Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-926/2022 11.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X9 Departamenti tərəfindən hesablanmış məcburi köçkün İddiaçı 995,7531 (doqquz yüz doxsan beş)manat borcunun silinməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslanmışdır ki, Bakı şəhəri, Nərimanov ray, Keşlə stansiyası,Yük vurma və boşaltmanın həyətində məskunlaşmış və ailəsi ilə birlikdə orada yaşayır . Bildirir ki, 2017-ci il 1 yanvar tarixinə kimi kommunal xidmətlərin ödənilməsində məcburi köçkünlər güzəştli şəxslər hesab edilir və ödənişlər dövlət tərəfindən ayrılmış vəsait hesabına həyata keçirilirdi. Həmin güzəşt 2017-ci il yanvar ayından etibarən aylıq müavinətlə əvəz edildi. Həmin tarixdən etibarən o kommunal ödənişi Cavabdeh tərəfindən verilən “smart kartlar”vasitəsi ilə ödəyir. 13 iyun 2017-cı il tarixdə “Azəriqaz’' İB Azeriqaz X1 Qaz Satışı Departamenti ilə qazı alqı-satqısı barədə müqavilə bağlamışdırlar. Həmin tarixdə də onlara fərdi sayğac quraşdırılması barədə AKT tərtib olunmuşdur. Bütün o ərazidə yaşayanlar kimi ona da fərdi sayğac quraşdırılıb. Qeyd edir ki, fərdi sayğac quraşdırılan gündən bütün kommunal xərcləri vaxtı-vaxtında ödəmiş və bu günə kimi heç bir borcu olmamışdır. Fərdi sayğac çəkilənə kimi ümümi hamının istifadə etdiyi bir sayğac olmuşdur. Bu sayğacdan bütöv məhəllə istifadə etmişdir. Sayğac başqa bir məhəllədə yerləşdiyi üçün kimlərin istifadə etdiyini bilmirlər. Onlar, Azəriqaz X1 Qaz Satışı Departamentinə ərizə ilə müraciət etmişdir. Cavabdan məlum olur ki, onların istifadə etdiyi sayğac başqa bir məhəllədə yaşayan Sarı İskəndərovun adına olan G-65 markalı 75018852 saylı ümümi qaz sayğacı vasitəsi ilə bizə ayrılmış limitdən əlavə istehlak edilmiş qaza görə bizə borc yazılmışdır. Prezdient 14 Fevral 2017-ci il tarixli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanında köçkünlər üçün aylıq müaviniət müəyyən edilmiş və fərdi sayğaclar çəkilmişdir. Yeni sayğac quraşdırılarkən borcun olması barədə heç kimə məlumat verilməmişdir. Onlarda elə abonentlər var ki, limitini qənaətlə işlətmiş, ona görə xeyli limiti qalmışdır. Borcu necə ola bilərdi. Həmin Fərmana olan dəyişiklikdə deyilir ki, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun. Cavabdeh tərəfindən 8 yanvar 2016-cı il tarixində yaşadığımız mənzilə fərdi sayğac quraşdırılana qədər həmin ünvanda birgə istifadə üçün kollektiv sayğacdan istifadə etmişi və kommunal xərcləri dövlət tərəfindən ödənmişdir. Məcburi köçkünlərin kommunal xidmət haqları fərdi şəkildə deyil, kollektiv şəkildə ödənilirdi. Bu isə hansısa xidmət qurumunun məcburi köçkündən fərdi qaydada xidmət haqqı yığmasının, yaxud onu borclu olmaqda suçlamasının yolverilməz olduğunu göstərir. Məcburi köçkünlərin istifadə etdikləri bütün növ kommunal xidmətlərin, o cümlədən təbii qazın dəyəri Nazirlər Kabinetinin 22 yanvar 2002-ci il tarixli qərarına əsasən, “Dövlətqaçqınkom” tərərfındən ayrı-ayrı müəssisə və obyektlərə yox, mərkəzləşdirilmiş qaydada hər ayın sonunda aidiyyatı xidmət təşkilatlarına ödənilirdi. Əgər limitə müvafiq olaraq aidiyyatı qurumlara ödənişlər edilirsə, həmin təşkilatların məcburi köçkünlərdən istehlak etdikləri kommunal xidmətlərə görə əlavə vəsait tələb etməsi qanunsuzluqdur. Asan Xidmətdən əldə etdiyi abonent saldosu haqqında arayışda fərdi sayğac quraşdırılana qədər olan müddət ərzində ona yazılmış borc öz əksini tapır: İddiaçı 995, 7531 ( doqquz yüz doxsan beş )manat məbləğində borc yazılıb. Qeyd edir ki, borc yazıldığı tarixlərdə istifadə etdiyimiz qazın həcmindən asılı olmayaraq bütün ödənişlər dövlət tərəfindən ödənilirdi.Bu səbəbdən həmin məbləğin borc kimi adına yazılması ilə razılaşmır.Hazırda həmin məbləğin ödənilməsi maddi cəhətdən imkanı xaricindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 izahat verərək iddia tələbinin əsassız olduğunu, borca dair saldodan göründüyü kimi iddiaçıya qaçqın limitinin tətbiq olunduğunu, hazırki tələb olunan borc məbləğinin həmin limitdən artıq istifadə ilə bağlı olduğunu qeyd etdi. Eyni zamanda iddia tələbinə yazılı etiraz təqdim etdi. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istehlakçı hesabından (**********00000) 995,75 manat borcun silinməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, məcburi köçkün olduğu üçün qazın həcmindən asılı olmayaraq 2017-ci ilə qədər sərf etdikləri qaz dövlət tərəfindən ödənilirdi. Lakin məhkəmənin nəzərinə çatdırmaq istərdim ki, İddiaçı mənzilinə 02.02.2016-cı il tarixdə Smart G-4 İtron 1402AZ**********76 nömrəli, sayğac quraşdırılmışdır. Həmin dövrə qədər iddiaçı digər məcburi köçkünlərlə bərabər eyni sayğacdan istifadə etmiş, hər ailənin sərf etdikləri qaz öz abonent kodları üzrə saldolarına daxil edildiyi kimi iddiaçı və ailə üzvlərinin də sərf etdikləri qaz onların abonent saldosuna daxil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli, 15 nömrəli qərarı ilə təsdiq edilmiş Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydasına uyğun olaraq məcburi köçkünlərə sərf etdikləri qaza görə aylıq 35 m3 olmaqla illik adam başına 420 m3 (42 manat) güzəşt müəyyən edilmişdir. Saldoya diqqət yetirsək iddiaçı və ailə üzvləri (4 nəfər) illik 1680 m3 istifadə etdikləri qazın dəyərini ödəməkdən azad edilmişdir. (qaçqın limiti xanası (4x42=168 manat) güzəşt edilmişdir. Bununla yanaşı saldodan da göründüyü kimi iddiaçı 2011-ci ildən 2016-cı ilə qədər limiti keçdikdən sonra sərf etdiyi qaza görə ödəniş etməmişdir. Nəticədə sərfiyyat üzrə 1050,37 manat borcu yaranmışdır. Beləliklə məcburi köçkünlər iddiaçının qeyd etdiyi kimi qazdan istifadəyə görə ödənişdən tamamilə azad edilməmişdir, yalnız müəyyən güzəştlər, yəni aylıq 35 m3 olmaqla illik 420 m3 (42 manat) istifadə etdikləri qazın dəyərini ödəməkdən azad edilir. İddiaçı isə ailə üzvləri ilə birgə güzəştlərdən istifadə etmiş, lakin limitdən artıq istifadə etdiyi qazın dəyərini ödəməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən İddiaçı oğlunun iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, hər iki iddia əsaslıdır və buna görə də hər iki iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: AA seriyalı 465136 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Zəngilan rayonundan məcburi köçkündür; Nərimanov rayonu, Keşlə, Yük həyətində müvəqqəti məskunlaşmışdır; Cavabdeh Bakı X8 Departamenti ilə İddiaçı arasında bağlanmış 02.02.206-cı il nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətlə qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir; **********0000 abonent kodu olan İddiaçı məxsus abonentin saldosunun surətindən müəyyən edilir ki, onun 995.7531 manat borcu yaranmışdır; Bakı X8 Departamentinin rəis müavini Hicran Abasovun İddiaçı ünvanlandığı məktubda qeyd olunur: təbii qazdan üst abonent kodu **********00000 Sarı İskəndərov adına olan ümumi G-65 markalı 75018852 saylı qaz sayğacı vasitəsi ilə limitdən əlavə istehlak etdiyiniz qaz sərfinə görə hesabınızda borc yaranmışdır. Bildiririk ki, hesabınızda yaranmış borc tərəfinizdən ödənilməlidir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçı şəxs məcburi köçkündür. O, Bakı şəhəri, Nərimanov rayonu, Keşlə stansiyası, Yük həyətində məskunlaşmışdır. O, 2017-ci il 01 yanvar tarixinə kimi kommunal xidmətlərin ödənilməsində məcburi köçkünlər üçün qanunvericilikdə nəzərdə tutulmuş güzəştlərdən istifadə edirdilər və ödənişlər dövlət tərəfindən ayrılmış vəsait hesabına həyata keçirilirdi. Həmin güzəşt 2017-ci il yanvar ayından etibarən aylıq müavinətlə əvəz edilmiş, həmin tarixdən etibarən iddiaçı kommunal ödənişi Cavabdeh tərəfindən verilən “smart kartlar” vasitəsi ilə ödəməyə başlamışdır. 13 iyun 2017-ci il tarixdə Cavabdeh X9 Departamenti ilə iddiaçı arasında qazın alqı-satqısı barədə müqavilələr bağlanmışdır. Fərdi sayğac çəkilənə kimi ümumi olan hamının istifadə etdiyi bir sayğac olmuş, həmin sayğacdan bütöv məhəllə, hamılıqla istifadə etmişlər. İddiaçı yazılmış mübahisələndirilən borc məbləği ilə bağlı Cavabdeh X9 Departamentinə onlar tərəfindən müraciət ediləndə məlum olmuşdur ki, iddiaçıların istifadə etdikləri sayğac başqa bir məhəllədə yaşayan şəxsin adına olan ümümi qaz sayğacı vasitəsi ilə onlara ayrılmış limitdən əlavə istehlak edilmiş qaza görə müəyyən edilmiş borc məbləğidir. İddiaçı müvafiq borc məbləğlini əsassız hesab edərək, onun silinməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli 1206 nömrəli fərmanına əsasən, dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alınmışdır: 1.Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 01 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 40 (qırx) manat məbləğində vahid aylıq müavinət müəyyən edilsin. 1-1.Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 01 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun. 1-2.Fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar həmin sahələr qazlaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq 2017-ci il 01 fevral tarixindən dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatına ödənilsin. 1-3.Bu Fərmanın 1-1-ci və 1-2-ci hissələrində nəzərdə tutulmuş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş vahid aylıq müavinətin məbləği 2017-ci il 01 fevral tarixdən 22 (iyirmi iki) manat məbləğində müəyyən edilsin. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yeni sayğaclar quraşdırılarkən iddiaçının əvvəlki ümumi sayğacdan istifadə zamanı yaranmış borcun olması barədə müvafiq məlumatın qeyd edilən şəxsə verilməsi iş materiallarında və məhkəmə araşdırması zamanı öz əksini tapmamışdır. Eyni zamanda, məcburi köçkünlərin kommunal xidmət haqları fərdi şəkildə deyil, kollektiv şəkildə ödənildiyindən, mübahisələndirilən borc məbləğlərinin hər bir iddiaçı şəxsə münasibətdə konkret olaraq müəyyən edilməsi hansı hesablama metodları və qaydası əsasında aparılması da qeyri-müəyyən olaraq qalmışdır. Bu da öz növbəsində hansısa xidmət qurumunun məcburi köçkündən fərdi qaydada xidmət haqqı yığmasının, yaxud onun fərdi qaydada borclu olmaqda yolverilməz olduğunu göstərir. Eyni zamanda qeyd edilməlidir ki, borc məbləği yazıldığı tarixlərdə iddiaçının istifadə etdiyi qazın həcmindən asılı olmayaraq bütün ödənişlərin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən həmin məbləğin borc olaraq iddiaçının adına yazılmasının da heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 3.1.Bu Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün__manat məbləğində müəyyən edilir. 3.2.Qazın qiyməti, qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimləndiyindən, bu Müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələndirilə bilməz və hər iki tərəf üçün məcburidir. 3.3.Paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay İstehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan İstehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən İstehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb olunmur. 3.4.X5 tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. 3.5.İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, Paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin Paylayıcı İstehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 3.6. İstehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, borc məbləği ümumi istifadəyə əsaslanan bir sayğac üzrə həmin məbləğlərin iddiaçı şəxsə fərdi olaraq hesablanmasının mötəbərliyi müəyyən edilmədiyindən, iddia tələbi təmin edilərək, **********0000 abonent kodu olan İddiaçı 995,7531 (doqquz yüz doxsan beş) manat məbləğində borc silinməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilsin. **********0000 abonent kodu olan İddiaçı hesablanmış 995 manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-926/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-926/2022
11.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver