Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-941/2023 11.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sabirabad Rayon Məhkəməsinin 11 aprel 2013-cü il tarixli, 2(056)-102/2013 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək onunla "xxxx" ASC arasında bağlanmış 13 avqust 2012-ci il tarixli 12038/192523 saylı kredit müqaviləsi ləğv edilərək qətnamə icra olunan gün Azərbaycan manatı məzənnəsi ilə 12700 ABŞ dolları əsas kredit, 1088,03 ABŞ dolları faiz, 181,53 ABŞ dolları penya borcu, cəmi 13967,57 ABŞ dolları, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsinə dair məktubun qeydə alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə ödənilən 30 manat və ödənilmiş dövlət rüsumu əvəzində 20 manat alınaraq "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ona məxsus Sabirabad şəhəri, M.Hümbətov küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 100.2 kv.m ümumi, 65,5 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı fərdi yaşayış evinə yönəldilərək həmin əmlakın açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, artıq qalan hissənin cavabdehə verilməsi qət edilmişdir. Ötən məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs "xxxx" ASC məhkəməyə iddia tələbindən etiraz təqdim edərək, iddia tələbinin əsassız olduğundan təmin edilməməlidir. İddiaçı "xxxx" ASC tərəfindən cavabdehlər İddiaçı və X4 qarşı “mənzilə istifadə hüquqlarına xitam verilməsi, həmin mənzildə qeydiyyatda olan şəxslərin əşyaları ilə birlikdə mənzilin məcburi boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edilərək, Sabirabad Rayon Məhkəməsinin 15 fevral 2013-cü il tarixli, 2(056)-102/2013 saylı qətnaməsinə əsasən İddiaçı məxsus ünvan 1 ünvanda 0,06 ha torpaq sahəsində yerləşən 100.2 kv.m ümumi, 65,5 kv.m yaşayış sahəsindən ibarət olan 4 otaqlı fərdi yaşayış evinin 15 dekabr 2015-ci il tarixdə hərrac vasitəsilə satılmasını, alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququnun "xxxx" ASC-yə keçməsi və bu hüququn xx.xx.2016-cı il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması, əmlakın keçmiş mülkiyyətçisinin yaşayış sahəsini 1 ay müddətə boşaldılmalı olduğu halda bunu icra etməməsi nəticəsində bankın mülkiyyət hüquqlarının pozulmasına səbəb olmasını bildirərək, cavabdehlər İddiaçı, X3 və digər şəxslərin iddiaçının mülkiyyət hüquqlarının pozulmasına yönəlmiş hərəkətlərinə son qoyularaq, istifadə hüquqlarına xitam verilməsi və ünvan 1 ünvanda 0,06 ha torpaq sahəsində yerləşən 100.2 kv.m ümumi, 65,5 kv.m yaşayış sahəsindən ibarət olan 4 otaqlı fərdi yaşayış evində yaşayan şəxslərin əşyaları ilə birlikdə həmin mənzili boşaltmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 2(056)-232/2016 nömrəli, 06 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Sabirabad şəhəri, Mirzağa Hümbətov küçəsi saylı fərdi yaşayış evinin keçmiş mülkiyyətçisi İddiaçı və X5 tərəfindən iddiaçının mülkiyyət hüquqlarının pozulmasına yönəlmiş hərəkətlərə son qoyularaq, istifadə hüquqlarına xitam verilməsi, həmin ünvanda 0,06 ha torpaq sahəsində yerləşən 100.2 kv.m ümumi, 65,5 kv.m yaşayış sahəsindən ibarət olan 4 otaqlı fərdi yaşayış evindən qeydiyyatda olan şəxslər əşyaları ilə birlikdə çıxarılmaları qət edilmişdir. Qeyd olunan qətnamə illər öncə qanuni qüvvəsini almışdır. Yuxarıda sadalanan məhkəmə qətnaməsi illər öncə qanuni qüvvəsini almışdır. Beləliklə İddiaçı ən azı 5 il, yəni 2017-ci il tarixdə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 15 dekabr 2015-ci il tarixli hərrac nəticələri haqqında yekun protokolu və müqavilə əsasında satılmasından xəbərdar olmuşdur. Bununla belə yalnız 2022-ci ilin sonunda həmin protokol və müqavilənin etibarsız hesab olunmasına dair iddia tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Digər tərəflərə məhkəmə iclaslarının yeri və vaxtı barədə digər tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin MA seriyalı, ******* saylı çıxarışının məzmunundan görünür ki, ünvan 1 ünvanda yerləşən əmlak tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Bu barədə Daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı, ******* saylı çıxarışının məzmunundan görünür ki, ünvan 1 ünvanda yerləşən əmlak tam mülkiyyət hüququ əsasında "xxxx" ASC-yə məxsusdur. Bu barədə Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə, 10 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır. Sabirabad Rayon İcra bölməsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2014-cü il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərara əsasən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(056)-102/2013 saylı icra vərəqəsinin icrası ilə bağlı Sabirabad şəhəri, M.Hümbətov küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 100.2 kv.m ümumi, 65,5 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı fərdi yaşayış evinə ilkin qiymət qoyulması üçün Azərbaycan Respublikası "xxxx" MMC-dən mütəxəssis dəvət edilməsi qərara alınmışdır. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli Əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, İddiaçı məxsus Sabirabad şəhəri, M.Hümbətov küçəsində yerləşən 21 saylı fərdi yaşayış evinin qiyməti 35000 (otuz beş min) manat təşkil edir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildirişin məzmunundan görünür ki, Sabirabad şəhəri, M.Hümbətov küçəsində yerləşən 21 saylı fərdi yaşayış evinin xx.xx.2015-ci il tarixdə açıq auksion formasında hərrac keçiriləcəyi ilə bağlı İddiaçı xəbərdar edilmişdir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildirişin məzmunundan görünür ki, Sabirabad şəhəri, M.Hümbətov küçəsində yerləşən 21 saylı fərdi yaşayış evinin xx.xx.2015-ci il tarixdə açıq auksion formasında hərrac keçiriləcəyi ilə bağlı İddiaçı xəbərdar edilmişdir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC tərəfindən xx.xx.2015-ci il tarixli məlumatın məzmunundan görünür ki, Sabirabad rayon İcra şöbəsinin 440/2014 saylı, xx.xx.2015-ci il tarixli sifarişinə əsasən ipoteka ilə yüklü edilmiş Sabirabad şəhəri, M.Hümbətov küçəsində yerləşən 21 saylı fərdi yaşayış evinin satılması ilə bağlı hərraclar baş tutmamış müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə market qəzetin 23 noyabr 2015-ci il tarixli nömrəsində dərc edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən hərrac baş tutmamış elan edildikdə ipoteka saxlayan İpoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə 22312,50 manata ala bilər. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin xx.xx.2015-ci il tarixli, 101/03 nömrəli hərracın yekunları barədə protokolunun surətinə əsasən ipoteka predmetini təşkil edən İddiaçı məxsus Sabirabad şəhəri, M.Hümbətov küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində olan 100,2 kv.m ümumi 65,5 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı fərdi yaşayış evini 22312,50 manata tələbkar "xxxx" ASC əldə etmişdir; “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin xx.xx.2015-ci il tarixli məktubunun məzmunundan görünür ki, İddiaçı məxsus Sabirabad şəhəri, M.Hümbətov küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində olan 100,2 kv.m ümumi 65,5 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı fərdi yaşayış evini 22312,50 manata tələbkar "xxxx" ASC əldə etmişdir. Məcburi icra ödənişləri çıxıldıqdan sonra cavabdehə çatası 5465,61 manat iş tam yekunlaşdıqdan sonra şöbənin depozit hesabına köçürüləcəkdir. xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın məzmunundan görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(056)-102/2013 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Sabirabad RİHB şəhər İnzibati Ərazi Dairəsi nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışının məzmunundan görünür ki, Sabirabad şəhəri, M.Hümbətov küçəsində yerləşən 21 saylı fərdi yaşayış evində İddiaçı və digərləri qeydiyyatdadırlar. 04 noyabr 2014-cü il tarixli vəsiqəsinin surətindən görünür ki, İddiaçı ikinci qrup əlildir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli qərarına əsasən, Sabirabad RHK tərəfindən 1992-ci ildə hərbi toplanışa çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi toplanış keçərkən 1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Sabirabad rayonu Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduğu travma diaqnoz kontuziya hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Məhkəmə iddia tələbinin “hərracın nəticələrinin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı iddia ərizəsinə və iş materiallarına istinadən qeyd edir ki, iddiaçı hərrac barədə məlumatlı olmadığını, habelə hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulduğunu bildirir. Eyni zamanda, iddiaçı tərəf onun qeydiyyatda olduğu yer üzrə hərrac bildirişlərinin göndərilmədiyini qeyd edir. Halbuki hərracın keçirilməsi ilə bağlı bildirişlər mənzilin mülkiyyətçisi İddiaçı qeydiyyatda olduğu və yaşadığı ünvan üzrə göndərilmişdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, iddiaçı Sabirabad şəhəri, M.Hümbətov küçəsində yerləşən 21 saylı fərdi yaşayış evi ilə bağlı keçirilən hərraclarda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın onlardan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən cavabdeh Respublika Xammal və Əmtəə Birjasının “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC tərəfindən mənzilin mülkiyyətçisinin ünvanı üzrə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız hərracın onlardan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. 24 iyun 2005-ci il tarixdə qəbul edilmiş və 01 noyabr 2005-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsəslələri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” sözləri ilə əvəz edilmiş və 354.2-ci maddəsinə isə “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyası verilmişdir. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericiliyə edilmiş dəyişiklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Bu baxımdan, iddiaçı tərəf qanunvericilikdə nəzərdə tutulmuş bir il ərzində əqdi mübahisəlandirmək hüququnu da itirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-941/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-941/2023
11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver