Məhkəmə qərarları › İş №2(006)-1025/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1025/2022

31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1025/2022 31.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Xəlilova Zeynəb Mirzə qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi üzrə kiçik iddialara dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 01.01.2020-ci il tarixli müqaviləsinə əsasən, SONY PLAYSTATİON-4 üçün 347 (üç yüz qırx yeddi) manat 80 (səsən) qəpik ödənilməmiş hissə, 34 (otuz dörd) manat 20 (iyirmi) qəpik cərimə, 28.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Retro mebel əşyası, Pufik üçün 818 (səkkiz yüz on səkkiz) manat 60 (altmış) qəpik ödənilməmiş hissə, 81 (səksən bir) manat 40 (qırx) qəpik cərimə, ümumilikdə, 1282 (min iki yüz səksən iki) manat borc, 32 (otuz iki) manat 82 (səksən iki) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh Xaliq qızından alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC ərizəsini onunla əsaslandırmışdır ki, 01.01.2020-ci il və 28.02.2020-ci il tarixli müqaviləsinə əsasən, SONY PLAYSTATİON-4, Retro mebel əşyası, Pufik almış və nəticədə 1282 (min iki yüz səksən iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 789.8 (yeddi yüz səksən doqquz manat səksən qəpik) manat (12 ay x 56.9 manat + 107 manat ilkin ödəniş) SONY PLAYSTATİON-4 üçün ümumilikdə, 382 (üç yüz səksən iki) manat olmaqla ondan, 347.8 (üç yüz qırx yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34.2 (otuz dörd manat iyirmi qəpik) manat cərimə; 28.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1044 (min qırx dörd) manat (20 ay x 52.2 manat + 0 manat ilkin ödəniş) Retro mebel əşyası, Pufik üçün ümumilikdə, 900 (doqquz yüz) manat olmaqla ondan, 818.6 (səkkiz yüz on səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 81.4 (səksən bir manat qırx qəpik) manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 667.4 ( altı yüz altmış yeddi manat qırx qəpik) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5- ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 01.01.2020-ci il tarixli müqavilənin əlavəsindən görünür ki, alqı-satqı qiyməti 789.8 (yeddi yüz səksən doqquz) manat 80 (səksən) qəpik (12 ay x 56.9 manat + 107 manat ilkin ödəniş) SONY PLAYSTATİON-4 üçün, ümumilikdə, 382 (üç yüz səksən iki) manat olmaqla ondan, 347.8 (üç yüz qırx yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34.2 (otuz dörd manat iyirmi qəpik) manat dəbbə pulu hesablanmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 28.02.2020-ci il tarixli müqaviləsindən görünür ki, alqı-satqı qiyməti 1044 (min qırx dörd) manat (20 ay x 52.2 manat + 0 manat ilkin ödəniş) Retro mebel əşyası, Pufik üçün ümumilikdə, 900 (doqquz yüz) manat olmaqla ondan, 818.6 (səkkiz yüz on səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 81.4 (səksən bir manat qırx qəpik) manat dəbbə pulu hesablanmışdır. 01.12.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, SONY PLAYSTATİON-4-ün aylıq ödənişi 56.9 manat, Retro mebel əşyası, Pufikin aylıq ödənişi 52.2 manat təşkil edir. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 17.12.2020-ci il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesablanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh 01.01.2020-ci il və 28.02.2020-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 32.82 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Dövlət rüsumu haqqında AR Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində hesablanır. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 32.82 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 01.01.2020-ci il tarixli müqaviləsinə əsasən, SONY PLAYSTATİON-4 üçün 347 (üç yüz qırx yeddi) manat 80 (səksən) qəpik ödənilməmiş hissə, 34 (otuz dörd) manat 20 (iyirmi) qəpik cərimə, 28.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Retro mebel əşyası, Pufik üçün 818 (səkkiz yüz on səkkiz) manat 60 (altmış) qəpik ödənilməmiş hissə, 81 (səksən bir) manat 40 (qırx) qəpik cərimə, Ümumilikdə, 1282 (min iki yüz səksən iki) manat borc, 32 (otuz iki) manat 82 (səksən iki) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh Xaliq qızından alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar