Məhkəmə qərarları › İş №2(006)-103/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-103/2021

23.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-103/2021 23.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Hüseynağayevnaya və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmçinin, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli, 2(004)- 3977/2019 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(004)-3977/2019 nömrəli mülki işin Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(006)-3431/2019 nömrəli mülki işlə birləşdirilməsi, birgə baxılması və qətnamə çıxarılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(006)- 103/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin İddiaçı Cavabdeh2 MTK-ya qarşı 120.000 manat maddi və 50.000 manat mənəvi zərərin alınmasına dair hissədə baxılmamış saxlanılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 və iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, İddiaçı Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasından imtina etdiyini qeyd edərək, həmin tələb üzrə işin icraatına xitam verilməsini, habelə digər tələb üzrə, yəni İddiaçı Cavabdeh1 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə İddiaçı iddiadan imtinasının qəbul edilməsini və Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 iddiaçının iddia tələbindən imtinasının qəbul edilməsini, barışıq sazişinin təsdiq edilməsini və icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Habelə məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh1 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə İddiaçı iddiadan imtinası məhkəmə tərəfindən qəbul edilməli, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi”, habelə İddiaçı Cavabdeh1 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddia tələbindən imtinası qanunazidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iddiaçının iddia tələbindən imtinası məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi X3 ilə Cavabdeh1 arasında aşağıdakı məzmunda barışıq sazişi bağlanmışdır: 1.1. İddiaçı - İddiaçı vəkalətli nümayəndəsi – X3, Cavabdeh2 MTK tərəfindən ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasının 1-ci girişinin 6-cı mərtəbəsindəki 2 otaqlı, ümumi sahəsi 99,0 kv.metr sahəsi olan 35 saylı mənzilin təmirinə sərf etdiyi 18.000 manat pulun razılaşmaya əsasən ekspertiza rəyində göstərilən 9.766 manat pul məbləğini Cavabdeh1 tərəfindən bu barışıq sazişi tərtib edildiyi tarixdə qeyd-şərtsiz iddiaçıya nəğd şəklində ödəyəcəyi müqabilində cavabdeh - Cavabdeh1 qarşı verdiyi 18.000 manat məbləğində zərər tələbinə dair iddiasından imtina edir və gələcəkdə də, Cavabdeh1 qarşı bu mənzilin təmir xərcləri ilə əlaqədar olaraq hər hansı bir iddia tələbi irəli sürməyəcəyini öhdəsinə götürür. 1.2. Cavabdeh - Cavabdeh1, Cavabdeh2 MTK tərəfindən ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasının 1-ci girişinin 6-cı mərtəbəsindəki 2 otaqlı, ümumi sahəsi 99,0 kv.metr sahəsi olan 35 saylı mənzilin təmirinə iddiaçı tərəfindən sərf etdiyi 18.000 manat pulun razılaşmaya əsasən ekspertiza rəyində göstərilən 9.766 manat pul məbləğini iddiaçı - İddiaçı vəkalətli nümayəndəsi – X2 bu barışıq sazişi tərtib edildiyi tarixdə qeyd-şərtsiz iddiaçının vəkalətli nümayəndəsinə nəğd şəklində ödəməyi öhdəsinə götürür. 1.3. İddiaçı - İddiaçı vəkalətli nümayəndəsi – X3 barışıq sazişində göstərilən pul məbləğini aldıqdan dərhal sonra ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasının 1-ci girişinin 6-cı mərtəbəsindəki 2 otaqlı, ümumi sahəsi 99,0 kv.metr sahəsi olan 35 saylı mənzilin açarlarını mənzili boşaldılmış vəziyyətdə cavabdeh - Cavabdeh1 təhvil verməyi öhdəsinə götürür. 1.4. Tərəflər üzərinə götürdükləri öhdəlikləri vaxtında və lazımı qaydada icra etmək onların iradəsindən aslı olmayan səbəblərdən mümkün olmazsa və ya hər hansı səbəbdən aslı olmayaraq öz öhdəliklərini yerinə yetirməzlərsə, bu barışıq sazişi ləğv edilir və iddia tələbinin məhkəmə baxışı davam etdirilir. 1.5. Bu barışıq sazişinin bağlanması üçün nəzərdə tutulmuş formada tərəflərin istək və arzularına uyğun olaraq kənar təsir olmadan bağlanılır və məhkəmə tərəfindən təsdiq olunduğu halda hüquqi qüvvəyə malik olur və tərəflər sazişi məhkəməyə təqdim olunmamışdan əvvəl bu barışıq sazişini öz imzaları ilə təsdiq edirlər. 1.6. Bu barışıq sazişi 3 nüsxədən ibarət azərbaycan dilində tərtib edildi. Onlardan biri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi cənab Ceyhun Tağıyevə təqdim olunur, biri isə iddiaçının adından bu müqavilədə tərəf kimi iştirak edən qanuni nümayəndəsi olan atası X2 və digər surəti isə cavabdeh - Cavabdeh1 verilir. 1.7. Barışıq sazişi tərəflərinə bu sazişdən irəli gələn hüquqları, vəzifələri və bu sazişin hüququ əsası olan Azərbaycan Respublikası MPM-nin 52.3-cü, 261.0-cı və 261.0.5-ci maddələrinin məzmunu və tələbləri izah edilmiş və iddia tələbinə bu hissədə xitam verilməsi barədə xəbərdarlıq edilmişdir. Barışıq sazişini tərəflər şəxsən özləri öz istəkləri ilə kənar təsir olmadan məhkəmə iclasında imza ediblər. Tərəflərin şəxsiyyəti müəyyən edilmiş və onlar fəaliyyət qabiliyyətlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinin tələbinə görə, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinin tələbinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehlərin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdehlər və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehlərin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehlərin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi”, habelə İddiaçı Cavabdeh1 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddia tələbindən imtinası, habelə tərəflər arasında bağlanmış barışıq sazişi qanunazidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iddiaçının iddia tələbindən imtinası məhkəmə tərəfindən qəbul edilməli, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261, 262, 263-264, 267-269-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul edilsin və mülki iş üzrə icraata xitam verilsin. İddiaçı Cavabdeh1 Hüseynağayevnaya qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul edilsin. İddiaçının nümayəndəsi X3 ilə Cavabdeh1 arasında bağlanmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: 1.1. İddiaçı - İddiaçı vəkalətli nümayəndəsi – X3, Cavabdeh2 MTK tərəfindən ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasının 1-ci girişinin 6-cı mərtəbəsindəki 2 otaqlı, ümumi sahəsi 99,0 kv.metr sahəsi olan 35 saylı mənzilin təmirinə sərf etdiyi 18.000 manat pulun razılaşmaya əsasən ekspertiza rəyində göstərilən 9.766 manat pul məbləğini Cavabdeh1 tərəfindən bu barışıq sazişi tərtib edildiyi tarixdə qeyd-şərtsiz iddiaçıya nəğd şəklində ödəyəcəyi müqabilində cavabdeh - Cavabdeh1 qarşı verdiyi 18.000 manat məbləğində zərər tələbinə dair iddiasından imtina edir və gələcəkdə də, Cavabdeh1 qarşı bu mənzilin təmir xərcləri ilə əlaqədar olaraq hər hansı bir iddia tələbi irəli sürməyəcəyini öhdəsinə götürür. 1.2. Cavabdeh - Cavabdeh1, Cavabdeh2 MTK tərəfindən ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasının 1-ci girişinin 6-cı mərtəbəsindəki 2 otaqlı, ümumi sahəsi 99,0 kv.metr sahəsi olan 35 saylı mənzilin təmirinə iddiaçı tərəfindən sərf etdiyi 18.000 manat pulun razılaşmaya əsasən ekspertiza rəyində göstərilən 9.766 manat pul məbləğini iddiaçı - İddiaçı vəkalətli nümayəndəsi – X2 bu barışıq sazişi tərtib edildiyi tarixdə qeyd-şərtsiz iddiaçının vəkalətli nümayəndəsinə nəğd şəklində ödəməyi öhdəsinə götürür. 1.3. İddiaçı - İddiaçı vəkalətli nümayəndəsi – X3 barışıq sazişində göstərilən pul məbləğini aldıqdan dərhal sonra ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasının 1-ci girişinin 6-cı mərtəbəsindəki 2 otaqlı, ümumi sahəsi 99,0 kv.metr sahəsi olan 35 saylı mənzilin açarlarını mənzili boşaldılmış vəziyyətdə cavabdeh - Cavabdeh1 təhvil verməyi öhdəsinə götürür. 1.4. Tərəflər üzərinə götürdükləri öhdəlikləri vaxtında və lazımı qaydada icra etmək onların iradəsindən aslı olmayan səbəblərdən mümkün olmazsa və ya hər hansı səbəbdən aslı olmayaraq öz öhdəliklərini yerinə yetirməzlərsə, bu barışıq sazişi ləğv edilir və iddia tələbinin məhkəmə baxışı davam etdirilir. 1.5. Bu barışıq sazişinin bağlanması üçün nəzərdə tutulmuş formada tərəflərin istək və arzularına uyğun olaraq kənar təsir olmadan bağlanılır və məhkəmə tərəfindən təsdiq olunduğu halda hüquqi qüvvəyə malik olur və tərəflər sazişi məhkəməyə təqdim olunmamışdan əvvəl bu barışıq sazişini öz imzaları ilə təsdiq edirlər. 1.6. Bu barışıq sazişi 3 nüsxədən ibarət azərbaycan dilində tərtib edildi. Onlardan biri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi cənab Ceyhun Tağıyevə təqdim olunur, biri isə iddiaçının adından bu müqavilədə tərəf kimi iştirak edən qanuni nümayəndəsi olan atası X2 və digər surəti isə cavabdeh - Cavabdeh1 verilir. 1.7. Barışıq sazişi tərəflərinə bu sazişdən irəli gələn hüquqları, vəzifələri və bu sazişin hüququ əsası olan Azərbaycan Respublikası MPM-nin 52.3-cü, 261.0-cı və 261.0.5-ci maddələrinin məzmunu və tələbləri izah edilmiş və iddia tələbinə bu hissədə xitam verilməsi barədə xəbərdarlıq edilmişdir. Barışıq sazişini tərəflər şəxsən özləri öz istəkləri ilə kənar təsir olmadan məhkəmə iclasında imza ediblər. Tərəflərin şəxsiyyəti müəyyən edilmiş və onlar fəaliyyət qabiliyyətlidirlər. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar