Məhkəmə qərarları › İş №2(005)-96/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-96/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-96/2020 03.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məhkəmə iclas katibi İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi, Cavabdeh “xxxxxxxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satış X4” MMC, “xxxxxxxxxxx” İKB ASC və üçüncü şəxs qismində müstəqil tələb irəli sürməyən Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “hərracın və onun tələbinə dair tərtib edilmiş yekun protokolunun və onun əsasında verilmiş çıxarışın etibarsız edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satış X4” MMC, “xxxxxxxxxxx” İKB ASC və üçüncü şəxs qismində müstəqil tələb irəli sürməyən Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “hərracın və onun tələbinə dair tərtib edilmiş yekun protokolunun və onun əsasında verilmiş çıxarışın etibarsız edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin üzrlü hesab olunması barədə hər hansı bir sənəd məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxxxxxxx” ASC-nin nümayəndəsi X2 mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini qeyd edərək, işin baxılmamış saxlanılmasına etiraz etmədi. Məhkəmə işə iddiaçının və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh “xxxxxxxxx” ASC-nin nümayəndəsi X1 izahatını dinləyərək və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin çağırışına təkrarən gəlmədiyinə, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 259.0.7-cı maddəsində göstərilir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satış X4” MMC, “xxxxxxxxxxx” İKB ASC və üçüncü şəxs qismində müstəqil tələb irəli sürməyən Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “hərracın və onun tələbinə dair tərtib edilmiş yekun protokolunun və onun əsasında verilmiş çıxarışın etibarsız edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar