Məhkəmə qərarları › İş №2(006)-1061/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1061/2023

04.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1061/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X1 İctimai Birliyi Baş İdarəsinin cavabdeh "xxxx" ASC-yə qarşı ("xxxx" ASC-nin Xətai rayonu Enerji Təchizatı və Satış İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblə irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X1 İctimai Birliyi Baş İdarəsi cavabdeh "xxxx" ASC-yə qarşı ("xxxx" ASC-nin Xətai rayonu Enerji Təchizatı və Satış İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblə irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Təşkilata məxsus olan 12/47-681 nömrəli Smart tipli sayğacın smart kartdan 2150 manat qanunsuz tutulan pul vəsaitinin geri ödənilməsini əsassız yaranmış borcun Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza tərəfindən araşdırma aparılması və qərar qəbul edilməsi qəbul edilmiş qərarın nəticəsi barədə qanunsuz borcun silinməsi barədə cavabdehin üzərinə öhdəlik qoyaraq Məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, adından göründüyü kimi təşkilatın Şəhid ailələri, Əlilləri və X1 ilə məşğul olur. Xətai rayon şöbəsi bu birliyin ən böyük şöbələrindən biridir. Şöbənin 700-ə yaxın üzvü vardır. Şöbə Xətai rayonu Nobel prospekti 139C ünvanında yerləşir. Şöbənin ofisi 3 otaqdan ibarətdir. Bununla belə Xətai rayon Enerji Təchizatı və Satışı İdarəsinin hesab fakturasına görə şöbənin həmin idarəyə borcu 4000 manat təşkil edir. Sayğacın göstəricisi ilə biz hər ay ödəniş edir. Lakin Azərişıq ASC şişirtmə rəqəmlə qanun pozuntusuna yol verərək, 4000 manat ödəmə qəbzi göndərir. Müraciətlərinə cavab olaraq, Azərişıq ASC onların kompyüter sistemlərində onların borclu olduqlarını bildirir. Azərişıq ASC tərəfindən onların təşkilata olan qərəzli münasibət bütün üzvlərdə təəssüf hissə yaratmışdır. Bakı “Elektrikşəbəkə ASC”-nin sədri Baba Rzayevə 1580 saylı, xx.xx.2021-ci il tarixli təşkilatın məktubu ilə müraciət edərək, məktubun xahiş edirəm hissəsində qanunsuz smart tipli sayğacın qanunsuz borcların tutulmasına son qoyulsun və qanunsuz tutulan borcu geri ödənilməsini smart tipli sayğacın kartına ödənilsin. Enerji Satışı Departamentinin direktoru Elçin Dadaşovun 7-01/xx-xx/2647 saylı xx.xx.2021-ci tarixli məktubunda qeyd etmişdir ki, informasiya bazasında 12/47-681 №-li kod altında qeydiyyatda olan Birliyin **********1 zavod nömrəli elektrik sayğacının istifadə olunan elektrik enerjisinə görə yaranmış borcu realdır və ödənişi təmin olunmalıdır, məktubunda şablon üzrə cavablandırılmışdır. Azərişıq ASC isə məktubunda smart tipli sayğacın üzərində araşdırma aparmamış hüquqi qiymət vermədən əsassız cavab vermişdir. Onlar isə hər dəfə kart vasitəsilə istənilən pul ödənişini ödəyərkən 50% hər dəfə smart kartdan qanunsuz olaraq mənimsəyərək çıxırlar. Beləliklə bu günə qədər smart kart tipli sayğacdan 2150 manat Təşkilata ziyan vurublar. Bu isə 51000 Təşkilatın üzvlərinə yəni, Şəhid Ailələrinə, Qazilərinə və Müharibə Veteranlarına süründürməçiliyə, Büroktratiyaya və Konstitusyon hüquqlarını pozmaqdır cənab Prezidentin Fərman və Sərəncamlarına qarşı çıxmaqdır və bu qəbildən olan şəxslərə hörmətsizlik edir normativ hüquq pozuntusuna yol verir beləliklə Azərişıq ASC isə Prezidentin Fərman və Sərəncamına hörmətsizlik edir 51000 Təşkilatın üzvlərini Dövlətə qarşı çıxarmağa məcbur edir. Belə ki, onların 12/47-681 №-li kod altında olan Birliyinin **********1 zavod №-li elektrik sayğacının istifadə olunan elektrik enerjisinə görə Smart kart tipli sayğac olduğu üçün kart yükləməsi edərkən hər dəfə 50% qanunsuz pulu mənimsəyərək çıxarırlar. Sayğac üzrə heç bir borc yoxdur. Qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5195/2022 saylı xx.xx.2022-ci il tarixli Məhkəmə Qərarında qeyd edir ki, guya onlara Məhkəmə prosesinin yeri və vaxtı barədə məlumat vermişdir, lakin ona belə bir məlumat verilməmişdir. İddiaçıya qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X1 İctimai Birliyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 02/07/590 saylı məktubdan görünür ki, İctimai Birliyin xx.xx.2020-ci il tarixə sərf olunan elektrik enerjisinə görə 4824,60 manat məbləğində debitor borcu vardır. Həmin borcun 3749,89 manat hissəsi sayğacın göstəricilərinə əsasən sərf edilən elektrik enerjisinə görə, 1074,71 manat hissəsi isə aktlar, sayğac quraşdırma bədəlləri və dəbbə pullarına görə yaranmış borcdur. xx.xx.2019-cu il tarixdə qeyd edilən məsələ ilə bağlı nümayəndə tərəfindən qəbul edilmiş və ona sözügedən borcun hissə-hissə ödənilməsi üçün razılaşma protokolunun imzalanması ilə bağlı "xxxx" ASC-nin K.Kazımzadə 20, ünvanında fəaliyyət göstərən Araşdırma komissiyasına müraciət etməsi tövsiyə olunmuşdur. Kompüter məlumat bazasında iki sayğacın bir kod altında birləşdirilməsinə dair müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, bunun üçün “ASAN Kommunal” mərkəzinə müraciət edilməsi məqsədəuyğundur. İş materiallarında olan Abunə haqqında çıxarışdan görünür ki, iddiaçı Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X1 İctimai Birliyinə xx.xx.2013-cü, xx.xx.2013-cü, xx.xx.2016-cı, xx.xx.2016-cı, xx.xx.2019-cu, xx.xx.2020ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərində tərtib olunmuş aktlar üzrə cəmi 1596 manat 67 qəpik borc hesablanmışdır. İş materiallarında olan məktubdan görünür ki, iddiaçı pretenziya qaydasına riayət edərək, cavabdehə məlumat göndərmişdir. Məhkəmə qeyd edir ki, «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın (Bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qaydaların 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2013-cü, xx.xx.2013-cü, xx.xx.2016-cı, xx.xx.2016-cı, xx.xx.2019-cu, xx.xx.2020ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərində tərtib olunmuş aktlar üzrə cəmi 1596 manat 67 qəpik borc hesablansa da yalnız 2 akt iş materiallarına əlavə edilmişdir. Hər iki aktda sayğacın qriflərinin əriməsi səbəbindən akt tərtib edilərək cərimə hesablanmışdır. İşin faktiki hallarından göründüyü kimi, aktlar üzrə borc müəyyən edilərkən qanunvericiliyin tələbləri pozulmuş, o cümlədən sayğacın zədələnməsi araşdılarkən və akt tərtib edilərkən, sayğacda yaranmış qüsurların istehlakçının təqsiri ucbatından baş verib verməməsi araşdırılmamış və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X1 İctimai Birliyinin adına olan **********55240 saylı abunə koduna hesablanmış 1596 manat 67 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. İddia digər hissədə təmin edilməməlidir. Belə ki, bununla bağlı təsdiqedici sübutlar məhkəməyə təqdim edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X1 İctimai Birliyinin adına olan **********55240 saylı abunə koduna hesablanmış 1596 manat 67 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar