Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1025/2023 09.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən qanunsuz olaraq tərtib edilmiş aktın etibarsız hesab edilməsi və akta görə hesablanmış 1403.60 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, İddiaçı ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr, 20 Yanvar küçəsi, ev-15c, mənzil-83-də yerləşən mülkiyyət əsasında evində yaşamır. Demək olar ki, evdə yaşayış yoxdur. Lakin, qaz sayğacı işləməyə-işləməyə qaza görə iddiaçıya 1403.60 manat borc yazılmışdır. Belə ki, Azəriqazın əməkdaşları xx.xx.2022-ci il tarixdə ******* saylı akt tərtib edərək sayğacda elektrik hissəsinin işləmədiyini sayğaca müdaxilə olunduğunu biidirmişlər.Yaşayış olmayan evdə iddiaçı nə məqsədlə və nə üçün sayğaca müdaxilə edə bilər ki? Bir sözlə, qanunsuz akt tərtib etmişlər. Azəriqaz İstehsalat birliyinin qazın satışı departamentinə müraciət etdikdə ona bildirdilər ki, sayğaca müdaxilə etdiyinə görə 1403.60 manat cərimə yazılıb və bu pulu ödəməlidir. İddiaçı cərimənin səbəbini soruşduqda bildirdilər ki, mənzildə quraşdırılan sayğac onun tərəfindən müdaxilə edilərək, xətalar olmuşdur. Evə quraşdırılan qaz sayğacına iddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən heç bir müdaxilə edilməyib. Kart vasitəsi ilə həmişə ödəniş etmişdir və heç bir çətinlik olmayıb. İddiaçı tərəfindən təbii qazda qanunsuz istifadə hallarına yol verilməyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»na əsasən baxış istehlakçının iştirakı ilə keçirilməli və iki nüsxədən ibarət akt tərtib olunaraq aktın bir nüsxəsi istehlakçıya verilməlidir. Bundan başqa, Cavabdeh əməkdaşları tərəfindən qaz cihazlarının saatlıq qaz sərfinə uyğun hesabatın aparılması hansı əsaslarla və ya sənədlərlə müəyyən edildiyi bəlli deyil, həmçinin bu cür hesablama metodikasının aparılmasına, eləcə də həmin hesablamanın aparılmasına hüquq verən müvafiq normativ-hüquqi aktların mövcud olmadığına görə, həmin hesabat obyektiv, əsaslı və qanuni hesab edilə bilməz, çünki 4211 və 9720 km təbii qazdan istifadə gülünc məsələdir, çünki yay aylarında bu qədər qazdan istifadə etmək olmaz. Həmçinin, sayğacdan istifadə etdiyi dövrlərdə hər ay pul ödəmiş və qazdan istifadə etmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya (hesabat) təqdim edilməlidir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdər sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”na əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh məhkəməyə iddia tələbinə etiraz təqdim etmiş, etirazı onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********70830 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 1202AQ**********4 nömrəli sayğac çıxarılaraq yoxlanılması üçün Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” MSK-291710-01747-1-1 saylı Akta əsasən sayğacın xx.xx.2020-ci il tarixə elektron göstərici 11126 m3 olmuş, sayğac mənfiyə işləyib, sayğacın elektron göstərici mexaniki göstəricidən artıqdır, sayğacın yaddaş arxivi oxundu, sayğacda xx.xx.2017, xx.xx.2017-ci il tarixlərdə ALARM-1 rejimi aşkar olunmuşdur. Həmin faktla bağlı xx.xx.2022-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 8640 m3 təşkil etmişdir. Hesablanmış 1036,80 manat məbləğində dəymiş ziyan 2022-ci ilin aprel ayından abonentin koduna yerləşdirilmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. Belə ki, Azəriqaz İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman sayğacın mexaniki göstəricisində 7353 m3 təbbi qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərini ödəmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktla Azəriqaz İB nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi sayğacın mexaniki göstəricisinə əsasən iddiaçı tərəfindən dəyəri ödənilməyən 370,40 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Azəriqaz İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunzidd hərəkət nəticəsində dəymiş ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca guya müdaxilə etməməsini qeyd edərək məhkəmədə yanlış təsəvvür yaradaraq dəymiş ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə baxış iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan abonentin saldosundan aydın olur ki, İddiaçı 2022-ci il üçün 1403,60 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktın kserosurətindən görünür ki, sayğaca ümumi baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın klapanı işlək deyil, sayğacın elementi bitib, müvəqqəti element quraşdırılıb. xx.xx.2020-ci il tarixdə elektron göstərici 11126 m3 olmuşdur. Sayğac mənfiyə işləyib. Sayğacın elektron göstəricisi mexaniki göstəricidən artıqdır. İstehlakçı İddiaçı Əlisəmid qızı aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan Cavabdeh İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin kserosurətindən görünür ki, istehlakçı İddiaçı məxsus evdə sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2022ci il tarixli, 29/1710-01747-1№-li Aktına əsasən G-4 markalı 1202AQ**********4№-li sayğacın klapanının işlək olmaması və Alarm-1 rejimi aşkar olunmuş, 180 gün müddətində itirilmiş qazın bərpası üçün 8640 kub metr əlavə sərfiyyat hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qərarın 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinin 2-ci və 3-cü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qanunvericliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, Cavabdeh İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alqı-satqı müqaviləsi əsasında həyata keçirilir. “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80№-li Qərarının 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıların əməkdaşları tərəfindən Cavabdeh İB-nin balansında və istismarında olan küçə qaz xətlərinə, həmçinin cavabdehin yaşadığı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdın qanunsuz istifadə olunması aşkar edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya məxsus evdə sayğaca baxış keçirilərək akt tərtib edilmiş, həmin akt əsasında Bakı Regional Qazın Satışı Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının qərarı ilə iddiaçıya xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 180 gün hesabat müddəti nəzərə alınmaqla 8640 kub metr dəymiş ziyan hesablanmış, dəymiş ziyanın məbləği 1036,80 manat təşkil etmişdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni olaraq qazdan istifadə etməsi faktı öz təsdiqini tapsa da, cavabdeh tərəfindən bu faktın aşkara çıxarıldığı xx.xx.2022-çi il tarixli akt əsasında dəymiş ziyan kimi 180 günə hesablanmış əlavə sərfiyyat ağlabatan deyil və real hesab oluna bilməz. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən müqavilə şərtlərinə zidd olaraq sayğacdan kənar qazdan istifadə etməsi halı öz təsdiqini tapdığından, iddiaçı buna görə mülki məsuliyyət daşımalıdır. “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80№-li Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4cü bəndinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər. Qanunvericilik aktlarının yuxarıda göstərilən tələblərindən göründüyü kimi istehlakçıya hər ay qazın sərfiyyatı ilə bağlı hesabat təqdim edilir və istehlakçı həmin hesabatı bir ay ərzində ödəmədikdə paylayıcı qazın verilməsini dayandıra bilər. Qanunun bu müddəasından irəli gələn tələbləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, qaz paylayıcısının əməkdaşları hər ay iddiaçının sayğacına baxış keçirib müvafiq hesabatı ona təqdim etməlidirlər. Cavabdeh təşkilat tərəfindən itirilmiş qazın bərpası ilə bağlı dəymiş ziyan hesabat dövrü kimi 180 gün əsas götürülmüşdür. Lakin göründüyü kimi hesabat dövrünün 180 gün götürülməsi yuxarıda göstərilən Qanunun tələblərinə cavab vermir. Bu səbəbdən məhkəmə hesab edir ki, dəymiş ziyan hesablanarkən hesabat dövrü kimi 180 gün deyil, 30 gün əsas götürülməlidir. Belə olan halda xx.xx.2022-ci il tarixli akta əsasən itirilmiş qazın həcmi 30 gün üçün 1440 kub metr kimi qəbul edilməli və vurulmuş ziyan 0.12 manat nəzərə alınmaqla 172,80 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilərək İddiaçı **********70830 saylı abonent koduna hesablanmış borcun 864 manatı abunə hesabından silinməli, çavabdeh Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt qismən etibarsız hesab edilməlidir. 172,80 manat isə İddiaçı tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt qismən etibarsız hesab edilsin. İddiaçı **********70830 nömrəli abonent koduna hesablanmış borcun 864 manat abunə hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1025/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1025/2023
09.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver