Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1093/2022 12.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2nə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «vətəndaşlara əvəzsiz olaraq mənzillərin verilməsi haqqında müqavilənin və daşınmaz əmlakın dövlət Reyestrində dövlət qeydiyyatına alınmasına dair çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2nə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «vətəndaşlara əvəzsiz olaraq mənzillərin verilməsi haqqında müqavilənin və daşınmaz əmlakın dövlət Reyestrində dövlət qeydiyyatına alınmasına dair çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh2 Başçısının 09.05.1994-cü il tarixli 359/59 saylı sərəncamının və 03 iyun 1994-cü il tarixli Cavabdeh2 Nümayəndəsi ilə Cavabdeh3 adlı şəxs arasında bağlanmış 3M-248 reyestr nömrəli vətəndaşlara əvəzsiz olaraq mənzillərin verilməsi haqqında müqavilənin, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin Cavabdeh3 adına daşınmaz əmlakın dövlət Reyestrində dövlət qeydiyyatına alınmasına dair çıxarışın və həmin yaşayış sahəsinin Cavabdeh1 adına daşınmaz əmlakın dövlət Reyestrində dövlət qeydiyyatına alınmasına dair reyestr nömrəsi **********16-05101-093047, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 27.09.2019-cu il olan çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra İddiaçı adlanacaq) ailəsi ilə birlikdə ona məxsus olan Bakı şəhəri Nəsimi rayonu Nizamı küçəsi ev 137 mənzil 68 ünvanda yerləşən yaşayış sahəsində 1991-ci ildən yaşayır. Ona aid yaşayış (ayrılaraq təcrid edilməyən və edilməsi də mümkün olmayan 13,6 m2 sahə) sahəsinin bir hissəsini Azərbaycan Respublikasının vətəndaşı olmamış, ölkədə yaşamamış, şəxsiyyətini müəyyən etmək belə mümkün olmayan Cavabdeh3 adlı şəxs tərəfindən qanunsuz olaraq özəlləşdirilərək mülkiyyət hüququ əldə edilmişdir. Belə ki, əldə etdiyimiz sənədlərdən müəyyən olunur ki, Cavabdeh2 Başçısının 09.05.1994-cü il tarixli 359/59 saylı sərəncamı və 03 ivun 1994-cü il tarixli Nəsimi rayon İcra Hakimiyvəti Nümayəndəsi ilə Cavabdeh3 adlı şəxs arasında bağlanmış 3M-248 reyestr nömrəli vətəndaşlara əvəzsiz olaraq mənzillərin verilməsi haqqında müqaviləyə əsasən iddiaçinin ailə üzvləri ilə birlikdə yaşadığı və pasport qeydiyyatında olan mənzilinin bir otağı Cavabdeh3 verilmiş və bu otaq 1994-cü ildə Bakı şəhəri Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsində xüsusi mülkiyyət kimi onun adma qeydiyyata alınmışdır. Bu otaq Cavabdeh3 Abraməviç adından verilmiş etibarnamə əsasında 1997-ci ildə Cavabdeh1 satılmış və həmin yaşayış sahəsinə çıxarış sənədi almışdır. Göründüyü kimi, iddiaçının 1991-ci ildən yaşadığı, təmir etdirərək səliqədə saxladığı mənzilin bir hissəsi qanunsuz olaraq qeyd edilən şəxsə verilmişdir. Yaşayış sahəsinin qanunsuz olaraq ələ edilməsi Cavabdeh3 adından 1994-cü ildə cavabdeh şəxsin hüquqlarını təmsil edən şəxs verilmiş etibarnamə əsasında həyata keçirilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18.05.2011-ci il tarixli 2(006)-202/2011 saylı qətnaməsi ilə Cavabdeh1 İddiaçı və başqalarına qarşı mübahisəli yaşayış yeri olan sahənin «özgənin qanunsuz istifadəsindən yaşayış mənzilinin geri tələb olunması haqqında» ilkin iddiası rədd edilmiş, İddiaçı və başqalarının Cavabdeh1 qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi» tələbinə dair qarşılıqlı iddiası təmin olunaraq Bakı şəhəri 29 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinə dair Cavabdeh3lə Cavabdeh1 arasında bağlanmış 02.04.1997-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməsi və həmin ünvanda yerləşən yaşayış sahəsinə dair verilmiş mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət Reyestrində aparılmış qeydin ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.11.2012-ci il tarixli qərarı ilə bu qətnamə dəyişdirilmədən qüvvədə saxlanmışdır. Bu işə məhkəmələrdə baxılarkən mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi olan Cavabdeh3 nəinki tapmaq, habelə onun şəxsiyyətini müəyyən etmək, hətta onu tanıyan belə bir şahid olmamışdır. Bundan sonra iddiaçı Cavabdeh3 axtarışına başlamış və bu nəticə vermədiyi üçün məhkəməyə müraciət edilmişdir. Cavabdeh3 itkin düşməsi faktının araşdırılması ilə bağlı Nəsimi rayon məhkəməsinin 27.02.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, bu şəxs ümumiyyətlə Azərbaycan Respublikasınında qeydiyyatda olmamış və onun ölkədə yaşaması da müəyyən edilməmişdir. Dövlət Notariat Arxivindən verilmiş 06.11.2019-cu il tarixli 05/01-1539/14 saylı məktubdan görünür ki, Bakı şəhəri 1 saylı Dövlət Notariat Ofisi tərəfindən arxivə təhvil verilmiş 1994-cü ildə aparılmış daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilənin qeydə alındığı reyestr kitablarına baxış keçirilərkən Cavabdeh3 barəsində müqavilənin rəsmiləşdirilməsinə dair qeydiyyat aparılmadığı müəyyən edilmişdir. Bunun əsasında hesab edirlər ki, 03 iyun 1994-cü il tarixli Cavabdeh2 Nümayəndəsi ilə Cavabdeh3 adlı şəxs arasında bağlanmış 3M-248 reyestr nömrəli vətəndaşlara əvəzsiz olaraq mənzillərin verilməsi haqqında müqavilə qeydiyyata alınmamışdır. Digər bir tərəfdən Azerbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentindən və Bakı şəhər Cavabdeh2 Mənzil-Kommunal Təsərrüfatı Birliyindən aldıqları sorğu məktublarına cavab olaraq bildirilmişdir ki, Cavabdeh3 aid mühafizə (bron) şəhadətnaməsinin olması haqqında onlarada məlumat yoxdur və aşkar edilməmişdir. Yəni Cavabdeh3 aid mühafizə (bron) şəhadətnaməsi də qeydiyyata alınmamışdır. Cavabdeh1 Məmməd Tağıyevanın Bakı şəhəri Nəsimi rayon məhkəməsinə təqdim etdiyi iddia ərizəsinə əsasən müəyyən edilmişdir ki, mübahisəli yaşayış sahəsi ilə bağlı «X9» MMC-də keçirilmiş hərrac nəticəsində mübahisəli mənzil 55.000 manata hərracda satılmış və 27.09.2019-cu ildə həmin yaşayış sahəsinə Cavabdeh1 adına ********** qeydiyyat nömrəli dövlət Reyestrindən çıxarış verilmişdir. Bundan başqa, həmin mülki iş materialları ilə tanışlıq zamanı müəyyən edilmişdir ki, cavabdeh «X9» Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilatçılığı ilə 14 iyun 2019-cu il tarixdə keçirilmiş hərrac nəticəsində ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi vətəndaş (tələbkar) Cavabdeh1 hərracın yekunları barədə 90 nömrəli protokol tərtib edilməklə satılmış və sonradan həmin sahəyə dair çıxarış almışdır. Yaşadığı mənizilin bir hissəsinin hərracda satılması ilə bağlı iş üzrə də onun ümumi paylı mülkiyətçi kimi hüquqları pozulmuş və həmin iş üzrə də Nərimanov rayon məhkəməsində araşdırma gedir. Nəsimi rayon məhkəməsində olan mülki işdə Cavabdeh1 04.02.2020-ci il tarixli iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət edərək İddiaçı, X8, X11 və digər ailə üzvləri birlikdə ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən çıxarılmaları və ünvan 38a saylı mənzillərin açıq hərracda satılmaqla satış pulunun ümumi mülkiyyətçilərin arasında paylarına mütənasib sürətdə bölüşdürülməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 06.03.2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinin Cavabdeh3 verilməsi ilə bağlı Cavabdeh2 Başçısının 09.05.1994-cü il tarixli 359/59 saylı sərəncamının və onunla bağlı hüquqi nəticələrin ləğv edilməsini xahiş etsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 20.10.2021-ci il tarixli qərarı ilə (30 gün müəyyən edilmiş) iddia müddəti ötürüldüyünə görə iddianı mümkün saymamışdır. Bununla da verdikləri iddia tələbinə mahiyyəti üzrə baxılmamışdır. Mülkiyyətçi kimi pozulmuş hüquqlarının məhkəmədə müdafiəsi ilə iddia müddəti tətbiq edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384-cü maddəsinin (iddia müddətinin şamil edilmədiyi tələblər) tələblərinə baxanda görünür ki, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə (384.0.4); dövlət və ya bələdiyyə orqanının və va onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya əna dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri (384.0.5) üzrə iddia müddəti tətbiq edilmir. Azərbaycan Respublikası Konstitusiyanın 12-cı maddəsinin tələblərinə görə hər Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» X2 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarına görə məhkəmə hər zaman bildirmişdir ki, milli hakimiyyət orqanları Konvensiyanın mənasına görə hər məhkəmə işi üzrə «ədalətli məhkəmə araşdırması» tələbinə əməl edilməsini təmin etməlidir (Dombo Beheer B.V. Hollandiyaya qarşı, §36 son cümlə). Hesab edir ki, məhkəmə «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» X2 6-cı maddəsinin 1-ci bəndinin tələbləri baxımından şəxsi ədalətli məhkəmə araşdırması hüququndan məhrum etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Ağamalıyeva Failə Məmmədtağıyevna məhkəməyə iddia ərizəsinə etiraz göndərərək göstərmişdir ki, Nəsimi RİH, o və Cavabdeh3 cavabdeh, ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi isə üçüncü şəxs qismində mülki məhkəmə icraatı qaydasında baxılacaq iş üzrə işə cəlb edilmişlər. 04 fevral 2020-ci il tarixdə o, iddiaçı X5 digər ailə üzvləri ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi 137 saylı evin 68a saylı mənzilindən çıxarılmaları və evin 68 və 68a saylı mənzillərinin açıq hərracda satılmaqla satış pulunun ümumi mülkiyyətçilərin arasında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsi barədə Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. 12.03.2020-ci il tarixdə cavabdehin nümayəndisi və vəkili məhkəmədə vəsatət verərək göstərmişdir ki, ünvan 5 ünvanda yerləşən yaşayış sahəsi ilə bağlı ünvan 6 sərəncamının və onunla bağlı hüquqi nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsi ilə bağlı 06.03.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi verildiyindən işin icraatı məhkəmə tərəfindən dayandırılmalıdır. Mülki iş üzrə işin icraatı həmin tarixdən dayandırılmışdır. İddiaçı bu dəfə Nəsimi rayon Məhkəməsinə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Ali Məhkəmənin İnzibati Kollegiyası 20.10.2021-ci il tarixli Qərarı ilə (30 gün müəyyən edilmiş) iddia müddəti ötürüldüyünə görə iddianın mümkün sayılmadığından və iddia tələbinə mahiyyəti üzrə baxılmadığından, mülkiyyətçi kimi (hansı mülki üzrə hüququ pozulduğunu anonim saxlamaqla) pozulmuş hüquqlarının məhkəmə müdafiəsi ilə bağlı iddia müddəti tətbiq edilmədiyindən və iddiasının Mülki Məcəllənin 384-cü maddəsində nəzərdə tutulan iddia müddəti şamil edilməyən tələblər sırasına aid olduğundan ünvan 6 Sərəncamının və onunla bağlı hüquqi nəticələrinin ləğv edilməsini mülki məhkəmə icraatı qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi ilə bağlı bildirir ki, maddi və prosessual hüquq normalarının tələbləri baxımından iddia tələbini əsaslandırmadan, Nəsimi RİHB-nin 09 may 1994-ci il tarixli 359/59 nömrəli sərəncamının etibarsız hesab edilməklə ləğv edilməsi üçün iddiaçının mülki məhkəmə icraat qaydasında məhkəməyə göstərilən iddia tələbi ilə müraciət etməyə hüquqi əsası olmamışdır. Belə ki, 1962-ci ildən kirayəçisi olduğu mənzili Cavabdeh3 əvəzsiz olaraq özəlləşdirməsi Mülki Məcəllənin əsasında deyil, 26.01.1993-cü il tarixdə dövlət mənzil fondunun özəlləşdirilməsi ilə bağlı qəbul edilmiş «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» xüsusi qanunun normaları ilə həyata keçirildiyindən və həmin qanun normaları ilə də məhkəmə qaydasında mübahisələndirilə bilər. Nəsimi RİHB-nin 09 may 1994-cü il tarixli 395/59 nömrəli Sərəncamının ləğv edilməsi ilə bağlı, 06.03.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi verilmiş və işə baxan Bakı İnzibati Məhkəməsi 2- 1(112)-3895/2020 nömrəli 21.10.2020-ci il tarixli Qərardadındakı hüquqi mövqeyində göstərmişdir ki, qanunvericiliyin tələbinə əsasən, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər - tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibai Kollegiyasına ünvanladığı Kassasiya şikayətində də göstərmişdir ki, Bakı İnzibati Məhkəməsi 2-1(112)-3895/2020 nömrəli 21.10.2020-ci il tarixli Qərardadını onunla əsaslandırmışdır ki, ünvan 6 sərəncamı Cavabdeh3 adlı şəxs üçün hüquq və vəzifələr yaratdığından, Sərəncamın İddiaçı aidiyyəti olmadığından subyektiv hüquqa malik olmamışdır və qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Bakı İnzibati Məhkəməsinin 21.10.2020-ci il tarixli 2-1(112)-3895/2020 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia mümkün sayılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2021-ci il tarixli 2-1(103)-666/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20.10.2021-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2021-ci il tarixli 2-1(103)- 666/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddia subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başca məhkəmə prosesində mübahisələndirmir və yenidən qəbul edilmir. İddiaçının iddia tələbində göstərdiyi dəlillərini əsassız hesab edir. Belə ki, iddia müddətinin şamil edilmədiyi tələblər barədə Mülki Məcəllənin 384-cü maddəsi mülki hüquq münasibətlərinə aiddir. Hazırkı iddia tələbi isə inzibati xarakter daşıdığından, bu tələb üzrə iddia müddəti ilə bağlı 2000-ci ilin 1 sentiyabrından qüvvəyyə minmiş Mülki Məcəllənin 384-cü maddəsinə istinad etməklə mülki qanunvericiliyin normalarının tətbiqi isə ümümiyyətlə yolverilməzdir. Mülki Məcəllənin Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi adlanan 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət Reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bildirir ki, 1962-ci ildən mənzilin kirayəçisi olmuş Cavabdeh3A mənzil fondunun özəlləşdirilməsi haqqında 26 yanvar 1993-cü il tarixli Qanunun tələbləri əsasında mənzilini özəlləşdirməmişdən qabaq qonşuluğunda sahəsi 32,7 m2 olan 2 otaqlı mənzilin 1980-ci ildən kirayəçisi A.Q.Sokolovskaya öz mənzilini özəlləşdirərək 1992-ci ildə alğı-satqı müqaviləsi əsasında iddiaçı Muradova (Babayeva) Natavan Muxtar qızına satmışdır. İddiaçı 2 otağlı mənzil alarkən və mülkiyyətçisi olduğu vaxtdan, 1 otaqlı 68a saylı mənzilin başqa şəxsə məxsus olmasını bilmişdir. Bu halı qarşılıqlı iddia ərizəsində də, Nəsimi rayon Məhkəməsinə 2010-ci ildə müraciət edərkən etiraf etmişdir. Məhkəmələrdə mülki mübahisə 2 il ərzində davam etmişdir. Nəsimi rayon Məhkəməsinin 18.05.2011-ci tarixli qətnaməsindən göründüyü kimi, məhkəmə tətəfındən məyyən edilmişdir ki, DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinin 23 aprel 2011-ci il tarixli 09/16762 saylı məktubu ilə təsdiqlənir ki, Bakı şəhəri Nizami küçəsi ev 137, ümumi sahəsi 23,0 m2, yaşayış sahəsi 13,6 m2 olan 1 otaqlı 68a saylı mənzil 30.08.1994-cü il tarixdən X3 adına ilk qeydiyyatdan keçirilmiş və onun mülkiyyətində olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami küçəsi 137 saylı evin 68 və 68a mənzilləri 3 otaqdan ibarət olmaqla kommunal şəraiti (mətbəx, hamam və tualet) ümumidir, həmin ünvanda 2 otaqlı 32,7 m2, ümumi sahəsi 42,5 m2 olmaqla 21 aprel 1992ci il tarixdən hal-hazıradək Muradova (Babayeva) Natavan Muxtar qızının mülkiyyətindədir və onun Cavabdeh3 şəxsi mülkiyyət kimi verilmiş Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi 137 saylı evin bir otaqlı, ümumi sahəsi 23,0 m2, yaşayış sahəsi 13,6 m2 olan ümumi kommunal şəraitli 68a saylı mənzili üzərində heç bir hüququ mövcud olmamışdir. Beləliklə, bir daha təsdiqlənmişdir ki, 1962-ci ildən mənzilin kirayəçisi olmuş X4 mənzilin əvəzsiz olaraq verilməsi barədə ünvan 6 Sərəncamı yalnız X6 üçün hüquq və vəzifələr yaratmışdır, (öz mənzilini alğı-satqı müqaviləsi ilə alan İddiaçı) göstərilən sərəncamın heç bir aidiyyəti yoxdur. Bununla bağlı əlavə olaraq bildirir ki, tərtib edilmiş iddia ərizəsi ilə tanış olarkən belə təssürat yaranır ki, ərizədə göstərildiyi kimi Nəsimi RİHB sanki öz şəxsi təşəbüssü ilə respublika vətəndaşı olmayan (yad planetdən olan bir) şəxsə əvəzsiz olaraq mənzili bağışlamışdır. Hüquq norması ümumi xarakter daşıyır, iradə və istəklərdən asılı olmayaraq ictimai münasibətlərin bütün iştirakçılarına şamil edilir. Hüquq norması ixtiyarverici və məcburedici xarakter daşıyır. Hüquq normasında işlədilən terminlərdə ifadə olunan hüquq normalarını tətbiq edərkən qanunverici orqanın bilavasitə özü tərəfindən nəzərdə tutulan mənanı müəyyən etmək vacibdir, əks halda bu hüquq işin düzgün həll olunmamasına gətirib çıxarır. Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Belə ki, icra orqanı kimi 26.01.1993-cü il tarixdə qəbul edilmiş «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» xüsusi Qanunun (yəni dövlət mənzil fondunun özəlləşdirilməsinin) icrası ilə bağlı olaraq Nəsimi RİHB, mübahisələndirilən 09 may 1994-cü il tarixli 395/59 nömrəli Sərəncamı imzalayarkən səlahiyyətli şəxs olmuş və Sərəncamında qərar hissəsi belə ifadə olunmuşdur: 26.01.1993-cü il tarixli «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun əsasında Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi ev 137 saylı evin, bir otaqlı, ümumi sahəsi 23,0 m2, yaşayış sahəsi 13,6 m2 olan ümumi kommunal şəraitli 68a saylı mənzilini əvəzsiz olaraq vətəndaş Cavabdeh3 şəxsi mülkiyyət kimi verilsin və mövcud Sərəncama əsasən mənzilə qeydiyyat vəsiqəsinin hazırlanması Bakı şəhəri Texniki İnvertarlaşma bürosundan xahiş olunsun. Beləliklə, göründüyü kimi Nəsimi RİHB-nin 09 may 1994-cü il tarixili 395/59 nömrəli Sərəncamında sahəsi 32,7 m2 olan 2 otaqlı mənzilin 1980-ci ildən kirayəçisi olmuş A.Q.Sokolovskayadan alğı-satqı müqaviləsi ilə aldığı və 21 aprel 1992-ci il tarixdən mülkiyyətçisi olan Muradova (Babayeva) Natavan Muxtar qızının Bakı şəhəri Nizami küçəsi 137 saylı evin 2 otaqlı 32,7 m2, ümumi sahəsi 42,5 m2 olan 68 nömrəli mənzillə bağlı dövlət tərəfindən tanınmış mülkiyyət hüququnun pozulması və yaxud məhrum edilməsi ilə bağlı müdaxiləsi nə Sərəncamın mətnində ifadə olunması faktı, nə də məhkəmə aktlarında və rəsmi sənədlərlə öz təsdiqini tapmadığından və Sərancamın iddiaçı üçün hüquq və vəzifələr yaratmadığından Sərancamın ləğv edilməsi üçün məhkəmədə iddia tələbi irəli sürməsinə heç bir hüquqi əsas olmamışdır. Beləliklə, İddiaçı 21.04.1992-ci il tarixdən Bakı şəhəri Nizami küçəsi 137 saylı evin ümumi sahəsi 42,5 m2, yaşayış sahəsi 32,7 m2 olan iki otaqlı 68 saylı mənzilin mülkiyyətçisi kimi dövlət tərəfindən tanınan hüququ olduğu halda həmin ünvada Bakı şəhəri Texniki İnvertarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 30.08.1994-cu il tarixli 30.34510 nömrəli qeydiyyat vəsiqəsindən göründüyü kimi, Bakı şəhəri Nəsimi rayonu Nizami küç ev 137 saylı evin, ümumi sahəsi 23,0 m2, yaşayış sahəsi 13,6 m2, köməkçi sahələri 18,8 m2 olan bir otaqlı 68a saylı mənzili Cavabdeh3 adına özəlləşdirilərək, adına xüsusi mülkiyyət kimi ilkin hüquqi qeydiyyata almaqla bu Sərəncamı rəsmiləşdirildiyindən iddiaçının 1 otaqlı 68a saylı mənzilə mülkiyyət hüququ olduğunu iddia ərizələrində ifadə etməklə məhkəmələrdə baxılmasını tələb etməsi isə qanunvericilik aktları normalarına tamamilə zidd olduğundan yolverilməzdir. Yuxarıda göstərilənlərə baxmayaraq sahəsi 32,7 m2 olan 2 otaqlı mənzili A.Q.Sokolovskayadan alğı-satqı müqaviləsi ilə alaraq 21 aprel 1992-ci il tarixdən mülkiyyətçisi olduğu halda 1962-ci ildən (yəni İddiaçı 30 il əvvəl) həmin ünvanda 1 otaqlı mənzilin kirayəçisi kimi yaşamış X3 heç bir hüququnun olmadığını iddia ərizələrində vicdansızcasına göstərə bilir və uydurma iddia ərizəsi ilə mülki məhkəmə icraatı qaydasında baxılmasını tələb də edir. İddiaçı ünvan 6 Sərəncamına «qanunsuz bir inzibati akt damğasını» vuraraq və öz şəxsi mülahizəsi əsasında iddia ərizələrində göstərir: «ona aid vaşayış (ayrılaraq təcrid edilməyən və edilməsi də mümkün olmayan 13,6 m2) sahəsinin bir hissəsini Azərbaycan Respublikasının vətəndaşı olmamış, ölkədə yaşamamış, şəxsiyyətini müəyyən etmək belə mümkün olmayan X6 adlı şəxs tərəfindən qanunsuz olaraq özəlləşdirilərək mülkiyyət hüququ əldə etməsini göstərir. Göstərilənlərə əsasən bildirir ki, 26.01.1993-cü il tarixli «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» qanununda nəzərdə tutulmuş qaydalarla və şərtlərlə 1962-ci ildən mənzilin kirayəçisi olmuş X3 mənzilin özəlləşdiriləsi ilə bağlı ünvan 6 Sərancamının icrası ilə bağlı, bu qanunda nəzərdə tutulan qaydaların və şərtlərin hər hansı bir tələbinin pozulması faktı ilə bağlı, ümumiyyətlə aidiyyəti orqanın (Cavabdeh2 və onun Mənzil İstismarı Sahələrinin, Bakı şəhəri Tİ və MHQM-nin, DİN-nin Pasport və Qeydiyyatı İdarəsinin və digər hər hansı bir idarə, təkilatın) vəzifəli şəxslərin və yaxud X3 özü tərəfindən saxta və qanunsuz sənəd təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyində müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyətinə cəlb edilmələri haqqında rəsmi bir sənəd, sübut, dəlil məhkəməyə təqdim edilmişdirmi? İddiaçı mənzili əvəzsiz olaraq ələ keçiirmək məqsədi İlə 27 il ərzində yararlandığı kimi, 05.03.2020-ci ildə vicdansızcasına əsassız olaraq uydurma iddia tələbi ilə Cavabdeh2 Başçısının 09.05.1994-cü il tarixli 359/59 saylı sərəncamının və onunla bağlı hüquqi nəticələrinin ləğv edilməsi barədə iddia ərizəsi ilə (26 ildən sonra) Bakı İnzibati Məhkəməsinə müraciət etməsi və mənzilin hərracda satılması ilə bağlı 90 nömrəli protokolun və 27.09.2019-cu ildə onun adına həmin yaşayış sahəsi üçün verilmiş ********** qeydiyyat nömrəli dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi barədə iddia tələbi ilə ayrı-ayrı məhkəmələrə müraciət etməklə işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətməklə məqsədyönlü olaraq öz hərəkətlərini davam etdirməsi, Bakı İnzibati Məhkəməsinin 21.10.2020-ci il tarixli 2-1(112)-3895/2020 nömrəli qərardadında göstərilənlərlə birbaşa öz təsdiqini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il Qərarında qeyd etmişdir ki, Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İddiaçı tamah və şəxsi məqsədi üçün mülkiyyətimdə olan mənzili özünəməxsus qaydada, öz iradəsi ilə 27 ildən artıq bir müddətdir ki, zəbt edərək həmin mənzildən qanunsuz istifadə etməklə, ona maddi ziyan vurmaqda davam etməklə bərabər müxtəlif bəhanələrlə hüquqi nəticələr yaratmaq niyyəti olmadan, yalnız görünüş üçün uydurma iddia ərizələrini tərtib edərək, məhkəmələri çaş-baş salaraq hüquqdan suiistifadə etməklə məşğuldur. Belə olan halda məhkəmə prosessual hüquqlardan vicdansızcasına yararlanma hallarının qarşısını kəsən prosessual təminatları tətbiq etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 174.5-ci maddəsinə əsasən məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. MPM-nin 47.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. MPM-nin 120-ci maddəsində deyilir: «Məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün qarşı tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər». Əslində bu maddələr hüquqdan aşırı yararlanmanın formalarını nəzərdə tuturr, vicdansızcasına əsassız iddia qaldırılması; işə düzgün və tezliklə baxılmasına və həllinə ardıcıl surətdə maneçilik törədilməsi. Vicdansızcasına əsassız iddia qaldırılması - şəxsin bilə-bilə uydurma tələb irəli sürməsi və tələbi uydurma hallarla əsaslandırmasıdır. Bundan əlavə bildirir ki, ümümiyyətlə Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki qanunvericiliyin zamana görə qüvvəsindən bəhs edən 7.1-ci maddəsinə əsasən Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvercilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. ünvan 6 Sərəncamının etibarsız hesab edilməsi ilə bağlı iddia tələbi irəli surən iddiaçı qanunun zamana görə tətbiqini və məhkəmə aidiyyəti üzrə işlərə baxılması qaydasını da nəzərə almadan 09.05.1994-cü ildə qəbul edilmiş inzibati bir aktın ləğv edilməsini 2000-ci ilin 1 sentiyabrından qüvvəyyə minmiş Mülki Məcəllənin 384-cü maddəsinə istinad etməklə işə mülki məhkəmə icraatı qaydasında baxılması üçün Nəsimi rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1 və 153.2.2-ci maddələrinin əsasında iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməli olduğu halda, belə bir iddia tələbini mülki məhkəmə icraatı qaydasında baxılması üçün icraata qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 21.10.2020-ci il tarixli 2-1(112)-3895/2020 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia mümkün sayılmamaşı barədə qərardadın və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra maddələrində fiziki və hüquqi şəxslərin hüquqlarının qorunması ilə bərabər onların qanunla qorunan mənafe və maraqlarının müdafiəsindən də bəhs olunan (məsələn, 2, 4, 5, 10, 14, 15, 46, 49, 50, 59, 60, 167, 174.5, 210, 306, 357, 403, 423 və s. maddələrini) nəzərə almaqla ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması da iş materialları ilə də təsdiqini tapdığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci və 261.0.2-ci maddələrinin tələblərinə uyğun olaraq mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarmağınızı xahiş edir. Məhkəmə bildirişi ona 15 yanvar 2022-ci il tarixdə poçt rabitəsi ilə təqdim edilmişdir. Verdiyi etiraz ərizəsində göstərdiklərini təsdiq etməklə bərabər bildirir ki, onun «COVİD-19» sertifikat pasportu olmadığını nəzərə alaraq göstərilən işə onun iştirakı olmadan baxılmasını xahiş edir. Cavabdeh1 nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etmədi, Cavabdeh1 məhkəməyə göndərdiyi iddiaya etirazın məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh3, Cavabdeh2nə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh A.Rubinoviç, cavabdeh Nəsimi RİH-in və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh A.Rubinoviçin, cavabdeh Nəsimi RİH-in və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRXnin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, hazırki mübahisə ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası»nın 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı). Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olundu ki, hazırki iş üzrə iddiaçının ümumiyyətlə iddia predmeti ilə bağlı mülki-hüquq münasibətlərini mübahisələndirməyə subyektiv hüququ yoxdur. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi İddiaçı subyektiv hüquqa malik olmadığı halda hazırki iddia tələblərini irəli sürməsi tələblərinin əsassız olduğuna dəlalət edir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi hüququ yaranmamışdır. Qeyd olunanları iş materiallarına əlavə edilmiş sənədlər, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri Nəsimi RİH-ə qarşı iş üzrə çıxardığı 20 oktyabr 2021-ci il tarixli 2-1(102)-1572/2021 saylı qərarı bir daha təsdiq edir. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara görə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2nə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «vətəndaşlara əvəzsiz olaraq mənzillərin verilməsi haqqında müqavilənin və daşınmaz əmlakın dövlət Reyestrində dövlət qeydiyyatına alınmasına dair çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2nə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «vətəndaşlara əvəzsiz olaraq mənzillərin verilməsi haqqında müqavilənin və daşınmaz əmlakın dövlət Reyestrində dövlət qeydiyyatına alınmasına dair çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-1093/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1093/2022
12.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver