Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1149/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı «aktların etibarsız hesab edilməsi və həmin aktlar əsasında hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı «cərimənin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə «xxxx» ASC-nin əməkdaşları ilə iddiaçının yaşadığı ünvana gələrək sayğaca baxış keçirmiş, «X1 qaydalarına» riayət edilməməsi iddiası ilə iddiaçı 230 manat hesablanaraq cərimə olunmuşdur. Göstərilənlərlə bağlı ona və ya ailə üzvlərinə hər hansı bildiriş, məlumat verilməmiş və sözügedən «aktın» surəti belə təqdim edilməmişdir. Qeyd olunanlarla bağlı iddiaçı tərəfindən «xxxx» ASC-nin Sabunçu rayon şöbəsinə gələrək sözügedən «aktın» surətini tələb etmişdir və ona rəsmi qaydada tərtib edilməsi iddia edilən «aktın» surətini ona təqdim edilməsini tələb etmişdir. «Aktın» surətinin ona verilməsindən imtina edildiyindən iddiaçı tərəfindən rəsmi ərizə ilə xx.xx.2020-ci il tarixdə «xxxx» ASC-nin Sabunçu rayon şöbəsinə müraciət etmiş və ərizəsinə cavab verilməklə guya «əvvəllər ona təqdim edilmiş, lakin onun tərəfindən imza etməkdən imtina edilmiş» «aktın» surəti ona göndərilmişdir. Ərizəyə cavab vermə və «aktın surətinin» əlavə edilməsi rəsmi poçt vasitəsi ilə deyil, adəti üzrə «həyətin giriş qapısına sancmaqla» həyata keçirilmişdir.Sözügedən «akt» iddiaçının və ailə üzvlərindən hər hansı birinin iştirakı olmadan tərtib edilməsi, məhz onun sayğacın yerləşdiyi yerdə tərtib edilməsi böyük suallar, şübhə doğurmaqla yanaşı məsul şəxslərin özbaşınalığından xəbər verir. Belə ki, akt tərtib edilən zaman nəinki onların iştirakı olmayıb, hətta hər hansı hal şahidinin belə iştirakı təmin edilməmişdir. «Akt»ın tərtib edilməsini bir başa «xxxx» ASC-nin əməkdaşları təmin edib və iddiaçı hesab edir ki, sözügedən aktın heç bir hüquqi əsası yoxdur. İddiaçı tərtib olunmuş akt və həmin akt əsasında hesablanmış 230 manat məbləğində cəriməni qəbul etmir. Buna görə də üzləşdiyi problemin hüquq müstəvisində həllinə nail olmaq üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı uzun illərdir elektrik enerjisinin istehlakçısıdır, heç vaxt elektrik sayğacına və ya elektrik xətlərinə müdaxilə etməmişdir. Göstərilənlərə əsasən «xxxx» ASC-nin vəzifəli şəxslərinin xx.xx.2018-ci il tarixli aktı əsasında iddiaçı barəsində hesablanmış 230 manat cərimənin silinməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixli Rİ 104762 saylı və xx.xx.2018-ci il tarixli US ******* saylı aktların etibarsız hesab edilməsini və həmin aktlar əsasında hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsnin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsində yerləşən 16 «V» saylı evində yaşayış yeri üzrə qeydiyyatdadır. İş üzrə «xxxx» ASC-nin xx.xx.2018-ci il tarixli R № 104762 saylı aktından görünür ki, «xxxx» ASC-nin əməkdaşlarının iştirakları ilə iddiaçının yaşadığı ünvanında yoxlama keçirən zamanı məlum olmuşdur ki, elektrik sayğacının giriş faza qrifti əriyib və ekran olunmur. İş üzrə «xxxx» ASC-nin icra vərəqəsindən görünür ki, abonent İddiaçı R 104762 saylı xx.xx.2018-ci il tarixli akt əsasında sayğacın qrifti əriyilməsi aşkar olunmuş, itirilmiş elektrik enerjisinin bərpası üçün əlavə olaraq 1408 kvts əlavə sərfiyyat hesablanmışdır. İş üzrə «xxxx» ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Rəsulzadə 16 ünvanında xx.xx.2018-ci il tarixdə «X1 Qaydaları»na riayət edilməsi vəziyyəti yoxlanılan zaman qüsur aşkar edilmiş və müvafiq aktla rəsmiləşdirilmişdir. Akta əsasən itirilmiş enerjiyə görə 154,88 manat ödəniş hesablanmışdır. İşdə olan Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Rəsulzadə küçəsi, ev 16 ünvan üzrə **********6016A saylı abunə haqqında arayışından görünür ki, Rİ 104762 saylı xx.xx.2018-ci il tarixli akta əsasən 154,88 manat, US 904105 saylı xx.xx.2018-ci il tarixli akta əsasən 75,90 manat məbləğində borc hesablanmışdır. Məhkəmə hesab edir ki, tərtib olunan aktlar qüsurlu olmaqla, cavabdehin ehtimalına əsaslanmışdır, habelə, onların tərtibi və bu aktlar əsasında borcun hesablanması istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən sayğaca həqiqətəndə onun tərəfindənhər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun, həmçinin pozuntunun hansı tarixdən yarandığınına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Beləki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübut etmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cümaddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktlardır. Həmin aktlar isə qüsurlu olduğundan, onların tərtib edilməsinin əsaslarına dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, qanuni hesab oluna bilməz. Bu səbəbdən də cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli Rİ 104762 saylı və xx.xx.2018-ci il tarixli US 904105 saylı aktlar etibarsız hesab edilərək, aktlar əsasında hesablanmış borc (230,78 manat) silinməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «X1 Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerjiötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir vəistismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. İşin materiallarından göründüyü kimi sayğac həyətdə quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. Belə olan halda, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmaqla, cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli Rİ 104762 saylı və xx.xx.2018-ci il tarixli US 904105 saylı aktlar ləğv edilməli və həmin aktlar əsasında hesablanmış borc (230,78 manat) ünvan 1 ünvan üzrə **********6016A abunə hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli Rİ 104762 saylı və xx.xx.2018-ci il tarixli US 904105 saylı aktlar etibarsız hesab edilsin və həmin aktlar əsasında hesablanmış 230,78 (iki yüz otuz manat, yetmiş səkkiz qəpik) manat məbləğində borc **********6016A saylı abunə hesabından silinsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-1149/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1149/2021
18.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver