Məhkəmə qərarları › İş №2(005)-999/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-999/2022

09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-999/2022 09.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X2 oglunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləgv edilməsi, borcun ödənilməsi və lizinq obyektinin mülkiyyətçiyə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləgv edilməsi, borcun ödənilməsi və lizinq obyektinin mülkiyyətçiyə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 27 avqust 2021 -ci il tarixli MAS-4289 saylı “Daxili lizinq" müqaviləsinin ləğv edilməsi, Lizinq obyekti olan 2021-ci il buraxılışlı. “Khazar SD" minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME323703 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 27 avqust 2021-ci il tarixli MAS-4289 saylı “Daxili lizinq" müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 yanvar 2022-ci il tarixə 1070.1 manat gecikdirilmiş əsas, 836.23 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 100.14 manat dəbbə pulu, ümumilikdə 2006.47 manat gecikdirilmiş borc və ödənilmiş 40.47 manat dövlət rüsumu “Azərmaş" MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Azərmaş" MMC ilə Cavabdeh arasında bağlanmış 27 avqust 2021-ci il tarixli MAS-4289 saylı “Daxili lizinq müqaviləsi"nə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, "Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME323703 ban nömrəli, ağ rəngli avtomobil 17000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "Daxili lizinq müqaviləsi"nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 24.5 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 537.14 manat, ümumilikdə isə 22737 manat məbləğində pulu “Azərmaş" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür, ödənilməli olan ümumilikdə 22737 manatın 17000 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 07 oktyabr 2021-ci il tarixdə 250 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 27 avqust 2021-ci il tarixli MAS-4289 saylı “Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 yanvar 2022-ci il tarixə 1070.1 manat gecikdirilmiş əsas, 836.23 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 100.14 manat dəbbə pulu, ümumilikdə 2006.47 manat borcu yaranmışdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi 05 mart 2022-ci il tarixdə iddia ərizəsinə dəqiqləşmə verərək, İddiaçı MMC ilə bağlanmış 27 avqust 2021 -ci il tarixli MAS-4289 saylı “Daxili lizinq" müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılır ki, Lizinq obyekti olan 2021-ci il buraxılışlı. “Khazar SD" minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME323703 ban nömrəli, ağ rəngli avtomobil 18.02.2022-ci il tarixli təhvil-təslim aktına əsasın mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılmış və gecikdirilmiş məbləg lizinq alana güzəşt olunmuşdur. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “Azərmaş" MMC ilə Cavabdeh arasında bağlanmış 27 avqust 2021-ci il tarixli MAS-4289 saylı “Daxili lizinq müqaviləsi"nə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, "Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME323703 ban nömrəli, ağ rəngli avtomobil 17000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir; Daxili lizinq müqaviləsi"nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 24.5 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 537.14 manat, ümumilikdə isə 22737 manat məbləğində pulu “Azərmaş" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür, ödənilməli olan ümumilikdə 22737 manatın 17000 manatı əsas məbləğ təşkil edir. Məhkəmə ilk növbədə ilkin iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 747-5.2-ci maddəsinə əsasən, lizinqlə əlaqədar bağlanılan alqı-satqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir; 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir; 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, , “Azərmaş" MMC ilə Cavabdeh arasında bağlanmış 27 avqust 2021-ci il tarixli MAS-4289 saylı “Daxili lizinq müqaviləsi"nə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, "Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME323703 ban nömrəli, ağ rəngli avtomobil 17000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "Daxili lizinq müqaviləsi"nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 24.5 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 537.14 manat, ümumilikdə isə 22737 manat məbləğində pulu “Azərmaş" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür, ödənilməli olan ümumilikdə 22737 manatın 17000 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 07 oktyabr 2021-ci il tarixdə 250 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 27 avqust 2021-ci il tarixli MAS-4289 saylı “Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 yanvar 2022-ci il tarixə 1070.1 manat gecikdirilmiş əsas, 836.23 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 100.14 manat dəbbə pulu, ümumilikdə 2006.47 manat borcu yaranmışdır. Həmçinin müəyyən olundu ki, Lizinq obyekti olan 2021-ci il buraxılışlı. “Khazar SD" minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME323703 ban nömrəli, ağ rəngli avtomobil 18.02.2022-ci il tarixli təhvil-təslim aktına əsasın mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılmış və gecikdirilmiş məbləg lizinq alana güzəşt olunmuşdur. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi 05 mart 2022-ci il tarixdə iddia ərizəsinə dəqiqləşmə verərək, İddiaçı MMC ilə bağlanmış 27 avqust 2021 -ci il tarixli MAS-4289 saylı “Daxili lizinq" müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərmaş” MMC ilə bağlanmış 27 avqust 2021 -ci il tarixli MAS-4289 saylı “Daxili lizinq" müqaviləsi ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27 avqust 2021 -ci il tarixli MAS-4289 saylı “Daxili lizinq" müqaviləsi ləğv edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar