Məhkəmə qərarları › İş №2(006)-1131/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1131/2024

01.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1131/2024 01.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, abonent kodu **********00580 olan mənzilinə yazılmış cərimələrin Cavabdeh İB tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.İsgəndərov küçəsi, ev 3/1 ünvanında yerləşən 58 saylı mənzil İddiaçı mülkiyyətində və istifadəsindədir. Həmin ünvan üzrə abonent kodu **********00580 olmaqla, Cavabdeh İB tərəfindən qazla təmin edilmişdir. İddiaçı tərəfindən təbii qazdan istifadəyə görə ödənilməli olan məbləğlər vaxtaşırı ödənilmişdir. xx.xx.2023cü il tarixində Cavabdeh İB tərəfindən qeyd edilən mənzil üzrə qaz sayğacı dəyişdirildiyindən müvafiq akt tərtib edilmiş və iddiaçının övladı X3 aktı imzalamışdır. Sayğac dəyişdirilməsinin səbəbi kimi bütün ölkə ərazisi üzrə yeni sayğacların dəyişdirilməsi, köhnə smart kartların artıq standartlara cavab verməməsi göstərilmiş, X2 yeni sayğac almaq üçün Asan Kommunal Mərkəzinə getməsi tövsiyə olunmuşdur. Bundan sonra X3 həmin Mərkəzə gedərək köhnə sayğacda olan 20 manat borcu ödəyərək yeni smart kartı almışdır. 2023-cü ilin aprel ayında iddiaçı tərəfə məlum olmuşdur ki, 1500 manat borcları vardır. Səbəb olaraq isə 15 yanvar 2023-cü il tarixində Cavabdeh İB-nin əməkdaşları tərəfindən ******* saylı akt tərtib edilərək, guya sayğacdan hesablama mexanizminin qoruyucu dayağının gövdədən tamamilə aralanması, qaz keçməsi, lakin hesablama mexanizmi yararsız vəziyyətdə olduğu üçün sərfi qeydə almaması barədə hal müəyyən edilmişdir. Hansı ki, köhnə sayğac smart tipli olsa da, 2022-ci ilin əvvəllərindən tək iddiaçının mənzili yox, mənzilin yerləşdiyi binada olan bütün mənzillər hansısa səbəbdən qaz sərfiyyatı üzrə ödənişləri smart kart vasitəsi ilə deyil, hər ay Cavabdeh İB-nin əməkdaşları tərəfindən köhnə qaydalarla iddiaçıya təqdim edilən qəbzdə göstərilən məbləğə uyğun olaraq abunəçi kodu vasitəsi ilə ödəmişlər. Cavabdeh İB tərəfindən tərtib edilmiş akt və protokola əsasən, əgər həqiqətən də aylardır sayğacın hesablama mexanizmi işləmirdisə, nəyə görə ötən aylar üzrə iddiaçının sayğacında bu problem aşkar edilmirdi? Nəyə görə sayğac dəyişdirilən vaxt bu barədə iddiaçıya məlumat verilmirdi? Nəyə görə sayğac dəyişdirilən vaxt iddiaçı sayğacın qapağının qırıldığını görməmişdir? Nəyə görə sayğac laborator müayinə edilən vaxt iddiaçı dəvət edilməmişdir? Nəyə görə sayğac dəyişdirilən zaman aktda adları qeyd edilmiş şəxslərin yalnız biri orada iştirak edirdi? Təbii ki, bu suallara cavab vermək çətindir. Amma mümkünsüz deyil. Çünki sözügedən qurumun əməkdaşları, hətta bu aktı təsdiq edən rəisi də yaxşı bilir ki, burada qanun pozuntusu var. Hətta nədənsə bu qurumun qurbanları adətən yaşlı qadınlar olurlar. Bu azmış kimi, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının nümayəndəsi X3 təkrarən aldadılaraq, guya borcun silinməsinin mümkün olmaması, bu aktın ləğvi üçün məhkəməyə müraciət etməyin mümkünsüz olduğuna inandırılaraq borcun etiraf edilməsi və smart kart üzrə ödənişlərin 50 % deyil, daha aşağı həddə tutulması üçün ərizə yazmışdır. Hansı ki, ərizəni yazandan dərhal sonra X3 bir nəfər hüquqşünasla telefon vasitəsilə məsləhətləşərək, aktdan şikayət verməyin mümkün olduğunu, ümumiyyətlə məhkəmə qərarı olmadan borcun silinməsinin sonuncu ödənişlərinə yönəldilməsinin də qanun pozuntusu olduğunu anlamışdır. Elə o səbəbdən də dərhal daha bir ərizə yazaraq ümumilikdə protokolun ləğvi və borcun silinməsi ilə bağlı yazılı müraciət etmişdir. Amma sözügedən qurum iddiaçınının nümayəndəsinin hər iki ərizəsinin eyni gündə yazılmasına məhəl qoymayaraq, ilkin ərizəyə münasibət bildirmiş, amma digər ərizəyə bu günə qədər rəsmi olaraq hər hansı münasibət bildirməmişdir. Əksinə Cavabdeh İB iddiaçı tərəfin hüquqlarını pozaraq smart karta ödədikləri ödənişlərin 50%-ni qanunsuz olaraq onlara hesablanmış borcun silinməsinə yönəldir ki, bu da öz növbəsində iddiaçı tərəfin həm istehlakçı olaraq, həm də qüdrətli Azərbaycan vətəndaşı olaraq hüquqlarını kobud surətdə pozmaqdadır. İddiaçı tərəf tərtib edilmiş aktlar və onların əsasında yazılmış cərimə ilə razı deyil. Sayğac dəyişdirilən zaman nə sayğacda zədə olmamış, nə də bu barədə iddiaçı tərəfə hər hansı məlumat verilməmişdir. Bundan əlavə akt tərtib edilən zaman iddiaçı tərəfə sayğacın dövlət layihəsinə uyğun olaraq yeni sayğacla əvəz edilməsi ilə əlaqədar X1 akta imza atması adı altında aldadılmışdır. Heç bu zaman hal şahidləri də iştirak etməmişdir. Hansı ki, akt tərtib edilən zaman ən azından hal şahidləri iştirak etməli idi. Sözügedən aktda hal şahidi kimi qurumun əməkdaşlarının adları qeyd edilmiş olsa da, onlar orada olmamışlar. Eyni zamanda Cavabdeh İB-nin əməkdaşları ümumiyyətlə hal şahidi hesab edilə bilməzdilər. Ümumiyyətlə iddiaçı tərəfin nə gedən prosesdən, nə də akt tərtib edilməsindən ümumiyyətlə xəbəri olmamışdır. İddiaçı tərəf sözügedən aktı bu günlərdə əldə edə bilmiş, cərimənin məbləği barədə isə hələ də heç bir sənəd ala bilməmişlər. İddiaçı tərəf cərimə barədə yalnız yeni sayğacın smart kartına ödəniş terminalı vasitəsilə pul vəsaiti yükləmək istədikdə bu barədə məlumat almışdır. İddiaçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməmişdir. Hansı ki, heç pilləkən qəfəsində yerləşdirilən sayğaca iddiaçı cavabdehlik də daşıya bilməz. Eyni zamanda, Cavabdeh İB-nin özünün təqdim etdiyi saldoda eyni dövr üçün iddiaçı tərəfin qazdan istifadəsi bəllidir. Bu da öz növbəsində iddiaçı tərəfin sayğaca kənar müdaxilə etmələrinə zərurət olmadığını, hətta digər qeyd olunanları da özözlüyündə təsdiq edir, aktın isə həqiqiliyini təkzib edir. Belə ki, ötən illər üçün tərtib edilmiş saldoda göstərilən qaz sərfiyyatı da sadə bir riyazi hesablama ilə iddiaçı tərəfin istifadəsi üçün xeyli aşağı olduğunu göstərir. Bundan başqa əgər Cavabdeh İB-nin əməkdaşları bu qədər dəqiq və dürüst hesablama apara bilərlərsə nəyə görə eyni dövr üçün iddiaçı tərəfə artıq cərimə hesablayırlar? Əksinə iddiaçı tərəfə yüksək qaz sərfiyyatı hesablayaraq əsassız varlanmaq istəyirlər? Yoxsa vətəndaşın vəziyyətini ağırlaşdırmaqdır niyyətləri? Bəlkə də onların niyyəti sadə vətəndaşları dövlətdən narazı salmaqdır? Amma bu hallar Cavabdeh İB tərəfindən artıq ilk dəfə deyil ki, vətəndaşlara ziyan vurmaqdadır. Ən azından bu iddia ərizəsi tərtib edilən zaman iddiaçı tərəfindən aparılmış araşdırma məhkəmə praktikasında buna bənzər halların dəfələrlə təkrar olunduğunu deməyə əsas verir. Cərimə iddiaçıya qanunsuz və əsassız olaraq yazılmışdır. İddiaçı tərəf qaz sayğacına müdaxilə etməmiş, qazdan sayğacdan kənar istifadə etməmiş, ümumiyyətlə sayğacda hər hansı bir zədə olmamışdır. Ona görə də əsassız olaraq yazılmış cərimənin Cavabdeh İB tərəfindən silinməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00580 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış **********2 nömrəli sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metereologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” MSK-14-2-2/3-5-2170-1 saylı Akta əsasən “sayğacın membranını hərəkətə gətirən qol qırıqdır, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 12960 m3 təşkil etmişdir. Hesablanmış 1555,20 manat məbləğində dəymiş ziyan 2023-cü ilin aprel ayından abonentin koduna yerləşdirilmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunması iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. **********00580 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiş ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca guya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiş ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh İB tərəfindən əsassız hesablanmış 1502.88 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaq, Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və cavabdehin etirazını nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (Seriya MH, № 0017305) Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 5 mərtəbəli binanın 6-cı girişinin 1-ci mərtəbəsində olan 58 nömrəli mənzil xx.xx.2006-cı il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: 1********). Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı (**********00580) məxsus Əlisgəndər İsgəndərov küçəsi 163/58 ünvanına quraşdırılmış qaz sayğacı debitor borca görə yenisi ilə əvəz edilmişdir. Cavabdeh İB (qaz paylayıcısı) ilə İddiaçı (istehlakçı) arasında bağlanmış qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixdə bağlanmış AKX-05203xx/xx-2023 nömrəli müqavilənin 2.1.10-cu yarımbəndinə əsasən “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq istehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlanılmasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq paylayıcının vəzifəsidir. Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-2170-1 №-li aktdan görünür ki, **********2 nömrəli “G-4” markalı Zenner tipli qaz sayğacına baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması, qazın keçməsi, hesablama mexanizminin açıq vəziyyətdə olması, sərfi qeydə almaması, sayğacın istismara yararsız olması müəyyən edilmiş, qaz itkisi, müdaxilə nəticəsinə gəlinmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı (**********00580) məxsus ünvan 3 ünvanında sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması, qazın keçməsi, hesablama mexanizminin açıq vəziyyətdə olması, sərfi qeydə almaması, sayğacın istismara yararsız olması müəyyən edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. Akt Cavabdeh İB-nin BRQSD-nin nümayəndələri nümayəndələri tərəfindən imzalanmış, lakin istehlakçı aktı imzalamaqdan imtina etmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2023cü il tarixdə tərtib edilmiş 14-2-2/3-5-2170-1 nömrəli akt əsasında İddiaçı (**********00580) məxsus ünvan 3 ünvanına quraşdırılmış sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması, qazın keçməsi, hesablama mexanizminin açıq vəziyyətdə olması, sərfi qeydə almaması və itirilmiş qazın həcminin 12960 m3 olması müəyyən edilmişdir. İddiaçı (abonent kodu: **********00580) məxsus ünvan 4 ünvanı üzrə abonentin saldosundan görünür ki, 2023-cü ilin aprel ayında qalıq və aktlar üzrə 1555,20 manat borc hesablanmış, 2024-cü ilin yanvar ayının sonuna borc 1502,88 manat təşkil etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, online rejimdə sayta daxil olaraq (https://azeriqaz.az/az/balance) abunə kodunu daxil etmək vasitəsi ilə abunəçinin adına qalıq borc hazırda 1502,88 manat məbləğində müəyyən edilir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı öz mülkiyyətində olan ünvan 5 ünvanında yaşayır. Həmin ünvanda olan qaz sayğacına Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması, qazın keçməsi, hesablama mexanizminin açıq vəziyyətdə olması, sərfi qeydə almaması, sayğacın istismara yararsız olması barədə akt tərtib edilmişdir. Bununla bağlı iddiaçıya verilmiş abonent koduna borc yazılmışdır. Hazırda iddiaçı 1502,88 manat məbləğində borcun əsassız yazıldığını iddia edərək, qaz sayğacına edilən müdaxiləyə görə özünün deyil, cavabdehin məsuliyyət daşıdığını bildirib, əsassız yazılmış borcun silinməsini məhkəmədən xahiş edir. Cavabdeh tərəf isə borcun əsaslı yazıldığını bildirərək, iddiaçının sayğacın hesablama mexanizmini pozmaqda maraqlı ola biləcəyini və itirilmiş qaza görə yaranmış borcun məhz iddiaçı tərəfindən ödənilməli olduğunu qeyd edir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbinin dəlilləri iş materialları ilə öz təsdiqini tapdığından və qanunvericiliyə müvafiq olaraq, iddiaçının mənzilinə məxsus sayğacın işlək vəziyyətdə saxlanılmasına məsuliyyəti cavabdeh daşıdığından, cavabdeh isə qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini, həmçinin, etirazda göstərdiyi dəlilləri təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa, rədd edilir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və yaehtiyatsızlıqdanedilmiş hərəkətlər nəticəsindədəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqımüqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiqvə təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qazsayğacı istehlakçının vəsaiti hesabına təchizedilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəzedilməsi)və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələbedildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 4.2-ci bəndinə görə, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə görə, qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə görə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə hesab edirki, iddiaçı fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələblərinə əsasən qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır. Habelə sayğacın nasaz vəziyyətə düşməsinin iddiaçının təqsirindən baş verməsi iş materialları, cavabdehin dəlil və sübutları ilə təsdiq olunmur. Cavabdeh tərəfindən sayğacın iddiaçının təqsiri ucbatından yararsız vəziyyətə düşməsi barədə sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə, cavabdeh tərəfindən tərtib edilmiş müvafiq aktda qeyd olunanlara görə itirilmiş qazın dəyərinin iddiaçıdan tutulmasını əsaslı hesab etmir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 7 ünvanı üzrə İddiaçı (abonent kodu: **********00580) əsassız hesablanmış 1502,88 (bir min beş yüz iki manat səksən səkkiz qəpik) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 7 ünvanı üzrə İddiaçı (abonent kodu: **********00580) əsassız hesablanmış 1502,88 (bir min beş yüz iki manat səksən səkkiz qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar