Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-976/2020 29.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, İsmayılova Zəhraxanım Şahin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, xx xxxxxx 1946-cı il təvəllüdlü arvadı X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və həmin şəxsin üzərində onun qəyyum olaraq təyin edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1964-cü il tarixdə Əliyeva (Hüseynova) Minəvər Sudeyib qızı ilə nikaha daxil olmuşlar. Təxmini 5 il öncə ərizəçinin arvadı Minəvər Hüseynovanın sağlamlığı ciddi şəkildə pozulmuşdur, müalicələri nəticə verməmiş, xəstəliyi proqressləşmişdir. Hazırda xəstəyə aşağıdakı diaqnozlar qoyulmuşdur: beyin atrofıyası, beynin xroniki işemik xəstəliyi, dısımulyator enselofatopatiya, nitq və yaddaş pozğunluğu və sair. Xəstə yataq vəziyyətdədir, daim qulluğa ehtiyacı var. Hazırda mülkiyyətində olan mülkiyyətini oğluna bağışlamaq niyyətindədir. Lakin həmin evi birgə nikah dövründə əldə etdiyi üçün arvadının da razılığı tələb olunur. Arvadı isə beyin xəstəliyindən əziyyət çəkdiyi üçün reallığı qavramır, onun razılığının notarial qaydada alınması qeyri mümkündür. Yuxarıda qeyd etdiyi səbəbdən bu cür məsələlərdə mütəmadi olaraq maneələrlə qarşılaşır. Habelə oğlunun gələcəkdə pozulmuş hüquqlarının bərpa olunmasında onun əri kimi himayəçisi və qəyyumu qismində şəxsən özü iştirak etmək istəyir. Ərizəçi məhkəmə iclasında izahat verərək ərizəsinin təmin edilmısini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat veriməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni, ekspert rəyini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi hisəsində təmin edilməlidir. Şəxsin üzərində ərizəçinin qəyyum təyin edilməsi hissəsində məhkəmənin 2(005)- 976/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə icraata xitam verilmişdir. İş materiallarında olan AZE seriyalı 04691935 №li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X4 xx.xx.1946-cı il tarixdə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 53 saylı MKİS-in xx.xx.2020-ci il tarixli, 5Ə/15 saylı arayışından görünür ki, Ərizəçi Bakı şəhəri, S.Rəhman küçəsi, 113 nömrəli evdə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 18 nömrəli Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X4 poliklinikada aşağıdakı diaqnozla qediyyatdadır. beyin atrofıyası, beynin xroniki işemik xəstəliyi, dısımulyator enselofatopatiya İİİ m., nitq və yaddaş pozğunluğu ilə. Xəstə yataq vəziyyətindədir. İş materiallarında olan İsmayıllı rayon Bağçaçı kənd soveti tərəfindən verilmiş İ-İE 411126 nömrəli, xx.xx.1964-cü il tarixli nikah şəhadətnaməsindən müəyyən olunur ki, Ərizəçi ilə X4 xx.xx.1964-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 8 saylı akt qeydi tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli, 875 saylı rəyində qeyd olunur ki, X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutlara, məhkəmə ekspertiza rəyini nəzərə almaqla belə qənaətə gəlir ki, X4 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətində olmadığı müəyyən edilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1946-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçi X2 aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1946-cı il təvəllüdlü X4fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-976/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-976/2020
29.07.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver