Məhkəmə qərarları › İş №2(006)-1101/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1101/2021

14.06.2021 · Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1101/2021 14.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Məmmədov Azər Zabid oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, lkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Bank Olmayan Kredit X2 Cəmiyyətinə qarşı, Cavabdeh1 BOKT Açıq Səhmdar Cəmiyyətinin Bakı filialı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə “kredit (borc) müqaviləsi üzrə əsas borcun məbləğinin müəyyən edilərək ödənilmiş hesab edilməsi, əsassız hesablanmış faiz və dəbbə pulu borcunun silinməsi və kredit (borc) müqaviləsinin ləğv edilməsi” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Bank Olmayan Kredit X2 Cəmiyyətinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Bank Olmayan Kredit X2 Cəmiyyətinə qarşı, Cavabdeh1 BOKT Açıq Səhmdar Cəmiyyətinin Bakı filialı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə “kredit (borc) müqaviləsi üzrə əsas borcun məbləğinin müəyyən edilərək ödənilmiş hesab edilməsi, əsassız hesablanmış faiz və dəbbə pulu borcunun silinməsi və kredit (borc) müqaviləsinin ləğv edilməsi” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Bank Olmayan Kredit X2 Cəmiyyəti ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişdirlər. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil ərizə təqdim edərək, ilkin iddia ərizəsi üzrə mülki işin baxılmamış saxlanılması, iddiaçının işləməməsini, xəstə olmasını, məhkəmə prosesi dövründə ağır cərrahi əməliyyat keçirməsi və əmlaklarını sataraq banka olan borcunu ödəməsini nəzərə alıb, ekspertiza tədqiqatı xərcinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Bank Olmayan Kredit X2 Cəmiyyətinin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Bank Olmayan Kredit X2 Cəmiyyəti ərizə təqdim edərək qarşılıqlı iddia ərizəsi üzrə mülki işin baxılmamış saxlanılması və iş materiallarına əlavə edilmiş sənədlərin əsillərinin qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizələri mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil ərizəsi qismən təmin, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Bank Olmayan Kredit X2 Cəmiyyətinin ərizəsi isə təmin edilməli, ilkin və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmalıdır Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Mülki işin materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.05.2021-ci il tarixli 9/1081 №-li rəyindən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil ərizəsi qismən edilməli, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Bank Olmayan Kredit X2 Cəmiyyətinə qarşı, Cavabdeh1 BOKT Açıq Səhmdar Cəmiyyətinin Bakı filialı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə “kredit (borc) müqaviləsi üzrə əsas borcun məbləğinin müəyyən edilərək ödənilmiş hesab edilməsi, əsassız hesablanmış faiz və dəbbə pulu borcunun silinməsi və kredit (borc) müqaviləsinin ləğv edilməsi” tələbinə dair ilkin iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Bank Olmayan Kredit X2 Cəmiyyətinin ərizəsi isə təmin edilməli, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Bank Olmayan Kredit X2 Cəmiyyəti ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalı, qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pulun 50 (əlli) manat hissəsi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, 50 (əlli) manat hissəsi isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Bank Olmayan Kredit X2 Cəmiyyətindən tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AzMEM, VÖEN: **********, hesab № AZ34CTRE********************, X1, Kod210005 VÖEN: **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil ərizəsi qismən təmin edilsin. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Bank Olmayan Kredit X2 Cəmiyyətinə qarşı, Cavabdeh1 BOKT Açıq Səhmdar Cəmiyyətinin Bakı filialı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə “kredit (borc) müqaviləsi üzrə əsas borcun məbləğinin müəyyən edilərək ödənilmiş hesab edilməsi, əsassız hesablanmış faiz və dəbbə pulu borcunun silinməsi və kredit (borc) müqaviləsinin ləğv edilməsi” tələbinə dair ilkin iddia ərizəsi baxılmamış saxlanılsın. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Bank Olmayan Kredit X2 Cəmiyyətinin ərizəsi təmin edilsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Bank Olmayan Kredit X2 Cəmiyyəti ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın, qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin əsilləri geri qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pulun 50 (əlli) manat hissəsi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, 50 (əlli) manat hissəsi isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Bank Olmayan Kredit X2 Cəmiyyətindən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AzMEM, VÖEN: **********, hesab № AZ34CTRE********************, X1, Kod210005 VÖEN: **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar