Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1003/2025 25.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi Bakı şəhər İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə «sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçi Bakı şəhər İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə «sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1968-ci ildə anadan olmuşdur. Halhazırda Nəsimi rayonu ərazisində qeydiyyatdadır və orada yaşayır. O, xx.xx.2018-ci ildə sonuncu dəfə ASAN 2 tərəfindən AZE № ******** saylı, FİN kodu xxxxxxx olan şəxsiyvət vəsiqəsi ilə təmin edilmişdir. Ləhic ərazisindəki 4251 №-li bağın bir hissəsinin ona ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixl,i 1609 №-li Sərəncamında adı və ata adı düzgün göstərilsə də, soyadı səhvən “Gəncmalıyeva” əvəzinə “Gəncəliyeva” kimi qeyd edilmişdir. Həmin Sərəncam əsasında onunla Bakı Şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi arasında bağlanılmış “Ləhic ərazisindəki 4251 “a” nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2001-ci il tarixli 25239 saylı Müqavilədə isə soyadı düzgün olaraq “Gəncmalıyeva” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində hüquqlarının həyata keçirməsinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Belə ki, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə etdiyi müraciətə xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-26184/2023 **********84 saylı məktubla cavab verilmişdir ki, bağın icarəyə verilməsinə dair 25239 saylı, xx.xx.2001-ci il tarixli müqavilənin əsli təqdim edilməmiş və bu barədə idarənin arxivində məlumat aşkar edilməmiş, həmçinin təqdim edilən sənədlər arasında uyğunsuzluq mövcuddur. Belə ki, arxiv arayışında hüquq sahibinin soyadı “Gəncəliyeva”, etibarnamə və icarə müqaviləsində isə “Gəncmalıyeva” qeyd olunmuşdur. Müvafiq müraciətinə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 3-52/2-4012/2024 saylı məktubu ilə cavab verilmişdir ki, Bakı Şəhəri İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə təsdiq edilmiş siyahıda soyad, ad və ata adları həmin dövrdə təqdim edilmiş sənədlər əsasında aparıldığından, sözügedən sənədlərə dair təsdiqedici əsaslar təqdim edildiyi təqdirdə müraciətinə yenidən baxıla bilər. Hesab edilir ki, bu cavabla sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Halbuki, Bakı Şəhər İcra Hakimiyyətinə müraciətinə təsdiqedici əsaslar sayılan şəxsiyyət vəsiqəsini əlavə etmişdir. Odur ki, həmin uyğunsuzluğun aradan qaldırılması zərurəti yarandığından, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 1609 №-li Sərəncamında ərizəçinin soyadının “Gəncmalıyev kimi edilməsinin düzgün olmaması, həmin sənəddə soyadının “Gəncmalıyeva” kimi qeyd və həmin sənədin ərizəçi – Ərizəçi (şəxsiyyət vəsiqəsi AZE № ******** saylı, FİN kodu xxxxxxx) aid olması faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 1609 nömrəli Sərəncamının 3.10-cu sırasında X2 hüquqmüəyyənedici sənədlərdə adı qeyd edilən Ərizəçi ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək və ərizəni müdafiə edərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını və çıxışını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Beləliklə, məhkəmədə ərizəçinin nümayəndəsi və vəkilinin izahatından və mülki işin materiallarından müəyyən olundu ki, Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin xx.xx.1988-ci il tarixli, 195 nömrəli qətnaməsinə əsasən Ləhic ərazisindəki 4251 nömrəli bağ sahəsinin bir hissəsi Ərizəçi ayrılmışdır. Bu, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 1609 saylı sərəncamına əsasən rəsmiləşdirilmişdir. Həmin Sərəncamda ərizəçinin soyadı “Gəncmalıyeva” əvəzinə “Gəncəliyeva” kimi qeyd edilmişdir. Odur ki, ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ünvanlanan 19 noyabr 2024-cü il tarixli, 3-52/2-4012/2024 saylı cavab məktubundan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 1609 nömrəli sərəncamında və Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi arasında bağlanmış “Ləhic ərazisindəki 4251 “a” nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2001-ci il tarixli, 25239 saylı müqavilədə soyadın “Gəncmalıyeva” kimi qeyd olunmasına köməklik göstərilməsi barədə müraciətə baxılmışdır. Bildirilir ki, Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə təsdiq edilmiş siyahıda soyad, ad və ata adları həmin dövrdə təqdim edilmiş sənədlər əsasında aparıldığından, sözügedən sənədlərə dair təsdiqedici əsaslar təqdim edildiyi təqdirdə müraciətə yenidən baxıla bilər. Müqaviləyə münasibətdə isə nəzərə çatdırılır ki, Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli, 2186 nömrəli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv olunmuş və həmin Sərəncamın 2.1-ci bəndinə əsasən ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsi nəzərdə tutulmuşdur. Nəzərə alınması xahiş olunmuşdur. 9.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən “4251a” nömrəli torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ərizəyə baxılmışdır. Müraciətlə əlaqədar bildirilir ki, tərəflərindən 25239 saylı, xx.xx.2001-ci il tarixli icarə müqaviləsinin əsli təqdim edilməmiş, həmçinin müqavilə barədə idarənin arxivində məlumat aşkar edilməmişdir. Bundan başqa, təqdim edilən sənədlərdə uyğunsuzluq mövcuddur. Belə ki, arxiv arayışında “Gəncəliyeva” qeyd edilsə də, etibarnamə və icarə müqaviləsində “Gəncmalıyeva” qeyd olunmuşdur. Bundan başqa, təqdim olunan icarə müqaviləsində torpaq sahəsinin nömrəsi “4251a” kimi göstərilsə də, arxiv arayışında “4251” qeyd edilmişdir. Həmçinin, torpaq sahəsinə texniki baxış keçirmək və çöl-ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. 10.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilən xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1609 nömrəli sərəncamından çıxarış: Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqda. Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 nömrəli qətnaməsinə əsasən: 3.Aşağıdakı bağ sahələri vətəndaşlar arasında bölünsün. 3.10.Ləhic ərazisindəki 4251 nömrəli bağın bir hissəsi – X3. 11.Mülki işin materiallarında olan İ-ЗЖ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1968-ci il tarixdə doğulmuşdur. 12.Mülki işin materiallarında olan 19 may 1987-ci il tarixdə verilən НЗ seriyalı, ******* nömrəli hərbi biletdən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. 13.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanan 11 mart 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair (bağ məsələləri üzrə komissiya yığıncağının 01.09.93-cü il tarixli, 53 nömrəli protokolu) Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 nömrəli qətnaməsinə əsasən: 3.Aşağıdakı bağ sahələri vətəndaşlar arasında bölünsün. 3.10.Ləhic ərazisindəki 4251 nömrəli bağın bir hissəsi – X3. 14.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi və Ərizəçi arasında bağlanan Ləhiş ərazisindəki 4251a nömrəli bağın istifadəyə verilməsi haqqında 25239 saylı, 26 avqust 2001-ci il tarixli müqavilədən görünür ki, Birlik Sabunçu rayonunun Ləhiş ərazisində 0.12 hektar torpaq sahəsi olan 4251a nömrəli bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla istifadəçiyə verir və istifadəçi həmin bağı istifadəsinə götürür. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 16.Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 17.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 18.Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 19.Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli Qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 20.Həmin Qərarın 6.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 21.Göründüyü kimi sözügedən hüquqmüəyyənedici sənəddə ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən texniki səhvə yol verilmiş, ərizəçinin soyadı qeyri-düzgün yazılmışdır (“Gəncmalıyeva” əvəzinə “Gəncəliyeva” qeyd edilmişdir). Qeyd olunan yanlışlığa görə ərizəçi öz hüquqlarını həyata keçirə bilmir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. 22.Bundan əlavə olaraq məhkəmə həmçinin qeyd edir ki, Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin xx.xx.1988-ci il tarixli, 195 nömrəli qətnaməsinə əsasən Ləhic ərazisindəki 4251 nömrəli bağ sahə həm X3, həm də X5 ayrılması nəzərdə tutulsa da, burada həmin torpaq sahəsi ümumi sahə olmuş, lakin onun bir hissəsi hazırki ərizəçiyə sərəncamla ayrılmışdır. 23.Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin xx.xx.1988-ci il tarixli, 195 nömrəli qətnaməsinə əsasən Ləhic ərazisindəki 4251 nömrəli bağ sahəsinin bir hissəsinin X2 adına keçirilməsi barədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 1609 saylı “bağ sahələrinin ayrılması, ada keçirməsi, bölünməsi haqda” sərəncamından çıxarışın Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. 24.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 25.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 26.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 27.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 28.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 29.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 30.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin xx.xx.1988-ci il tarixli, 195 nömrəli qətnaməsinə əsasən Ləhic ərazisindəki 4251 nömrəli bağ sahəsinin bir hissəsinin X2 adına keçirilməsi barədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 1609 saylı “bağ sahələrinin ayrılması, ada keçirməsi, bölünməsi haqda” sərəncamından çıxarışın Ərizəçi məxsus olması faktı müəyyən edilsin (eyni şəxs olması). Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-1003/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1003/2025
25.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver