Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1021/2022 28.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 nümayəndəsi və İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 vəkili Nümayəndə1, iddiaçılar İddiaçı1 nümayəndəsi və İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 vəkili X1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, iddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh LPO Cavabdeh ASC-yə qarşı (Yevlax rayon 1 saylı Notariat Ofisi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "kredit, ipoteka və zaminlik müqavilələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçılar İddiaçı1 və digərləri iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27.06.2014-cü il tarixli kredit müqaviləsinin, həmin tarixli zaminlik müqaviləsinin və həmin tarixli 4 ədəd ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və tərəflərin hər birinin əqd üzrə aldıqlarının hamısının digər tərəfə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 27.06.2014-cü il tarixdə "AGBank” ASC ilə 115.1.N.2105.270614.00001 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 18 faiz olmaqla. 364.000 (üç yüz altmış dörd min) manat məbləğdə kredit götürmüşdür. 27.06.2014-cü il tarixli, 115.CL..270614.00001/b saylı ipoteka müqaviləsinə əsasən İddiaçı1 İddiaçı3 məxsus ünvan 1 ünvanında 0.1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.30 kv.metr, tikintialtı sahəsi 96.08 kv.metr olan bir mərtəbəli qeyri-yaşayış binasını ipoteka qoymuşdur. 27.06.2014-cü il tarixli, 115.CL...270614.00001/c saylı ipoteka müqaviləsinə əsasən İddiaçı1 İddiaçı4 məxsus, Yevlax rayonun, Əşkən kəndində istifadədə olan 0.00252 ha torpaq sahəsində yerləşən 20.4 kv.metr, ümumi sahəsi 17.4 kv.metr əsas, 3 kv.metr köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binasını (14 saylı YDM) ipotekaya qoymuşdur. 27.06.2014-cü il tarixli, 115.CL..270614.00001/e saylı ipoteka müqaviləsinə əsasən İddiaçı1 İddiaçı3 məxsus Mingəçevir şəhəri, Naxçıvan küçəsi. 32 ünvanında xüsusi mülkiyyətində olan, 0.2928 ha torpaq sahəsində yerləşən, bir mərtəbəli, ümumi sahəsi 98.74 kv.metr, tikintialtı sahəsi 324.70 kv.metr qeyri-yaşayış binasını (YDM) ipoteka qoymuşdur. 27.06.2014-cü il tarixli, 115.CL..270614.00001/d saylı ipoteka müqaviləsinə əsasən İddiaçı1 İddiaçı3 məxsus Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan, 0.03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277.64.74 kv.metr, tikintialtı sahəsi 300.82 kv.metr olan qeyri-yaşayış binası yüklü edilməklə ipotekaya qoyulmuşdur. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı2 ilə 27.06.2014-cü il tarixli, 115.CL.270614,00001/f saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilələrdə göstərilmişdir ki, həmin müqavilələri 04.12.2013-cü il tarixli, 09/6929 saylı etibarnaməyə əsasən Cavabdeh ASC-nin Yevlax filialının direktoru N.Ə.Hüseynov imzalamışdır. Lakin, Yevlax rayon 1 saylı Notariat Ofisinin notariusu Gülyanaq Baxışovamn 170 nömrəli, 09 mart 2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, "xxxx" ASC-nin Yevlax filialı ilə ipoteka qoyan İddiaçı4 arasında bağlanan 27.06.2014-cü il tarixli ipoteka müqaviləsinə baxış keçirilərkən məlum olmuşdur ki, sorğu edilən etibarnamə işdə olmadığı üçün, surət təsdiqi mümkün olmamışdır. Bundan başqa "xxxx" ASC onlara qarşı "borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(039)-95/2020 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin olunmuşdur. Həmin qətnamədən narazı qaldığı üçün apeliyasiya şikayəti vermişdirlər. Apelyasiya şikayətində onlar bankla onların arasında ipoteka müqaviləsi rəsmiləşdirlərkən qanunvericiliyin tələblərinə riayət etmədiyini bildirmişdilər. Lakin, işə baxan Şəki Apellyasiya Məhkəməsi onların şikayətini həmin hissəsinə münasibət bildirirək qeyd etmişdir ki, həmin dəlil apellyasiya şikayəti üzrə iddia tələbinin mahiyyətinə uyğun gəlmir və bu ayrıca bir iddia tələbinin əsasını təşkil etdiyini bildirmişdir. İddiaçılar "AGBank” ASC ilə bağlanmış kredit müqaviləsi üzrə 364000 manat pul götürmüş və həmin məbləği bank illik 18 faiz olmaqla, yüksək faiz dərəcəsi ilə vermişdir. Həmçinin kredit müqaviləsi üzrə 200000 (iki yüz min) manat pul ödəmişdilər. Lakin "AGBank” ASC həmin ödənişləri faiz borcuna silmiş, demək olar ki, əsas borcdan silinmələr aparmamışdır. Bunun nəticəsində də onlar ağır maddi duruma məruz qalmış, son nəticədə bank onların demək olar ki, hər şeyini almışdır. Bu isə "AGBank” ASC-nin əsassız varlanmasına gətirib çıxartmışdır. Beləliklə bağlanmış kredit, zaminlik və ipoteka müqavilələri etibarsız hesab edilməli, alınmış hər bir müqavilə üzrə vəsaitlər geri qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçılarının nümayəndələri və vəkilləri X2 və Nümayəndə1 yuxarda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddianın rədd edilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq, onun nümayəndəsi, göstərilən tarixdə məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. 24.12.2014-cü il, 02.12.2015-ci il, 02.12.2015-ci il, 03.08.2015-ci il, 03.08.2015-ci il, 01.05.2015-ci il,13.07.2015-ci il, 02.10.2015-ci il, 02.09.2015-ci il, 27.11.2014-cü il, 01.04.2015-ci il, 27.10.2014-cü il, 01.06.2015-ci il, 01.04.2015-ci il, 27.01.2015-ci il 09.06.2016-cı il, 03.06.2016-cı il, 08.07.2016-cı il, 02.09.2016-cı il, 01.02.2016-cı il, 12.04.2016-cı il, 06.01.2017-ci il, 03.10.2016-cı il, 01.11.2016-cı il, 02.12.2016-cı il,01.08.2016-cı il,02.05.2016-cı il, 27.02.2015-ci il, 08.06.2015-ci il və 26.09.2014-cü il tarixli mədaxil üzrə kassa orderlərinin surətindən görünür ki, İddiaçı1 tərəfindən "AGBank” ASC-nin hesabına müvafiq olaraq 5.824 manat, 1.405 manat, 95 manat, 150 manat, 1.950 manat,17.726 manat, 1.800 manat, 1.500 manat, 1.000 manat, 5.450 manat, 16.778 manat, 5.085 manat, 2.850 manat, 22 manat, 17.230 manat, 2.000 manat, 1.500 manat, 2.000 manat, 2.000 manat, 2.000 manat, 240 manat, 2.000 manat, 2.000 manat, 2.000 manat, 2.000 manat 2.100 manat, 2.200 manat, 17.000 manat, 96.000 manat və 5.830 manat məbləğində pul mədaxil edilmişdir. "AGBank” ASC-nin Yevlax filialı ilə İddiaçı1 arasında bağlanmış 27.06.2014-cü il tarixli 115.1.N.2105.270614.00001 saylı kredit müqaviləsindən görünür ki, bank borcalana 36 ay müddətinə illik 18% dərəcəsi ilə 364.000 manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. "AGBank” ASC-nin Yevlax filialı ilə İddiaçı2 arasında bağlanılmış 27.06.2014-cü il tarixli, 115.CL.270614.00001/f nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı2 İddiaçı1 kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün birgə məsuliyyət öz üzərinə götürmüşlər. "AGBank” ASC-nin Yevlax filialı ilə İddiaçı3 arasında bağlanmış 27.06.2014-cü il tarixli 115.CL.270614.00001/b nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı3 məxsus ünvan 1 ünvanında 0.1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.30 kv.metr, tikintialtı sahəsi 96.08 kv.metr olan bir mərtəbəli qeyri-yaşayış binası öhdəliklərin təminatı kimi "AGBank” ASC-nin xeyrinə yüklü edilmişdir. Bu müqavilə 27.06.2014-cü il tarixli 115.1.N.2105.270614.00001 saylı kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanmışdır. İpoteka predmeti 110.000 manat məbləğində qiymətləndirilmişdir. "AGBank” ASC-nin Yevlax filialı ilə İddiaçı4 arasında bağlanmış 27.06.2014-cü il tarixli 115.CL.270614.00001/c nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı4 məxsus Yevlax rayonun, Əşkən kəndində istifadədə olan 0.00252 ha torpaq sahəsində yerləşən 20.4 kv.metr, ümumi sahəsi 17.4 kv.metr əsas, 3 kv.metr köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası (14 saylı YDM) öhdəliklərin təminatı kimi "AGBank” ASC-nin xeyrinə yüklü edilmişdir. Bu müqavilə 27.06.2014-cü il tarixli 115.1.N.2105.270614.00001 saylı kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanmışdır. İpoteka predmeti 40.000 manat məbləğində qiymətləndirilmişdir. "AGBank” ASC-nin Yevlax filialı ilə İddiaçı3 arasında bağlanmış 27.06.2014-cü il tarixli 115.CL.270614.00001/e nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı3 məxsus Mingəçevir şəhəri, Naxçıvan küçəsi. 32 ünvanında xüsusi mülkiyyətində olan, 0.2928 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, bir mərtəbəli, ümumi sahəsi 98.74 kv.metr, tikintialtı sahəsi 324.70 kv.metr qeyri-yaşayış binası (YDM) öhdəliklərin təminatı kimi "AGBank” ASC-nin xeyrinə yüklü edilmişdir. Bu müqavilə 27.06.2014-cü il tarixli 115.1.N.2105.270614.00001 saylı kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanmışdır. İpoteka predmeti 170.000 manat məbləğində qiymətləndirilmişdir. "AGBank” ASC-nin Yevlax filialı ilə İddiaçı3 arasında bağlanmış 27.06.2014-cü il tarixli 115.CL.270614.00001/d nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı3 məxsus Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan, 0.03 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 277.64. kv.metr, tikintialtı sahəsi 300.82 kv.metr olan qeyri-yaşayış binası öhdəliklərin təminatı kimi "AGBank” ASCnin xeyrinə yüklü edilmişdir. Bu müqavilə 27.06.2014-cü il tarixli 115.1.N.2105.270614.00001 saylı kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanmışdır. İpoteka predmeti 100.000 manat məbləğində qiymətləndirilmişdir. Yevlax Rayon Məhkəməsinin 27.08.2020-ci il tarixli, 2(039)-95/2020 saylı qətnaməsi ilə iddiaçı LPO "AGBank” ASC-nin cavabdehlər İddiaçı1 və digərlərinə qarşı “borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdehlər İddiaçı1 və İddiaçı2 müştərək qaydada iddiaçının xeyrinə əsas 244.198 manat, faiz 106.312,37 manat, kredit üzrə illik 1 faiz komissiya 3.362,98 manat, cərimə 2.000 manat olmaqla, cəmi 356.173,35 manat məbləğində borcun tutulması, tutmanın İddiaçı3 məxsus ünvan 1 ünvanında 0.1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.30 kv.metr, tikintialtı sahəsi 96.08 kv.metr olan birmərtəbəli qeyri-yaşayış binası, İddiaçı4 məxsus Yevlax rayonun, Əşkən kəndində istifadədə olan 0.00252 ha torpaq sahəsində yerləşən 20.4 kv.metr, ümumi sahəsi 17.4 kv.metr əsas, 3 kv.metr köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası, İddiaçı3 məxsus ünvan 4 ünvanında xüsusi mülkiyyətində olan, 0.2928 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, bir mərtəbəli, ümumi sahəsi 98.74 kv.metr, tikintialtı sahəsi 324.70 kv.metr qeyri-yaşayış binası, İddiaçı3 məxsus Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan, 0.03 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 277.64. kv.metr, tikintialtı sahəsi 300.82 kv.metr olan qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmeti olan İddiaçı3 məxsus ünvan 1 ünvanında 0.1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.30 kv.metr, tikintialtı sahəsi 96.08 kv.metr olan birmərtəbəli qeyri-yaşayış binasının ilkin satış (likvid) qiymətinin 125.000 manat, İddiaçı4 məxsus Yevlax rayonun, Əşkən kəndində istifadədə olan 0.00252 ha torpaq sahəsində yerləşən 20.4 kv.metr, ümumi sahəsi 17.4 kv.metr əsas, 3 kv.metr köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binasının ilkin satış (likvid) qiymətinin 125.000 manat, İddiaçı3 məxsus ünvan 4 ünvanında xüsusi mülkiyyətində olan, 0.2928 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, bir mərtəbəli, ümumi sahəsi 98.74 kv.metr, tikintialtı sahəsi 324.70 kv.metr qeyri-yaşayış binasının ilkin satış (likvid) qiymətinin 220.000 manat, İddiaçı3 məxsus Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan, 0.03 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 277.64. kv.metr, tikintialtı sahəsi 300.82 kv.metr olan qeyri-yaşayış binasının ilkin satış (likvid) qiymətinin 80.000 manat məbləğində müəyyən edilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.01.2021-ci il tarixli, 2(107)- 393/2021 saylı qətnaməsi ilə cavabdeh İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Yevlax Rayon Məhkəməsinin 27.08.2020-ci il tarixli, 2(039)-95/2020 saylı qətnaməsinin dəyişdirilmədn saxlanılması qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollgeiyasının 08.06.2021-ci il tarixli, 2(102)-3462/2021 saylı qərarı ilə cavabdeh İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.01.2021-ci il tarixli, 2(107)-393/2021 saylı qətnaməsinin kassatora aid hissədə dəyişdirilmədn saxlanılması qərara alınmışdır. ünvan 5 ünvanlanmış 09.03.2021-ci il tarixli, 170 saylı sorğuya cavabdan görünür ki, Yevlax rayonu 2 saylı notariat kontoru Cavabdeh ASC Yevlax filialı ilə ipoteka qoyan İddiaçı4 arasında bağlanan 29 iyun32014-cü il tarixli ipoteka müqaviləsinə baxış keçirərkən məlum oldu ki, sorğu olunan etibarnamə işdə olmadığı üçün surət təsdiqi mümkün deyildir. Beləliklə işin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçılar ilə "AGBank” ASC arasında 27.06.2014-cü il tarixli kredit müqaviləsi, zaminlik müqaviləsi və ipoteka müqavilələri bağlanmışdır. Sözügedən kredit müqaviləsi üzrə irəli gələn öhdəlikləri lazımi qaydada icra etməyən borclu İddiaçı1 barəsində cavabdeh tərəfindən Yevlax Rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmənin 27.08.2020-ci il tarixli, 2(039)-95/2020 saylı qətnaməsinə əsasən Bankın xeyrinə İddiaçı1 və İddiaçı2 müştərək qaydada cəmi 356.173,35 manat məbləğində borcun tutulması, tutmanın İddiaçı3 və İddiaçı4 məxsus olmuş əmlaklara yönəldilməsi və daha sonra ixtisaslaşdırılmış təşkilatlar tərəfindən açıq hərrac yolu ilə satılması qət edilmişdir. Nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 26.01.2021-ci il tarixli, 2(107)-393/2021 saylı qətnaməsində İddiaçı1 ipoteka müqaviləsinin rəsmiləşdirilməsi zamanı mülki qanunvericiliyin tələblərinə riayət edilmədiyinə istinadı ilə əlaqədar bu dəlilin baxılan iddia tələbinin mahiyyətinə uyğun gəlmədiyini və ayrıca iddia tələbinin əsasını təşkil etdiyini qeyd etmişdir. Hazırda iddiaçılar tərəf olduqları müqavilələrin etibarsız olduğuna istinad edir, etibarsızlığın səbəbi kimi bağlanmış müqavilələrə dair notariat işində bankı təmsil edən N.Ə.Hüseynovun səlahiyyətlərini təsdiq edən etibarnamənin olmamasını göstərir, iddia tələblərinin qanuni əsasının Mülki Məcəllənin 324, 337, 339 və 347-ci maddələri təşkil etdiyini qeyd edirlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 337.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik tərəfindən əqdin etibarlı olması aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradə ifadəsinin müvafiqliyi; 4) əqdin formasına riayət edilməsi. Göründüyü kimi əqdlərin etibarlılığı onu təşkil edən elementlərin etibarlılığından asılıdır. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlər bir neçə qrupa bölünür: subyektiv tərkibinin, iradənin, formanın və məzmunun qüsurlu olduğu etibarsız əqdlər. İradə və iradə ifadəsinin vahidliyi əqdin etibarlılığının zəruri şərtidir. İradənin qüsurlu olduğu əqdlərdə ya tərəfin əqdin bağlanmasına daxili iradəsi olmur, ya da onun daxili iradəsi düzgün formalaşmır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə məhkəmə iş materiallarını müqayisəli şəkildə araşdıraraq hesab edir ki, mübahisələndirilən kredit müqaviləsinin və ona əsasən bağlanmış digər müqavilələrin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanması qənaətinə gəlmək üçün hər-hansı əsas yoxdur. Müqavilələr forma baxımından mülki qanunvericiliyin tələblərinə əməl edilməklə bağlanmış, tərəflərin həqiqi iradəsi mövcud olmuş, müqavilənin məzmunu tərəflərin iradəsinə uyğun olmuşdur. Həmçinin qeyd edilməlidir ki, iddiaçılar ipoteka müqaviləsinə dair tərtib edilmiş notariat işində bankı təmsil etmiş şəxsin (N.Ə.Hüseynovun) səlahiyyətlərini təsdiq edən etibarnamənin olmamasına istinadən əqdi etibarsız hesab etmək üzrə subyektiv hüquqa malik deyillər. Belə ki, qeyd edilən halın mövcud olması bilavasitə bankın maraqlarına toxunduğu üçün iddiaçılar tərəfindən tələblərinin əsası kimi bu dəlildən istifadə olunması hüquqi məntiq baxımından yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh LPO Cavabdeh ASC-yə qarşı "kredit, ipoteka və zaminlik müqavilələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər tələbləri ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh LPO Cavabdeh ASC-yə qarşı "kredit, ipoteka və zaminlik müqavilələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1021/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1021/2022
28.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver