Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1027/2025 14.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi, Ərizəçi vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi Səbail rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə «sərəncamın məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Səbail rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə «sərəncamın məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Səbail RİH tərəfindən verilmiş 13.05.199-cu il tarixli, 653 nömrəli sərəncamın Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən, ərizəçinin istifadəsi və sərəncamında olan torpaq sahəsinə dair daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə çıxarışın və texniki pasportun verilməsi ilə bağlı “ASAN Xidmət” Mərkəzinə müraciət edən zaman Səbail RİH tərəfindən verilmiş 13.05.199-cu il tarixli, 653 nömrəli fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə sərəncamda ərizəçinin ata adında hərf səhvi olmaqla, yanlışlığa yol verildiyi müəyyən edildi. Belə ki, ata adının “Albaba” olmasına baxmayaraq, qeyd edilən sərəncamda texniki yanlışlığa yol verilərək “Əlbaba” kimi qeyd edilmişdir. Ərizəçi Səbail RİH-ə müraciət edərək yanlışlığın aradan qaldırılmasını və ata adındakı hərf səhvinin düzəldilməsini xahiş etsə də, xx.xx.2024-cü il tarixli məktubla onun müraciətinə imtina məktubu verilmişdir. Həmin məktub tam əsassızdır. Belə ki, həmin orqan öz verdiyi sərəncamdakı texniki hərf səhvini aradan qaldırmalı idi. Həmçinin, məktubda aidiyyəti hüquqi sənədləri təqdim etməklə yenidən müraciət edilməsi göstərilsə də, həmin aidiyyəti hüquqi sənədlərin hansılar olması qeyd edilməmişdir. Göründüyü kimi, maraqlı şəxs tərəfindən verilmiş imtina məktubu bürokratizm, süründürməçilik, dövlətə olan inamı qəsdən sarsıtmaqdan başqa bir şey deyildir. Bundan başqa, Səbail RİH tərəfindən Milli Arxiv İdarəsinə verilən sənədlərdə ata adının yanlış yazılışı bir yana, idarə tərəfindən bir az da yanlışlığa yol verilərək, ad təhrif edilmiş və Milli Arxiv İdarəsindəki ərizəçiyə məxsus sənədlərdə ata adı “Əlibaba” kimi qeyd edilmişdir. Hal-hazırda isə yaranmış zərurətlə əlaqədar müəyyən hüquqi hərəkətlər həyata keçirilməlidir. Lakin müvafiq orqanlar tərəfindən qeyd edilən çıxarışda mərhum atasının adının “Əlbaba”, ərizəçiyə məxsus şəxsiyyət vəsiqəsi və digər sənədlərdə isə “Albaba” kimi qeyd olunmasını əsas gətirilərək, həmin uyğunsuzluğun aradan qaldırılacağı müddətədək müvafiq hərəkətlərin edilməsindən imtina edilir. Maraqlı şəxsin etdiyi texniki səhv ucbatından halhazırda ərizəçi ciddi çətinliklər çəkir. Odur ki, həmin sərəncamda göstərilən şəxsin ərizəçi ilə eyni şəxs olması faktının müəyyən edilməsi zərurəti yarandığından, ərizəçi məhkəməyə müraciət etməyi qərara almışdır.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasında Ərizəçi vəkili-nümayəndəsi Vəkil ərizəni müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Səbail rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, Ərizəçi onun anasıdır. Sərəncam uzun müddətdir ki, anasının adına verilib, sərəncam verilərkən rəsmiləşdirmənin aparılacağı da bildirilmişdir. Lakin hazırda sənədləşmə işlərində problem yaranıb. Torpaq sahəsindən o özü şəxsən istifadə edib, tərəvəzlər də əkmişdir. Babasının adının Albaba olduğunu əlavə etdi.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Ərizəçi ilə həmkəndlidirlər. Ərizəçinin atasını Albaba kimi tanımışdır. Ərizəçinin qardaşının adı da X4r.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, Ərizəçi onun anası ilə bir sinifdə oxumuşdur. Onlar qonşudurlar. Ərizəçinin ata adının Albaba olduğunu əlavə etdi.
8. Məhkəmə ərizəçinin vəkili-nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, ərizəni nəzərdən keçirib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
9. xx.xx.1963-cü il təvəllüdlü X1 məxsus doğum haqqında İ-ЖЗ seriyalı, 611680 nömrəli şəhadətnamədən görünür ki, anası qrafasında Ərizəçi qeyd edilmişdir.
10. xx.xx.1972-ci ildə açılmış əmək kitabçasında aparılmış qeydlərdən görünür ki, həmin kitabça Ərizəçi məxsusdur.
11. Səbail rayon İcra Hakimiyyəti Başçısının fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə 653 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamından çıxarışdan görünür ki, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün 600 (altı yüz) kv.m. olmaqla torpaq sahəsi Ərizəçi Əlbaba qızına ayrılmışdır.
12. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, soyad qrafasında Əhmədova, ad qrafasında Vəzifə və atasının adı qrafasında Albaba qızı qeyd edilmişdir.
13. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə verilmiş Səbail rayon İcra Hakimiyyəti Başçısının fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə 653 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamından arxiv çıxarışından görünür ki, sərəncamdakı ad Ərizəçi Əlibaba qızı kimi qeyd edilmişdir.
14. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, təqdim olunmuş sxemdə göstərilən 0,06 ha. torpaq sahəsinin mövcud qanunvericiliyin tələblərinə uyğun vətəndaş Ərizəçi adına sənədləşdirilməsinə dair etirazlarının olmadığını bildirmişlər.
15. Səbail rayon İcra Hakimiyyəti tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, qaldırılmış məsələ ilə bağlı aidiyyəti hüquqi sənədləri təqdim etdiksən sonra müraciətinə yenidən baxılıb müvafiq qərar verilə bilər.
16. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, hüquq sahibinin ata adı Bakı şəhər İcra Hakimiyyəti Başçısının 653 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamı və arxiv çıxarışında qeyd edilmiş ata adı ilə uyğunsuzluq təşkil edir. Belə ki, ata adı “Albaba” olsa da, sərəncamda “Əlbaba”, arxiv çıxarışında “Əlibaba” qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
17. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizənin məhkəməyə verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir.
18. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, sərəncama Ərizəçi barədə heç bir sənəd əlavə edilməmişdir.
19. Səbail rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, sərəncamın verilməsinə əsas olan bütün sənədlər və sərəncam, onun tərkib hissələri olan digər sənədlər (sxem və s.) həmin orqanın arxivində aşkar edilməmişdir.
20. İş materiallarına, həmçinin, Səbail rayon İcra Hakimiyyəti Başçısının 653 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamı ilə vətəndaş Ərizəçi fərdi ev tikintisi üçün Badamdar qəsəbəsində ayrılmış 600 m2 torpaq sahəsinin sxematik planı əlavə edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
21. Beləliklə, məhkəmə müəyyən etdi ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə 653 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün 600 (altı yüz) kv.m. olmaqla torpaq sahəsi Ərizəçi ayrılsa da, həmin sərəncamda onun ata adı səhvən “Əlbaba” kimi qeyd edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2024-cü il tarixli məktubunda ilə təqdim olunmuş sxemdə göstərilən 0,06 ha. torpaq sahəsinin mövcud qanunvericiliyin tələblərinə uyğun vətəndaş Ərizəçi adına sənədləşdirilməsinə dair etirazlarının olmadığı bildirilmişdir.
22. Hazırda ərizəçi həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq istəsə də, sərəncamda ata adının səhv göstərilməsi ona mane olur. Buna görə də müvafiq sərəncamın Ərizəçi məxsus olması faktının məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Çünki məsələ ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrini aparmağa səlahiyyətli olan orqan onun müvafiq müraciətinə imtina vermişdir.
c) Məhkəmənin mövqeyi:
23. Məhkəmə hesab edir ki, şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi ilə Səbail rayon İcra Hakimiyyəti Başçısının fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə 653 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamında göstərilən Ərizəçi Əlbaba qızı eyni şəxs olduğundan, həmin sənəd qanunvericiliyə görə hüquqmüəyyənedici sənəd olduğundan, ərizəçiyə hüquqmüəyyənedici sənədi verən qurum düzəliş etmədiyindən və ərizəçinin həmin sənədi başqa qaydada əldə edə bilmədiyi müəyyən edildiyindən, hazırkı ərizə təmin edilməli, Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 653 nömrəli sərəncamın XX.XX.1937-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir.
d) Tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 307.1-ci maddə. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2 və 307.2.5-ci maddə. Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddə. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 310.1-ci maddə. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddə. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 119.1-ci maddə. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 14.2-ci maddə. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddə. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddə. Hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddə. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddə. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: 1.2-ci bənd. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir; 1.4-cü bənd. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur; 1.6-cı bənd. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi); 6 və 6.1-ci bənd. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın – yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi – şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üstüstə düşməməlidir); ikincisi – həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü – məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139-1.1, 139-1.1.7-ci maddəsinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
27. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 653 nömrəli sərəncamın XX.XX.1937-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir.
28. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Nəticə:
29. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 653 nömrəli sərəncamın XX.XX.1937-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova