Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1100/2023 01.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi - X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanın yerləşən (keçmiş Z.Bünyadov küçəsi, ev 46a) obyektə hesablanmış 406.54 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 (keçmiş Z.Bünyadov küçəsi, ev-46a) ünvanında yerləşən obyekt 2021-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Lakin 406.54 manat işıq borcu iddiaçının adına 2002-ci il tarixdən yazılmışdır. Hətta obyekt çıxarışdan da göründüyü kimi paylı mülkiyyətdir. Obyektin bütün kommunal xərclərini vaxtı vaxtında ödəmiş, o cümlədən işığa yaranan borclarını da vaxtı vaxtında ödəmişdir. Cavabdeh tərəfindən ona bildirilmişdir ki,İ hazırda onun guya 406.54 manat işıqdan köhnə borcu vardır. İşığa olan borcunu vaxtı-vaxtında ödəmişdir. Bu borc haradan yaranıb ona izah etmirlər. Həmçinin 2002-ci ildə bu obyekt onun adına olmaya-olmaya necə borc yazıla bilər. Onun işığa görə borcu yoxdur. Hüquqlarını pozurlar, ona qanunsuz borc yazırlar. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2021-ci il tarixli **********2 qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 110B ) ünvanında yerləşən sahəsi 203.40 kv.metr olan qeyri-yaşayış sahəsinin 173,4 kv.metr sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli 0199/Z-058/2/9293 saylı məktubundan görünür ki, 06/29-012 nömrəli kod üzrə obyektin elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunmuş, 406.54 manat məbləğində borcun xx.xx.2002-ci il tarixinə qədər obyektdə istehlak edilmiş, lakin ödənişi aparılmamış elektrik enerjisinin dəyəri olduğu müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.22-ci maddəsinə əsasən Abonent mənzildən və ya qeyri-yaşayış sahəsindən köçərkən, həmin mənzilin və ya qeyri-yaşayış sahəsinin yeni mülkiyyətçisi, yaxud kirayəçi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik eneijisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. Abunə vərəqinin təhlili zamanı qeyd olunan arayış öz əksini tapmamışdır. Abunə haqqındadan görünür ki, **********60001 saylı abunə kodu ünvan 4 ünvanına aid olmaqla Rəsmiyyə Zeynalovanın adına qeydiyyatdadır. Eyni zamanda həmin abonent kodu üzrə mübahisələndirilən 406,54 manat məbləğində borc BŞEŞ borcu kimi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2-ci və 551.2.1-ci maddələrinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, **********60001 saylı abunə kodu ünvan 4 ünvanına aid olmaqla Rəsmiyyə Zeynalovanın adına qeydiyyatdadır. Həmin ünvanda yerləşən obyekt xx.xx.2021-ci il tarixindən iddiaçının mülkiyyətindədir. İddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 ünvanında yerləşən obyektə **********60001 saylı abunə kodu üzrə hesablanmış 406,54 manat məbləğində borc xx.xx.2002-ci il tarixinə qədər olan dövrdə yaranmışdır. Eyni zamanda həmin abonent kodu üzrə mübahisələndirilən 406,54 manat məbləğində borc BŞEŞ borcudur. Məhkəmə ilk növbəıdə qeyd edir ki, iddiaçıya məxsus obyektə dair abunə kodu Rəsmiyyə Zeynalovanın adına qeydiyyatda olsa da, eyni zamanda həmin abunə kodu üzrə borc həmin şəxsin adına hesablansa da, xx.xx.2022-ci il tarixli 0199/Z-058/2/9293 saylı məktubdan göründüyü kimi həmin borcun ödənilməsi cavabdeh tərəfindən iddiaçıdan tələb olunur ki, bu halda iddiaçı həmin borcun silinməsini tələb etməkdə haqlıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasındakı öhdəliklər qarşılıqlı icraya bağlı vaxtaşırı icra edilməli olan öhdəliklərdir. Belə ki, həmin öhdəliklərə əsasən cavabdeh iddiaçıya hər ay üzrə elektrik enerjisi verməyi, iddiaçı isə həmin enerjinin hər ay üzrə dəyərini cavabdehə ödəməyi öhdələrinə götürmüşlər. Yəni iddiaçı verilən elektrik enerjisinə görə cavabdehə hər ay üçün, yəni vaxtaşırı ödənişlər etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551-ci maddəsində bütün öhdəliklərin və bir sıra konkret öhdəliklərin xitamı üçün müddətlər müəyyən edilmişdir. Həmin maddədə göstərilən konkret öhdəliklərdən biri də vaxtaşırı ödənişlər üzrə öhdəliklərdir ki, göstərilən maddədə həmin öhdəliklər üzrə tələb müddəti beş il müəyyən edilmişdir. İşdə olan cavabdehin xx.xx.2022-ci il tarixli 0199/Z-058/2/9293 saylı məktubundan və abunə haqqındadan müəyyən olunur ki, mübahisələndirilən 406,54 manat borc məbləği xx.xx.2002-ci il tarixinə kimi yaranmış borc məbləğidir ki, bu halda məhkəmə hesab edir ki, 406,54 manat borc üzrə cavabdehin tələb müddəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2-ci və 551.2.1-ci maddələrinə əsasən keçmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2002-ci il tarixinədək yaranmış 406,54 manat borc məbləği üzrə tələbi qüvvəsini itirdiyindən iddia təmin edilməklə göstərilən borc məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanın yerləşən (keçmiş Z.Bünyadov küçəsi, ev 46a) obyektə hesablanmış 406.54 manat məbləğində borc silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-1100/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1100/2023
01.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver