iki) metr məsafədə torpaq sahəsi Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə zonası hesab edilir və mühafizə zonalarında tikirti işlərinin aparılması qadağandır. Əgər tikinti telefon kanalizasiyasına 2 metrdən az məsafə qədər yaxınlaşarsa. Qaydaların 5.9 bəndinə əsasən telekommunikasiya qurğu və vasitələri layihəni həyata keçirən müəssisənin vəsaiti hesabına işə başlamazdan əvvəl köçürülməlidir. Qeyd olunanları nəzərə alaraq kabel-kaııa!iza$iya qurğularının üstündə qeyri qanuni olaraq aparılmış tikintilərin sökülməsini və rabitə qurğularının mühafizə zonasının boşaldılmasını tələb edirik. Əks halda aidiyyatı üzrə Azərbaycan Respublikası Məhkəməsinə müraciət olunacaqdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2020ci il tarixli 10/11 nömrəli ekspert rəyinin məzmunundan görünür ki,İddiaçı MMC tərəfindən istifadə etdikləri torpaq sahəsinə, rabitə quyusunda olan kabellərin işlək vəziyyətdə olub-olmamasına və rabitə xətlərinin çəkilməsinə dair razılaşdırılmış hər hansı texniki layihə sənədləri təqdim edilmədiyi səbəbindən İddiaçı MMC-yə məxsus rabitə qurğularının yerləşdiyi ərazinin hüdudlarını müəyyən etmək mümkün olmadı. Qərardadın 2-ci sualı üzrə: Cavabdehin istifadəsində olan tikili ilə İddiaçı MMC-nin istifadəsində olan rabitə quyusu arasındakı məsafənin 10.0 sm olduğu, İddiaçı MMC-nin istifadəsində olan rabitə quyusunun içərisində yerləşən kabel xətlərinin isə əyilərək cavabdehin istifadəsində olan tikilinin bir hissəsinin altından keçdiyi müəyyən olundu. Belə olan halda İddiaçı MMC-nin istifadəsində olan rabitə quyusunun içərisində yerləşən kabel xətlərinin cavabdeh X2 istifadəsində olan tikilinin bir hissəsinin altından keçdiyini və ‘Telekammunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 227 nömrəli qərarının 2.1.1-ci yarımbəndinə əsasən cavabdeh X2 istifadəsində olan tikilinin bir hissəsinin mühafizə zolağına düşdüyü müəyyən edilir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 12 mart 2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (5 sayl maqaza) Cavabdeh oğlunun adına qeydə alınmış və hazırda mülkiyyətindədir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 07 may 2010-cu il tarixli sərəncamına əsasən vətəndaş Cavabdeh ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə bitişik Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq tikinti işlərinin aparılmasına icazə verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 227 nömrəli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nın: 1.4-cü bəndinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitə və qurğularına yeraltı, hava və sualtı kabel rabitə xətləri; məftilli rabitə xətləri; radiorele xətləri və stansiyaları; yerüstü peyk stansiyaları; GSM, CDMA və digər müasir standartlı mobil şəbəkələrin stansiyaları; kabel xətlərinin yerüstü və yeraltı qurğuları, xidmət olunmayan gücləndirici məntəqə, kabel köşkləri və şkafları, yeraltı kabel xətlərini göstərən nişanlayıcı dirəklər və s. telekommunikasiya xidmətlərinin göstərilməsi üçün istifadə edilən bina, qüllə və digər mühəndis-texniki qurğulara aiddir; 2.1.1-ci bəndinə əsasən telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının zədələnməsinin qarşısını almaq məqsədilə yeraltı kabel və məftilli hava xətləri üçün yan naqillərə və kabellərə paralel olaraq hər iki tərəfə 2 metr məsafədə torpaq sahəsi (fəza nəzərə alınmaqla) mühafizə zonası müəyyən edilir; 4.1.1, 4.1.2 və 4.1.3-cü bəndlərinə əsasən telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə zonalarında aidiyyəti dövlət orqanlarının və telekommunikasiya operatorlarının razılığı və iştirakı olmadan tikinti, quraşdırma, rekonstruksiya və partlayış, 0,3 metr dərinlikdə qazma, xüsusi maşın və mexanizmlərlə qazıntı və hamarlama işlərinin aparılması qadağandır; 5.1-ci bəndinə əsasən telekommunikasiya operatorlarının texniki işçiləri həmin operatorlara məxsus telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə zonalarına 24 saat ərzində maneəsiz daxil olmaq və təmir işləri aparmaq hüququna malikdirlər; 5.9-cu bəndinə əsasən obyekt, bina və digər tikinti layihələrində, layihələndirilən ərazidə mövcud olan telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının keçdiyi yer göstərilməli və tikinti layihəsinə dair digər aidiyyəti dövlət orqanları ilə yanaşı, telekommunikasiya sahəsi üzrə səlahiyyətli dövlət orqanının da rəyi alınmalıdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, ünvan 1 ünvanında yerləşən İddiaçınə məxsus rabitə qurğularının üzərində cavabdeh tərəfindən özbaşına tikili inşa edilmiş və bunun nəticəsində İddiaçınə məxsus rabitə quyusunun bir hissəsi və yeraltı telekommunikasiya şəbəkələri Cavabdeh oğlu tərəfindən hər hansı hüquqi əsas olmadan inşa edilmiş tikintinin altında qalmışdır. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 07 may 2010-cu il tarixli sərəncamına əsasən vətəndaş Cavabdeh ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə bitişik Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq tikinti işlərinin aparılmasına icazə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 12 mart 2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (5 sayl maqaza) Cavabdeh oğlunun adına qeydə alınmış və hazırda mülkiyyətindədir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2020-ci il tarixli 10/11 nömrəli ekspert rəyinin məzmunundan görünür ki,İddiaçı MMC tərəfindən istifadə etdikləri torpaq sahəsinə, rabitə quyusunda olan kabellərin işlək vəziyyətdə olubolmamasına və rabitə xətlərinin çəkilməsinə dair razılaşdırılmış hər hansı texniki layihə sənədləri təqdim edilmədiyi səbəbindən İddiaçı MMC-yə məxsus rabitə qurğularının yerləşdiyi ərazinin hüdudlarını müəyyən etmək mümkün olmadı. Qərardadın 2-ci sualı üzrə: Cavabdehin istifadəsində olan tikili ilə İddiaçı MMC-nin istifadəsində olan rabitə quyusu arasındakı məsafənin 10.0 sm olduğu, İddiaçı MMC-nin istifadəsində olan rabitə quyusunun içərisində yerləşən kabel xətlərinin isə əyilərək cavabdehin istifadəsində olan tikilinin bir hissəsinin altından keçdiyi müəyyən olundu. Belə olan halda İddiaçı MMC-nin istifadəsində olan rabitə quyusunun içərisində yerləşən kabel xətlərinin cavabdeh X2 istifadəsində olan tikilinin bir hissəsinin altından keçdiyini və ‘Telekammunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 227 nömrəli qərarının 2.1.1-ci yarımbəndinə əsasən cavabdeh X2 istifadəsində olan tikilinin bir hissəsinin mühafizə zolağına düşdüyü müəyyən edilir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla b i l ə r. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun; 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İddiaçı iddia ərizəsində ünvan 1 ünvanında yerləşən İddiaçınə məxsus rabitə qurğularının üzərində cavabdeh tərəfindən özbaşına tikili inşa edilməsini qeyd etsədə, məhkəmə araşdırmasında cavabdehin hər hansı özbaşına tikili aparmamasını, əksinə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 07 may 2010-cu il tarixli sərəncamına əsasən Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq tikinti işlərinin aparılması müəyyən olunmuşdur. Hazırda tikili cavabdehin mülkiyyətindədir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2020-ci il tarixli 10/11 nömrəli ekspert rəyinin məzmunundan görünür ki,İddiaçı MMC tərəfindən istifadə etdikləri torpaq sahəsinə, rabitə quyusunda olan kabellərin işlək vəziyyətdə olubolmamasına və rabitə xətlərinin çəkilməsinə dair razılaşdırılmış hər hansı texniki layihə sənədləri təqdim edilmədiyi səbəbindən İddiaçı MMC-yə məxsus rabitə qurğularının yerləşdiyi ərazinin hüdudlarını müəyyən etmək mümkün olmamışdır. Beləliklə cavabdehin qanunsuz tikili aparmamasını, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (5 sayl maqaza) Cavabdeh mülkiyyətində olmasını, İddiaçı MMC-yə məxsus rabitə qurğularının yerləşdiyi ərazinin hüdudlarını müəyyən etmək mümkün olmamaması səbəbindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh oğluna və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “qeyri-qanuni tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-92/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-92/2021
30.06.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver