Məhkəmə qərarları › İş №2(005)-999/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-999/2023

13.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-999/2023 13.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı cavabdeh Bakı şəhər Nərimanov rayon icra Şöbəsi və Cavabdeh2 MMC-yə qarşı «hesabatın etibarsız hesab edilməsi» tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Nərimanov rayon icra Şöbəsinə qarşı «hesabatın etibarsız hesab edilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 MMC-nin 0423/22/İBİ saylı qiymətləndirmə hesabatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın icraata qəbulundan imtina olunmalıdır. Belə ki, iddia tələbindən göründüyü kimi iddiaçının hal-hazırda niyyəti Cavabdeh2 MMC-nin 0423/22/İBİ saylı qiymətləndirmə hesabatın ləğv edilməsini tələb edir. İddiaçı bu səbəbdən qeyd olunan iddia tələbi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə bu halla razılaşmayaraq bildirir ki, iddiaçı tərəfindən hazırda iddia tələbi icra orqanın hərəkət və hərəkətsizliyindən ibarət olduğundan bu tələbə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılması qanunvericliyin tələbinə ziddir. İş materiallarından görünür ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən rəyin verilməsi, digər cavabdeh Bakı şəhər Nərimanov rayon icra Şöbəsinin müvafiq sifarişi əsasında verilmişdir. Odur ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən hallar icra orqanının məhkəmə aktının icrası ilə bağlı hərkətlərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası İcra Haqqında Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Göründüyü kimi normanın qeyd olunan tələb üzrə inzibati məhkəməyə müraciət edilməlidir. İddiaçının hazırki tələbi icra sənədi üzrə qətnaməni qəbul etmiş məhkəməyə icraaya nəzarət qaydasında baxılan işlərə aid olmadığından icraat götürülməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2011-ci il tarixli 02/2021 nömrəli qərarnın 32-ci bəndinə əsasən bu baxımdan, məhkəmə tərkibi hesab edir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Bununla əlaqədar olaraq məhkəmə iddiaçıya hazırki iddia tələbi ilə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməli olduğunu izah edir. Yuxarıda şərh olunanlara əsasən İddiaçı cavabdeh Bakı şəhər Nərimanov rayon icra Şöbəsinə qarşı «hesabatın etibarsız hesab edilməsi» tələbinə dair iddianın ümumi məhkəmədə baxılmasının yolverilməzliyinə görə iddia ərizəsi icraata qəbul etməkdən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 153-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhər Nərimanov rayon icra Şöbəsinə qarşı « hesabatın etibarsız hesab edilməsi» tələbinə dair iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunsun. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar