Məhkəmə qərarları › İş №2(005)-955/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-955/2022

01.03.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-955/2022 01.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 15 noyabr 1985-ci il təvəllüdlü X3, 10 avqust 1991-ci il təvəllüdlü X4 və 12 iyun 1994-cü il X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1963-cü ildə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuşdur. Övladları: X9 15 noyabr 1985-ci ildə Ermənistan Respublikası Vardenis rayonunda, X10 10 avqust 1991-ci ildə Bakı şəhərində, X11 12 iyun 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. Hal-hazırda Bakı şəhəri Nərimanov rayonu Ş.Mustafayev-27 küçəsi ev-328 də yaşayırlar. Övladları ağır kəmağıllıq, nəzərə çarpan imbesillik" diaqnozu ilə Nərimanov rayonu 8 saylı şəhər poliklinikasında psixiatriya kabinetində qeydiyyatdadırlar. Onlar, psixi qüsurun nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və özlərini idarə edə bilmirlər. Ona görə də onlara qəyyum kimi təyin olunmaq niyyətindədir. Lakin Nərimanov rayonu İcra Hakimiyyəti yanında "Qəyyumluq və Himayəçilik"Komissiyasından ona şifahi olaraq bildirilmişdir ki, övladlarının üzərində qəyyum və ya himayəçi kimi yalnız məhkəmə qətnaməsinə əsasən təyin edilə bilər. Ona görə də o, Nərimanov Rayon Məhkəməsinə müraciət etməli olmuşdur Ərizəçi məhkəmə iclasında ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş 31 avqust 1191-ci il tarixli, XVİ-JQ №349172 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X10 10.08.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası Ərizəçi qeyd olunmuşdur. İş materiallarında olan Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş 24 fevral 2010-cu il tarixli, AZ-İİ №395677 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X11 12.06.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası Ərizəçi qeyd olunmuşdur. 12.12.1985-ci il tarixli, V-SL №295987 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X9 15.11.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası Ərizəçi qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nərimanov Rayon Zona Tibbi-Sosial Ekspert Komissiyasının TSE-01 seriyalı, 422077 №-li X10 İİ dərəcəli müddətsiz əlildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nərimanov Rayon Zona Tibbi-Sosial Ekspert Komissiyasının TSE-0 seriyalı, 324616 №-li X9 İ dərəcəli əlildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında arayışdan görünür ki, X11 İ dərəcəli müddətsiz əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə psixiatrik ekspertizasının 315 nömrəli 08 fevral 2022-ci il tarixli rəyindən müəyyən olunur ki, X6 “ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində oliqofreniya)” müəyyən edilir. O, öz hərəkətlərinin mənasını anlaya və öz hərəkələrini idarə etmək iqtidarında deyil. Buna görə də X9 onun psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə psixiatrik ekspertizasının 316 nömrəli 08 fevral 2022-ci il tarixli rəyindən müəyyən olunur ki, X7 “orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə” müəyyən edilir. O, öz hərəkətlərinin mənasını anlaya və öz hərəkələrini idarə etmək iqtidarında deyil. Buna görə də X10 onun psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə psixiatrik ekspertizasının 317 nömrəli 08 fevral 2022-ci il tarixli rəyindən müəyyən olunur ki, X8 “ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində oliqofreniya)” müəyyən edilir. O, öz hərəkətlərinin mənasını anlaya və öz hərəkələrini idarə etmək iqtidarında deyil. Buna görə də X11 onun psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir; 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən 15 noyabr 1985-ci il təvəllüdlü X3, 10 avqust 1991-ci il təvəllüdlü X4 və 12 iyun 1994-cü il X5 anasıdır. Qeyd edilən şəxslərin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 məhkəmə psixiatrik ekspertizasının rəyləri əsasında 15 noyabr 1985-ci il təvəllüdlü X9, 10 avqust 1991-ci il təvəllüdlü X10 və 12 iyun 1994-cü il X5 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkələrini idarə etmək iqtidarında olmadığı müəyyən edilmişdir. Buna görə də X9, X10 və X11 onun psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 15 noyabr 1985-ci il təvəllüdlü X9, 10 avqust 1991-ci il təvəllüdlü X10 və 12 iyun 1994-cü il X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 15 noyabr 1985-ci il təvəllüdlü X9, 10 avqust 1991-ci il təvəllüdlü X10 və 12 iyun 1994-cü il X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar