Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-998/2023 04.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı X1 vəkili Vəkil1, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASCnin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı X1 cavabdehlər "Daşınar və Daşınmaz Əmlakların Satışı X24" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-yə, Cavabdeh4 və Cavabdeh3 qarşı, "xxxx" ASC, Bakı şəhəri 53 saylı notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “qiymətləndirmə rəyinin, hərracın yekunları barədə protokolun, alqı-satqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdehlər "Daşınar və Daşınmaz Əmlakların Satışı X24" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-yə, Cavabdeh4 və Cavabdeh3 qarşı, "xxxx" ASC, Bakı şəhəri 53 saylı notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Qiymətləndirilməsi Xidməti MMC-nin hazırki iş üzrə 717 saylı, 25 sentyabr 2012-ci il tarixli hesabatında əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisinin, Bakı şəhəri, Kəsimi rayonu, 28 may küçəsində istifadədə olan 0.10365 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binada 99,7 kv.m ümumi, 72.0 kv.m yaşayış sahəsindən ibarət 3 (üç) otaqlı 81 nömrəli mənzilə dair 06 avqust 2013-cii il tarixli. 65/06 saylı hərracın yekunları barədə protokol etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin (hakim E.Kazımov) xx.xx.2011 -ci il tarixli, 2(008)-733/2011 saylı qətnaməsilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər X25-Əliveviç, X17 və X2 qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetmə yönəldilməsi" tələbinə dair iddiası qismən təmin edilmiş, X26-Əliyeviçdən "xxxx" ASC-nin xeyrinə 154.350 manat əsas, 64.866 manat faiz borcu, 2.000 manat dəbbə pulu, cəmi 221.216 manat borc tutulmuş, X6 "xxxx" ASC-nin xeyrinə 154.350 manat əsas, 64.866 manat faiz, borcu, 2.000 manat dəbbə pulu, cəmi 221.216 manat borc tutulmuş, X25-Əliveviç, X15 və Aslanov Yalçın Zöhrab oğlundan müştərək qaydada iddianın qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu tutulmuş, tələbin kreditlər iiçiin öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ ilə mənə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində istifadədə olan 0.10365 ha torpaq sahəsində verləşəıı 14 nömrəli, 5 mərtəbəli binada 99,7 kv.m ümumi, 72.0 kv.m yaşayış sahəsindən ibarət 3 (üç) otaqlı 81 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılaraq əldə olunan vəsaitdən 221.216+221.216 442.432 manat pulun və 20 manat dövlət rüsumunun "xxxx" ASC-yə ödənilməsi, həmin mənzil satıldıqdan sonra Mahmood mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzil satıldıqdan sonra 1 ay ərzində mənzildən çıxarılması və mənzilin boşaldılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli Qətnaməsi ilə Sabunçu rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(008)-733/2011 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 aprel 2012-ci il tarixli, 2(102)-1035/2012 saylı qərarı ilə mənim yəni cavabdeh X10 kassasıya şikayəti təmin edilməmiş, is üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 noyabr 2011-ci il tarixli 2(103)-4301/2011 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Sabunçu Rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(008)- 733/2011 saylı icra vərəqəsinə əsasən Sabunçu rayon İcra Şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixli "icraata başlamaq haqqında" qərarla icraata başlanılmış, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində istifadədə olan 0.10365 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binada 99,7 kv.m ümumi, 72.0 kv.m yaşayış sahəsindən ibarət 3 (üç) otaqlı 81 nömrəli mənzilin qiymətləndirilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. "Daşınmaz Əmlakların Satışı X24" MMC tərəfindən tərtib edilmiş 25 sentyabr 2012-ci il tarixli, 717 nömrəli "əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi"nə əsasən sözügedən əmlak 160 000 (yüz altmış min) manat dəyərində qiymətləndirilmişdir. Sabunçıı rayon İcra Şöbəsinin xx.xx.2013-cü il tarixli, 17280-1757/11-6 saylı məktubu ilə sözügedən əmlak hərrac yolu ilə satılması üçün 15685-1757/11 saylı, xx.xx.2012-ci il tarixli məktubla materiallar "Daşınmaz Əmlakların Satışı X24" nə göndərilmişdir. "Daşınmaz Əmlakların Satışı X24" tərəfindən ona məxsus əmlak açıq hərraca çıxarılaraq dəyərindən olduqca aşağı məbləğə-102000 (yüz iki min) manata satılmış, "hərracın yekunları barədə" 65/06 №-li protokol imzalanmışdır. Lakin ona məxsus əmlakın qiymətləndirilməsi və hərrac qanunvericiliyin tələb etdiyi qaydada keçirilməmişdir. Sözügedən əmlak qeyri-obyektiv şəkildə real bazar dəyərindən aşağı qiymətləndirilmişdir. Həmçinin, hərracın keçirilməsindən məlumatı olmamış, hərracın keçirilməsi barədə ona bildiriş göndərilməmiş, onun mülkiyyətində olan əmlak dəyərindən olduqca aşağı məbləğdə satılmışdır. Buna görə də hesab edir ki, 23 sentyabr 2012-ci il tarixli, 717 nömrəli "əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi" və "hərracın yekunları barədə" 65/06 №li protokol etibarsızdır. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, "xxxx" MMC-nin hazırki iş üzrə 717 saylı, 23 sentyabr 2012-ci il tarixli hesabatında əmlakın bazar və digər dəyərlərinin yekun göstəricisinin, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində istifadədə olan 0.10365 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binada 99,7 kv.m ümumi, 72.0 kv.m yaşayış sahəsindən ibarət 3 (üç) otaqlı 81 nömrəli mənzilə dair 06 avqust 2013-cü il tarixli, 65/06 saylı hərracın yekunları barədə protokolun və 06 avqust 2013-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, “Kapital Bank" ASC-nin adına mülkiyyət hüququnun qeydə alınmasına dair - qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci il olan daşınmaz əmlakın dövlət qeydiyyatı və bununla bağlı verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi X13 ilə Cavabdeh3 arasında Bakı şəhəri 53 saylı notariat ofisində 24 may 2018-ci il tarixdə bağlanmış, reyestrdə 4Ə-617 nömrə ilə qeydə alınmış, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh3 adına mülkiyyət hüququnun qeydə alınmasına dair qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan daşınmaz əmlakın dövlət qeydiyyatı vo bununla bağlı verilmiş RX seriyalı, RX ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" Qiymətləndirilməsi Xidməti MMC-nin hazırki iş üzrə 717 saylı, 25 sentyabr 2012-ci il tarixli hesabatında əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisinin, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində istifadədə olan 0.10365 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binada 99,7 kv.m ümumi, 72.0 kv.m yaşayış sahəsindən ibarət 3 (üç) otaqlı 81 nömrəli mənzilə dair 06 avqust 2013-cü il tarixli, 65/06 saylı həracın yekunları barədə protokolun, o cümlədən Bakı şəhəri 53 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 12 yanvar 2017-ei il tarixli 40-37 reyestr nömrəli və 24 may 2018-ci il tarixli, 40-617 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqavilələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Belə ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə verilmiş ərizədə iddia tələbinin xahiş edirəm hissəsində əmlakın alqı-satqı müqavilələrinin etibarsızlığı tələb edilsə də, müvafiq məlumat olmadığı üçün daşınmaz, əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğvi tələb olunmamışdır. Buna görə də, həmin hissədə iddia tələbinin dəqiqləşdirilməsi və iddia tələbinin həcminin artırılması zərurəti vardır. Belə ki, Daşmanız Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Orazi İdarəsinin 29 mart 2023-eıi il tarixli, 3-21-3-30/2-9824/2013-**********24 XlMİ məktubundan göründüyü kimi Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində istifadədə olan 0.10365 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binada 99,7 kv.m ümumi, 72.0 kv.m yaşayış sahəsindən ibarət 3 (üç) otaqlı 81 nömrəli mənzil 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2004-cii il tarixli 40-03-345 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2004-cü il tarixdə X11 adına qeydiyyatdan keçmişdir. Hərracın yekunları barədə protokol, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən xx.xx.2015-ci il tarixdə "xxxx" ASC-nin adına ********** qeydiyyat nömrəsi (çıxarışın seriyası - RX 0674096) ilə qeydiyyatdan keçmişdir Bakı şəhəri 53 saylı notariat kontoruı da "xxxx" ASC ilə X8 arasında bağlanmış, 40-37 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə X4 adına ********** qeydiyyat nömrəsi ilə (çıxarışın seriyası - KX 0998775) qeydiyyatdan keçmişdir. O cümlədən Bakı şəhəri 53 saylı notariat kontorunda X13 ilə Cavabdeh3 arasında 24 may 20'18-ci il tarixdə bağlanmış, 4U-6İ7 reyestr nömrəli daşınmaz, əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdə Cavabdeh3 adına ********** qeydivya nömrəsi ilə (çıxarışın seriyası - RX 1309983) qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Hesab edir ki, mülkiyyətində olmuş mənzilə dair bağlanmış alqı-satqı müqavilələri və həmin alqı-satqı müqavilələrinə əsasən mülkiyyət hüquqlarının qeydə alınmasına dair verilmiş çıxarışlarda əsassız olduğu üçün ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə etdiyini bildirmiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsi barədə və etiraz ərizələri təqdim edərək, iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi kəsici müddətin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia tələbi üzrə kəsici müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər proses iştirakçıları məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Sabunçu Rayon Məhkəməsinin 29 may 2011-ci il tarixli, 2(008)-733/2011 saylı qətnaməsindən görünür ki, "xxxx" ASC-nin X25-Əliyeviçə və qeyrilərinə qarşı kredit borcunun qaytarılması tələbinə dair idida ərizəsi qismən təmin edilmiş, X25-Əliyeviçdən "xxxx" ASC-nin xeyrinə 154350 manat əsas, 64.866 manat əsas borc öhdəliyinə hesablanmış faiz borcu, 2000 manat dəbbə pulu, cəi 221.216 manat borc tutulması, AslanovYalçın Zöhrab oğlundan Kapital bank” ASC-nin xeyrinə 154350 manat əsas 64.866 manat əsas, 64.866 faiz borcu, 2000 manat dəbbə pulu, cəmi 221,216 manat tutulması, X25-Əliyeviçdən, X6 və X7 müştərək qaydada iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu tutulması, tələb kreditlər üzrə öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə X14 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində istifadədə olan 0,10365 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binada, 99.7 kv.m ümumi, 72.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 81-ci mənzilə yönəldilsin. Həmin mənzil açıq hərracda satılaraq əldə olunan vəsaitdən (221.216+221.216=) 442.432 manat və 20 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə ödənilməsi, Həmin mənzil satıldıqda X10 mənzildən istifadə hüququ itirilmiş hesab edilsin, mənzil satıldıqdan sonra 1 (bir) ay ərzində mənzildən çıxarılsın və mənzil boşaldılsın. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(103)-4301/2011 saylı qətnaməsindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 29 may 2011-ci il tarixli qətnaməsindən cavabdehlər X25-Əliyeviç və X17 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Sabunçu Rayon Məhkəməsinin 29 may 2011-ci il tarixli, 2(008)- 733/2011 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - AR Ali Məhkəməsinin 2(102)-1035/2012 03 aprel 2012-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(103)-4301/2011 saylı qətnaməsindən cavabdeh X16 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(103)-4301/2011 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. - Sabunçu Rayon Məhkəməsinin 19 may 2011-ci il tarixli icra vərəqəsindən görünür ki, həmin icra vərəqəsi 18 may 2012-ci il tarixdə Sabunçu Rayon İcra Şöbəsinə verilmişdir. - Sabunçu Rayon İcra Şöbəsi tərəfindən “Daşınar və Daşınmaz Əmlakların Satışı X24”nə ünvanlanmış xx.xx.2013-cü il tarixli məktubdan görünür ki, Sabunçu Rayon Məhkəməsinin 29 may 2011-ci il tarixli, 2(008)-733/2011 saylı icra vərəqəsi üzrə borclu X14 məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində istifadədə olan 0,10365 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binada, 99.7 kv.m ümumi, 72.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 81-ci mənzilin real bazar qiymətinə uyğun olaraq hərrac yolu satılması üçün 15685-1757/11 saylı, xx.xx.2012-ci il tarixli məktubla toplanmış materiallarla hərrac mərkəzinə göndərildiyi bildirilmiş və borcluya məxsus əmlakın açıq hərrac vasitəsilə satılmasına dair görülmüş tədbirlər və icranın nəticəsi barədə şöbəyə məlumat verilməsi xahiş olunmuşdur. - “İcraata başlamaq haqqında” qərardan görünür ki, Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru xx.xx.2011-ci il tarixli qərarla Sabunçu Rayon Məhkəməsinin 29 may 2011-ci il tarixli, 2(008)-733/2011 saylı icra vərəqəsi üzrə icraata başlamışdır. - "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində istifadədə olan 0,10365 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binada, 99.7 kv.m ümumi, 72.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 81-ci mənzil 160000 manat dəyərində qiymətləndirilmişdir. - Hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş hərracın yekunları barədə protokoldan görünür ki, 06 avqust 2013-cü il tarixdə saat 12:45-də hərrac keçirilmiş və əmlakın tam dəyəri 102000 manat müəyyən edilmişdir. - “Daşınar və Daşınmaz Əmlakların Satışı X24”nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, məhkəmə sorğusu ilə tələb edilən X3 məxsus əmlaka dair keçirilən hərraclarla bağlı sənədlərin uzun müddət keçdiyindən təqdim edilməsi mümkünsüzdür. - AR İqtisadiyyat Nazirliyi yanında əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində istifadədə olan 0,10365 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binada, 99.7 kv.m ümumi, 72.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 81-ci mənzil Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 4Ə-617 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. - AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində istifadədə olan 0.10365 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binada 99,7 kv.m ümumi, 72.0 kv.m yaşayış sahəsindən ibarət 3 (üç) otaqlı 81 nömrəli mənzil xx.xx.2017-ci il tarixindən Cavabdeh4 tam payda mülkiyyətindədir. - 24 may 2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində istifadədə olan 0.10365 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binada 99,7 kv.m ümumi, 72.0 kv.m yaşayış sahəsindən ibarət 3 (üç) otaqlı 81 nömrəli mənzil Cavabdeh4 tərəfindən Cavabdeh3 satılmışdır. Satıcı qismində Cavabdeh4, alıcı qismində Cavabdeh3 qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə ilk növbədə iddia tələblərinin "xxxx" MMC-nin hazırki iş üzrə 717 saylı, 23 sentyabr 2012-ci il tarixli hesabatında əmlakın bazar və digər dəyərlərinin yekun göstəricisinin və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı əmlakın qiymətləndiirlməsi və hərrac qanunvericiliyinin tələblərinə uyğun keçirilmədiyini, əmlakın real bazar dəyərindən aşağı qiymətləndiirldiyini bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu normanın mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Məhkəmə tərəfindən sənədlərin əldə edilməsi üçün müvafiq sorğu göndərilsə də, “Daşınar və Daşınmaz Əmlakların Satışı X24”nin xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəmə sorğusu əsasında tələb edilən X3 məxsus əmlaka dair keçirilən hərraclarla bağlı sənədlərin uzun müddət keçdiyindən təqdim edilməsi mümkünsüz olduğu bildirilmişdir. Məhkəmə vurğulayır ki, hərrac bildirişlərinin göndərilməsi zamanı qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Məhkəmə qeyd edir ki, bütün fiziki və hüquqi şəxslər məhkəmə müdafiəsi üsullarından istifadə etmək hüququna malik olsalar da bu hüquqdan istifadə edərkən suiistifadə hallarına yol vermələri yolverilməzdir və bu halda məsuliyyətə cəlb olunması istisna deyil. Beləliklə, hüquqdan sui-istifadə olunması hüququn başqa şəxsə ziyan vuran yolverilməz konkret davranışda təzahür edən və yaxud özgəsinin hüququ üçün təhdid yaradan anormal (faydasız, qeyri-adi, zərərli,) həyata keçirilməsi deməkdir. Bir qayda olaraq, hüquqdan sui-istifadə subyektiv hüquqdan bu hüququn sərhədlərini pozmaqla istifadə etməkdir. Subyektiv hüququn qanunla müəyyən olunmuş təsir hüdudlarından kənara çıxma müəyyən hüquqi nəticələrə gətirib çıxarır, bir şərtlə ki, səlahiyyətli hüquqmühafizə orqanları bu faktı müəyyən etmiş olsun. Hüquqdan sui-istifadə kompleks hüquqi hadisə kimi qəbul olunmalıdır. Bir tərəfdən, bu hüquqi məhdudiyyət subyektiv mülki hüquqdan sui-istifadənin qadağan olunması şəklində yaradılmış hüquqi tənzimləmə elementidir. Bu qadağanın məzmunu heç nəyə baxmayaraq baş verməsi mümkün olan müəyyən davranış variantının hüquqi cəhətdən yolverilməzliyini göstərir. Mülki hüquqda bu hüquqi məhdudiyyət hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi şəklində öz ifadəsini tapır. Digər tərəfdən, bu fenomenin hüquqi təbiəti hüquqdan sui-istifadənin subyektiv mülki hüquq məhdudiyyətlərinə aid olunmasına dəlalət edir. Son kontekstdə hüquqdan sui-istifadə mülki hüquq subyektinin sosial və hüquqi məhdudiyyəti (buraya əxlaqi və hüquqi prinsipləri də aid etmək olar) subyektiv dərk etməsinə uyğun olaraq öz xüsusi hüquqi marağının təmin olunması üçün mülki hüququnu həyata keçirmə variantını seçərkən, yol verilən hərəkət sərbəstliyinin həddi rolu oynayır. Hüquqdan sui-istifadə zamanı davranışın hüquqa zidd olması qanun pozuntusunun hüquqi əlaməti kimi açıq ifadə olunmur. Ona görə də hüquqdan sui-istifadə qanun pozuntusu kimi qiymətləndirilmir. Bununla yanaşı, hüquqdan sui-istifadə hüquqi davranış kimi də qiymətləndirilə bilməz, çünki sonuncu sosial baxımdan faydalıdır. Son nəticədə hüquqdan sui-istifadə ya hüquqi davranış fenomenidir (burada qiymətləndirici meyar qanunun hərfidir), ya da qeyri-qanuni davranış fenomenidir (burada qiymətləndirici meyar qanunun ruhudur). Hüquqdan sui-istifadə zamanı davranışın hüquqa zidd olması təkcə qanuna zidd olmasında deyil, qanunu pozan şəxsin hüquq və maraqlarına zidd olmasındadır. Hüquqdan sui-istifadə qeyri-qanuni xarakter kəsb edən, qanun pozuntusuna çevrilə bilən, amma qanun pozuntusu sayılmayan hüquqi davranış tipinə aid edilməlidir. Hüquqdan suiistifadə faktının aşkar olunması halında o, müdafiə olunmur və qorunmur. Hüquqdan suiistifadənin hüquqi nəticələri ənənəvi deyil, burada hüquq pozuntusu üçün səciyyəvi olan hüquqi məsuliyyət yaranmır. Konkret işin hallarından asılı olaraq hüquqdan sui-istifadənin aşağıdakı nəticələri meydana gəlir: bu hərəkət həqiqətə uyğun olmayan hesab olunur; bu hərəkət qadağan olunur; subyektiv hüquqdan məhrum etmədən ondan istifadəyə xitam verilir və s. Mülki hüquqdan sui-istifadənin qadağan edilməsi pozuntuya görə sanksiya müəyyən edir, amma bu sanksiyanın tətbiq edilməsi məhkəmənin mülahizəsinə buraxılır. Məhkəmə hesab edir ki, subyektiv mülki hüquqdan sui-istifadənin müəyyən olunduğu təqdirdə, sui-istifadəyə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasına yardım edəcək sanksiyalar sui-istifadənin ümumi hüquqi nəticəsi olmalı, bu hərəkət həqiqətə uyğun olmayan hesab olunmalıdır. “ F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsinin Plenum Qərarında təsbit edilən hüquqi mövqeyə əsasən, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Mülki işin materialları ilə müəyyən edilir ki, mübahisələndirilən qiymətləndirmə 2012-ci ildə, hərrac isə 2013-cü ildə keçirilmişdir. 10 ildən uzun müddət ərzində iddiaçı hərracın yekun protokolunun etibarsızlığı ilə bağlı iddia qaldırmamışdır. Halbuki, iddiaçı məhkəmə qətnamələrindən məlumatlı idi və qətnamənin icra olunacağını bilirdi. Hərracdan uzun müddət keçdiyi üçün hərrac təşkilatı tərəfindən sənədlərin təqdim edilməsi, o cümlədən əmlakın qiymətləndirilməsi mümkün olmamışdır. Əmlak isə artıq digər mülkiyyətçilər tərəfindən alınmış, həmin əmlakda təmir işləri həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbləri hüquqdan sui-istifadə elementlərini özündə daşımaqla, təmin edilməsi mülki dövriyyənin sabitliyinə, məhkəmə qətnamələrinin birmənalı icra edilməli olması ilə bağlı prosessual normalara və ümumilikdə, vicdanlılıq prinsipinə ziddir. Məhkəmə iddia tələblərinin X13 ilə Cavabdeh3 arasında Bakı şəhəri 53 saylı notariat ofisində 24 may 2018-ci il tarixdə bağlanmış, reyestrdə 4Ə-617 nömrə ilə qeydə alınmış, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh3 adına mülkiyyət hüququnun qeydə alınmasına dair qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan daşınmaz əmlakın dövlət qeydiyyatı və bununla bağlı verilmiş RX seriyalı, RX ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. MM-nin 182-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. MM-nin 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Qanunvericiliyin qeyd edilən normalarından mənasından göründüyü kimi, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların muəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir («S.N.Məmmədovanın şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi). «X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən isə, əldə edənin əmlakı onu ozgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mulkiyyətciyə nisbətdə daha üstün hüquqi movqeyə çıxarır. Eyni zamanda, «H.Cəfərovun şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mubahisəli əşya uzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mulkiyyətci ilə yanaşı digər şəxslərə də mənsub olduqda mulkiyyət hüquqlarının dovlət mudafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər uzrə muxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli suruldukdə və bu cür mubahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu muəyyən edildiyi halda MM-in 337.5-ci maddəsi ilə muəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu 28 oktyabr 2014-cü il tarixli Qərarında qeyd emişdir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. «Qladışevanın Rusiyaya qarşı» işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 06 dekabr 2011-ci il tarixli qərarında göstərmişdir ki, mənzil üzərində mülkiyyət hüququnun əldə edilməsinin qanuniliyinə nəzarət edən orqan mövcud olduğu halda ərizəçi və yaxud mənzili alan hər hansı digər şəxs bunun üçün xüsusi olaraq nəzərdə tutulmuş prosedur qaydaların icrası zamanı aradan qaldırılmalı olan, lakin aradan qaldırılmayan səhvlər üzündən mülkiyyət hüququndan məhrum olunmaq təhlükəsini əvvəlcədən görməli deyillər. Orqanın diqqətsizliyi gələcəkdə mübahisəli əmlakı vicdanlı əldə edən şəxsin cəzalandırılması üçün əsas olmamalıdır”. Beləliklə, X9 və X18 vicdanlı alıcı olması mülki işin materialları ilə təsdiq edildiyindən, əksini sübut edə biləcək dəlillər iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab edir ki bu hissədə də iddia tələbi əsassızdır və təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi mahiyyəti üzrə rədd edildiyindən prosessual qənaət prinsipini rəhbər tutaraq, iddia və kəsici müddətin tətbiqi barədə ərizələrə əlavə münasibət bildirilməsinə zərurət yoxdur. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən məhkəmə mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı X1 cavabdehlər "Daşınar və Daşınmaz Əmlakların Satışı X24" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-yə, Cavabdeh4 və Cavabdeh3 qarşı, "xxxx" ASC, Bakı şəhəri 53 saylı notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “qiymətləndirmə rəyinin, hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-998/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-998/2023
04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver